1 Neft bazalarının ümumi xarakteristikası


Şəkil 23.3 İkidivarlı aşagı temperaturalu dəmir-beton çəni



Yüklə 8,16 Mb.
səhifə22/24
tarix13.07.2023
ölçüsü8,16 Mb.
#119558
1   ...   16   17   18   19   20   21   22   23   24
Əmtəə operatoru

Şəkil 23.3 İkidivarlı aşagı temperaturalu dəmir-beton çəni .
1 - dəmir-beton günbəz; 2 - asqı; 3 – qalınlığı 1000 mm olan şişmiş perlit; 4 - xarici dəmir-beton divar- 5 – beton dirəkli divar; 6 - qaldırıcı borular; 7 - hidroizolyasiya; 8 - əvvəlcədən gorginlikli beton dib; 9 - qalınlığı 700 mm köpüklü şüşə qatı; 10 - daxili divarı; 11 - keramzit betondan əlavə yüklənmə; 12 - polad dartı; 13 -qum suxurlar.

40. MƏSAMƏLİ VƏ SU MƏNŞƏLİ LAYLARDA QAZ ANBARLARI. ŞAXTA TİPLİ NEFT QAZ ANBARLARI.
Məsaməli və su mənşəli laylarda qaz anbarları: Bildiyimiz kimi böyük şəhərlərin yaxınlığında həmişə tükənmiş və işlənmiş YQA kimi istismara yararlı neft – qaz yataqları olmur. Belə hallarda su mənşəli, məsaməli laylardan istifadə edərək bu laylarda yeraltı qaz anbarlarının yaradılması yararlıdır. Məsaməli su laylarına qazı vurmaqla su sıxışdırılır və oradan qaz üçün bufer həcm yaradılır. Yararlı yeraltı qaz anbarlarının tipinin forması günbəz şəkilli olur. Bəzi hallarda günbəz hissəsi aşağıda olur. Belə hallarda layın məsaməliliyi anbarın həcminin müəyyən qədər böyüməsinə və layın keçiriciliyini təmin edir. Laydakı suyun çıxmağa və ora suyun əlavə olması üçün müəyyən həcm olmalıdır. Qazı laydan götürdükdə laya köməkçi laydan su axınını təmin etmək lazımdır. Laya qaz vurduqda əksinə əsas laydakı su sıxışdırılaraq köməkçi laya axıdılır.
Qazın götürülməsi və laya vurulması zamanı təzyiq elə tənzimlənir ki, bu proseslərdə lay deformasiyaya uğramasın, layda çatlar əmələ gəlməsin. Yuxarıda deyilənləri bilmək üçün süxurun tektonika və stratiqrafiyasını öyrəndikdən sonra YQA – nı yaratmaq olar.
Belə məsaməli su mənşəli laylarda YQA – nın yaradılması üçün laya yoxlanış üçün hava (və ya qaz) vurulur. Bu halda layın qazohidrodinamiki parametrləri təyin edilir. Quyunun verə biləcək məhsuldarlığı və baş verə biləcək itkilər hesablanır.
Quyunun YQA – ı kimi yararlılığı, quyudan anbar kimi istifadə etmək üçün vurulan qazın işlədilməsi zamanı təyin edilir. YQA – nın dövrü istismar zamanı bufer və aktiv həcmin nisbətlərinin təyin olunmasına və dəqiqləşdirilməsinə imkan verir.


Yüklə 8,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə