1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Şəxiyyətin psixoloji xarakteristikası



Yüklə 134 Kb.
səhifə37/48
tarix01.05.2023
ölçüsü134 Kb.
#107855
1   ...   33   34   35   36   37   38   39   40   ...   48
Şüur

38. Şəxiyyətin psixoloji xarakteristikası.
Şəxsiyyət anlayışının sosioloji və bioloji izahı.Şəxsiyyətin psixoloji cəhətdən öyrənilməsi.
Dünyaya gələn insan fəaliyyət və ünsiyyət nəticəsində öz həyatını dəyişə və inkişaf etdirə bilir. Lakin bu inkişaf birdən-birə deyil, uzun sürən proses nəticəsində yaranır. Ümumiyyətlə insanı orqanizm yəni fərd və şəxsiyyət kimi xarakterizə edirlər. Insan bioloji varlıq kimi orqanizm və fərd termininə aiddir və insanı bioloji varlıq kimi bioloji elmlər öyrənir. Şəxsiyyət kimi isə insan sosial varlıqdır. Sosial varlıq kimi insanı psixologiya elmi öyrənir. Hər bir canlı orqanizm bitki, heyvan, insan orqanizmdir. Insan dünyaya bir fərd olaraq gəlir, fəaliyyət və ünsiyyət prosesində sosiallaşaraq şəxsiyyətə çevrilir. Fərd özünəməxsus psixoloji xüsusiyyətləri olan və heç kimə bənzəməyən canlı varlıqdır. Fərdin evristik mənası onun bu xüsusiyyəti ilə müəyyən edilir. Hər bir fərd eyni zamanda özünəməxsus fərdiyyət təşkil edir. Onun fərdiyyəti özündə həm psixi xüxusiyyətləri həm də şəxsiyyətinin özünəməxsus keyfiyyətlərini əhatə edir. Insanın şəxsiyyəti haqqında psixologiya elmində bioloji və sosioloji nəzəriyyələr mövcuddur:
Bioloji – nəzəriyyəyə görə şəxsiyyətin əsasını onun irsi keyfiyyətləri təşkil edir. Sosiologiya – nəzəriyyəyə görə isə şəxsiyyətin əsasını mühit və tərbiyə təşkil edir. İnsanın şəxsiyyətə çevrilməsi onu həm bioloji həm də sosial mühitinin təsirilə bağlıdır. Mühitin təsiri isə insanın özünün inkişaf səviyyəsindən və psixoloji xüsusiyyətlərindən asılı olaraq təsir edir. Şəxsiyyətin inkişafına ilkin təbii şərain və sosial şərait təsir göstərir. Şəxsiyyətin inkişafının ilkin təbii şəraiti kimi insanın hansı həyat şəraitində yaşaması: dağlıq yerdə dəniz kənarında mühüm rol oynayır. Şəxsiyyətin inkişafının ilkin şərti kimi onun mərkəzi sinir sisteminin xüsusiyyətinin mühüm əhalisi vardır.Sosial amillər içərisində konkret tarixi şəraitin də rolu böyükdür.

39. Şəxsiyyətin strukturu.
Şəхsiyyət hаqqındа bir sırа nəzəriyyələr vаrdır. Bu nəzəriyyələri fərqləndirən bаşlıcа cəhət оndаn ibаrətdir ki, bunlаrın hеç də hаmısı bir bаşа şəхsiyyətin psiхоlоji mаhiyyətini müəyyənləşdirməyə yönəldilməyib. Psiхоаnаlitik Z.Frеyd qеyd еdir ki, şəхsiyyət bir sistеm kimi inkişаfının kоnkrеt hərəkətvеrici Behruz Melikov Behruz Melikov 5 mехаnizmlərinə mаlikdir. О, şəхsiyyətin strukturunu müəyyənləşdirib. Frеydə görə 3 instаnsiyа əsаs yеr tutur: 1) İd (о) 2) Eqо (Mən) 3) Supеr Eqо (Super Mən) Frеyd bеlə hеsаb еdirdi ki, şəхsiyyətin inkişаfının hərəkətvеrici qüvvəsi, hər şеydən əvvəl, libido, cinsi еnеrjidir. Frеydin fikrincə, həyаtа kеçirilməyən аrzulаr nеvrоz yаrаdır. О, qеyd еdir ki, insаnа hеç vахt аğıldаn bəlа gəlmir, bəlа аrzudаn gəlir. Аrzulаrın çохluğu pаtоlоgiyа yаrаdır. Аrzu və оnun ödənilməməsi аrаsındаkı uyğunsuzluq insаnın хəstələnməsinə səbəb оlur. Bütün bunlаrı əsаs götürən Frеydin fikrincə, şəхsiyyətin fоrmаlаşmаsındа həmin tələbаtlаrın ödənilməsi şəхsiyyətin nоrmаl inkişаfını təmin еdir. Həmçinin о qеyd еdirdi ki, qоrхunu qоrхu ilə müаlicə еtmək оlаr.
Şəxsiyyətin təbii sturukturu: instinklər, hisslər, təlabatlar.
Tələbat orqanizmin və ya şəxsiyyətin nəyə isə obyektiv ehtiyacını əks etdirən psixi hadisədir. Tələbatlar həm insan, həm də heyvana mənsub olmaqla bioloji, yalnız insana mənsub olmaqla sosial və ya mənəvi xarakter daşıya bilər. Bununla belə insanların və heyvanların bioloji tələbatlarını eyniləşdirmək mümkün deyildir. Dərk olunma və ödənmə xüsusiyyətlərinə görə insan tələbatları bir- birlərindən əsaslı şəkildə fərqlənir. İnsan tələbatları onun dərk olunmuş ehtiyacları ilə bağlı olur. Hər hansı bir dərk olunmuş ehtiyac adamı o ehtiyacın ödənilməsi ilə əlaqədar şəraitdən asılı edir. Bu asılılığın psixi təəssüratdan keçirilməsi nəticəsində adam fəallaşır. Tələbatların ödənilməsi, görülən iş, istifadə edilən alətlər yeni tələbatlar doğurur. İnsanın tələbatları olduqca müxtəlifdir. Adətən mənşəyinə görə tələbatları iki yerə bölürlər: təbii və mədəni tələbatlar. Təbii tələbatlar – fərdin yaşayışını və nəslini davam etdirmək üçün şərait və ehtiyacların inikası əsasında yaranır. Təbii tələbatlara qida, təmizlik, isti və soyuqdan mühafizə, istirahət, nəsli davam etdirmək və s. ehtiyaclar misal ola bilər. Mədəni tələbatlar – fərdin daxil olduğu sosial qruplarda mövcud mədəniyyətin psixi inikası nəticəsində yaranır. Mədəniyyət, sosial qrupda, tarixi inkişaf prosesində insanların əli və dühası ilə yaradılmış cisim, hadisə və münasibətlər mövcuddur. Hər konkret tarixi cəmiyyətin özünəməxsus geyim, ünsiyyət, məişət və s. dəbləri və onların inikası əsasında yaranan tələbatlar sistemi vardır. Fərd cəmiyyət daxilində ən kiçik yaşlarından real gerçəkliyi dərk etmə prosesində adət və ənənələrə, yaşayış və davranış tərzinə yiyələnir, sosiallaşma prosesi keçirir. Sosiallaşma prosesində fərd sosial qrupun tələbatlar sistemini, onların ödənilməsi yol və vasitələrini də mənimsəyir. Mədəni tələbatlar öz məzmunu etibarı ilə sosial tələbatlardır. Ona görə də şəxsiyyət ən təbii ehtiyaclarını belə daxil olduğu sosial qrupun mədəniyyəti çərçivəsində ödəyir. Beləliklə, cəmiyyətin tarixi inkişaf səviyyəsindən asılı olaraq, orada yaşayan adamların tələbatlar sistemi istər məzmun, istərsə də forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər. Tələbatları, onların məzmunlarının səciyyəsinə görə təsnif edərkən maddi və mənəvi tələbatları müəyyənləşdirirlər. Maddi tələbatlar-maddi ehtiyaclardan doğur. Mənəvi tələbatlara insanların siyasətə, əxlaqi davranışa, dinə, elmə, incəsənətə və s. olan tələbatları daxildir. Maddi və mənəvi tələbatlar bir-birilə ayrılmaz surətdə bağlıdır. Mənəvi tələbatların təmin olunması üçün daima maddi şeylərin olması tələb edilir ki, bunlar da öz növbəsində maddi tələbatların predmetini təşkil edir. Buradan isə aydın olur ki, mənşəyinə görə təbii olan tələbat, eyni zamanda predmetinə görə maddi tələbat ola bilər. Mənşəyinə görə mədəni olan tələbat predmetinə görə ya maddi, ya da mənəvi ola bilər. Deməli, həmin təsnifat tələbatların olduqca müxtəlif növlərini əhatə edir və onların insan şüurunun inkişaf tarixinə və yönəldikləri obyektlərə münasibətini ifadə edir.İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir. İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü konkret vəziyyətdən asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə şəxsiyyətin özüdür. Başqa sözlə, insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda müvafiq şəkildə ifadə olunmuş emosional təəssürat əmələ gətirən cisim və hadisələr hisslərin obyekti hesab olunur.İnstinkt(lat. instinctus – arzu, niyyət, oyanma) — qeyri-iradi və ya qeyri-şüuri olaraq məqsədə uyğun hərəkət etmək və ya iş görmək qabiliyyəti; orqanizmin xarici və daxili qıcıqlanmalara verdiyi anadangəlmə cavab reaksiyalarının məcmusu; canlıların, daxili və ya xarici mühitin dəyişməsinə cavab olaraq anadangəlmə, qeyri-şüuri və qeyri-iradi görmə qabiliyyəti (məsələn, özünüqoruma instinkti).
Şəxsiyyətin psixoloji sturukturu:Şəxsiyyətin istiqaməti, qabiliyyətləri, xarakter, temperament,şəxsiyyətdə “şüursuzluq” və şüurun istiqaməti.
Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır. Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi, insanın şəxsiyyətə çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas – ünsiyyət – fəaliyyətdir. Bu baxımdan şəxsiyyətin psixoloji strukturunun əsasında birinci növbədə onun idrak prosesləri durur. İnsan həyata gəldikdən sonra duyğu olqanları vasitəsilə ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa nail olur. Bu prosesdə onu əhatə edənlərlə ünsiyyət xüsusi əhəmiyyətə malikdir. Şəxsiyyətin strukturunda onun idrak prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca yarımstrukturları, komponentləri qeyd olunur: - Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüşü, ictimai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi və s. daxildir. Bu zaman yönəlişliyin komponentlərindən biri dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad rolunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin bütün psixi fəaliyyətini müəyyənləşdirir. - Şəxsiyyətin strukturunda sonrakı mühüm yarımstrukturunu onun hazırlıq səviyyəsi təşkil edir. Buraya şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxildir. Şəxsiyyətin strukturunda mühüm yer tutan yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən qabiliyyətlər sistemindən ibarətdir. Şəxsiyyətin strukturunda mühüm yer tutan digər komponenti insanın həyatda qazandığı davranış forması, başqa sözlə onun xarakteridir. Nəhayət, bu komponentlərin hamısının üzərində şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir. Şəxsiyyətin strukturunun daha çox yayılmış bu cür ənənəvi təhlili ilə yanaşı onu digər aspektlərdən də xarakterizə etmək mümkündür. Bunun üçün birinci növbədə şəxsiyyətin strukturunun aşağıdakı qrafikinə nəzər yetirək:
Şəkli nəzərdən keçirdikdə ilk növbədə diqqəti şüur və şüursuzluğun qarşılıqlı təsir yolu, üsulu ilə bağlı sual cəlb edir. Şəxsiyyətin vəhdətini anlamaq üçün «şüurun istiqaməti» və «şüursuzluğun istiqaməti» anlayışlarını aydınlaşdırmaq olduqca vacibdir. Bu məsələ bir çox psixoloji məktəb və istiqamətlər tərəfindən qaldırılmış, görkəmli alim və tədqiqatçıların diqqətini cəlb etmişdir. Lakin bu vaxta qədər həmin məsələ açıq qalmış, yönəlişlik onun istiqamətləndiyi obyekti axtarmağa «səbəb olmuşdur». Daxili və xarici aləmdə mövcud olan nəhayətsiz müxtəliflik sayəsində isə buna nail olmaq praktik olaraq mümkün deyildir. Məhz buna görə də biz insanın şüur və şüursuzluğunu obyektə deyil, zamana «yönəltməyə» cəhd göstərməyi vacib bildik. Nəticədə şüurun gələcəyə, şüursuzluğun isə keçmişə yönəlişliyinin mümkünlüyünü zənn etmək imkanı yaranmışdır. Bununla da şüurun gələcəyə yönəlişliyi insanda hadisənin baş verməsindən qabaq onun inkişafını görmə qabiliyyəti kimi antisipasiya fenomeninin olması ilə də təsdiq olunur. Bununla yanaşı şüursuzluğun keçmişə yönəlişliyi tamamilə təbii haldır. Çünki, sıxışdırılmış, unudulmuş və arxetipik elementlər yalnız keçmişə aid ola bilər. Beləliklə insanda keçmiş və gələcəyin qarşılıqlı təsiri onun şüursuzluğu və şüurunun qarşılıqlı təsirindən başqa bir şey deyildir. Bunun nəticəsi isə hal hazırda yaşayan konkret şəxsiyyətdir. Şəkildəki ikinci komponent şüursuzluq və şüurun strukturundan ibarətdir. İlk baxışda belə görünə bilər ki, bu fenomenlərin strukturu üçlaylıdır. Şüursuzluq üçün bu laylar ümumi nəsl arxetipi, etnos arxetipi, şəxsi şüursuzluq, şüur üçün isə ümumbəşəri qiymətlər, konkret mühitin qiymətləri və şəxsi şüur laylarıdır. Lakin bu belə deyildir. Şüursuzluq və şüurun strukturu identik xarakter daşımaqla, müvafiq olaraq kollektiv üstəgəl şəxsi şüursuzluğu və kollektiv və şəxsi şüurluluğu özündə əks etdirir. Bu başqa məsələdir ki, kollektiv şüursuzluğun, eləcə də kollektiv şüursuzluğun daxilində həm mütləq olanı («kölgə» - bizim şəxsiyyətimizin heyvani əcdadlarımızdan gələn ən tutqun, arzuolunmaz cəhdlər və ən arzuolunan davranış forması kimi ümumbəşəri qiymətlərin neotipləri), həm də nisbi olanı (konkret növ, sotsium arxetipləri və konkret millətə, xalqa, sinfə, mədəniyyətə mənsub olan qiymətlər) mövcuddur. Kontinuumda mövcud olan, özünə yer edən şüursuzluqdan irəli gələn ən arzuolunmaz və şüurluluqdan irəli gələn ən arzu olunan elementlərə xüsusi ad vermək mümkündür. Bunlara əsaslanmaqla şəxsiyyətin müxtəlif tiplərini xarakterizə etmək mümkündür. Onları nəzərdən keçirək.
1. Şüursuzluqda mövcud olan heyvani instinktlər, eyibli, bizi insani sifətdən məhrum edən ənənələr – İblis.
2. Bizdə nəsldən, etnosdan gələn, dərk etmədiyimiz, lakin bizi özünə cəlb edən ənənələr - Yoldan çıxaran.
3. Şəxsi şüursuzluğun məzmununu təşkil edən unudulmuş, aktual olmayan, bizim tərəfimizdən rədd edilən hadisələr, arzular, motivlər, biliklər – Qeyri mən.
4. Özümüz, bizi əhatə edənlər, yaşadığımız aləm haqqında şüurun koqnitiv elementləri - Mən.
5. Mövcud sosial mühitdə, xalqda, cəmiyyətdə qəbul olunmuş qiymətlərin, əxlaq normaları, mənəvi əsasların insan tərəfindən dərk edilməsi – Peyğəmbər.
6. Bütün insanlar üçün eyni olan və real şəkildə onların şüurunda bəşəriyyətin mədəni irsi kimi möhkəmlənən ümumbəşəri keyfiyyətlər – Allah İnsan şəxsiyyətində yuxarıda qeyd olunan struktur yaradıcı elementlərindən birinin olması onun tamlığının şərti hesab olunur. Lakin bunlardan birinin və ya bir hissəsinin üstünlüyü xüsusi şəkildə müəyyənləşdirilir.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə