1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Şəxsiyyət, fərd və fərdiyyət anlayışları



Yüklə 134 Kb.
səhifə36/48
tarix01.05.2023
ölçüsü134 Kb.
#107855
1   ...   32   33   34   35   36   37   38   39   ...   48
Şüur

37. Şəxsiyyət, fərd və fərdiyyət anlayışları.
İnsan anlayışının xarakteristikası.İnsan biososial varlıq kimi.Şəxsiyyətin inkişafında sosial mühitin rolu. Şəxsiyyətin sosiallaşması.İnsan, fərd, şəxsiyət və fərdiyyət anlayışları bir- biri ilə müəyyən əlaqəyə malik olsa da onları eyniləşdirmək olmaz. Onların içərisində ən geniş anlayış «insan» anlayışıdır. Həm fərd, həm şəxsiyyət, həm də fərdiyyət eyni zamanda insandır. İnsan həyata insan kimi gəlir. İnsan dölünün genlərində insan üçün zəruri olan əlamət və keyfiyyətlərin inkişafı üçün anadangəlmə zəmini qoyulmuş olur. Yeni doğulmuş uşağın bədəninin konfiqurasiyası düz yerimək imkanı yaradır, beyinin strukturu intellektin inkişaf imkanını təmin edir, əlin quruluşu gələcəkdə əmək alətlərindən istifadə prespektivləri yaradır. Bütün bunlar körpəni özünün imkanlarına görə bir insan kimi heyvan balalarından fərqləndirir. Beləliklə körpənin insan nəslinə aidliyi təsdiq olunur və fərd anlayışının aşkara çıxmasına gətirib çıxarır. «Fərd» anlayışında insanın növə mənsubluğu öz əksini tapır. Belə ki, hər bir insan eyni zamanda fərd, hər bir fərd isə eyni zamanda insandır. Ona görə də yeni doğulmuş uşaq da, ağlını itirmiş səfeh də, yaşlı vəhşi insan da, mədəni ölkələrin yüksək intellektə malik olan insanları da fərd hesab olunur. Deməli, bir konkret adamı fərd adlandırmaqla onun potensial insan olduğunu təsdiq edirik. Lakin bütün fərdləri şəxsiyyət adlandırmaq olmaz. Yeni doğulmuş uşaq, ağlını itirən səfeh şəxsiyyət hesab olunmur. Bir fərd kimi doğulmuş insan tədricən ictimai münasibətlər qovuşuğunda, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir. Nəticədə o təkcə başqalarından fərqlənmir, eyni zamanda tarixi prosesin iştirakçısına çevrilir. Hər bir şəxsiyyət cəmiyyətdə yaşayan konkret canlı insan olmaqla, gerçəkliyi dərk edib dəyişdirmək, fəallıq göstərmək, başqaları ilə ünsiyyətə girmək imkanına malik olur. «Fərdiyyət» anlayışına gəldikdə, hər bir adamın şəxsiyyəti yalnız ona məxsus əlamət və xüsusiyyətlərin məcmuuna malik olur və onun fəaliyyətini təşkil etməklə həmin adamı başqalarından fərqləndirir. Fərdiyyət insanın temperamentinin, xarakterinin əlamətlərində, adətlərində, üstünlük təşkil edən maraqlarında, idrak proseslərinin keyfiyyətlərində, qabiliyyətlərində, fərdi fəaliyyət üslubunda və s.- də təzahür edir. İki elə adam tapmaq mümkün deyildir ki, onlarda qeyd etdiyimiz psixoloji xüsusiyyətlər eyni olsun. İnsan şəxsiyyəti özünün fərdiyyətliliyinə görə təkrarolunmazdır. «Fərd» və «Şəxsiyyət» anlayışlarında olduğu kimi, «fərdiyyət» və «şəxsiyyət» anlayışlarını da eyniləşdirmək mümkün deyildir. Onlar yalnız vəhdət təşkil edirlər. Şəxsiyyətə çevrilmək müəyyən həyat mövqeyi hər şeydən əvvəl əxlaqi mövqe tutmaq öz mövqeyini və məsuliyyətini cəmiyyətin üzvü kimi dərk etmək və bunu öz işi ilə təsdiq etmək deməkdir.
Şəxsiyyəti tanımaq üçün hər şeydən əvvəl onun həyat yolunda nələr etdiyini və nələr etməyə hazırlaşdığını araşdırmaq lazımdır.çünki şəxsiyyət nəyi və necə etməsi ilə xarakterizə olunur bütün bunları isə şəxsiyyətin istiqaməti müəyyən edir.Şəxsiyyətin istiqamətini səciyələndirərkən onun əsas keyfiyyətlərinə diqqət yetirmək lazımdır. Şəxsiyyətin istiqamətlərinin əsas keyfiyyətləri aşağıdakılardır:
İstiqamətin səviyyəsi: Şəxsiyyətin əxlaqi simasını üzə çıxardır. Yalnız ictimai mənalı fikirlər şəxsiyyətin istiqamətinin səviyyəsini təmin edir. Onu fəaliyyətə təhrik edir. İstiqamətin genişliyi: peşə fəaliyyətinə istiqamətləndirilmiş maraq dairəsinin genişliyi əsas götürülür. Maraq və tələbatları hərtərəfli inkişaf etdirmək lazımdır. Istiqamətin intensivliyi: emosional boyaya malikdir. Intensivlik geniş əhatəlidir və dəqiq olmayan zəif meyldən dərk edilmiş arzu və təşəbbüsdən başlayaraq tam əminlik kəsb edənə qədər davam edir.
Istiqamətin davamlılığı: birinci şnövbədə iradənin inkişafı ilə bağlıdır. Iradənin formalaşdırılması şəxsiyyətin istiqamətinin tərbiyə olunmasına müsbət təsir göstərir.
Istiqamətin mütəhərrikliyi: fəaliyyət zamanı istiqamətin məqsədinin reallaşdırılmasını fəallaşdırır.
Şəxsiyyətin istiqamətinin aşağıdakı formaları vardır.
1.Həvəs və meyl – hər hansı bir əşya və ya hərəkətə doğru yönəlmiş aydın dərk edilməyən cəhddir.
2.Arzu – istiqamətin bir qədər yüksək formalar ki, bu zaman insan cəhd etdiyini dərk edir, məqsədini anlayır.
3.Maraq – gerçəkliyi dərk etməyə və müəyyən bilik sahəsinə yiyələnməyə az və ya çox yönəlməsində ifadə olunan psixi xüsusiyyətdir. Davamlı maraqların olması şəxsin ümumi inkişafına müsbət təsir göstərir.
4.Qabiliyyət – insanın müəyyən sahəyə işə nə dərəcədə yararlı olub olmamasını göstərən psixi prosesdir.
5.İdeal – maraq və qabiliyyətlər əsasında əmələ gəlir.
6.Dünyagörüşü – təbiət və cəmiyyət hadisələri haqqında baxışlar, anlayışlar, təsəvvürlər sistemidir. Təfəkkür və iradənin birləşməsi nəticəsində dünyagörüşü əqidəyə çevrilir.
Şəxsiyyət çox mürəkkəb quruluşa malikdir:
a)şəxsiyyəti tələbatları – maddi, mənəvi
b)şəxsiyyətin istiqaməti (idealı, dünya görüşü, maraqı meylləri)
s)Şəxsiyyətin təcrübəsi-insanın qazandığı bilik bacarıq və vəzifələr daxildir.
d)Şəxsiyyətin münasibəti – buraya şəxsiyyətin özünə başqa adamlara, əməyə olan münasibəti daxildir. Şəxsiyyətin mənlik şüuru onun münasibətləri ilə müəyyən olunur. Şəxsiyyətin nüvəsini onun münasibətləri təşkil edir.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə