1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Duyğuların psixofizioloji qanunauyğunluqları



Yüklə 158,58 Kb.
səhifə20/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
1   ...   16   17   18   19   20   21   22   23   ...   48
Psixologiya

19. Duyğuların psixofizioloji qanunauyğunluqları.
Hər bir duyğuya xas olan xarakterik cəhətlərlə yanaşı bütün duyğulara aid olan ümumi cəhətlər də mövcuddur. Son psixoloji ədəbiyyatlarda bu ümumi cəhətlərin aşağıdakılardan ibarət olduğu göstərilir. Keyfiyyət cəhəti. Bu, bir duyğunu başqa duyğulardan fərqləndirən cəhət olub duyğuya xas olan modallıq xüsusiyyətidir. Duyğunun intensivliyi duyğulara xas olan başqa bir ümumi cəhət olub, təsir edən başqa qıcıqlandırıcının qüvvəsi və reseptorun funksional vəziyyəti ilə müəyyən edilir. Duyğuların davamlılığı onun zaman xarakteristikasından ibarətdir. Bu da hiss üzvlərinin funksional vəziyyətindən, qıcıqlandırıcının gücü və təsir müddətindən asılıdır. Nəhayət, duyğulara aid olan ümumi cəhətlərdən biri də duyğuların məkan lokallığıdır. Bu o deməkdir ki, reseptorların göndərdikləri siqnalların təhlili imkan verir ki, biz qıcıqlandırıcının hansı məkandan təsirini də əks etdirək. Başqa 260 sözlə, işığın haradan düşdüyünü, istinin haradan gəldiyini, yaxud, bədənimizin hansı hissəsinə mexaniki təsirin olduğunu əks etdiririk. Duyğulara aid olan qanunauyğunluqlardan biri də həssaslıq və onun ölçülməsi məsələsidir. Həssaslıq analizatorun duyma qabiliyyətidir. Mütəxəssislər həssaslığın iki növünü qeyd ediblər: mütləq və fərqləndirmə həssaslığı. Mütləq və fərqləndirmə həssaslığı duyğunun mütləq və fərqləndirmə həddləri ilə ölçülur. Duyğunun mütləq aşağı həddi zorla duyğu əmələ gətirə bilən qıcıqlandırıcının ən kiçik kəmiyyəti ilə müəyyən edilir. Bu kəmiyyət nə qədər kiçik olarsa həssaslıq bir o qədər yüksək olar. Bu, duyğunun mütləq həddi və həssaslıq arasında tərs mütənasib asılılıq olduğunu göstərir. Bunu riyazi olaraq belə ifadə etmək olar: E = 1/p Burada E-mütləq həssaslıq, P isə qıcıqlandırıcının mütləq hədd kəmiyyətidir. Duyğuların aşağı həddi müvafiq analizatorun mütləq həssaslıq səviyyəsini müəyyən edir. Yəni P-nin kəmiyyəti nə qədər kiçik olarsa E-nin göstəricisi bir o qədər yüksək olar və ya əksinə. Mütləq həssaslığın aşağı duyğu həddi ilə yanaşı yuxarı duyğu həddi də vardır. Duyğu yaratmaqda davam edən ən yüksək qıcıq qüvvəsinə və ya kəmiyyətinə həssaslığın yüksək mütləq həddi deyilir. Məsələn, eşitmə duyğusunda səs dalğasının 20 hersə bərabər olan kəmiyyəti duyğunun aşağı mütləq həddi hesab olunursa, 20 000 hersə bərabər kəmiyyəti bu duyğuda yuxarı mütləq hədd kimi qəbul olunmuşdur. Həm aşağı, həm də yuxarı hədd kəmiyyətləri insanın fəaliyyətinin xarakterindən, onun yaşından, reseptorun funksional vəziyyətindən, qıcıqlanmanın qüvvəsindən və davamlılığından asılı olaraq dəyişilir. Fərqləndirmə həddi, fərqləndirmə həssaslığı məsələsi 261 də duyğulara xas olan qanunauyğunluqlardandır. İnsan nəinki müəyyən kəmiyyətdə olan qıcığı duyur, eyni zamanda təsir edən qıcıqların kəmiyyət dəyişmələrini də duyur. Fərqləndirmə həssaslığı və fərqləndirmə həddi də buradan irəli gəlir. Qıcıqlandırıcılar arasında güclə duyğu əmələ gətirə biləcək fərq kəmiyyətinə fərqləndirmə həddi deyilir. Ən kiçik fərq kəmiyyətini duyma qabiliyyəti isə fərqləndirmə həssaslığı adlanır. Belə bir təcrübəyə nəzər salaq. Əgər bizə min şamlıq işıqla təsir edilirsə, sonradan onun üzərinə 0,5; 0,8; 0,9 şam əlavə edilərsə, bu əlavələrin heç biri bizdə yeni duyğu, yəni fərqləndirmə duyğusu əmələ gətirməyəcəkdir. Əgər bir şam əlavə edilərsə biz işığın gücləndiyini duyacağıq. Deməli görmə duyğusu üçün fərqləndirmə həddi 1/100-ə bərabərdir. Beləliklə də alman fizioloqu E. Veber müəyyən etmişdir ki, duyğunun intensivliyi təsir edən qıcığın kəmiyyətinin mütləq artımından deyil, ilkin təsir edən qıcığın kəmiyyəti ilə artım arasında olan nisbətdən asılıdır. Bu nisbət müxtəlif analizatorlar üçün müxtəlifdir. Məsələn, görmə analizatorları üçün təxminən 1/100-ə, eşitmə analizatoru üçün 1/10-ə, toxunma analizatoru üçün 1/30-ə bərabərdir. Alman fiziki Q.Fexner Veberin eksperimentlərindən çıxış edərək duyğunun intensivliyi ilə qıcığın qüvvəsi arasındakı olan asılılığı aşağıdakı düsturla ifadə etmişdir: S = K Lg J + C Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və C isə sabit kəmiyyətləri ğöstərir. Bu düstur göstərir ki, duyğunun intensivliyi qıcıqlandırıcının qüvvəsinin loqarifmasına mütənasibdir. Başqa cür desək qıcığın qüvvəsi həndəsi silsilə üzrə artdıqda duyğunun intensivliyi ədəbi silsilə ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir. Duyğulara aid qanunauyğunluqlardan adaptasiya, sensibilizasiya, sinesteziya, ardıcıl surətlər haqqında da danışmaq 262 lazımdır. Adaptasiya (alışma) duyğu üzvlərinin qıcıqlandırıcılara uyğunlaşması nəticəsndə həssaslığın dəyişməsinə deyilir. Məsələn qaranlıq otağa daxil olarkən ilk saniyələrdən heç nəyi görmürük, getdikcə otaq sanki işıqlaşır, artıq otaqdakı əşyaları görə bilirik. Bu o deməkdir ki, duyğu üzvümüz-gözümüz qıcıqlandırıcıya, qaranlığa uyğunlaşır və nəticədə onun həssaslığı artır. Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn sinif otağında tədricən hava ağırlaşır. Otaqdakılar adaptasiya prosesi baş verdiyinə görə bunu duymurlar, ancaq otağa yenicə daxil olan adam otağın havasının ağır olduğunu söyləyir. Bu isə iy duyğusu orqanının həssaslığının aşağı düşməsi ilə bağlıdır. Adaptasiya hadisəsi üç şəkildə baş verir: 1. Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duy- ğunun tamamilə yoxa çıxması kimi; 2. Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların kütləşməsi kimi; 3. Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın artması kimi. ması kimi. Duyğuların qarşılıqlı təsiri və sensibilizasiya. Duyğuların intensivliyi təkcə qıcıqlandırıcının qüvvəsindən və adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda həmin vaxta başqa qıcıqlandırıcıların hiss üzvlərinə olan təsirlərindən də asılıdır. Başqa hiss üzvlərinin qıcıqlanması nəticəsndə digər analizatorun həssaslığının dəyişməsinə duyğuların qarşılıqlı təsiri deyilir. Ümumiyyətlə, bizim analizatorlar sistemimiz az və çox dərəcədə bir-birinə təsir edir, bir vəziyyətdə həssaslığın aşağı düşməsinə, başqa vəziyyətdə həssaslığın artmasına səbəb olur. Məsələn, müəyyən olunmuşdur ki, eşitmə qıcıqlanmasının təsiri altında görmə analizatorlarının həssaslığı dəyişir. Eyni zamanda gözə işığın təsiri səslərin daha gur eşidilməsnə səbəb olur. Analizatorun qarşılıqlı təsiri ilə yanaşı mümarisələr də həssaslığın artmasına səbəb olur. Analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına sensibilizasiya deyilir. Sinesteziya. Duyğu ilə bağlı bu qanun daha az ümumiliyə malikdir. Bu hadisə ən çox özünü rəngli eşitmə deyilən xüsusiyyətə malik insanlarda göstərir. Rus bəstəkarı A.N.Skryabin musiqiyə qulaq asarkən onun gözü qarşısında rəng çalarları yaranır, rəng duyğusu əmələ gəlirmiş. Duyğularımızda sinesteziyanın olmasını dilimizdə olan, «yumşaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək. Ardıcıl surətlər. Həyati faktlardan aydın gördüyümüz kimi, duyğular qıcıqlandırıcıların təsiri kəsildikdən sonra dərhal yox olub getmir. Həmin qıcıqlandırıcıları bu və ya digər səviyyədə hələ də duymaqda davam edirik, başqa sözlə onların surəti bizim tərəfimizdən hələ də duyulur. Bu hadisə elmdə ardıcıl surətlər adı ilə qəbul olunmuşdur. Ardıcıl surətlər həm müsbət, həm də mənfi xarakter daşıya bilir. Adətən müsbət ardıcıl surətlər özlərinin aydınlığı və rəngarəngliyinə görə ilkin qıcığa uyğun gəlir. Məsələn, bir üzündə quş, o biri üzündə qəfəs şəkli çəkilmiş kardon parçanın iki ucundan bağlanmış iplə fırlatsaq biz quşu qəfəsin içində duymağa başlayarıq. Bu ona ğörə baş verir ki, kardon parçasının o biri üzü gələnə qədər hələ bizim gözümüzün tozlu qişasında quşun şəkli qalır. Nəticədə qəfəs şəkli ilə üst-üstə düşdüyünə görə biz quşu qəfəsdə görməyə başlayırıq. Mənfi ardıcıl surətlərə gəldikdə bunu rəngli görmə duyğularında aydın müşahidə edirik. Məsələn, əgər ağ vərəq üzərinə qırmız rəngli kağız parçasını qoysaq və müəyyən müddət gözümüzü ona dikdikdən sonra qırmızı rəngli kağızı götürsək onun yerində açığı göy yaşıl rəng görməyə başlayacağıq. Bu ona görə baş verir ki, ağ rəng üzərindəki qırmızı rəngə baxdıqda gözün tozlu qişasında həmin rəngi duyan qəbuledicilər yorulur, daha az həssas olmağa başlayır. Ona görə də sonradan torlu qişanın həmin hissəsinə ağ işıq düşdükdə digər qəbuledici elementlər yüksək duyma qabiliyyətlərini saxladıqlarına görə biz göy-yaşıl rəng görürük. Bu halı neqativ şəkillərə baxdıqda da müşahidə edə bilirik. Məsələn, neqativ insan şəklinə baxdıqdan sonra ağ lövhəyə baxsaq orada adamın həqiqi pozitiv surətini görə bilərik. Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil, eşitmə, temperatur, ağrı, dadbilmə duyğularında da qıcıqlandırıcıların təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.


Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə