1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Şüurun psixoloji mahiyyəti və əsas xüsusiyyətləri



Yüklə 158,58 Kb.
səhifə16/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
1   ...   12   13   14   15   16   17   18   19   ...   48
Psixologiya

15. Şüurun psixoloji mahiyyəti və əsas xüsusiyyətləri.
Qədimdən psixika haqqında iki təlim - materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialist təlimin inkişafı ilə bağlı olmuşdur.Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir.İnikas nədir? İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə iki obyektin qarşılıqlı təsiri prosesi və onun nəticəsi nəzərdə tutulur. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər o birini təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur.
İ.M.Seçenov sübut etdi ki, psixika reflekor (latınca reflexus - əks olunan deməkdir) xarakter daşıyır.Akademik İ.P.Pavlov reflektor nəzəriyyəni geniş eksperimental tədqiqatlar əsasında yeni faktlarla zənginləşdirdi. Onun ali sinir fəaliyyəti haqqındakı təlimi reflektor nəzəriyyənin inkişafında xüsusi mərhələ təşkil edir.Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiətşünaslıq mühüm rol oynamışdır.Müasir təsəvvürlərə görə psixi funksiyalar beyin sahələrinin birgə işi sayəsində həyata keçirilən funksional sistemlər (P.K.Anoxin) kimi fəaliyyət göstərir. Onun sistem təşkil edən mərkəzi amili işin nəticəsi və ya məqsədi ilə uzlaşırlar.
Psixikanın ali səviyyəsini şüur təşkil edir. Şüurda psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır. Lakin şüur obyektiv aləmin insana məxsus inikasıdır, başqa sözlə, şüur, ancaq insana məxsusdur, hey-vanlarda şüur yoxdur. K. Marks göstərirdi ki, mənim mühitimə mənim münasibətim mənim şüurumdur. Onun fıkrincə, hər hansı münasibət mövcuddursa o, mənim üçün mövcuddur; heyvan heç noyə münasibət bəsləmir və ümumiyyətlo «münasibət» bəslomir, hcy-van üçün onun başqalarına münasiboti münasibət kimi mövcud de-ildir. Şüurun spesifık xüsusiyyəti nədən ibarətdir? K. Marks «Kapital» əsərində şüurun ən başlıca xüsusiyyətini obrazlı şəkildə aşağıkı kimi səciyyələndirirdi: «hörümçək toxucunun əməliyyatını apararaq bir əməliyyat icra edir, bal arası da mumdan şamdüzəltməsi ilə bəzi memar adamları utandınr. Lakin ən pis memar da ən yaxşı bal ansından lap əvvəldən bununla fərqlənir ki, memar hələ mumdan şamdüzəltməzdən əvvəl bunu öz beynində qayırıb hazırlamış olur. Əmək prosesinin sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insanın təsəvvüriində, yəni ideal surətdə nıövcud olur. İnsan nəinki təbiətin verdiyi şeyin formasını dəyişdirir; təbiətin verdiyi şeydə öz şüurlu məqsədini də həyata keçirir, bu məqsəd bir qanun olaraq insan fəaliyyətinin üsulunu və xaraklerini müəyyən edir, insanın öz iradəsini bu məqsədə tabe etməsi tıə bir hal deyildir. Əməyi icra edən əzaların gərginləşdirilməsindən əlavə əməyin sərf edildiyi bütün müddət ərzində müəyyən məqsəd güdən iradə də zəruridir ki, bu da işə diqqət vennəkdə ifadə olunur, həm də əməyin məzmunu və onun icra üsulu fəhləni nə qədər az maraq-landırırsa deməli, fəhlə öz iıziki və oqli qüvvələrinin hərəkətindən ibarət olan əməkdən nə qədər az zövq alırsa, homin iradə do bir о qədər dərəcədə zəruridir». Şüur obyektiv aləmin ideal inikasıdır. K. Marks şüurun mahiyyətini səciyyələndirərkən bu cəhəti xüsusi qeyd edir: əmək prosesinin sonunda alman nəticə artıq bu prosesin əvvəlində insanın təsəvvüründə, yəni ideal surətdə mövcud olur. Deməli «şüur lap əvvəldən ictimai məhsuldur və nə qədər ki, insanlar mövcuddur, ictimai məhsul olaraq qalır» (K.Marks). Obyektiv aləmin ideal inikası kimi şüurun başlıca xüsusiyyəti ondan ibarətdir ki, о, ictimai-tarixi məhsuldur, mənşə etibarilə maddi istehsalla, ictimai praktika ilə bağlıdır. İnsan nəyi isə «öz başında quranda» bir qayda olaraq ictimai təcrübədən, cəmiyyətin tarixi inkişafı gedişində bərqərar olmuş üsullardan, iş tərzlərindən və vasitələrindən istifadə edir. Təsadüfi deyildir ki, K. Marks sənayenin tarixini insan mahiyyəti qüvvələrinin açıq kitabı, hissi surəotdə qarşımızda duran insan psixilogiyası adlandırmışdır. Şüurun fərdi və ictimai növləri vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir. İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. İnsanın fıkrən yaratdığı ideal surətlərin həyata keçirilməsi prosesi də ictimai xarakter daşıyır: о, ya müvafıq ideal surətləri başqa adamlarla birlikdə həyata keçirir, ya da onun fıkrən yaratdığı surətlər başqa adamların fəaliyyətində həyata keçirilir. İnsan, hətta tək olanda da başqa adam onun «başında mövcud olur». Bu məsələni başa düşmək üçün biz ictimai və fərdi şüurun nisbəti məsələsini aydınlaşdırmalıyıq. Psixologiya fərdi şüurun xüsusiyyətlərini öyrənir (psixologiya elminin müəyyən sahələri, məsələn, sosial psixologiya ictimai şüuruııun bəzi aspektlori ilə maraqlanır). Lakin öz-özlüyündə götürülmüş hər hansı bir tək adamı öyrənmək yolu ilə şüurun inkişafını şərtləndirən hərəkətverici qüvvəlləri, sosial amilləri aydınlaşdırmaq prinsip etibarilə mümkün deyildir. İctimai şüur nədir? İctimai şiiur dedikdə bütövlükdə müəyyən cəmiyyət üçün və ya müəyyən sosial qrup üçün səciyyəvi olan baxışlar, ideyalar nəzərdə tutulur. Cəmiyyətdə ictimai şüur müxtəlif formalarda: ictimai-siyasi və hüquqi nəzəriyyələr və baxışlar, fəlsəfə, əxlaq, incəsənət, din şəklində meydana çıxır, ictimai varlığı əks etdirib, ona fəal təsir göstərən bu formalardan hər birinin öz inikas obyekti və üsulu vardır, hər biri insanların ictimai varlığına özünəməxsus bir şəkildə təsir göstərir. Cəmiyyəti təşkil edən insanlar olmadan cəmiyyət mümkün deyildir və deməli, fərdlərin şüuru olmadan ictimai şüur da mümkün deyildir. Fərdi şüurun özünəməxsus xüsusiyyətləri vardır. ünun «tərcü-meyi-һаlı» ictimai şüıırun «tərcümeyi-halından» fərqlənir. Fərdi şüur adamın doğulması ili və ölümü ilə birlikdə doğulur və ölüb gedir. Şüur fərdin həyat yolunun təkraredilməz əlamətlərini, tərbiyəsinin xüsusiyyətlərini, ona olan müxtəlif siyasi və ideoloji təsirləri ifadə edir. Fərdi şüur və makro və mikromühitin (sosial qrupun həyat şəraiti),həmçinin, ailənin, dostların, tanışların və nəhayət, şəxsi həyat şəraitinin təsirinin nəticəsi kimi meydana çıxır. Fərdi şüur insanın inkişaf səviyyəsi, şəxsi xarakteri amilləorin də təsiri altında olur. İctiıııai şüurla fərdi şüur daim bir-birinə qarşılıqlı təsir göstərir, qarşılıqlı surətdə bir-birini zənginləşdirir. Hər bir insan bütün həyatı boyu başqa insanlarla münasibətəri vasitəsilə, təlim, tərbiyə yolu ilə ictimai şüur normalarını mənimsəyir. Bu dialektik prosesdir.
İnsanın psixi həyatının müəyyən bir sahəsi şüursuzluqla bağlıdır. Psixologiyada şüursuzluq dedikdə,elə psixi proses və halların məcmusu nəzərdə tutulur ki, onlar gerçək hadisələrlə şərtlənirlər, lakin insan onların təsiri haqqında özünə hesabat vermir. Bu zaman insan, adətən,cisim və hadisələrə münasibətini, öz əməllərinin motivlərini dərk etmir, onları təhlil edib qiymətləndirə bilmir.Şüursuzluq halları şüurdan müxtəlif əlamətlərə görə fərqlənir.Ən başlıca əlamət bundan ibarətdir ki, cisim və hadisələr şüursuzluq sahəsində insanın emosiyaları, dünyaya emosional münasibətləri vasitəsilə əks olunur:İnsan çox vaxt heç özüdə başa düşmədən “yazığı gəldiyi” adamagüzəştə gedir, hər hansı konflikt şəraitində qadınlar, adətən, qadınları müdafiə edirlər.Bunların səbəbi ilə maraqlansaq,məlum olacaq ki, heç onların özüdə nə üçün belə etdiklərini aydın bilmirlər.Bu isə təsadüfi deyil. Şüursuzluq sahəsində cisim və hadisələrin arasındakı oxşar və fərqli cəhətlər məntiqi təhlil yolu ilə deyil, emosional qiymətlər vasitəsiilə müəyyən edilir. Şüursuzluq sahəsində, hətta eyni bir psixi aktda keçmiş,indiki və gələcək zamanın uzlaşması, bir-birinə qarışması da məhz bundan irəli gəlir.
Z.Feyd şüursuzluq dedikdə, insanın həyata keçirilməyən meyilləri nəzərdə tuturdu.Guya bu meyillər sosial normalara uyğun gəlmədiyinə görə şüur sahəsinə buraxılmır, şüursuzluq sahəsinə sıxışdırılır.Sayıqlamalarda, dil yanılmalarında və s.- təzahür etməyə başlayır.



Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə