1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Şüurun psixoloji xarakteristikası, şüur və şüursuzluq



Yüklə 158,58 Kb.
səhifə17/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
1   ...   13   14   15   16   17   18   19   20   ...   48
Psixologiya

16. Şüurun psixoloji xarakteristikası, şüur və şüursuzluq.
Şüursuzun mövcudluğunu sübut etmək üçün faktlar axtarmaq lazım deyil. Şüurlu hissədə çatışmazlıqları görmək kifayətdir. Şüur səhvlərə qadirdir və bəzən hər hansı bir suallara tez-tez cavab vermir. Məsələn: Bu suala cavab yoxdur: “Mən nəsə istəyirəm, amma bilmirəm nə”. Şüur assosiasiya gücünəcaab vermək iqtidarında deyil, lakin bu işi ideal formada şüursuz yerinə yetirir. Cavablarsız qalan bu proseslər həm sağlam, həm də xəstə insanlara məxsusdur.Məhz şüursuz öz funksiyalarının icra edilməsində şüura kömək edir – məntiqi əlaqəyə bütün prosesləri gətirmək. Freydin fikrincə, bütün olanlar əvvəlcə gizli – latent formada, amma bir müddətdən sonra şüur vəziyyətinə keçir. Sübutlar kimi psixi avtomatizmləri gətirmək olar. Əlbəttə, hipnoz istifadəsi və postqipnotik təlqin etmə şüursuzun mövcudluğunun ən böyük sübutu kimi xidmət edir.
Psixoanaliz sübut edir ki, şüursuz axan proseslər, bir-birindən müstəqillikdən istifadə edirlər, və öz aralarında bağlı deyillər, və bununla yüksək inkişaf etməsi müşagidə olunur. Bununla nəticə çıxarmaq olar ki, yalnız ikinci, üçüncü, dördüncü mövcud deyil, şüurun sonsuz miqdarı var.Psixoanaliz sübut etdi ki, gizli-latent proseslər şüurumuzda lan proseslərə tam əks kimi çıxış edir. Buna görədə, biz gizli proseslərin mövcudluğundan mühakimə edə bilərik,ama hansılardan, biz izahatlar verə bilmirik.
“Yuxu şüursuzluğa aparan krallara layiq yoldur.” İlk yuxu yozmalarını elmi formada izah edib, psixoloji vəzziyət, psixi pozuntuları yuxudan alan informasiya ilə müalicə edən insan məhs Ziqmund Freyd olub.Bəzən azad assosiasiyanın verəmdiyi məlumatı yuxu verir. Çünkü yuxu, insanın tələbətlaranın heç olmasa bir hissəsinin ödənməyinə yönəlib. Əslində rahatlaşma effektinə malik olan yuxu insanlara onların aktual və ya “yuxuya” getmiş problemlərini yada salırlar.
Bəlkə də, anası bilərəkdən onu Qızıl Ziggi adlandırırdı, çünkü bilirdiki, gələcəyin dahisini böyüdür.Şüursuzluq hadisələri müxtəlifdir.Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
A) Yaradıcılıq prosesində özünügöstərən, onu ancaq müəyyən bir cəhətini təşkil edən şüur vasitəsilə nəzarət edilməyən psixi fəallıq halları. Yaradıcılıq intuisiyası vasitəsilə əldə edilən biliklər və obrazlar buna misalolla bilər.
B) Yuxugörmə, hipnoz, küyyləmə, psixoloji sirayət, fəaliyyətin dərk edilməyən motivləri, yönüm və s.buna misal ola bilər.
C) Davranışın dərk edilməyən icra tərzləri. Onlar avtomatlaşmış və qeyri ixtiyarı əməliyyatların tənzim olunmasında mühümrol oynayırlar.Bu zaman baş verə biləcək hadisələr qabaqcadan sezilsə də onlar dərk olunmurlar. Qabaqcadan sezilən və dərk edilməyən hadisələrin sürəti insan davranışlarını şərtləndirməyə başlayır.Müvafiq hərəkətlərin icrası təlabata çevrilir.
D) Xəstə adamın psixikası üçün səciyyəvi olan bəzi patoloji hallar da, məsələn, sayıqlama, hallüsinasiya və s. şüursuzluq sahəsinə aiddir.
Şüursuzluq hadisələri isə insanı şəxsiyyət kimi deyil, fərd kimi xarakterizə edir. Onlar insanın psixi həyatında özünəməxsus rol oynayırlar.Şüursuzluq hadisələrin öyrənilməsi insanın bir fərd kimi xüsusiyyətlərini başa düşməyə yaxından kömək edir. Bu məlumatların həm də diaqnostikəhəmiyyət vardır. Şüursuzluq hadisələrinə bələdlik, onların təzahür xüsusiyyətlərindən məlumatlı olmaq hüquq fəaliyyəti işçiləri üçün çox zəruridir. Həmin amillərdən məharətlə istifadə etməklə cinayət əməlinin açılmasını nisbətən asanlaşdırmaq olur.
I n s t i n к t l ə r (latınca - instinktus - oyanma demokdir) genetik cəhətdən tropizmlərlə bağlı olsa da, mahiyyət etibarilə yeni davranış forması kimi meydana çıxır. İnstinkt termini müxtəlif vaxtlarda müxtəlif mozmun ifadə etmişdir. Bir sıra hallarda şüurun əksini təşkil edən halları, bəzən insanın «düşünülməmiş», «impulsiv hərəkətlərini», insan psixikasında «heyvani cəhətləri», bəzən isə mürəkkəb şərtsiz reflcksləri ifado etmək üçün instinkt terminin-dən istifadə olunmuşdur. Müasir psixologiyada terminin mənası doqiqləşmişdir; o, elmi termin kimi «genetik cəhətdən təsbit olunmuş», «irsən möhkəmlənmiş», «anadangəlmə davranış» mənasını ifadə edir. İnstinktiv davranış forması zəncirvari xarakter daşıyır: o, hər hansı bir qıcığın (iy, səs, duruş, dəri reaksiyaları, rəng və s.) təsiri ilə əmələ gəlir və ardıcıl surətdə davam edir. Müxtəlif hallarda hörümçəyin tor toxumasını, bal arısının şamdüzəltməsini müşahidə etsəniz, bunu asanlıqla müəyyən edə bilərsiniz. İlk baxışdan bu hə-rəkətlər məqsədəuyğun hərəkətlərə bənzəyir, əslində isə belə deyildir.
Bir çox alimlərin (İ.R.Pavlov və b.) apardıqları eksperimentlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, yalnız bələdləşmə manipulyasiyası sahəsində bəzi heyvanlar situativ məsələ həll etməyə qabildir. Tədqiqatçı alimlərdən hələ heç biri meymunlarda mücərrəd təfəkkür tərzini müşahidə etməmişlər. Heyvanlar hər hansı qavranılan şəraitin quludur. İnsanlar isə vaxtın şəraitin qulu olmur və onlar gələcəyi görməyə qabildirlər. İnsan psixikasını heyvan psixikasından fərqləndirən birinci əsas şərt, insanların müvafiq şəraitə uyğun olaraq şüurlu hərəkət etməyə qabil olmasıdır. İkincisi isə insan heyvanlardan fərqli olaraq şüurlu plan əsasında alət yaradır və onu qoruyub mühafizə edir. Üçüncüsü isə insan əldə etdiyi təcrübəni gələcək nəsillərə verməyə, alətlərdən istifadə qaydalarına, insanlar arasında olan ünsiyyət qaydalarına yiyələnirlər. Heyvanlar aləminin psixikasının fərqləndirici cəhətlərindən biri də onun inkişafının bioloji təkamülə əsasianmasıdır. Məlum olduğu kimi, insan şüurunun inkişafı ictimai-tarixi inkişaf qanununa tabedir. Bəşəriyyətin yaratmış olduğu təcrübəni mənimsəyəcək insan ixtiyari diqqəti və mücərrəd təfəkkürü inkişaf etdirir. Beləliklə, insan psixikası materiyanın təkamülünün bütün gedişi boyu hazırlanmış, əşyayi-əməli təfəkkür qabiliyyətinə malik olmuş, külli miqdarda assosiasiyalar yarada bilmişdir.
Şüur və ə onun formaları: Fərdi şüur- bildiyimiz kimi cəmiyyəti təşkil edən insanlar dır yəni fərdlər olduqu üçün , fərdlərin şüuru bilavasitə ictimain şüuru təşkil edir. Yəni fərdi şüur olmadan ictimai şüur mümkün deyil. İctimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri, insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.
Elmi-nəzəri şüur sosial gerçəkliyin elmi və nəzəri cəhətdən sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili mahiyyətli qanun və kateqoriyalar vasitəsilə ifadə olunan inikasıdır. Son vaxtlar elmi ədəbiyyatda «mentalitet» anlayışından istifadə olunur. olunur.
Mentalitet (lat. ağıl, düşüncə, təfəkkür tərzi) deməkdir. O, ilk dəfə 1856-cı ildə Amerika alimi R.Emerson tərəfindən işlədilmiş, fransa alimi Marsel Prust onu tərtib etdiyi lüğətə daxil etmiş, XX əsrdə L.Febr və başqaları onun haqqında müxtəlif fikirlər söyləmişlər.
İctimai şüura nisbətdə mentalitet fərdi və kollektiv şüurun, emosiyaların, əhval-ruhiyyələrin mövcud sosial gerçəkliyə münasibətinin inkişaf dərəcəsini göstərir. Mentaliteti cəmiyyətin mənəvi psixoloji siması adlandırmaq olar.
Sosial varlıq şəraitinin ümumiliyi daxilində hər bir fərdin öz inkişaf spesifikliyi onun mənəvi aləminin digər fərdlərin mənəvi aləmindən fərqini müəyyən edir, insan fəaliyyətinin zənginliyini yaradır.
İctimai şüur nisbi müstəqilliyə malikdir. Lakin həmin müstəqillik mütləq olmayıb ictimai varlığın ictimai şüura müəyyənedici təsiri çərçivəsində baş verir. Bu cür nisbi müstəqil inkişafın əsasında ictimai varlıqla ictimai şüur arasında «sərt əlaqələrin» istisnalığı qanunudur. Bu qanunauyğunluq isə bir halda ictimai şüurun ictimai varlıqdan geridə qalmasına, digər halda isə onu ötüb keçməsində ifadə olunur. İctimai şüurun inkişafının varislik qanunauyğunluğu da mövcuddur. Bu, həm də ictimai şüurun səviyyələrində, həm də onun formalarının inkişafında təsir göstərən qanunauyğunluqdur.
İctimai şüurun ictimai varlığa fəal əks təsiri qanunu da mövcuddur. İctimai varlıqla ictimai şüur bir-birinə nisbətdə nə isə xarici bir şey deyildir, ictimai varlıq özünü ictimai şüur vasitəsilə reallaşır və şüur vasitəsilə fəaliyyət göstərir. İctimai varlıq özündə öz fəaliyyətinin zəruri daxili elementi olan özünün inikaslarını ehtiva edir. Bu üzvi sistemli asılılıq ictimai şüura fəallıq verir.
İctimai şüur formaları eyni vaxtda meydana gəlməmiş, ictimai varlığın mürəkkəbləşməsi və insanın idrak qabiliyyətlərinin inkişafı və təkmilləşməsi nəticəsində bərqərar olmuşdur. İctimai şüurun tarixən ilk forması əxlaqdır.
Sosial funksiyalarına görə ictimai şüur formalarını 2 qrupa ayırmaq olar:
1) Sosial gerçəkliyin mənəvi-praktik mənimsənilməsinin baş verdiyi formalara (əxlaq, siyasi və hüquqi şüur);
2) Bütün ətraf aləmin mənəvi mənimsənilməsi formalarına (incəsənət, fəlsəfə, din, elm).
Əxlaqi şüur – mənəviyyat və ya əxlaq ayrı-ayrı fərdlərin, sosial qrupların, bütövlükdə isə cəmiyyətin baxışları, təsəvvürləri və davranış normaları və qiymətləndirmənin əks olunduğu ictimai şüur formasıdır. Əxlaqın ən vacib kateqoriyası vicdan kateqoriyasıdır.
Siyasi şüur – böyük sosial qrupların əsas mənafelərini, onların bir-birinə və cəmiyyətin siyasi təsisatlarına münasibətlərini əks etdirən hisslərin, sabit əhval-ruhiyyə tərzlərinin, ənənələrin, ideyaların və bütöv nəzəri sistemlərin məcmusudur.
Hüquqi şüur – sosial qrupların, siniflərin mövcud hüquq sisteminə münasibətlərini ifadə edən təsəvvürlər, emosiyalar, baxışlar və ideyaların məcmusundan ibarətdir.
Estetik şüur – ictimai şüurun ən qədim formalarındandır. Estetik şüur ictimai varlığın konkret hissi formalarda, bədii obrazlarda dərk edilməsindən ibarətdir.
Dini şüur – dini təlimlər, dini hisslər, sitayiş və ayinlər, dini təçkilatlar və tərəqqilər daxildirlər. Din özündə üç əsas elementi birləşdirir:
1. Dini təsəvvürlər və ya mifoloji elementlər;
2. Dini hisslər və ya emosiyalar;
3. Dini fəaliyyət və ya sitayiş.
Fəlsəfi şüur – fəlsəfə almiliklə dünyagörüşü və sərvətli münasibətlərin vəhdətindən ibarət olan ictimai şüurun spesifik, özünəməxsus formasıdır.
Ümumiyyətlə ictimai şüur formalarının qarşılıqlı əlaqə və təsirli cəmiyyətin mənəvi həyatında mühüm əhəmiyyət kəsb edir, sosial – mədəni proseslərin öyrənilməsində başlıca rol oynayır.
Mənlik şüuru, “Mən obraz”, Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi.İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik şüurunun inkişafı xüsusi rol oynayır. Mənlik şüurunun formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu baxımdan mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesindən ibarətdir. Psixoloji ədəbiyyətda «mənlik şüuru» dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. İnsan başqa adamlarla qarşılıqlı əlaqə və ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki və psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz «mənini» başa düşür, anlayır. Öz məni haqqında subyektiv təəssürat ilk növbədə onda ifadə olu-nur ki, insan özünün hazırda, keçmişdə və gələcəkdəki eynili-yini anlayır.
İnsanın öz «mənini» kəşf etməsi şəxsiyyətin uzun-müddətli inkişaf prosesinin nəticəsidir. Bunun əsası bir növ hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq «mən» kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Uşağın öz «mən»ini kəşf etməsi sonrakı dövrdə – yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın göstərir. Yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə marağın yaranması onda özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmək meyli yaradır. Nəticədə yeniyetmə özü üçün öz «mən»ini bir növ kəşf edir. İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını dərk etməyə başlayırlar. Bu dövrdə məktəblilərdə mənlik şüuru, özləri haqqında təsəvvürləri dəyişir. Oğlan və qızlarda mənlik şüurunun məzmunu dəyişir, özləri haqqında təsəvvürləri artır. Onlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar. Bütün bunlar böyük məktəblilərdə «mən» obrazının formalaşmasına gətirib çıxarır. «Mən» obrazının əsasını insanın özü haqqında bilikləri təşkil edir. «Mən» obrazında insanın öz-özünə münasibəti də xüsusi yer tutur. İnsan öz özünə başqalarına bəslədiyi kimi münasibət göstərə bilər, hörmət və ya nifrət edər, sevər və ya zəhləsi gedər, hətta özünü anlaya və anlamaya bilər.
Həyati faktlar göstərir ki, insanda «mən – obraz» eyni vaxtda müxtəlif xarakterli ola bilir. Bunlara «real mən», «ideal mən» və «sosial mən» obrazlarını aid etmək olar.
«Real mən» dedikdə insanın indiki anda özünü necə təsəvvür etməsi, özünün bacarıq və qabiliyyətlərini, rollarını, statusunu necə qavraması, əslində necə adam olmasını təsəvvür etməsi nəzərdə tutulur. Bu zaman insan özünə öz gözü ilə baxır, özünü obyektiv, necə varsa elə də qiymətləndirir. Təcrübə göstərir ki, bəzən insan özünün bu obrazını başqalarından gizlədə bilir.
«İdeal mən»ə gəldikdə burada insanın özündə görmək istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur. Burada insanın özü haqqında idealları xüsusi yer tutur. «İdeal mən» obrazında insanın yüksək qiymətləndirdiyi keyfiyyətlər öz əksini tapır. İnsan daima öz «ideal mən»inə nail olmağa can atır.
«Sosial mən» digər mən – obrazlardan fərqlənir. Burada insan həmişə özünə başqalarının gözü ilə baxır. «Sosial mən» obrazı aşağıdakı suallara uyğun yaradılır: başqa adamlar onu necə görürlər? O, özünü başqalarına necə göstərmək istəyir? Özünü necə göstərsə başqalarının rəğbətini qazana bilər? Məhz buna görə də insan başqa adamlarla ünsiyyətə girərkən özünün «sosial mən»indən çıxış edir.
Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi.
Özünüqiymətləndirmə şəxsiyyətin özünü, öz imkanlarını, key-fiyyətlərini, qabiliyyətlərini, özünün başqa adamlarla münasibət sistemindəki yerini qiymətləndirməsindən ibarət¬dir. Özünüqiymətləndirmə insanın özünüdərketməsi ilə sıx bağlıdır. Bu baxımdan insanın mənlik şüurunun formalaşmasında özünüqiymətləndirmə xüsusi yer tutur.
Özünüqiymətləndirmə zamanı adətən qiymətin əxlaqi, estetik, intellektual, emosional və s. növlərindən istifadə olunur. Lakin təcrübə göstərir ki, bütün hallarda onların içərisində emosional qiymətlər əsas yer tutur. Bütün hallarda özünüqiymətləndirmədə emosional çalar üstünlük təşkil edir. səviyyəsində qiymətverən və qiymətləndirilən eyni adam olduğuna, mən-mənə qiymət verdiyinə görə burada özünüsevmə, özünəhörmət, ləyaqət hissi özünə geniş yer edir. Ona görə də burada subyektiv amillərin təsiri qaçılmaz olur.
Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyənləşdirməyə imkan vermişdir: 1) Adekvat özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün bütün keyfiyyətlərini olduğu kimi, imkanlarına uyğun qeyd etməklə özünü düzgün qiymətləndirir. 2) Qeyri – adekvat yüksək özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünü onda olan keyfiyyətlərdən, imkanlardan yüksək qiymətləndirir. Adətən bu cür özünüqiymətləndirmə şişirdilmiş xarakter daşıyır, insanın özündən bədgümanlığı ilə nəticələnir. Ona görə də bu cür adamlar başqaları tərəfindən rəğbətlə qarşılanmırlar. 3) Qeyri-adekvat aşağı özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün keyfiyyətlərini, imkanlarını layiq olduğundan aşağı qiymətləndirir.
Qeyri-adekvat yüksək və qeyri – real aşağı özünüqiymətləndirmə eyni dərəcədə ziyanlıdır. Məsələn, öz imkanlarını qeyri-adekvat yüksək qiymətləndirən şagird və ya tələbələrdə çox vaxt özünəarxayınçılıq hissi yaranır. Nəticədə nəzərdə tutduqları məqsədlərinə nail ola bilmirlər. Öz imkanlarını qeyri-adekivat aşağı qiymətləndirən şagird və ya tələbələrdə isə mümkün olacaq nailiyyətə çatmaq hissi və cəhdi olmur, nəticədə onlar mövcud imkanlarını təzahür etdirə bilmirlər. Ona görə də ən cüzi nailiyyətlə kifayətlənməli olurlar.
Özünüqiymətləndirmədə şəxsiyyətin iddia səviyyəsi ilə də sıx bağlıdır. İddia səviyyəsi dedikdə bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə müəyyən olunan xarakteristikası nəzərdə tutulur. Başqa sözlə iddia səviyyəsi fərdin qarşısına qoyduğu məqsədin çətinlik dərəcəsi ilə müəyyən olunan şəxsiyyətin arzuolunan özünüqiymətləndirmə (mən obrazı) səviyyəsindən ibarətdir.
İnsan sonra yerinə yetirəcəyi işin çətinlik dərəcəsini sərbəst şəkildə seçərkən özünüqiymətləndirməyə cəhd göstərməsi iki cür konfliktin yaranmasına səbəb olur: bir tərəfdən maksimum müvəffəqiyyət əldə etmək üçün iddianı artırmaq cəhdi, digər tərəfdən uğursuzluqdan yaxa qurtarmaq üçün iddia səviyyəsini aşağı salmaq. Müvəffəqiyyət əldə edildikdə adətən iddia səviyyəsi artır, insan daha çətin məsələni həll etməyə hazır olduğunu təzahür etdirir, uğursuzluq zamanı isə iddia səviyyəsini müvafiq şəkildə aşağı salır. Şəxsiyyətin iddia səviyyəsi konkret fəaliyyət növündə özünü aydın göstərir. Bununla əlaqədar bir fakta nəzər salaq.
İmtahana zəif hazırlaşmış tələbə 5 qiymət almağa cəhd göstərir və verilmiş 10 misaldan yalnız 4-nü yerinə yetirdiyinə görə həmin qiyməti ala bilmədikdə ruhdan düşməyəcəkdir. O eyni zamanda 3 qiymətə layiq görüldükdə də o qədər sevinməyəcəkdir. Çünki bu məqsədə nail olmaq o qədər də çətin deyildir. Lakin tədricən misalların sayını 4-dən yuxarı artırmaqla yaxşı qiymət almaq üçün ona neçə misal verilməsini istədiyini təklif etməklə onun iddia səviyyəsini müəy-yənləşdirmək mümkündür.
Bu sadə model göstərir ki, şəxsiyyət öz iddialarının səviyyəsini müəyyən edərkən özü üçün müəyyən perspekti saxlamağa çalışır. Buna görə də o, elə tapşırıq və məqsədlər seçir ki, onlar nə həddindən artıq çətin, nə də həddindən artıq asan olsun.
Aparılmış tədqiqatlar göstərmişdir ki, iddia səviyyəsinin formalaşması nəinki müvəffəqiyyət və uğursuzluğu qabaqcadan görməklə, həm də hər şeydən əvvəl, keçmiş müvəffəqiyyət və uğursuzluqların ağıllı surətdə, bəzən isə dumanlı dərk olunan şəkildə nəzərə alınması və qiymətləndirilməsi ilə müəyyən edilir. Məktəblinin tədris işində, dərnəkdə məruzə üçün mövzu, ictimai tapşırıq və s. seçərkən iddia səviyyəsinin formalaşmasını izləmək olar.



Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə