1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Diqqətin əsas xüsusiyyətləri



Yüklə 158,58 Kb.
səhifə25/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
1   ...   21   22   23   24   25   26   27   28   ...   48
Psixologiya

25. Diqqətin əsas xüsusiyyətləri.
Psixoloji ədəbiyyatda diqqətin 5 əsas xüsusiyyətini ayırd edirlər. Bunlar diqqətin həcmi, paylanması, mərkəzləşməsidavamlılığı və keçirilməsidir. Göstərilən xassələr bütün adamlarda eyni səviyyədə inkişaf etmir. Məsələn, bəzi adamlarda diqqət daha çox mərkəzləşməyə, digərində isə paylanmaya meyl edir.
Diqqətin həçmi onun eyni vaxtda əhatə etdiyi çisimlərin miqdarı ilə müəyyən edilir. Diqqətin həçmi fərdi şəkildə dəyişən bir kəmiyyət olub və əsasən bir-biri ilə əlaqəsi olmayan 5±2 obyekti əhatə edir. Əksər hallarda diqqətin həc­mi­ni ölçmək üçün taxistoskop adlanan cihazdan istifadə olunur. Bu cihaz vasitəsilə qıcıqlandırıcılar (sözlər, fiqurlar, rəqəmlər və s.) elə nümayiş etdirilir ki, yoxlanılan şəxs nəzərini bir obyektdən diqərinə keçirə bilməsin.
Diqqətin həçmi qavranılan cisim və hadisələrin bir-biri ilə nə qədər sıx əlaqədar olmasından aslıdır. Cisim və hadisələr bir birləri ilə nə qədər sıx əlaqədə olarsa diqqətin həçmi də bir o qədər böyük olar.
Diqqətin davamlılığı onun eyni bir obyekt üzərində uzun müddət saxlanılmasında ifadə olunur. Tədqiqatlar göstərir ki, insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər, yeni əlaqələri aşkar etməyi bacarırsa onun diqqəti davamlı olur. Başqa sözlə qavranılan obyekt daima yeni məzmun kəsb edərsə bu diqqətin davamlı olmasına gətirib çıxarır. Bundan başqa diqqətin davamlılığı bir sıra şərtlərdən, məsələn, materialın çətinlik dərəcəsindən, onun anlaşıqlılığından, subyektin ona münasibətindən, insanın yaşından və şəxsiy­yə­tin bir çox fərdi keyfiyyətlərindən asılıdır. Diqqətin bu xüsusiyyətini nəzərə alaraq dərs zamanı hər 10-15 dəqiqədən sonra fəaliyyət növlərinin dəyişilməsi məqsədəuyğun hesab olunur.
Diqqətin paylanması eyni zamanda 2 və ya daha çox fəaliyyət növünü (və ya müxtəlif işləri) həyata keçirmək qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının zəruri şərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən biri avtomatlaşmalı, yəni şüurun xüsusi nəzarəti olmadan həyata keçirilməlidir.
Diqqətin paylanması insanın psixoloji və fizioloji vəziyyətindən çox asılıdır. Yorğunluq halında, diqqətin daha çox mərkəzləşməsini tələb edən fəaliyyət növlərinin həyata kecirilməsi zamanı diqqəti paylamaq çətin olur.
Bununla belə, diqqətin paylanması səviyyəsi eyni zamanda icra edilən fəaliyyət növlərinin xarakterindən, onların mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri sahəsində insanın bacarıq və vərdişlərinin avtomatlaşma səviyyəsindən də asılı olur.

Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə