Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
113
-xarici ölkələrin dəstəyin təmin edilməsi üçün müxalifətin güclü və daxildə
bölünməmiş olması;
-inqilab edilməsi planlanan dövlətlərin hamısında sovet zehniyyətinə sahib
olan siyasi lider və qrupların iqtidarda olması;
-inqilab liderinin xalq tərəfindən qəbul edilməsi problemi və xarizmatik
olması.
Zahirən güclü görünmək istəyən siyasi sistemin zəifliyi
Ermənistan 20 ildir müstəqilliyini elan etsə də, siyasi sistemin mexanizmləri
hələ də tam n qurulmayıb və kövrək bir strukturu var. Dövlətçilik fəlsəfəsi
zəifdir və ayrı-ayrışəxslər siyasi sistemdə daha təsirli mövqeyə sahibdir. İqtidar
uğrunda mübarizə konstitusiya və qanunlar çərçivəsində demokratik şəraitdə
aparılmır. Siyasi mübarizədə terror aktlarından geniş şəkildə istifadə olunur
(27 oktyabr 1999-cu ildə Ermənistan Parlamentində törədilmiş terror aktını
xatırlamaq yetərli olacaqdır).
Ermənistanda siyasi sistem zəif olsa da iqtidar hələlik müxalif qüvvələrinin
inqilab təşəbbüslərinin qarşısını ala bilir. Serj Sərkisyan 2008-ci il prezident
seçkilərindən əvvəl korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparacağını,
sosial, iqtisadi və Dağlıq Qarabağ problemini həll edəcəyini vəd etsə də,
bütün bu problemlər hələ də həll edilməyib və qısa zamanda həll edilməsi
də mümkün deyil. Hökumət, koalisiya ortaqları arasında ciddi problemlərin
yaşanmadığını müxtəlif vəsilələrlə ifadə etsə də, Daşnaksutyun Partiyasının
koalisiya hökumətindən ayrılması koalisiyanın monolitliyi iddialarını şübhə
altına almışdır. Ermənistan siyasi sistemi bu gün xaosa doğru irəliləməkdədir.
“Qara qitə”də inqilabların nəticələrini görən koalisiya hökuməti üzvlərindən
olan Respublika, Qanunlar Ölkəsi və Çiçəklənən Ermənistan partiyaları narahat
olmadıqlarını göstərməyə çalışsalar da, böyük bir ehtimalla alternativ fəaliyyət
proqramları da hazırlamaqla məşğuldurlar. Bugün Ermənistan siyasi sistemi
böhran ərəfəsindədir. Bu mərhələdə ölkə daxili və beynəlxalq tarazlığı daha
yaxşı dəyərləndirən siyasi qüvvənin qələbə əldə etmə ehtimalı daha yüksəkdir.
İqtidar və müxalifətin sosial bazasının gücü və potensialı
Bu gün Ermənistanda iqtidar və müxalifətin sosial bazası olduqca
zəifləmişdir. Azərbaycan torpaqlarının işğal edilməsində hərbi əməliyyatlarda
iştirak edən Sərkisyanın 2008-ci ildə keçirilmiş prezident seçkilərində qələbə
çalması, daha əvvəl də hökumətə rəhbərlik etməsi, ölkədə yaşanan sosial və
siyasi problemlərin həll edilməsi istiqamətində erməniləri ümidləndirmişdi.
Ancaq son illərdə ən kiçik bir dəyişikliyin baş vermədiyi həqiqəti ortaya çıxınca
səhv etdiklərini başa düşən ermənilər şəxslərə və sistemə etibar etmirlər. 20
illik müstəqillik zamanı saxta vədlərdən başqa bir şey almayan ermənilərin bir
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
114
qismi siyasətlə məşğul olmaq istəmir. Əslində elektoratın bir qisminin qərarsız
mövqeyi iqtidar və müxalifət üçün bərabər imkan yaratmaqdadır. Hökumət
bəzi iqtisadi və sosial problemləri həll etməyi bacararsa elektoratın qərarsız
qalan hissəsini öz tərəfinə çəkə bilər. Bunu edə bilmədiyi zaman isə müxalifət
ciddi və mütəmadi təbliğat fəaliyyəti ilə sosial bazasını daha da genişləndirə
bilər. Bu aspektdən edilən ümumi dəyərləndirmənin nəticələrinə görə, bugün
Ermənistan iqtidarı və müxalifəti ictimaiyyəti arxasınca aparacaq mexanizmlərə,
bacarığa və imkana sahib deyildir.
Xarici dövlətlərin dəstəyinin, geosiyasi maraqlarının və
bölgədəki siyasi güclər tarazlığının düzgün dəyərləndirilməsi
“Qara qitə”dəki hadisələrin ölkədə baş verməməsini arzu edən Ermənistan
hökuməti (iqtidarı), demokratik dəyərləri qorumalı, insan haqlarına hörmətlə
yanaşmalı və bu haqların pozulmamasına çalışmalı, siyasi meydanda daha
çox siyasi partiyaların təmsil olunmasına imkan və fürsət verməli, müxalifətlə
dialoqa davam etməli, sosial və iqtisadi problemləri həll etməyə və yaxud
minimizə etməyə çalışmalı, böyük dövlətlərin region siyasətini və ölkəyə
yönəlik tələblərini geniş paradiqmadan dəyərləndirməlidir. Xüsusilə, koalisiya
hökumət ortaqlarından olan Çiçəklənən Ermənistan Partiyasının tərəflərin əldə
etdikləri razılaşmanı pozma ehtimalı seçkilərdən əvvəl Sərkisyan üçün olduqca
ciddi problem ola bilər. Əslində güclü kimi görünən Sərkisyan klanının ciddi
problemləri var. Bu seçkilərdə eyni zamanda hakimiyyətin Qarabağ klanından
alınması üçün əlverişli imkanlar ortaya çıxa bilər. Seçki qabağı mərhələdə
Ermənistan hökuməti böyük bir ehtimalla Rusiya ilə əməkdaşlığını daha da
inkişaf etdirəcəkdir. Ermənistanın son zamanlarda Rusiya ilə iqtisadi və maliyyə
əlaqələrini genişləndirməyə və ölkəsindəki Rusiyaya məxsus strateji sənaye
müəssisələrinin fəaliyyənin canlandırılmasına çalışması bu ehtimalı daha da
gücləndirir.
Ermənistandakı siyasi mübarizənin çalarlarına nəzər yetirdikdə, iqtidarın hər
şeyə hakim olduğunu söyləmək doğru olmazdı. Hökumət iqtisadi və sosial
problemləri həll etməkdə acizdir, ciddi regional layihələrdən kənarda qalmışdır.
Demokratik dəyərlər və insan haqları dövlət tərəfindən pozulmaqdadır.
İqtidar bu bəşəri dəyər və prinsipləri müdafiə etməyə başlayarsa, korrupsiya
və rüşvətxorluq, həll edə bilmədiyi iqtisadi və sosial problemlər daha geniş
yelpazədə müzakirəyə açıla
bilər ki, bu hakimiyyətin istədiyi ən son şeydir.
Yuxarıda ifadə edilən problemlər barədə müxalifət iqtidardan daha məntiqli
və qəbul edilə bilən bəyanatlar verərsə, erməni xalqının və ölkədə iqtisadi,
siyasi və hərbi mənfəəti olan böyük dövlətlərin maddi və siyasi dəstəyini
ala bilər. Bu da bilavasitə “Qara qitə” də başlayan inqilabı həyata keçirmək
istəyən müxalifətə əlavə güc təmin edər. Müxalifət düşərgəsinin bu məsələdə
“üfqünün genişliyi”, şəffaflığı və bacarığı 2012-ci ildə keçiriləcək Parlament və