Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
117
arasındakı körpülərin hamısını yandırmayacaqdır və yandıra da bilməz. Böyük
bir ehtimalla ABŞ və qərb vəziyyəti təhlil edərkən bunları nəzərə alır.
Ermənistan müxalifəti bugün tək başına inqilab edəcək siyasi gücə və
mexanizmlərə malik deyildir. Çünki Sərkisyan rejimi müxalifətin manevr
sahəsinin məhdudlaşdırmış, müxalifəti öz arasında parçalamışdır. Eyni zamanda
müxalifət partiyaları ortaq mübarizə strategiyası planın haqqında razılığa
gələ bilməmiş, inqilabın aşağıdan deyil, yuxarıdan edilməsinin zəruriliyinə
inanmışdır. Müxalif siyasi partiyaların öz aralarındakı problemləri həll etmədən,
iqtidara qarşı mübarizədə qələbə əldə etmə ehtimalı zəifdir.
İnqilab liderinin xalq tərəfindən qəbul edilməsi problemi və
xarizmatik olması
20 ildən çoxdur ki, siyasi mübarizədə bütün potensiyaını itirmiş, krediti
tükənmiş, müxtəlif korrupsiya və rüşvətxorluğa qarışmış siyasi liderlərlə
Qərb bu cür inqilabları həyata keçirməyi məqsədəuyğun hesab etmir. Bu
istiqamətdə əməkdaşlıq ediləcək liderin
Avropa və Amerikada təhsil alması, qərb
siyasi təfəkkürünə sahib olması, müəyyən vaxt
qərbdə yaşaması və yaxud hər hansı bir vəsilə
ilə qərblə müəyyən bir əlaqəsi olmalıdır (Mixail
Saakaşvili ABŞ-da təhsil almışdır, Yuşşenkonun
ikinci həyat yoldaşı ABŞ Xarici işlər nazirliyinin
əməkdaşı olmuşdur).
İnqilabın lideri olacaq şəxsin xalq tərəfindən
də qəbul edilməsi və dəstəklənməsi vacibdir.
Ancaq qərbin lider olaraq gördüyü şəxs
bu xüsusiyyətlərə sahib deyilsə, qısa bir PR
kompaniyası ilə bunu təmin etmək o qədər də
çətin deyildir. Qərbin bu istiqamətdə böyük
təcrübəsi vardır. Qərb inqilaba başlamağa start verdikdən sonra maddi və
mənəvi olaraq dəstəklədiyi lider özünü rahat bir şəkildə ölkə ictimaiyyətinə
qəbul etdirə bilər.
2012-ci il Parlament, 2013-cü il Prezident seçkiləri:
Oyunun 2-ci hissəsi varmı?
2008-ci ildə prezident seçilən Serj Sərkisyan seçkilərdən əvvəl vəd
etdiyi dəyişikliklərin heç birini tam olaraq həyata keçirə
bilməyib, Rusiyanın
Gürcüstana müdaxiləsi və son yaşanan dünya iqtisadi böhranı Ermənistana
ciddi zərər vurub. Prezident seçkilərinə iki il qalsa da, son zamanlarda koalisiya
hökumətində yaşanan problemlər seçkilər məsələsini gündəmə gətirib. Bəzi
2008-ci ildə prezident
seçilən Serj Sərkisyan
seçkilərdən əvvəl vəd
etdiyi dəyişikliklərin heç
birini tam olaraq həyata
keçirə bilməyib, Rusiyanın
Gürcüstana müdaxiləsi və
son yaşanan dünya iqtisadi
böhranı Ermənistana ciddi
zərər vurub.