Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
125
larımızı əldə edənə qədər də var olmağa davam edəcək. Biz bu gün torpaqsız
bir millət vəziyyətindəyik” (9, 137). Erməni diasporu Qafqazdakı Ermənistanı əsl
erməni torpağı saydıqları hissənin 1/10-i hesab edir.
Erməni diasporu dini inancları və siyasi seçimləri nə olursa-olsun, ortaq
məxrəc olaraq təyin etdikləri və reallaşması üçün çalışdıqları hədəflərini də belə
ifadə edir: “Vətənimiz Türk Ermənistanı, Türkiyə tərəfindən köçlər və qırğın-
lar nəticəsində boşaldıldı. Bizim əsl problemimiz bu torpaqları geri almaqdır.
Bunu reallaşdırmaq üçün erməni diasporunun bütün qaynaqlarının və bütün
enerjilərinin birləşdirilməsi lazımlıdır” (9, 140).
Erməni ideoloqları diasporda təbliğatı
gücləndirməklə, ermənilərin qüdrətli xalqlar
tərəfindən assimilyasiya olunmasının qarşısını
almağa çalışırlar. Onlar gözəl başa düşürlər ki,
Ermənistanda yaşayan bir ovuc erməni ümu-
mi işin davamçısı ola bilməz. Bu səbəbdən
də diasporda erməniləri ortaq əzablar və or-
taq uğurlar xülyası ilə birləşdirməyə çalışaraq,
“soyqırımı əfsanəsindən” məharətlə istifadə
edirlər. Diasporda saxta bir tarix təbliğ edən erməni ideoloqları onları qədim və
sivil xalqın nümayəndələri olduqlarına inandırırlar.
Ermənilərin tarixən əzabkeş
xalq kimi bir çox təzyiqlərə məruz qalması barədə uydurma konsepsiya hazır-
layan erməni ideoloqları özləri də bunun yalan olduğunu qəbul edirlər. Bura-
da, bir növ əvvəlcə fərqli imperatorluqların və böyük dövlətlərin təsiri altında
yaşamış olmalarına, onların böyük əzab çəkmələrinə və acılar yaşamalarına
baxmayaraq, ermənilərin xüsusilə türk düşmənçiliyini yaymaq və gündəmdə
saxlamaq istədiklərini görmək lazımdır.
Erməni diasporunun əsas təbliğat silahı - saxta soyqırımı
Erməni diasporunun Türkiyə hökumətinə təsir vasitəsi kimi istifadə etməyə
çalışdığı üsullardan biri də saxta erməni soyqırımıdır. Ermənilərin iddiaları-
nın dünyanın aparıcı ölkələri tərəfindən tanınmasının mümkünlüyü, bunun
baş verəcəyi təqdirdə Türkiyənin üzərinə hansısa öhdəliklər qoyula biləcəyi
Azərbaycanda da maraq doğuran suallardandır. Soyqırımı - müasir dünyamız-
da qəbul edilmiş mənasına görə bir millətin dil, din, məzhəb və ya milli fərqləri
ilə əlaqədar məqsədli şəkildə yox edilməsidir. Bu prosesin soyqırımı kimi
qəbul olunmasının əsas şərtlərindən biri olayın hansısa bir ölkənin hökuməti
tərəfindən həyata keçirilməsidir. Soyqırımı cinayətinin hüquqi məzmunu BMT
Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul
edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqın-
da Konvensiya” ilə müəyyən edilib. Bu Konvensiya 1950-ci il yanvarın 1-dən
etibarən onu qəbul edən ölkələr tərəfindən imzalanmağa açıq elan edilib. Bu
günə kimi dünyanın əksər ölkələri bu sənədi imzalayıb. Beynəlxalq hüquqa
görə, soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin baş
verməsi nəticəsində irqi, milli, etnik və dini fərdiliyinə görə ayrıca mədəniyyətə,
adətlərə və yaşam tərzinə malik insan qrupu tamamilə və ya qismən məhv
Erməni diasporunun
Türkiyə hökumətinə təsir
vasitəsi kimi istifadə etməyə
çalışdığı üsullardan biri də
saxta erməni soyqırımıdır.
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
126
edilə bilər. Bu isə bəşər sivilizasiyasının müxtəlifliyini itirməsinə və dünyada ba-
lansın pozulmasına səbəb ola bilər. Beynəlxalq hüquqa görə, soyqırımı ümumi
prinsip və normaların, eləcə də insan hüquq və azadlıqlarının kobud şəkildə
pozulmasıdır.
Ermənilərin iddialarına görə, Birinci Dünya müharibəsi zamanı Osman-
lı İmperiyasında onlara qarşı məhz soyqırımı həyata keçirilib. Ötən əsrin 20-
ci illərində ermənilər 300 min soydaşlarının öldürüldüyünü iddia edirdilərsə,
sonradan bu rəqəmi 1,5 milyona kimi artırıblar. Ermənilərin iddiaları xristian
dünyasına Türkiyəni daim təhdid altında saxlamasına şərait yaradıb. Əslində
soyqırımı iddialarının meydana çıxmasında Osmanlı İmperiyasının torpaqlarına
göz dikən xristian dünyası əsas rol oynayıb. Ankaradakı Atatürk hökumətinin
Osmanlı dövlətinin rəhbərlərinə qarşı soyuq münasibəti də Türkiyə Respub-
likasının bu iddiaya ilk vaxtlar soyuq yanaşmasına səbəb olub. Buna görə də
ermənilərin yalanları ayaq tutaraq yeriməyə başlayıb. Türkiyəyə qarşı “erməni
soyqırımı” iddialarının tarixi vətəni oldu-
ğu kimi, əsas ideya mənbəyi də Fransadır.
Bu dövlət uydurma erməni soyqırımını ta-
nımaqla yanaşı, onu inkar etməyi də qa-
nunla təqib edir. Yəni, Fransada uydurma
erməni soyqırımını inkar edən şəxsi cinayət
məsuliyyəti gözləyir. Paris son illər bir qədər
də “irəli” gedərək soyqırımı məhkəməsi
qurmağa başlayıb. Fransa Ağır Cəza
Məhkəməsinin nəzdində “Soyqırımı və in-
sanlığa qarşı cinayətlər bürosu” adlanacaq qurumun yaradılması bu yaxınlarda
həyata keçirilməsi nəzərdə tutulan ədliyyə islahatlarından sonra mümkün ola-
caq. Fransanın uydurma erməni soyqırımını tanımasına, onu inkar edənlərin
qanunla təqib edilməsi üçün qanun qəbul etməsinə və ən nəhayət, soyqırımı
məhkəməsi yaratmasına baxmayaraq, Türkiyənin diqqəti həmişə okeanın o ta-
yına - Vaşinqtona dikilir. Çünki dünyanın siyasi gündəmini Paris deyil, Vaşinq-
ton müəyyən edir. Bir çox dövlətlər siyasətlərini məhz Vaşinqtonla uyğunlaşdır-
mağa çalışırlar. Buna görə də Türkiyəni Fransa və Rusiya kimi dövlətlərin deyil,
ABŞ-ın nə düşündüyü maraqlandırır. ABŞ-da isə güclü erməni lobbisi və onları
müdafiə edən siyasi dairələr tez-tez uydurma erməni soyqırımını qanunverici-
lik korpusunda tanıtmağa cəhd edirlər. Bəzən hətta bu məsələnin Konqresdən
asanlıqla keçəcəyi də şübhə doğurmur (4).
Bəzi dairələrdə belə fikirlər səslənir ki, uydurma erməni soyqırımının tanın-
ması Türkiyənin ağır kompensasiyalar ödəməsinə səbəb olacaq. Burada hətta,
guya Türkiyənin ərazilərinin bir qisminin Ermənistana vermək məcburiyyətində
qalacağı ilə də bağlı iddialar səslənir. Qeyd edək ki,
dünya ictimaiyyətinin soy-
qırımı cinayətləri ilə bağlı istinad etdiyi “Soyqırımı cinayətinin qarşısının alın-
ması və cəzalandırılması haqqında Konvensiya” 1948-ci ildə qəbul edilib. Hü-
ququn ana xəttinə görə heç bir qanun özündən əvvələ tətbiq oluna bilməz.
O səbəbdən də 1948-ci ildə qəbul edilmiş, dünya ölkələri üçün imzalanmağa
1950-ci ildən təqdim olunmuş bir Konvensiya ilə Türkiyəni 1915-ci ildə baş
vermiş hadisələrə görə heç kim cəzalandıra bilməz.
Ötən əsrin 20-ci illərində
ermənilər 300 min soydaş-
larının öldürüldüyünü iddia
edirdilərsə, sonradan bu rəqəmi
1,5 milyona kimi artırıblar.