Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
127
Azərbaycana qarşı erməni diasporu
Türkiyə ilə yanaşı erməni diasporu Azərbaycana qarşı da düşmən mövqedə
dayanmaqdadır. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsində
diasporun böyük rolu olmuşdur. Diaspor müharibəyə Ermənistanı təhrik etmiş,
onun qoşunlarının əsas maliyyə və təbliğat maşınına çevrilmişdir. Azərbaycan
ərazilərinə Ermənistanın iddiası da birbaşa erməni diasporunun dəstəyi ilə aka-
demik Aqanbekyan tərəfindən Fransada səsləndirilmişdir.
Suriyadan, Livandan və dünyanın digər ölkələrindən gələn ermənilər
Azərbaycan əleyhinə hərbi əməliyyatlarda da birbaşa iştirak etmişlər. Onlar-
dan biri Monte Melkonyan öz qəddarlığı ilə seçilmişdir. Ancaq Azərbaycan
silahlı qüvvələrinin kəşfiyyatçısı tərəfindən öldürülmüşdür. Məşhur ASALA
terror təşkilatının qurucularından olan, bir çox partlayış və qətllər həyata ke-
çirmiş, Avo ləqəbi ilə tanınan terrorçubaşı Monte Melkonyan İbad Hüseynov
tərəfindən layiqli cəzasına çatmışdır. Dün-
ya miqyaslı terrorçu Karlos Şakalın ən fəal
tələbəsi olan Avonun 1982-ci ildə Livandakı
vətəndaş qarşıdurmasında Beyrutun erməni
məhəllələrinin müdafiəsində iştirak etdiyi, eyni
ildə Parisin Orli aeroportunda 8 nəfər insanın
ölümünə səbəb olan partlayış törətmiş, PKK
terror təşkilatının üzvləri ilə əlaqə yaradaraq bir
çox qətllər həyata keçirmişdir. M.Melkonyanın
bu vəhşiliklərinə Azərbaycan ordusunun igid döyüşçüsü, kəşfiyyat-təxribat
dəstəsinin 22 yaşlı komandiri İbad Hüseynov son qoyub. 1992-93-cü illərdə
Martuni rayonu istiqamətində vuruşan, 1993-cü il iyunub 12-də kəşfiyyat
dəstəsinin Xocavənd rayonunun Muğanlı kəndində keçirilən əməliyyatda iş-
tirak edən Ədalət Abbasov o günləri belə xatırlayır: “Dəstənin komandiri İbad
Hüseynov bizi yandırılımış evlərin birinin zirzəmisində qoyaraq, viran olmuş
kəndin xarabalıqları arasında gəzişərkən Avo ilə rastlaşdı və onu öldürdü. Sü-
but üçün biz onun qol saatını, cib dəftərçəsini, qələmini, 2 ədəd şəklini və
kəsilmiş başını özümüzlə gətirdik”(2).
Erməni diasporunun Ermənistanın dövlət siyasətinə birbaşa təsiri
Erməni diasporu Ermənistanın həyata ümid mənbəyidir. Heç bir sərvətə
malik olmayan Ermənistan diaspor ianələri vasitəsilə yaşayır. Belə olan halda
Ermənistan siyasi partiyaları diasporla hesablaşmaya bilməzlər. Siyasi parti-
yalardan bəziləri, xüsusən daşnaklar diasporu əsas dayaq sayır. Bütün erməni
siyasi partiya və təşkilatlarının sənədlərində diasporla iş üzrə müddəa vardır.
Bu müddəalarda diaspor az qala müqəddəsləşdirilir. Lakin bütün bunlarla ya-
naşı, diasporu Ermənistanın müasir bəlalarının səbəbkarı elan edən ictimai-
siyasi liderlər də vardır. Qısa olaraq onu demək olar ki, bu şəxslər erməni
cəmiyyətində yad elementə çevriliblər. Onların fikrincə, kifayət qədər zəngin
olan, idealist diaspor müasir Ermənistanın rüşvət, korrupsiya, klan hakimiyyəti
kimi reallıqlarının yaranmasına səbəb olmuşdur. Məhz diasporun təsiri ilə
Müasir Ermənistan dövləti
erməni diasporuna deyil,
diaspor erməni dövlətinə
təsir etməkdədir
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
128
Ermənistan Azərbaycanla münaqişənin nizamlanmasında konstruktivizm nü-
mayiş etdirə bilmir, regional layihələrdən geri qalır. Bu isə ölkədən insanla-
rın getməsinə, Ermənistanın boşalmasına gətirib çıxarır. Bunu müqabilində
Azərbaycan öz rəhbərliyinin siyasəti nəticəsində dünyanın aparıcı dövlətləri ilə
bir addımlayır, strateji layihələrin həlledici səsinə çevrilir. Fəqət Ermənistan si-
yasi partiya və təşkilatlarından, habelə liderlərindən sağlam yanaşma görmək,
bəyanat eşitmək imkansızdır.
Nəticə
• Erməni diasporu müasir erməni siyasi mühitinin özəyi olaraq qalmaqdadır;
• Erməni diasporunun coğrafi genişliyinə baxmayaraq, struktur baxımından
əlaqəsi möhkəmliyini saxlamaqdadır;
• Erməni diasporunun və eləcə də erməni millətinin psixoloji durumunun aq-
ressiv qalmasında erməni din xadimlərinin, xüsusilə erməni kilsəsinin təsiri
böyükdür;
• Müasir Ermənistan dövləti erməni diasporuna deyil, diaspor erməni
dövlətinə
təsir etməkdədir;
• Erməni diasporu Ermənistan dövlətinin rəsmi siyasətinə təsir edərək ona
düzgün geosiyasi seçimlər
etməyə imkan verməməkdədir;
• İstənilən halda erməni dövlətinin daxili və xarici siyasəti diasporun birbaşa
təsiri altındadır;
• Ermənistan dövlətini erməni diasporunun illərlə davam edən səylərinin geo-
siyasi aktorlarla əlaqəsi nəticəsində yaranmış bir qurum saymaq olar;
• Ermənistan Azərbaycan torpaqlarından çıxa və Türkiyə ilə normal
münasibətlər formalaşdıra bilmir;
• Sonda onu demək olar ki, Ermənistan dövləti əvvəl-axır öz əhalisinə qulaq
asmalı olacaqdır. Belə ki, erməni diasporu ilə Ermənistan əhalisi arasında
ziddiyyətlər getdikcə dərinləşməkdədir.
İstifadə edilmiş ədəbiyyat:
1. Həsənov Y. Qədim Roma tarixi. Bakı, Maarif.- 1975.- 271 s.
2. Musayeva G. Qəhrəmanlığın daha bir ünvanı. 525-ci qəzet.- 2010.- 22 iyul..
3. Yesai Həsən-Cəlalyan, Alban ölkəsinin qısa tarixi (1702-1722-ci illər) ruscadan
çevirən Hikmət Dayıyev və Vaqif Musayev. Ön sözün müəllifi akademik Ziya Bünya-
dov. Bakı, İşıq, 1992, 50 s.;
4. Rüstəmov E. 24 aprel - uydurma erməni soyqırımı günü. “Unikal” qəzeti.- 2010.-3
aprel.
5. Ermeni Milli Menfaatleri-İdeolojisi ve İddiaları http://www.mevzuvatan.
com/haber/1971-ermeni-milli-menfaatleri-ideolojisi-ve-iddialari.html?
haber=1971&puan=4;
6. Nazmi Gül, “Yirmibirinci Yüzyılın Başlangıcında “Haydat” (Ermenilerin Davası)”, Stra-
tejik Analiz, c.1, sayı: 2 (Haziran 2000).;
7. Алиев И. Нагорный Карабах: история, факты, события. Баку, Элм 1989, 104 стр. ;
8. Глинка С. Н. Описание переселения армян азербайджанских в пределы России.
Баку, Элм 1990, 144 стр.;