Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
121
в президенты – РПА», Baxın: www.regnum.ru/news/fd-abroad/
armenia/1372697.html
6. «Официальная oтставка», Baxın: http://www.golosarmenii.am/ru/¬20195/
home/14833/
7. «Зять президента Армении идет на помощь главе предвыборного
штаба РПА»,
Baxın: www.regnum.ru/news/fd-abroad/armenia/1463544.html
8. «Российский фактор» в Армении: кому выгодны внеочередные выборы?
», Baxın: www.regnum.ru/news/fd-abroad/armenia/1432049.html
Hatam Jabbarli
The wave of revolutions in the «Black Continent» and the internal political
dynamics in Armenia
«Colour revolutions» something like «Tulip Revolution» in Kyrgyzstan in
2005, and revolution in Georgia in 2004 put an end a semicentennial dictatorial
regime on «Black continent» at the beginning of 2011.
In given article dynamics of Armenia’s political life and also an influence on
Armenia of still ongoing wave of revolutions of «Black continent» have been
dissected.
At the same time the article clarifies the assumed events which will take
place in Armenia on the eve of parliamentary elections in 2012 and presidential
election in 2013 between ruling party and opposition.
Гатам Джаббарлы,
Волна революций на «Черном Континенте» и внутриполитическая
динамика в Армении
«Цветные революции» на подобии «тюльпановой революции» в
Киргизии в 2005 году, а в 2004 – в Грузии, положили конец полувековому
диктаторскому режиму на «Черном континенте» в начале 2011 года. В
данной статье проводится анализ динамики общественно-политической
жизни Армении, а также влияние на Армению все еще продолжающейся
волны революций на «Черном континенте». В тоже время вносится
ясность в предполагаемые события, которые произойдут между правящей
партией и оппозицией в Армении накануне парламентских выборов 2012
года и президентских выборов 2013-ых годов.
Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
123
Açar sözlər: diaspor erməni ideologiyası, torpaq iddiaları, Türkiyə, Dağlıq
Qarabağ, Naxçıvan
Key words: diaspora, the Armenian ideology, territorial claims, Turkey, Na-
gorno-Karabakh,
Nakhchivan
Ключевые слова: диаспора, армянская идеология, территориальные
претензии, Турция, Нагорный Карабах, Нахчыван.
Erməni
diasporunun
müasir Ermənistanın
dövlət siyasətinin
formalaşmasına
təsiri
və təzyiqi
Yaqub
Yaqubov
Azərbaycan Milli Elmlər Akademiyası,
Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun doktorantı
yagubabuyusuf@gmail.com
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
124
Giriş
Diaspordan və onun fəaliyyətindən danışmazdan öncə erməni millətinin
mənşəyi və tarixinə qısa ekskurs etmək məqsədəuyğun olardı. Burada sual
yarana bilər ki, ermənilərin həqiqi tarixi onların xülyaları ilə üst-üstə düşə
bilirmi? Və ermənilər Qafqazın say etibarilə daim üstünlük təşkil edən yerli
əhalisidirmi? Bu suallara cavab axtarışında məlum olur ki, əslində ermənilərin
tarixi vətənləri Qafqazdan xeyli uzaqda - Mesopotamiyadadır. Erməni
tarixçilərinə istinad edən Qlinka bu barədə öz kitabında yazır ki, ermənilərrin
ulu babası Hayk Mesopotamiyadan çıxmışdır (8, 4). Buradan belə nəticəyə
gəlmək olar ki, ermənilərin Qafqazda peyda olmaları elə də qədim bir dövrü
əhatə etmir. Əslində tarixi tədqiqatlar onu deməyə əsas verir ki, ermənilər bir
xalq kimi eradan əvvəl birinci minilliyin birinci yarısında Yuxarı Fərat düzündə
formalaşmışlar (7, 19).
Eyni zamanda, tarixi faktlara görə ermənilərin tarixi heç də e.ə. III-II minilliklərə
qədər uzanmır. Həmçinin ermənilər heç də dünyanın ən qədim dövlətlərini ya-
radan xalqlardan deyillər. Əksinə erməni tarixində hər hansı bir böyük dövlətin
tərkibində olmaları müstəqillikdən çox olmuşdur. İndiki Ermənistan deyilən
ərazidə e.ə. VII-VI əsrlərdə Urartu dövləti hakim olmuşdur (1, 251).
Bizim əsas yanaşmamız ondan ibarətdir ki, bu gün Qafqazda yaşayan
ermənilərin böyük bir hissəsi müxtəlif dövrlərdə böyük dövlətlərin maraq-
larına uyğun olaraq bu yerlərə köç etmişlər. Bunu təsdiq edən aşağıdakı
nümunəyə diqqət yetirək: “1978-ci ildə Azərbaycan SSR DQMV-nin Mar-
dakert rayonunun Marağa, yaxud Marağaşen kəndində Marağa şəhərindən
Qarabağ torpağına ilk 200 erməni ailəsinin köçürülməsi münasibətilə obelisk
qoyulmuşdur”(3, 3).
Erməni diasporu: yaranması və fəaliyyəti
Ermənistanda siyasi həyata təsir edən başlıca amillərdən biri də dias-
pordur. Erməni diasporu, əsasən Türkiyəni tərk edənlərdən ibarətdir. 1990-
cı illərdə yeni yaranan partiya və təşkilatların müvafiq sənədlərində sax-
ta erməni soyqırımı məsələsi xüsusi yer tuturdu. Ermənistan müstəqillik
dövründən bu günə qədər xaricdəki ermənilərdən gələn maddi yardımlardan
faydalanmaqdadır. Erməni diasporunun göstərdiyi həmrəylik, milli ideologi-
yaları olan ənənəvi Haydat (erməni iddiası) anlayışına söykənməkdədir. Hay-
datın XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Ermənistanın xaricindəki
şərtlərdə yaradılan, dəyişməz əbədi milli məqsədlər olaraq mənimsənilən
təməl məqsədləri vardır (6, 25).
Erməni diasporu, “birləşmiş torpaqsız” bir millətin var ola bilməyəcəyini,
varlığını bir müddət davam etdirsə belə, bu davamlılığın müddətsiz ola
bilməyəcəyini ifadə edərək “diaspor ilə erməni millətinin gələcəyi ola bilməz”
deyir (9, 137). Məktəblərini, dərnəklərini, fəaliyyətlərini daha nə qədər müddətə
davam etdirə biləcəklərini öz aralarında sorğulayır və belə nəticəyə gəlir: “Di-
aspor, bizim uca hədəfimiz olan tarixi vətənimizin əldə edilməsi üçün bir vasitə
olmalıdır. Bütün dünyaya göstərməliyik ki, erməni diasporu vardır və torpaq-