Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
115
2013-cü ilin əvvəllərində keçiriləcək prezident seçkilərində ortaya çıxacaqdır.
Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, internetin və
medianın siyasi sistemə təsir etmə imkan və bacarığı
Demokratikləşmə prosesi Ermənistanın ən ciddi problemlərindən biri
kimi dəyərləndirilməkdədir. Siyasi partiyaların birbaşa və azad şəkildə
ölkənin daxili ictimai-siyasi proseslərində iştirak etməsi demokratiyanın əsas
prinsipi olduğuna baxmayaraq, normal və bərabərhüquqlu siyasi fəaliyyət
göstərməyə imkan yoxdur. Adətən hakim partiya bütün müstəvilərdə ictimai-
siyasi həyata nəzarət etməyə çalışır. Əsas müxalifət partiyaları qəzet, jurnal
və yaxud məcmuələr nəşr etsə də, televiziya və radio kanallarından geniş
istifadə imkanlarına malik deyildir. Hökumət buna hər vasitə ilə əngəl olmağa
çalışmaqdadır. Özəl televiziya və radio kanalları da hökumətin təzyiqləri ilə
qarşılaşdıqları üçün müxalifətin görüşlərinə olduqca az yer verməkdədir.
Ölkədə ictimai-siyasi, mədəni və başqa sahələrdə qeyri-hökumət təşkilatları
fəaliyyət göstərməkdədir. Ancaq siyasi mahiyyət daşıyan qeyri-hökumət
təşkilatları hökumətin nəzarətindən çıxdığı andan etibarən “persona non grat”
elan olunur və hər vəchlə fəaliyyəti məhdudlaşdırılır. Bu təşkilatlar ölkənin
iqtisadi, siyasi, hərbi və təhlükəsizlik sahələrində qanunvericilik təşəbbüsündə
olduqca təsirsizdir. Qeyri-hökumət təşkilatları Ermənistan siyasi həyatının
demokratikləşməsi üçün mübarizə etsələr də, ciddi nəticələr əldə etməmişdirlər
və siyasi həyatda despot rejim davam etdiyi müddətdə də əldə etmə ehtimalları
olduqca zəifdir. Bu təşkilatların fəaliyyətinə çox zaman qeyri-qanuni müdaxilə
edilməkdədir. Bu təşkilatlar ölkə büdcəsindən maliyyələşmədiyi kimi, xaricdən
maddi yardım alma imkanları da məhdudlaşdırılmışdır.
Yazılı və görüntülü media müstəqil deyildir. Yuxarıda ifadə edildiyi kimi,
bəzi siyasi partiyaların qəzet, jurnal və yaxud məcmuələr nəşr etmələrinə
baxmayaraq, Ermənistan, region və dünyadakı hadisələrə tərəfsiz münasibət
bildirən mətbu orqan hələ ki yoxdur. Dövlət sadəcə ona yaxın olan və onun
görüşlərini təbliğ edən yazılı və görüntülü mediaya maddi yardım etməkdədir.
Bir digər məsələ də internetin siyasi həyatdakı yeridir. Tunis, Misir, Liviya,
Suriya və digər ölkələrdə inqilabın başlanmasının internet üzərindən baş
verdiyi iddia edilir. Ermənistanda da bu versiya nəzərdən qaçırılmamalıdır.
İnqilabın baş verməsi üçün iqtidar partiyası daxilindəki an-
laşılmazlıq və problemlərin doğru təhlil edilərək prioritet
məsələlərin seçilməsi
Ermənistan müxalifətinin inqilab etməsi üçün iqtidar komandası daxilindəki
anlaşılmazlıq və problemləri özlərinin siyasi mənfəətlərinə görə istifadə
etməyi bacarmalı, xüsusilə, polis, ordu və hökumət arasında yaşanan və
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
116
yaxud yaşanması ehtimal edilən problemləri araşdırılmalı və siyasətlərini bu
istiqamətdə planlaşdırmalıdırlar. Ermənistan müxalifəti mübarizəyə başlamadan
əvvəl polis və ordunun tərəfsiz qalma ehtimallarını dəyərləndirməli, lazım
olarsa onların bəzi şərtlərini qəbul etməlidir.
Ermənistanda 2007-ci ilin may ayında
keçirilən parlament seçkilərindən sonra
koalisiya hökuməti arasında ciddi fikir
ayrılığının olmasına baxmayaraq müxalifət
bu fürsəti lazımınca dəyərləndirməmişdir.
Eyni zamanda Sərkisyan, hökumət
ortaqlarından olan Çiçəklənən Ermənistan
Partiyasının “gəmi batmadan” əvvəl
göyərtəni tərk etməyəcəyindən əmin
deyildir. Çiçəklənən Ermənistan Partiyasının
lideri Qaqik Çarukyan iş adamıdır, siyasi və
maddi varlığını da təhlükə ilə qarşı qarşıya
qoymadan qarşı cəbhədə yer alacaq qədər
praqmatik bir oliqarx-siyasətçidir.
Ermənistan müxalifəti bütün bu imkan
və fürsətləri dəyərləndirməlidir. Avropanın
demokratik
institutları
Ermənistanda
bugünə qədər keçirilən bütün seçkilərdən
sonra hökuməti seçkilərdə saxtakarlıq
etməkdə ittiham etmiş, ciddi qanun pozuntuları olduğunu bildirmişdir.
Müxalifət eyni zamanda bu fakt üzərində işləməli və Avropaya yönəlik təbliğat
fəaliyyətində əsasən bu istiqamətdə davam etməlidir.
Xarici ölkələrin dəstəyin təmin edilməsi üçün müxalifətin güc-
lü birliyinin formalaşması
Son günlərə qədər Ermənistan müxalifətinin bugünkü vəziyyətini təhlil
edən qərb dövlətlərinin müxalifətin inqilab istəyinə siyasi dəstək vermə
ehtimalı zəif idi. Ancaq Ter-Petrosyanın 2009 və 2010-cu illərdə Azadlıq
meydanında keçirilən mitinqdə Sərkisyana aşıq şəkildə meydan oxumasından
sonra xüsusilə ABŞ, 2004-2005-ci illərdə olduğu kimi yenidən müxalif gücləri
dəstəkləyə bilər. Bu zaman ABŞ üçün əsas göstərici Ermənistan müxalifətinin
gücü və həmrəyliyi ola bilər. Bu dəstəyi alan müxalifətin qalib gəlmədiyi
zaman ABŞ və yaxud “Qara qitə” inqilabını dəstəkləyən digər dövlətlərin
Ermənistanda bugünə qədər qazandıqları siyasi və iqtisadi imkanları itirmə
təhlükəsi hər zaman vardır. Ancaq bunun olduğu zaman belə, Rusiyanın bütün
tələbinə baxmayaraq Ermənistan hökumətinin bu cür radikal addım atacağı
ehtimalı zəifdir. Yəni Ermənistan bütün hallarda ABŞ və Avropa dövlətləri ilə
Son günlərə qədər Ermənistan
müxalifətinin bugünkü
vəziyyətini təhlil edən qərb
dövlətlərinin müxalifətin
inqilab istəyinə siyasi dəstək
vermə ehtimalı zəif idi. Ancaq
Ter-Petrosyanın 2009 və 2010-
cu illərdə Azadlıq meydanında
keçirilən mitinqdə Sərkisyana
aşıq şəkildə meydan oxuma-
sından sonra xüsusilə ABŞ,
2004-2005-ci illərdə olduğu
kimi yenidən müxalif gücləri
dəstəkləyə bilər.