STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
106
yaxşılaşdıran hər bir aktı
• dövlətin «ictimai simasının» yaradılması üzrə tövsiyyələri
• anlaşılmazlığın mənbələrinin tapılması və aradan qaldırılmasına yönəlmiş
addımları
• xarici əlaqələr orqanlarının müvafiq təbliğat, görüşlər, toplantılar, video
göstəriləri vasitəsilə təsir dairəsinin genişlənməsinə yönəlmiş fəaliyyəti
• xarici əlaqələr orqanları və ictimaiyyət arasında əlaqələrin yaxşılaşdırılması-
na yönəlmiş istənilən addımları
Xüsusilə, Azərbaycanın xarici siyasət orqanları ilə paralel olaraq xarici
ölkələrdə yerləşən “Milli İctimaiyyətlə Əlaqələr Departamentləri”nin yaradıl-
ması və aktiv fəaliyyəti xarici siyasət sahəsində uğurlarımızı daha da artıra bilər.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin birin-
ci müşavirəsində (27 iyul 2004) Prezident Ilham Əliyevin nitqi
2. J. L’Etang, Public relations as diplomacy, 1996
3. M.J. Dutta-Bergman, Civil society and communication, 2005
4. P.M. Von Eschen, Enduring public diplomacy, 2005
5. Jun Wang, The new public diplomacy: Britain and Canada compared, 2006
6. Azərbaycan qəzeti, 9 Mart 2007
7. 24. Xalq qəzeti, 18 Noyabr 2007
8. Berlin şəhərində Azərbaycan və Türk Diaspor Təşkilatlarını Əlaqələndirmə
Şurasının illik iclasının materialları. Azərbaycan qəzeti, 28 Mart 2008
9.Azərbaycan Respublikası Prezidentinin «Rusiya Federasiyası ərazisində
ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haq-
qında» 22 Noyabr 2006-cı il tarixli 1788 saylı Sərəncamı
10. “İzvestiya” qəzetinin 30 sentyabr tarixli tematik əlavəsi 6 Aprel 2010
11. Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət or-
qanları rəhbərlərinin müşavirə (ikinci) materialları. Xalq qəzeti, 14 Avqust
2006
12. Azərbaycan Respublikasını diplomatik xidmət orqanları rəhbərlərinin üçün-
cü müşavirəsində prezident Ilham Əliyevin nitqi, 7 İyul 2008
13. Ramiz Mehdiyev, “Gorus-2010: absurd teatrı mövsümü”, 2010
14. www.day.az, 2 İyul 2009
Rashad Agazade
Elements of public diplomacy in the foreign policy of Azerbaijan
Nowadays public diplomacy or grassroots diplomacy is often investigated
and analyzed in sociology in the context of the international public relations.
Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL
107
Sociologists consider public relations as a tool of the international public dip-
lomacy. The article marks general features of the public diplomacy and the in-
ternational public relations, also referring to sociological sources affirms the
fundamental unity between public diplomacy and international public relations,
investigates the difference of public diplomacy from traditional diplomacy. At
the same time, the public diplomacy elements in Azerbaijan’s foreign policy and
its chances in solving Nagorno Karabakh conflict are analyzed in the article.
Решад Агазаде
Элементы общественной дипломатии во внешней политике
Азербайджана
В настоящее время общественная или народная дипломатия часто
исследуется и анализируется в социологии в контексте международных
общественных связей. Социологи считают общественные связи орудием
международной общественной дипломатии. В статье отмечаются общие
черты общественной дипломатии и международных общественных
связей, со ссылкой на социологические источники, утверждается
фундаментальное единство между общественной дипломатией, народной
дипломатией и международными общественными связями, исследуется
отличие общественной дипломатии от традиционной дипломатии. В то
же время, в статье дается анализ элементов общественной дипломатии во
внешней политике Азербайджана и возможности народной дипломатии
в урегулировании Нагорно-Карабахского конфликта.
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
108
Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL
109
ERMƏNİSTANIN
DAXİLİ VƏ XARİCİ
SİYASƏTİ. ERMƏNİSTAN-
AZƏRBAYCAN DAĞLIQ
QARABAĞ MÜNAQİŞƏSİ
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
110
Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL
111
Açar sözlər: Ermənistan, Serj Sərkisyan, Levon Ter-Petrosyan, Parlament,
seçkilər, Erməni Ümummilli Hərəkatı, müxalifət.
Keywords: Armenia, Serj Sargsyan, Levon Ter-Petrosyan, Parliament, elec-
tions, National Movement of Armenia, opposition.
Ключевые слова: Армения, Серж Саргсян, Левон Тер-Петросян,
Парламент, выборы, Общенациональное Движение Армении,
оппозиция.
“Qara qitə”nin
inqilab dalğası
və Ermənistan
daxili siyasətinin
dinamikası
Hatəm
Cabbarlı
Azərbaycan Respublikası Milli Məclisi
Aparatının Analitik informasiya şöbəsinin
müdir müavini,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
hcabbarli@meclis.gov.az
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
112
Giriş
Son zamanlarda ərəb ölkələrində başlanmış proseslərin təkcə bu ölkələrdə
deyil, dünyanın müxtəlif bölgələrində antidemokratik rejimlərdə domino təsiri
doğura biləcəyi haqqında fikirlər səslənməkdədir. Hadisələrin son dinamikasına
nəzər yetirdikdə bu fikrin təsdiq olunduğu görünür. “Qara qitədə” yarım
əsrdən çox davam edən diktatorluq rejimlərinin devrilməsi və bəzilərinin
“taxtının laxlaması” onu göstərir ki, hadisələr hələ yüksələn xəttlə davam edə
bilər. Bu inqilab dalğasının Ermənistana təsir etməsi məsələsi erməni və bölgə
mətbuatında müxtəlif paradiqmalardan müzakirə edilir.
Ermənistanda hakimiyyət və müxalifət münasibətləri təhlil edildiyi zaman
“Qara qitə”dən daha əvvəl müxalifətin etiraz səsinin yüksəldiyini görmək
mümkündür. Ermənistanda 2012-ci ildə Parlament, 2013-cü ildə prezident
seçkiləri keçiriləcəkdir. 2007-ci ildə Ermənistanda keçirilən parlament
seçkilərindən sonra hakim Ermənistan Respublika Partiyası 29 fevralda Artur
Bağdasaryanın lideri olduğu “Orianç Yerkir-Qanunlar Ölkəsi” və oliqarx
Qaqik Tsarukyanın lideri olduğu “Barqavaç Hayastan-Çiçəklənən Ermənistan”
Partiyaları ilə üçtərəfli kolalisiya hökumətinin qurulması haqqında müqavilə
imzaladı. Daha sonra ayrıca imzalanan müqavilə ilə Daşnaqsutyun Partiyası
da koalisiya hökumətində yer almış, ancaq 27 aprel 2009-cu ildə Ermənistan
Türkiyə ilə ortaq bəyyannamə imzaladıqdan sonra prezident Serj Sərkisyanla
görüşərək 6 may 2009-cu ildə koalisiya hökumətindən ayrılaraq, müxalifət
düşərgəsinə keçmişdir.
Son zamanlarda koalisiya hökumətinin digər ortaqlarının da istefa verəcəyi
haqqında müxtəlif informasiyalar verilsə də, hələlik bu barədə deyilənlər təsdiq
olunmamışdır.
Ermənistan müxalifətinin ümumi portreti [1]
2004-cü ildə Gürcüstanda başlayan “qərənfil inqilabı” və 2011-ci ilin
əvvəllərindən etibarən “Qara qitə”də başlayan və dalğa-dalğa yayılan “Tunis
sindromu”nun dinamizmi dəyərləndirildiyi zaman Cənubi Qafqaz regionunun
siyasi reallıqları ilə bənzər və fərqli cəhətləri vardır. Ancaq postsovet məkanında,
aşağıdakı ortaq xarakterik xüsusiyyətlər nəzərə alınmalıdır:
-güclü görünsə də siyasi sistemin zəifliyi;
-iqtidar və yaxud müxalifətin sosial bazasının gücü və potensialı;
-xarici dövlətlərin dəstəyinin, geosiyasi maraqlarının və bölgəyə yönəlik
güclər tarazlığının düzgün dəyərləndirilməsi;
-siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, internetin və medianın
siyasi sistemə təsir etmə imkan və bacarığı;
-inqilabın baş verməsi üçün iqtidar partiyası daxilindəki anlaşılmazlıq və
problemlərin doğru təhlil edilərək prioritet məsələlərin seçilməsi;
Dostları ilə paylaş: |