1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


Rəsm - təsviri sənətin əsası kimi. Rəsm texnikası



Yüklə 301,97 Kb.
səhifə25/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   21   22   23   24   25   26   27   28   ...   64
tesviriince

10.Rəsm - təsviri sənətin əsası kimi. Rəsm texnikası.

Rəsmdə istifadə olunan termin və anlayışlar - eskiz, nabroska, etüd, kalliqrafiya. ton, ştrix, xətt, kölgə

Rənglər haqqında ümumi məlumat. Günəş spektrində rənglərin bölünməsi. Əsas (sarı, qırmızı, göy) və qarışıq rənglər. İsti və soyuq rənglər. Xromatik və əxromətik rəhglər. Təbiətdə şərti olan dörd başlıca rəngin (sarı, qırmızı, göy, yaşıl) şagird rəsmlərində yeri. Rənglərin təsviri sənətdə əhəmiyyəti, estetik, psixoloji-emosional xüsusiyyətləri. Rənglərin rəmzi mahiyyəti. Azərbaycan Dövlət Rəmzlərində rənglərin rəmzi mahiyyəti.

Rəsm - xətlər, ləkə, kontur və cizgilər, ştrixlər və s. bu kimi qrafik vasitələrlə əl ilə çəkilən təsvirdir. Müstəvi səth üzərində bədii təsvirin bütün növlərin, yəni, boyakarlığın, qrafikanın, heykəltəraşlığın, dekorativ-tətbiqi sənətin və memarlığın əsasında məhz rəsm durur. Adətən, rəsmlər bir rənglə (karandaş, kömür, sangina və s.), yaxud müxtəlif rənglərdən az və ya çox dərəcədə istifadə etməklə yaradılır. Rəsmlər əşyaların məsafədən asılı olaraq (perspektivin qanunları və qaydaları əsasında - planların (yaxın, orta, uzaq və s.) qurma xətləri və köməkçi xətlər vasitəsi ilə, şəkil müstəvisi üzərində onun baxış nöqtəsinin müəyyənləşdirilməsinin metod və prinsiplərinin öyrənilməsi, həcm və formasının - işıq-kölgə münasibətləri, ton və yarımtonlarla verilməsi

əsasında yaradılır.

Beləliklə, rəsm təsviri incəsənətin müxtəlif sahələrində çox geniş yayılmaqla, mühüm əhəmiyyətli yer tutur.

Başqa sözlə rəsmlərdən təsviri incəsənətin müxtəlif növlərində bədii sənət əsərləri­nin yaradılmasında, əsasən, köməkçi material kimi daha geniş istifadə olunur. Belə köməkçi rəsmlərin işlənməsində əsas məqsəd rəssamın gördüyü hər hansı bir formanı, obrazı, üz cizgilərini, fiquru, hərəkət vəziyyətini, təbiət hadisəsini, müxtəlif mənzərələri və s. daha dəqiqliklə yadda saxlamasıdır. Köməkçi rəsmlər bədii əsərin əsas ideyasının həllində, onun kompozisiyasının tərtibində mühüm əhəmiyyət kəsb edən müxtəlif texnikalarla, müxtəlif materiallarda çəkilən rəsmlərdir.

Bildiyiniz kimi, rəsm bədii qrafikanın ən qədim və çox geniş yayılmış sahələrindən biridir. Beləki, adətən qrafikanın müxtəlif növlərində müxtəlif üsullarla tonallığa və işıq- kölgə effektinə nail olunur. Qeyd etnıək lazımdır ki, qrafikanın bir sıra növləri o cümlədən, qravüra, kalliqrafiya, paleoqrafya, litoqrafiya, offort və s. Məhz rəsm əsasında inkişaf etmişdir.

Boyakarlıq əsərlərin yaranmasında isə rəsmlər əsasən ilkin işlənmə mərhələsini təşkil etməklə, əşyanın perspektiv qaydaları əsasında ümumi formasının, həcminin, ölçü və nisbətlərinin müəyyənləşdirilməsində çox mühüm rol oynayır.



Beləliklə, köməkçi rəsm dedikdə eskizlər, qaralamalar (nabrotka), etüdlər və s. nəzərdə tutulur ki, onlar bəzən bədii sənət əsərinin yaranmasında çox mühüm əhəmiyyətə malik olurlar. Eskiz — fransız sözü olub, mənası “cəld”, “tez deməkdir. Eskiz çəkilən rəsmin və ya onun bir hissəsinin ilk qaralaması, ilk nümunəsi, yəni, ilk modelidir. Başqa sözlə, ani çəkilən, sürətlə yerinə yetirilən ilkin rəsmə eskiz deyilir. Şübhəsiz ki, adətən bədii sənət əsərini qısa müddətdə yerinə yetirmək, yəni, onu yaratmaq demək olar ki, mümkün deyil. Beləki, adətən, rəssamlar hər hansı bir bədii sənət əsərini (qısa yerinə) çəkmək üçün ona uzun müddət hazırlaşırlar. Bu məqsədlə onlar müxtəlif köməkçi rəsmlər işləməklə yaratmaq istədikləri əsas ideyanın kompozisiya həllini tapmağa çalışırlar. Burada, əsasən, kompozisiyaya daxil olan bədii obrazın, surətlərin, əşyaların ən vacib əlamətləri əks olunur. Müxtəlif xarakterli eskizlər işləyir, üstəlik, kompozisiyaları, detalları və əşyaları canlandırmağa çalışır. Sonralar bu cür rəsmdən bədii sərin işlənməsində istifadə edirlər. Qeyd etmək lazımdır ki, rəsm əsərinin yaxşı alınmasında eskiz və nabrozkalar çox mühüm rol oynaya bilərlər. Buna görə də, rəsmlərin çəkilməsi əslində ilk sınaq əsərləri olan eskizlərdən, nabrozkalardan,etüdlərdn başlayır.


Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə