1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə26/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   22   23   24   25   26   27   28   29   ...   64
tesviriince

Nabroska - rəssamın real həyatda maraqlı bir natura gördükdə onun çəkdiyi səciyyəvi xüsusiyyətlərini göstərən elə qaralamalardır ki, bu cür ilkin rəsmdən sonra həmin əşyanın təsvirində onun xarakterik xüsusiyyətlərinin verilməsi asanlaşır. Başqa sözlə, nabrozka çəkiləcək əşyanın əlamətini, detallarını özündə əks etdirən ilkin köməkçi rəsmdir. Adətən, nabrozkalar, yalnız naturadan çəkilir. İlkin rəsmlərin işlənməsində karandaşlar çox mühüm rol oynayır. Karandaş türk dilindən götürülüb, mənası «qara daş» deməkdir. Karandaşdan, əsasən, şəkil çəkmək, çertyoj işləmək və ya yazı yazmaq üçün istifadə olunur. Karandaş qrafit və quru boyalardan hazırlanmış nazik mil çubuqdur. Adətən, karandaş taxta və ya metal çubuq içərisində yerləşdirilir. Qeyd etmək lazımdır ki, sənətşünaslara hələ XII əsrdən gümüş və qurğuşun içlikli karandaş prototipləri ilə çəkilmiş portret təsvirlər, məzərələr məlumdur. XIV əsrdən başlayaraq gili (qara) şistdən düzəldilən italyan karandaşı meydana çıxmışdır ki, bu karandaşlarla işləmək rəssamlar arasında çox böyük maraq doğurmuşdur. Belə ki, bu bir sıra görkəmli rəssamların bədii əsərində xüsusi olaraq qeyd olunmuşdur. 1790-cı ildə fransız alimi ağac karandaşını ixtira etmişdir. Onunla eyni vaxtda çex alimi Y.Qatmunt qraffıt və gil qanşığından qanşdınlmış karandaş mili hazırlamışdır. XIX əsrin II yarısından başlayaraq texniki və avtomatik karandaşlar meydana çıxmışdır. XX əsrdən başlayaraq belə karandaşlar kütləvi halda tətbiq olunağa başlandı. Rəsmin işlənməsində sangina, paştel, kömür adlanan xüsusi karandaşlar istifadə olunur ki, belə rəsmlər rəssamlar tərəfindən işlənilir

Kalliqrafiya - yunanca “gözəllik", yaxud “gözəl, yaraşıqlı və aydın yazmaq" sənəti deməkdir. Qeyd etmək lazımdır ki, kolliqrafiyanın tarixi çox qədimdir. Şriftin və yazı vasitəsinin inkişafı ilə əlaqədar xüsusilə Şərqdə təsviri incəsənətdə çox gözəl yazı nümunələri yaratmışdır. Kolliqrafiya yalnız rahat oxumaq üçün yazılmır, eyni zamanda emosional ifadəlilik və dekorativlik xüsusiyyətinə malikdir. Bu baxımdan Çin, Yaponiya, Koreya, İran, Ərəb ölkələri və Azərbaycanda kolliqrafiyanın çox qədim və gözəl nümunələri vardır. Belə nümunələrə kitab əlyazmalarında, memarlıq abidlərində,xalçalarda, məişət əşyalarının üzərində, dini kitablarda tez-tez rast gəlmək olar. Rəsmlərin işlənməsində bir sıra termin və anlayışlardan istifadə olunur. Bunlara misal olaraq aşağıdakıları misal göstərmək olar:

Ton - rəssamlıqda rənglərin müstəvi üzrində işıqlılığını vermək üçün istifadə olunur. Rəsmlərdə tonun verilməsi əşyanın tam xarakteristikasını, formasını, həcm və materialını, fəza görüntüsünü, mütənasibliyini verir.

Xətt - rəsmlərdə geniş istifadə olunan xətlər düz və ya əyri olur, ölçüsünə görə uzun, qısa, qırıq-qırıq, qalın, nazik olur. Rənginə görə onlar tünd və açıq olur. Məqsədinə görə xətlər kontur və köməkçi xətirə aynlır. İstiqamətinə görə xətlər bütöv, qırıq-qırıq, sadə və mürəkkəb olur. Mürəkkəb xətlər dedikdə, simmetrik və assimmetrik xətlər nəzrdə tutulur.

Ştrix - qısa xətt deməkdir. Ondan əşyanın yerinin qeyd olunması, konturun kənar xəttinin verilməsi, müstəvinin həcm və işıqlılığınıri verilməsi üçün istifadə olunur.

Kölgə - bir neçə xüsusiyyətə malikdir. Bunlardan yarımkölgə, xüsusi kölgə, döşənkölgə və s. bu kimi xüsusiyyətləri göstərmək olar. Kölgə dedikdə, əşyanın işıqdan bu və ya digər şəkildə gizlənmiş hissəsi nəzərdə tutulur.


Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə