43
və Ordabasi rayonlarında, Özbəkistanın Daşkənd vilayəti Buki rayonunda adına
Kokaral deyilən aullar vardır. Elə Kokaralın yuxarısından gündoğan tərəfindəki aulun
da adı Kokaraldır. Görək, bizimkilər oradadırmı? Amma bizim indi olduğumuz yerlər
Araldan aşağıdakı yerlərdir. Buralar Qaraqalpaqıstan adlanır. Hələ ki, biz də
Qaraqalpaqların, yəni, “qarapapaqların” arasındayıq. Davdaq adlı bir qaraqalpaq şairi
demişkən:
Torumu atdım dengizə,
Denqiz balığı bermedi.
Allah rehm elesin bize,
Denqiz balığı bermedi.
Düzdür, bizim özümüz də o boyda dənizdən toruna bircə balıq düşməyən o
qaraqalpaq şairinin günündəyik, amma elə bilirəm ki, səhər Münoka yola düşsək, ordan
da qayıqla özümüzü Kokarala çatdıracağıq.
-Allah ağzından eşitsin! Hamilə gecələr xeirxah gündüzlər doğsun! Yataq, dincimizi
alaq ki, yollar bizi yormasın!
(Kokaral adası yaşıl rənglə göstərilmişdir)
**********
*****
Münokdan Kokarala
XV
Altunkuldan Münoka gedən avtomobil torpaq yolla hərəkət etdiyindən sərnişinlər
istidən və tozdan əziyyət çəkirdilər. Demək olar ki, hamının boyn-boğazından tər
axırdı.Əyinlərində özbəksayağı arxalıq, başlarında araqçın olan Mehralı ilə Əbdüləli
müəllim heç kimin diqqətini cəlb etmirdilər. Türkmənlə türkmən, özbəklə özbək kimi
danışan Mehralı isə heyranedici idi. O, adamlara alim və səyyah təsiri bağışlayırdı. Onu
44
dərin adam, böyük bir şəxsiyyət kimi qəbul edirdilər. Ona hörmətlə yanaşırdılar.
Təbiidir ki, Əbdüləli müəllimi ondan ayırmırdılar. Bu şirin yolçuluq, nəhayət, günortaya
yaxın başa çatdı.
Maşından düşdülər. Sərnişinlər köhnə tanışlar kimi bir-biri ilə salamatlaşıb ayrıldılar.
Əbdüləli müəllim əyilib Mehralının qulağına dedi:”Kitablardan oxumuşam ki, Aral
gölünün sahəsi 68.000
km
2
-dir.
Mehralı ona yarıciddi, yarızarafat ilə cavab verdi:
-Gəl, əvvəlcə toqqanın altını bərkidək, sonra “Dəryaçe-ye Xarəzm”ə baş vurarıq.
Elə də etdilər. Hərəsi bir piyalə çay içib, allahverəndən bir tikə çörək kəsdi.
Durdular. Nə fikir etdilərsə, çayxana sahibindən məsləhət almaq istədilər. Çayxananın
sahibi Əmin əkə Ötəroğlu adında ortayaşlı bir kişi idi. Ruhanilərsayağı xətt saxlayırdı.
Adamları qarşılamağından xoşməcaz bir adam olduğu bilinirdi. O, məsləhət bildi ki,
balıqçı Bərdah əkə daha yaxşıdır, qayığı möhkəm, özü isə etibarlıdır. Sonra da əlavə
etdi:
-Oturun, bir piyalə çay için. Çağırtdıracağam. Siz çayınızı içib qurtarana kimi
Bərdah əkə gəlib çıxacaqdır.
Elə də oldu. Bir azdan sanki iki paya üzərində yeriyən nəhəng bir adam onlara
yaxınlaşdı. Salamlaşdı. Hər ikisinə xoş gəldin dedi, əl verib hər ikisi ilə görüşdü. O da
ortayaşlı idi. Üzündəki saqqalabənzər tək-tük uzun və seyrək tüklər, təpəsinin
ortasındakı araqçın onu daha da heybətli göstərirdi. Üzünü çayçıya bir qədər hündürdən
dedi:
-Mənə də bir dör gətirin! Bir piyalə də çay verin!
Bərdah əkənin səsindəki yumşaqlıq və mülayimlik onun xoşqılq bir adam
olduğundan xəbər verirdi. Görünüşündən çox ağır bir adam təsiri bağışlasa da,
yüngüllüklə dörə əyləşib, bardaş qurdu. Qarşısındakı piyalədən bir qurtum çay içib sözə
başladı:
-Munok dolu Ötəroğludur. Amma Əmin əkə Ötəroğlu birdir. Mənimlə
gedəcəksiniz. Mənimlə gələcəksiniz. Siz qərib adamsınız. Qərib adam Cənnətdən
qovulmuş Adəmə oxşayır. Amma indiki Adəmlərin çoxunu günahına görə deyil,
günahsızlığına görə yurdlarından didərgin salırlar. Əbdüləli müəllim köksünü ötürdü:
-Neynəməli? Bu, tarixin Əhrimənlər dövrüdür.
Bərdah əkə dərdinə dərddaş tapan adamlar kimi dərhal cavab verdi:
-Əslində, Əhrimən “Əyri-mən” deməkdir. Əyrilərin mənəmlik dövründə
günahsızları cəzalandırırlar. Nə qədər ki, Bərdah əkə sağdır, araqçını yandan qoyun!
Getdik!
Bərdah əkə Görünüşünə xas olmayan bir cəldliklə ayağa durub, üst-başını
silkələdi:-Əmin əkə, xeyir-dua ver, yola düşürük!-dedi.
Onlar da çayçı Əmin əkə Ötəroğlu ilə salamatlaşıb Bərdah əkəyə qoşuldular.
45
**********
*****
Kokaralda
XVI
Bərdah əkənin qayığı gün əyiləndə Berq körfəzinə daxil olub Kokarala çatdı. Meh
vurduqca ləpələnən Aralda gah qalxıb düşən, gah da sağa-sola əyilən qayıq beşik kimi
yırğalanır, suların səsi ana laylası kimi görünürdü. Bəlkə də, elə bu laylanın təsiri ilə
Əbdüləli müəllim də, illər boyu yollar yormuş Mehralı da yuxuya getmişdilər. Bərdah
əkə yol boyu onlara dəfələrlə çevrilib baxmış, oyatmağa qıymamışdı. Bu nəhəng insan
qayığı sahilə bənd edib, elə qayığın içindəcə onlara baxa-baxa oturmuş və dərin bir fikrə
getmişdi.
Əbdüləli müəllimin yuxulu-yuxulu “Ay ata, gəlmişəm!” deməsi ilə Mehralının
oyanması, Bərdah əkənin səksənib yerindən şiş kimi qalxması bir oldu. Qayıqdakılar
qayığın qırağından yapışmasaydılar, suya yıxılacaqdılar. Əbdüləli müəllim ətrafına
boylanıb, gözlərini ovuşdura-ovuşdura dedi: “Atam soruşdu:- Əbdüləli, harada idin?
Cavab vermək istəyirdim ki, oyandım!”
Heç kimdən səs çıxmadı. Bərdah əkə özünəməxsus yumşaqlıqla dedi:
-Bizdən yuxuyozan olmaz. Düşün, ayağınız Kokaral torpağına dəysin.
Kokaral sahəsi 273 km
2
olan böyük bir ada idi. Torpağı gilli-qumsal çöküntülərdən
ibarət olub, yarımsəhra bitkiləri ilə örtülü idi. Həm şərqdən, həm də qərbdən boğazlar
vasitəsi ilə sahildən ayrılırdı. Adanın şimal-şərqində hündürlüyü 163 metr olan bir dağ
uzanırdı. Bərdah əkə onun Daut, yəni, Davud dağı olduğunu deyirdi. Dağ adaya
xüsusi
bir yaraşıq verirdi.
Onlar sahilə çıxanda artıq adamın kölgəsi özündən üç qat uzun idi. Bərdah əkə
onlardan ayrılmamışdı.Onlarla birgə qalacağını, onları Münoka öz əli ilə qaytaracağını,
necə lazımdırsa, eləcə yola salacağını vəd etmişdi. Bir də ki, Bərdah əkənin Kokaral
aulunda dostları da var idi. Bəlkə də, bu səbəbdən qarşılarına çıxan birinci adama salam
verdilər. Bərdah əkə ərkyananıqla soruşdu: “Sən müsəlman balasan. De görüm, Qarabay
əkə evdə bolmazmı?” Adam:-Bolar,-dedi və uzaqlaşdı.
Qarabay əkə onları gülər üzlə qarşıladı. Gəlişlərinin məqsədini biləndə:-qəriblərimi
deyirsiniz?- deyə soruşdu və cavab gözləmədən davam etdi:”Burada hamı onlara hörmət
edir. Aralarında Əbdülməcid deyilən bir yeniyetmə vardır ki, canlara dəyər. Bizim
uşaqlarımıza toplamağı, çıxmağı, vurmağı və bölməyi öyrədib. Onsuz da buradakı
qəriblərə dövlət nəzarəti yoxdur. Onları elə yerə gətirməyiblər ki, qayıdıb gedə bilsinlər.
Amma bizim adamlar Əbdülməcidin getməsinə dözməyəcəklər. Elə müəllimi haradan
tapmaq olar? Özü də o yaşda! Di yaxşı, oturun, bir piyalə çay için. Gümüşü xatunun
çayının dadına baxın. Görün, analar necə qız doğur.”
Bərdah əkə çox ciddi bir tövrlə:-Qarabay əkə, çayı sonra içərik!-dedi.
Qarabay əkə daha da sərt və sinirli bir şəkildə: ”Qarabayın çayını içmədən bu
bərədən çıxmaq olmaz! Hünəriniz vardır, bir addım atın!-deyə ciddiləşdi.
Bərdah əkə Əbdüləli müəllimə və
Mehralıya
baxaraq yazıq-yazıq dilləndi: