1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

  
43 
 
və  Ordabasi  rayonlarında,  Özbəkistanın  Daşkənd  vilayəti  Buki  rayonunda  adına 
Kokaral deyilən aullar vardır. Elə Kokaralın yuxarısından gündoğan tərəfindəki   aulun  
da  adı Kokaraldır. Görək, bizimkilər oradadırmı? Amma bizim indi olduğumuz yerlər 
Araldan  aşağıdakı  yerlərdir.  Buralar  Qaraqalpaqıstan  adlanır.  Hələ  ki,  biz  də 
Qaraqalpaqların, yəni, “qarapapaqların” arasındayıq. Davdaq adlı bir qaraqalpaq şairi 
demişkən:
 
                               Torumu atdım dengizə,  
Denqiz balığı bermedi. 
Allah rehm elesin bize, 
Denqiz balığı bermedi. 
 
       Düzdür,  bizim  özümüz  də  o  boyda  dənizdən  toruna  bircə  balıq  düşməyən    o 
qaraqalpaq şairinin günündəyik, amma elə bilirəm ki, səhər Münoka yola düşsək, ordan 
da qayıqla özümüzü Kokarala çatdıracağıq. 
      -Allah ağzından eşitsin! Hamilə gecələr xeirxah gündüzlər doğsun! Yataq, dincimizi 
alaq ki, yollar bizi yormasın! 
      
                             
 
                                  (Kokaral adası yaşıl rənglə göstərilmişdir) 
 
********** 
***** 
 
Münokdan Kokarala 
XV 
 
         Altunkuldan Münoka gedən avtomobil torpaq yolla hərəkət etdiyindən sərnişinlər 
istidən  və  tozdan  əziyyət  çəkirdilər.  Demək  olar  ki,  hamının  boyn-boğazından  tər 
axırdı.Əyinlərində özbəksayağı arxalıq, başlarında araqçın olan  Mehralı ilə Əbdüləli 
müəllim heç kimin diqqətini cəlb etmirdilər. Türkmənlə türkmən, özbəklə özbək kimi 
danışan Mehralı isə heyranedici idi. O, adamlara alim və səyyah təsiri bağışlayırdı. Onu 


  
44 
 
dərin  adam,  böyük    bir  şəxsiyyət  kimi    qəbul  edirdilər.  Ona  hörmətlə  yanaşırdılar. 
Təbiidir ki, Əbdüləli müəllimi ondan ayırmırdılar. Bu şirin yolçuluq, nəhayət, günortaya 
yaxın başa çatdı. 
     Maşından düşdülər. Sərnişinlər köhnə tanışlar kimi bir-biri ilə salamatlaşıb ayrıldılar. 
Əbdüləli  müəllim  əyilib    Mehralının  qulağına  dedi:”Kitablardan  oxumuşam  ki,  Aral 
gölünün sahəsi 68.000 
km
2
 
-dir.
  
Mehralı ona yarıciddi, yarızarafat ilə cavab verdi: 
     -Gəl, əvvəlcə toqqanın altını bərkidək, sonra “Dəryaçe-ye  Xarəzm”ə baş vurarıq.  
      Elə  də  etdilər.  Hərəsi  bir  piyalə  çay  içib,  allahverəndən  bir  tikə  çörək  kəsdi. 
Durdular. Nə fikir etdilərsə, çayxana sahibindən məsləhət almaq istədilər. Çayxananın 
sahibi Əmin əkə Ötəroğlu adında ortayaşlı bir kişi idi. Ruhanilərsayağı xətt saxlayırdı. 
Adamları qarşılamağından xoşməcaz  bir adam olduğu bilinirdi. O, məsləhət bildi ki, 
balıqçı Bərdah əkə daha yaxşıdır, qayığı möhkəm, özü isə etibarlıdır. Sonra da əlavə 
etdi: 
       -Oturun,  bir  piyalə  çay  için.  Çağırtdıracağam.  Siz  çayınızı  içib  qurtarana  kimi 
Bərdah əkə gəlib çıxacaqdır.  
      Elə  də  oldu.  Bir  azdan  sanki  iki  paya  üzərində  yeriyən  nəhəng  bir  adam  onlara 
yaxınlaşdı. Salamlaşdı. Hər ikisinə xoş gəldin dedi, əl verib hər ikisi ilə görüşdü. O da 
ortayaşlı  idi.  Üzündəki  saqqalabənzər  tək-tük  uzun  və  seyrək  tüklər,  təpəsinin 
ortasındakı araqçın onu daha da heybətli göstərirdi. Üzünü çayçıya bir qədər hündürdən 
dedi: 
        -Mənə də bir dör gətirin! Bir piyalə də çay verin! 
        Bərdah  əkənin    səsindəki  yumşaqlıq  və  mülayimlik  onun  xoşqılq  bir  adam 
olduğundan  xəbər  verirdi.  Görünüşündən  çox  ağır  bir  adam  təsiri  bağışlasa  da, 
yüngüllüklə dörə əyləşib, bardaş qurdu. Qarşısındakı piyalədən bir qurtum çay içib sözə 
başladı: 
          -Munok  dolu  Ötəroğludur.  Amma  Əmin  əkə  Ötəroğlu  birdir.  Mənimlə 
gedəcəksiniz.  Mənimlə  gələcəksiniz.  Siz  qərib  adamsınız.  Qərib  adam  Cənnətdən 
qovulmuş  Adəmə  oxşayır.  Amma  indiki  Adəmlərin  çoxunu  günahına  görə  deyil, 
günahsızlığına görə yurdlarından didərgin salırlar. Əbdüləli müəllim köksünü ötürdü: 
         -Neynəməli? Bu, tarixin  Əhrimənlər dövrüdür.  
         Bərdah əkə dərdinə dərddaş tapan adamlar kimi dərhal cavab verdi: 
         -Əslində,  Əhrimən  “Əyri-mən”  deməkdir.  Əyrilərin  mənəmlik  dövründə 
günahsızları cəzalandırırlar. Nə qədər ki, Bərdah əkə sağdır, araqçını yandan qoyun! 
Getdik!  
        Bərdah  əkə  Görünüşünə  xas  olmayan  bir  cəldliklə  ayağa  durub,  üst-başını 
silkələdi:-Əmin əkə, xeyir-dua ver, yola düşürük!-dedi. 
        Onlar da çayçı Əmin əkə Ötəroğlu ilə salamatlaşıb Bərdah əkəyə qoşuldular. 
 
                                       
 
 
 
 
 


  
45 
 
********** 
***** 
        
Kokaralda 
XVI 
 
         Bərdah əkənin qayığı gün əyiləndə Berq körfəzinə daxil olub Kokarala çatdı. Meh 
vurduqca ləpələnən Aralda  gah qalxıb düşən, gah da sağa-sola  əyilən qayıq beşik kimi 
yırğalanır, suların səsi ana laylası kimi görünürdü. Bəlkə də, elə bu laylanın təsiri ilə 
Əbdüləli müəllim də, illər boyu yollar yormuş  Mehralı da yuxuya getmişdilər. Bərdah 
əkə yol boyu onlara dəfələrlə çevrilib baxmış, oyatmağa qıymamışdı.  Bu nəhəng insan 
qayığı sahilə bənd edib, elə qayığın içindəcə onlara baxa-baxa oturmuş və dərin bir fikrə 
getmişdi.  
       Əbdüləli  müəllimin  yuxulu-yuxulu  “Ay  ata,  gəlmişəm!”  deməsi  ilə    Mehralının 
oyanması, Bərdah əkənin səksənib yerindən şiş kimi qalxması bir oldu. Qayıqdakılar 
qayığın  qırağından  yapışmasaydılar,  suya  yıxılacaqdılar.  Əbdüləli  müəllim  ətrafına 
boylanıb,  gözlərini  ovuşdura-ovuşdura  dedi:  “Atam  soruşdu:-  Əbdüləli,  harada  idin? 
Cavab vermək istəyirdim ki, oyandım!”   
      Heç kimdən səs çıxmadı. Bərdah əkə özünəməxsus yumşaqlıqla dedi: 
      -Bizdən yuxuyozan olmaz. Düşün, ayağınız Kokaral torpağına dəysin.  
      Kokaral sahəsi 273 km
2
  olan böyük  bir ada idi. Torpağı gilli-qumsal çöküntülərdən 
ibarət olub, yarımsəhra bitkiləri ilə örtülü idi. Həm şərqdən, həm də qərbdən boğazlar 
vasitəsi ilə sahildən ayrılırdı. Adanın şimal-şərqində hündürlüyü 163 metr olan  bir  dağ 
uzanırdı. Bərdah əkə onun Daut, yəni, Davud dağı olduğunu deyirdi. Dağ adaya xüsusi 
bir yaraşıq verirdi.  
      Onlar  sahilə  çıxanda  artıq  adamın  kölgəsi  özündən  üç  qat  uzun  idi.  Bərdah  əkə 
onlardan  ayrılmamışdı.Onlarla birgə qalacağını, onları Münoka  öz əli ilə qaytaracağını, 
necə lazımdırsa, eləcə  yola  salacağını  vəd  etmişdi. Bir də  ki, Bərdah  əkənin  Kokaral 
aulunda dostları da var idi. Bəlkə də, bu səbəbdən qarşılarına çıxan birinci adama salam 
verdilər. Bərdah əkə ərkyananıqla soruşdu: “Sən müsəlman balasan. De görüm, Qarabay  
əkə evdə bolmazmı?”  Adam:-Bolar,-dedi və uzaqlaşdı. 
       Qarabay əkə onları gülər üzlə qarşıladı. Gəlişlərinin məqsədini biləndə:-qəriblərimi 
deyirsiniz?- deyə soruşdu və cavab gözləmədən davam etdi:”Burada hamı onlara hörmət 
edir.  Aralarında  Əbdülməcid  deyilən  bir  yeniyetmə  vardır  ki,  canlara  dəyər.  Bizim 
uşaqlarımıza  toplamağı,  çıxmağı,  vurmağı  və  bölməyi  öyrədib.  Onsuz  da  buradakı 
qəriblərə dövlət nəzarəti yoxdur. Onları elə yerə gətirməyiblər ki, qayıdıb gedə bilsinlər. 
Amma bizim adamlar   Əbdülməcidin getməsinə dözməyəcəklər. Elə müəllimi haradan 
tapmaq olar? Özü də o yaşda! Di yaxşı, oturun, bir piyalə çay için. Gümüşü xatunun 
çayının dadına baxın. Görün, analar necə qız doğur.”  
       Bərdah əkə çox ciddi bir tövrlə:-Qarabay əkə, çayı sonra içərik!-dedi. 
       Qarabay  əkə  daha  da  sərt  və  sinirli  bir  şəkildə:  ”Qarabayın  çayını  içmədən  bu 
bərədən çıxmaq olmaz! Hünəriniz vardır, bir addım atın!-deyə ciddiləşdi. 
       
 
 Bərdah əkə Əbdüləli müəllimə və  
Mehralıya 
baxaraq yazıq-yazıq dilləndi:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə