1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

  
38 
 
      -Mamedov Qadji Lyatif Rasul oqlı! 
     Hacı  Lətif  kişi  ailəsi  ilə birlikdə onsuz  da qabaq  sırada dayanmışdı. Qabağa çıxıb 
zəif və xırıltılı səslə dedi: 
       -Mən. 
        Ad çəkəndə rusca ad çəkən poqonlu aktyor əmr etdi: 
        -Qara maşına! 
        Hacı Lətif kişi çiynindəki çanta ilə qara maşına doğru yeriyəndə  arxadan gələn 
ağlaşma səsi onu sarsıtdı. Çevrilib arxaya baxmaq istədi. Onda poqonlu aktyor qəzəblə 
qışqırdı: 
        -Qara maşına! 
         Hacı  Lətif  kişi  qara  maşına  mindi.  Poqonlu  aktyor  yenidən  siyahını  oxumağa 
başladı: 
         -Mamedova Qulli! 
         -Mən. 
         -Qara maşına! Uşağını da götür! Mamedov Abdulmedjit! 
          -Mən! 
 
          “Mən” bu qədər aydın deyilişindən şaşıran poqonlu aktyor özündən çıxdı: 
           -Nə “mən-mən” harayı salmısan? Qara maşına! 
           Əbdülməcid yerişini dəyişdirmədən qara maşına doğru yeridi. Onları yola salan 
qohum-qardaşları yas içində idilər. Qadınlar isə ağlaya-ağlaya qalmışdılar. 
          Tamaşaçılardan kimsə pıçıltı ilə böyründəkinə deyirdi: “Bu hökumətə işləməyə 
nə var ki? Adamın adını rusca, “qara maşın” sözünü isə öz dilində deyə bildin, bəs edir.” 
O biri adam isə dodaqlarını büzüb əlavə etdi:”Savad nə boyda olar ki? Bəsdi də.” 
           Qara maşın isə çevrilib fit verə-verə Gəncəyə doğru şütüyürdü. 
 
********** 
***** 
 
Məhkəmənin qərarı 
XII 
 
       Qara  maşın Gəncəyə çatanda gündüz saat ikinin yarısı idi. Onları qara  maşından 
düşürüb  birbaşa  məhkəmə  olacaq  binaya  apardılar.  Məhkəmə  zalında  oturub 
gözləmələrini əmr etdilər. Başlarının üstündə silahlı əsgərlər dayanmışdılar. Aradan bir 
xeyli vaxt keçdi.  Birdən elan etdilər: 
        -Ayağa qalxın, məhkəmə gəlir! 
        Onsuz da məhkəmə zalında Hacı Lətif kişinin aıləsindən və nəzarətçi əsgərlərdən 
başqa heç kim yox idi. Onlar da ayaq üstə idilər. Qarşıdakı səhnənin yan qapısı açıldı. 
Məhkəmə  üzvləri  zala  daxil  oldular.  Onlar  Gəncə  dairəsi  üzrə  rayon  Fövqəladə 
Üçlüyündən ibarət idilər. Hakimin amiranə səsi zalda əks-səda verdi: 
         -Müttəhimlər onlar üçün ayrılmış xüsusi yerə keçirilsinlər!  
         Hacı  Lətif  kişi  və  ailə  üzvləri  nəzarətçi  əsgərlərin  müşayiəti  ilə  səhnəyə  qalxıb 
müttəhimlər üçün ayrılan yerə keçdilər. Hakimlə və məhkəmə üzvləri ilə qabaq-qarşı 


  
39 
 
dayandılar.    Onları  oturmağa  da  qoymadılar.  Onlara  danışmaq  ikanı  da  vermədilər. 
Əslində  heç  sual-cavab  da  olmadı.  Fövqəladə  Üşlüyün  sədri  qarşısındakı  47  №-li 
qovluğu  sürətlə  vərəqlədi  və  müstəntiq  Yelyanı  məhkəmə  zalına  dəvət  etdi.  Yelyan 
ağzını açıb nəsə demək istəyirdi ki, hakim onun sözünü kəsdi: 
        -Qovluqdakı faktların doğruluğunu təsdiq edirsənmi? 
        Yelyan cavab verdi: 
         -Bəli, möhtərəm hakim! 
         Hakim ayağa qalxdı. Yanındakılar da, məhkəmə zalından onlara irişə-irişə baxan 
müstəntiqYelyan  da  ayağa  qalxdılar.  Müttəhimlər  onsuz  da  ayaq  üstə  idilər.  Hakim 
ciddi və sərt bir tövrlə əlindəki vərəqi oxumağa başladı: 
 
 
       -  “Azərbaycan  ərazisi  üzrə  Gəncə  dairəsi  rayon  Fövqəladə  üçlüyü  müvəkkil 
Yelyanın  məruzəsinə  və  Nuxa  şəhərində      tərtib  edilən  12  mart  1931-ci  il  tarixli   
təqsirnamədə göstərilən faktlara əsaslanaraq qərara alır:  “ Hacı Lətif Rəsul oğlu səkkiz  
il müddətinə həbs düşərgəsinə məhkum edilsin. Məhkumluq müddəti  ...  hesablansın. 
Ailəsi üç il müddətinə Qazaxıstana sürgün edilsin. Sürgün müddəti  ...   hesablansın. 
Əmlakı müsadirə edilsin. ” 
      Məhkəmə  elə  bununla  da  bitdi.  Hacı  Lətif  kişini  və  ailəsini  yenə  də  qara  maşına 
doğru apardılar. Qara maşın  yola düşdü. 
 
                               
 
 
 


  
40 
 
********** 
***** 
 
 
Çıxılmazlıq 
XIII 
 
          Əbdüləli müəllim neçə gün idi ki, özünə gələ bilmirdi. Ata-anasının, qardaşlarının 
haraya sürgün edildiyini öyrənmək də onun üçün müşkül bir işə çevrilmişdi. Öyrənə 
bildiyi yeganə bir şey onların konvoyla Bakı limanına gətirilməsi, digərləri ilə birlikdə 
yük gəmisinə doldurulub Xəzərin o biri tayına –Krasnovodsk limanına göndərilməsi, 
sonra isə Aral dənizinin şimalında yerləşən Kokaral adasına sürgün edilməsi olmuşdu. 
         Bu dəqiq idimi? Bunun dəqiq olduğunu necə dəqiqləşdirməli? Nə yaxşı ki, onun 
Mehralı adlı bir dostu vardı. O tez-tez Aşqabada, arabir də Daşkəndə və Alma-Ataya  
gedib gələnlənlərdən idi. O yerləri yaxşı tanıyırdı. Özünün də Siyasi İdarədə yaxın bir 
qohumu işləyirdi. O, Pakizə adında yupyumuru bir qız idi. Sevişirdilər. O Mehralıya, 
Mehralı da Əbdüləli müəllimə bu işdə kömək edəcəyinə söz vermişdilər.  Amma ki, 
günlər  sürətlə  bir-birini  əvəz  edirdi.  May  ayı  qurtahaqurtarda idi.  Get-gedə  Əbdüləli 
müəllimin səbri, hövsələsi daralırdı.  
          Bir  axşam  darvazanın  döyüldüyünü  eşidən  Əbdüləli  müəllim  həyətə  çıxdı. 
Darvazanın bala qapısını açıb gələnin dostu  Mehralı olduğunu gördü. Əlüstü salamlaşıb, 
darvazanı tez bağladılar, evə keçdilər.  Mehralı qoltuğundan bir dəstə kağız çıxartdı. 
Bunlar  Hacı  Lətif  kişinin  istintaqı  və  məhkəməsi  ilə  bağlı  sənədlərin  makinada 
çıxarılmış  surətləi  idi.  Onlar  kağızları  diqqətlə  oxumağa  başladılar.  Birdən  Əbdüləli 
müəllim təəccüblə  Mehralıdan soruşdu: 
          -Qardaşım,  beş  yaşlı  Hamid  sürgündə  ola-ola  adının  istintaq  sənədlərinə 
salınmaması nə deməkdir? 
           Çevrilib Əbdüləli müəllimə baxan  Mehralının üzündə acı bir təbəssüm əmələ 
gəldi: 
       -Sovet hökuməti hümanist hökumətdir. O, uşaqları sürgünə göndərmir. 
       Onlar yenə də baxışdılar, dodaqlarını büzərək başlarını mənalı-mənalı tərpətdilər. 
Hər ikisi bir ağızdan:-Belə de!-dedilər.  
        İttihamnamənin “qərara alındı” hissəsindəki “Tyurok, poddanstvo ASSR” sözləri 
də onların diqqətindən yayınmadı. Əbdüləli müəllim dedi: 
        -Bu  hayes  Yelyan  onun  türk  olduğunu  xüsusi  vurğulayıb.  Üstəlik  “qrajdanin” 
sözündən  deyil,  “poddanstvo”  sözündən  istifadə  edib.  “Qrajdanin”  vətəndaş” 
mənasında olduğu halda, “poddanstvo” həm “vətəndaş”, həm də “təbəə” mənasındadır.   
        Mehralı ona təsdiqedici bir nəzərlə baxaraq cavab verdi: “Bəli, hayes Yelyan türkə  
Azərbaycan  vətəndaşı  kimi  deyil,  Azərbaycan  təbəəsi  kimi  baxır.  Bütün  SSRİ  üzrə 
məşhur  Üçlüyün  üzvü  Mir  Cəfər  Bağırovun  səsinin  gur  yerinə  salaraq  hansı 
bərabərlikdən, hansı xalqlar dostluğundan danışdıgına fikir verməmisənmi? 
       Əbdüləli  müəllim    Mehralını  sirayətedici  nəzərlərlə  başdan-ayağadək  gözdən 
keçirdi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə