1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

  
41 
 
       -O, qorxaqdır. Özününküləri qırmaq, öldürmək yolu ilə özgələrin yanında mövqe 
qazanan  qorxaqdır.  Qorxaqlar  qorxutmaq  yolu  ilə  cəsarətli  olurlar.  O-SSRİ 
səviyyəsində qorxaqdır. O bu ittihamnaməni “soqlasen i utverjdayu”-“razıyam və təsdiq 
edirəm” sözləri  kor-koranə şəkildə imzalayan Bədəlov kimi bir şeydir. 
         Mehralı  əlavə  etdi:  “Dostum,  o  həm  də  SSRİ  səviyyəsində  yaltaqdır.  Stalinə, 
Beryaya  və  Üçlüyün  bizim  gözlərimizdən  yayındırılan  hayes  üzvlərinə  yalanan 
yaltaqdır. Xayindir, satqındır, onda türk qanı yoxdur.   O bizi satmaq, ayaqaltı eləmək, 
bizə  cəza  verməklə onlara  xoş  gəlmək  istəyən  iyrənc  bir  adamdır. Baxacaqsan, onun 
axırı olmayacaqdır.” 
        Onlar susdular və yenidən baxışdılar: “Divarlar bizi satmaz ki?”  
        Sonra da gülümsədilər:”Onlar bəzilərindən daha etibarlıdır.” 
        Əbdüləli müəllim bayaqdan od saldığı samovarın qaynadığını görüb  dedi: 
        -Yaxş.  Sədaqətli  divarların  şərəfinə  bir  stəkan  çay  içək!  Amma  əvvəlcə  çayniki 
dəmləyək.  Mehralı, bax, gör, Əbdüləlinin əlindən bir işgəlir, ya yox. 
       Elə ki, çay içə-içə bir loxma çörək kəsdilər, onda bu qərara gəldilər ki, müəllimlər 
yay  tətilinə  çıxan kimi  Krasnovodska, oradan  da  Kokarala getsinlər. Sonrasına  Allah 
kərimdir. 
 
********** 
***** 
 
Yollar 
XIV 
 
      -  Mehralı, sən mənə qardaşlıq elədin.Yoxsa ki, bu yolları 
 
təkbaşıma   keçib gələ 
bilməyəcəkdim.  
      -Hələ mənzilə çatmağımıza çox vardır, Əbdüləli müəllim, tələsmə.   
      -Ürəyimə damıb ki, hər şey yaxşı olacaqdır. Amma nədənsə tələsirəm. 
      -Axı,  tələsməklə  deyil,  yetişməklədir.  Əbdüləli,  görmədinmi  ki,  Şəkidən  Bakıya, 
Bakıdan,  özün  demişkən,  Balkan  vilayətindəki  Qızılsuya,  yəni,  Krasnovodska 
gəlməyimiz bir neçə günə çəksə də, gah qurudan adlaya-adlaya, gah da sudan keçə-keçə 
Türkmənistandan Özbəkistana gəlməyimiz bir aya qədər vaxt apardı. Müəllimlərin yay 
tətilinin qurtarmasına nə qaldı ki? 
       -Düz deyirsən Mehralı qardaş! Artıq iyulun onu da oldu. Bir azdan o da qurtaracaq. 
Öhdəmizdə bircə   avqust ayı qalır.   Qazaxıstana  vaxtında çatsaydıq! Nə yaxşı ki, sən 
türkmən və özbək ləhcələrini bilirsən, yoxsa, günümüz nə olardı? 
       -Fikir eləmə, Əbdüləli, mən qazax ləhcəsini də bilirəm. Eh, mənim ömrüm-günüm 
bu  yerlərdə  keçib.  Bir  də  ki,  bunlar  eyni  bir  dilin  ayrı-ayrı  ləhcələridir.  Bir  azca 
buralarda oldun, hamısını öyrənəcəksən. Bizlərdə ögeylik yoxdur. Atamız-bir, anamız-
bir. Sadəcə olaraq, bir-birimizdən aralı düşmüşük. Əslində aralı da düşməmişik, küsülü 
qonşular kimi yaşamışıq. 
       - Mehralı qardaş, and olsun, alim kimi danışırsan. Özü də öz dilini bilən alim kimi.  


  
42 
 
       -Əbdüləli,  oxumaq  ayrı  şeydir.  Oxumaq,  görmək  və      bilmək  isə  bir  ayrı  şeydir. 
Qazılanmaq olmasın, məndə bunların üçü də vardır. Nə olsun ki, diplomum yoxdur. 
       -Heyif  ki,  sovet  hökuməti  hər  şeyi  diploma  bağlayır.  Real  savad  nəzərə  alınmır. 
Özünün verdiyi bir parça əskini əsas götürür. Əslində o, Nikolaydan qalma qanunları 
tətbiq edir. Rus  özünütəbliğdən başqa ayrı bir işə baxmır. Tatarı ruslaşdıra-ruslaşdıra, 
türkməni  aldada-aldada,  özbəyi  dolaşdıra-dolaşdıra,  qırğızı  və  qazağı  bir-biri  ilə 
savaşdıra-savaşdıra,  bizləri  də  yerlərimizdən  didərgin  sala-sala    öz  işini  görür. 
Beynimizdən, ağlımızdan istifadə edə - edə bizi özümüzə yadlaşdırır. 
       -Əbdüləli, sən özün də məndən  dala  qalan deyilsən. Səndə cılğı alim suyu vardır. 
       - Mehralı, sən hələ Əbdülməcidi görməmisən. Maşallah, kəllədir. Eləmədiyi misal 
yoxdur. Mən özüm müəlliməm. Amma Əbdülməcid mənim çətinlik çəkdiyim misal və 
məsələləri də çox asanlıqla həll edir. İşə bax ki, bu qabiliyyətin yiyəsi olan bir uşağın 
üç-dörd gün bundan əvvəl sürgündə - Kokaralda on beş yaşı tamam olmuşdur. Burası 
belə.  Kiçik  qardaşım  Hamidin  vur-  tut  beş  yaşı  vardır.    Sürgünə  göndərilənlərin 
siyahısında adı da yoxdur, Kokaralda sürgündədir. Ədalət beləmi olur? Bunların aqibəti 
Viktor Hüqonun “Səfillər”indəki bir çörək üstündə katorqaya göndərilən Jan Val Janın 
aqibətinə  bənzəmirmi?  Cinayətlə  cəzanın  tarazlığının  pozulduğu  bir  məmləkətdə 
ədalətdən dəm vurmağa dəyərmi? 
      -Əbdüləli, təhsilim olmasa da,  adını çəkdiyin o əsəri mən də oxumuşam. Demək 
istəyirəm ki, istər Nikolay hökuməti olsun, istərsə də bu hökumət, bunlar bir medalın 
tərs və unqat üzləri kimidir. Bunların heç birində insana hörmət olmamışdır. Əvvəla, 
dili ağzına sığmayanlar vətəndaşın üzərinə düşən vəzifələrin nələr olduğundan danışır. 
Dövlətin  üzərinə  düşən  vəzifələrin  nələr  olduğunu  isə,  ümumiyyətlə,  dilinə  gətirən 
yoxdur. Vətəndaş nə etməli olduğunu bildiyi halda, dövlət nə etməli olduğunu bilmir. 
Vətəndaş dövlətə xidmət edir, dövlət isə vətəndaşa xidmət etmir.  
     - Mehralı qardaş, xaos elə buna deyirlər. İt iti tanıyır, amma yiyəsi itini, it də yiyəsini 
tanımır. Fransızı pisləyib fransız utopik sosializmindən, almanı qaralayıb alman klassik 
fəlsəfəsindən,  ingilisi  bəyənməyib  ingilis  siyasi  iqtisadından  dəm  vuran  bir  dövlətin 
ideologiyasında hansı  şəffaflıq ola  bilər? Bu-kirli  düşüncələr dövlətidir.  İndi  bizə nə 
düşüb ki, cəlayi-vətən olmuşuq? Biz  nə günahın sahibiyik ki, əsir-yesir edilirik, hara 
gəldi  sürgün  olunuruq?    Elə  bil  ki,  bizləri  tilsimə  salıblar.  Hansısa  sehirli  bir  əl 
üstümüzdə  gəzir.  O  əlin  sığalı  ilə  biz  yuxuya  gedirik.  Biz  yuxuda  olanda    sapı 
özümüzdən  olan  baltanın  ən  kəsərlisini  seçirlər  ki,  başımızı  rahatlıqla  kəssinlər. 
Ölkədəki, bölgədəki və yerlərdəki ən biqeyrət kişi və qadınları seçib sonalayırlar. Ona 
görə ki, sapı özümüzdən olan baltalar onların əlində daha etibarlı görünür.  
      -Bəli,  Əbdüləli,  bəli.  Biz  həmin  o  biqeyrətlərin  fitvası  ilə  ata-ana,  bacı-qardaş 
axtara-axtara    qalmışıq.  Onu  da  deyim  ki,  Ozbəkistandan  Qazaxıstana  daha  bir  şey 
qalmayıb.  Nukusdan  keçmişik.  Hal-hazırda  Altunkuldayıq.  Elə  ki,  gedib  Münoka 
çatacağıq,  ondan  sonra  qayıqla  Aral  dənizi  boyunca  ağzıyuxarı  Kokarala  qədər  üzə 
biləcəyik.
 
Arala  taciklər  “Bəhri-Aral”,  farslar  isə  “Dəryaçe-ye    Xarəzm”  deyirlər.
 
Düzdür, Kokaral Aralın Qazaxıstana düşən hissəsindədir, lakin keçidlərdə yoxlama-zad 
olmur. O ki, qaldı “Kokaral” sözünün mənasına, bunu “Yaşılaral”, yəni “Araldakı yaşıl 
yer”  kimi  izah  edirlər.  Qazaxlar  ”Kökaral”  və  “Kuqaral”,  “Aral”a  “Orol”  deyən  
özbəklər isə ona “Kokorol” deyirlər.  Onu da deyim ki, Cənubi Qazağıstanın Maktaaral 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə