1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

  
61 
 
       Qızğın  döyüşlərin  birində  taqım  komandiri  həlak  olur  və  briqada  komandiriniun 
əmrilə  M.  Rasulov  onu  əvəz  edir.  Bir  aydan  sonra  ona  cəbhə  komandirinin  əmrilə 
qvardiya leyenantı rütbəsi verilir. 
      1942-ci  ilin  oktyabr-dekabr  aylarında  o,  Cənub  cəbhəsi  10-cu  atıcı  qvardiya 
briqadasının ayrıca artilleriya diviziyasının qərargah batareyasının idarəetmə taqımının 
komandiri olur. 
 
********** 
***** 
 
      Bu odlu və alovlu illər  Məcid Rəsulovun yaddaşında daim yaşadı. Cəsədlərlə örtülü 
yollardan,  qan  ilə  suvarılan  çöllərdən  keçən  bu  insan  bəzən  müharibə  xatirələrini 
danışmaqla ibrət olsun deyə bizlərə ağıl və təskinlik vermək istəyirdi. APDU-nun Şəki 
filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, prof. Rafiq Rəsulovun əmisi Məcid 
müəllimin dilindən söylədiyi xatirə ibrətamizliyi ilə diqqəti cəlb edir: 
       -Əmim  həmişə  müharibənin  ağır  məqamlarından,  dəhşətli  mənzərələrindən  ürək 
ağrısı  ilə  danışırdı.  Bir  dəfə  “Ehtimal  nəzəriyyəsi”  ilə  bağlı  maraqlı  bir  söhbət 
başlamışdıq. Birdən o, dərin fikrə getdi, gözlərini bir nöqtəyə dikdi, bir müddət beləcə 
dayandı. Düşündüm ki, yəqin, söhbət açdığımız məsələnin hansısa elmi tərəfini axtarır. 
Sən  demə,  xəyal  onu  çox  uzaqlara  -  o  ağrılı-acılı  illərə  aparıbmış.  Birdən  o,  söhbətə 
başladı və dedi: “İşə bir bax! “Ehtimal nəzəriyyəsi” bir dəfə mənim həyatımı  ölümdən 
xilas edib. Bəlkə də, bu gün yaşamağıma görə mən bu nəzəriyyəyə borcluyam.”  
      Məni  maraq  götürmüşdü.  Sual  dolu  nəzərlərimin  ona  dikildiyini  görən  əmim 
söhbətinə davam etdi: 
      -Müharibənin  odlu-alovlu  günlərindən  biri  idi.  Mənim  riyaziyyatçı  olduğumu, 
“Ehtimal nəzəriyyəsi”ni yaxşı bildiyimi eşidən rəhbərlik belə bir qənaətə gəlibmiş ki, 
mən  generallara,  komandirlərə  bu  nəzəriyyəni  öyrədim,  müəyyən  dərslər  keçim. 
Məqsəd ağır atıcı silahlardan düzgün istifadəyə nail olmaq idi. Dərslər təşkil olundu və 
mən verilən tapşırığı yerinə yetirdim - “Ehtimal nəzəriyyəsi”nin mahiyyətini hərbçilərə 
öyrətdim.  Mən  vzvod  komandiri  idim.  25  nəfər  əsgərə  rəhbərlik  edirdim.  Bir  dəfə 
kəşfiyyata  çıxanda  mühasirəyə  düşdük.  İki  yolumuz  var  idi:  ya  əsir  düşməli,  ya  da 
mühasirəni  yarıb  çıxmalı  idik.  Mühasirəni  yarıb  çıxmaq  bilə-bilə  ölümə  getməyə 
bərabər idi.  
       Hərbin  öz  qəribə  qanunları  vardır.  Hansı  vəzifədə  olursan-ol,  bəzən  qərarı  özün 
vermirsən,  hamı  ilə  məsləhətləşməli  olursan.  Belə  bir  çətin  anda  əsgərlərin  böyük 
əksəriyyətinin səs çoxluğu ilə mühasirəni yarıb çıxmaq yolunu seçdik. Mühasirəni yarıb 
çıxsaq  da,  düz  on  iki  nəfər  əsgərimizi  itirdik.  Döyüşçülərimizin  yanına  qayıdanda 
polkun komandiri polkovnik məni ən ağır bir cəza gözlədiyini söylədi. Sonra da sual 
elədi:  “Hər  dəfə  bir  tapşırığı  yerinə  yetirərkən    12  əsgər  itirsək,  biz  necə  qalib  gələ 
bilərik?” 
      Belə hallarda hərbi səhra məhkəməsi ölüm hökmü də çıxara bilərdi. Bunu mən özüm 
də  bilirdim.  Polkovnik  silahını  qaldırıb  mənə  tuşlayanda  mənim  əsgərlərimin  hamısı 
silahlarını  qaldırıb  ona  tərəf  tutdular.    Mənim  əsgərlərim  mənim  heç  bir  günahım 


  
62 
 
olmadığını, bu qərarın hamılıqla verildiyini söylədilər. Polkovnikin bu hərəkətinə qarşı 
ciddi etiraz etdlər.  
       Fikrindən dönmək istəməyən polkovnik məni hərbi tribunala verəcəyini bildirdi və 
belə də etdi. 
       Hərbi tribunalda mənim işimə baxacaq general ona təqdim edilən sənədlərdə Məcid 
Rəsulov  adını  görəndə  duruxubmuş.  Sən  demə,  bu  general  mənim  “Ehtimal 
nəzəriyyəsi” öyrətdiyim “tələbələrimdən birisi” imiş. Öz müəllimini tribunalda görmək 
istəməyən  general  məhkəmə  prosesini  bu  başdan  dayandırır,  məni  polkovniklə 
barışdırır. Lakin bu qisasçı polkovnikin ürəyindəki kin, sən demə, öz yerində dururmuş. 
      Bir  gün  qızğın  bir  döyüşün  ortasında  idik.  Göydən  güllələr  üstümüzə  dolu  kimi 
yağırdı. Yerləşdiyimiz sahədən bir qədər aralı ərazinin ortasında hündür bir ağac var idi. 
Məndən  zəhləsi  gedən  polkovnikin  əlinə  sanki  məni  aradan  götürmək  üçün  girəvə 
düşmüşdü. Polkovnik mənə həmin ağaca çıxıb qarşı tərəfin hansı ərazidə yerləşdiyini 
müəyyənləşdirməyi  tapşırdı.  Bu  məni  bilə-bilə,  qəsdən  ölümə  göndərmək  idi.  Orada 
olan bütün əsgərlərlə görüşüb sağollaşdım və ağaca sarı yollandım. 
       Çətinliklə  də  olsa,  düşmənin  yerini  müəyyənləşdirib  ağacdan  düşdüm.  Üstümə 
aramsız  yağan  güllələr  paltarlarımı  deşik-deşik  etmişdi.  Yoldaşlarımın  yanına  doğru 
irəliləməyə başladım.  
      Budur,  çatmışam.  Ancaq  mənzərə  o  qədər  dəhşətlidir  ki, nə  edəcəyimi  bilmirəm.  
Düşmənin açdığı top atəşi ərazinin külünü göyə sovurmuş, yoldaşlarımın hamısını həlak 
etmişdi. 
       Məni bilə-bilə ölümə göndərən polkovnik də artıq həyatda yox idi... 
       Əmim  susdu.  Onun  gözləri  yaşarmışdı.Bircə  kəlmə  də  desə  idi,  hönkürüb 
ağlayacaqdı.   Biz də heyrət içində idik. Mat qalmışdıq... 
       Özümə söz verdim ki, bir də “Ehtimal nəzəriyyəsi”ni əmimin yadana 
salmayım... 
 
********** 
***** 
 
      1942-ci ilin dekabrından 1943-cü ilin noyabr ayınadək 402-ci atıcı diviziyanın 960-
cı artilleriya q 
ərargah  alayının batareyasının komandir müavini təyin edilir. Ona 
baş leytenant rütbəsi verilir.   
    1943-cü  ilin  dekabr  ayında  o,  102-ci  atıcı  diviziyanın  960-cı  artilleriya  alayının 
batareya komandiri olur və müharibənin sonuna kimi bu vəzifədə qalır. 
    1944-cü il mayın 1-də döyüşlərdə göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət 
Heyətinin  fərmanı  ilə    “Qafqaz  uğrunda”  (“Za  oboronı  Kafkaza”)    medalı  ilə  təltif 
olunur. O elə həmin il Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olur.  
   1945-ci  il  9  mayda  Berlində  Almaniyanın  kapitulyasiyası  haqqında  akt  imzalanır. 
SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  fərmanı  ilə    “Almaniya  üzərində  qələbə”  («За 
победу над Германией») medalı ilə təltif olunanların sırasında baş leytenant  Məcid 
Rəsulovun  da  adı  var  idi.  Sovet  dövrü  deyilən  zaman  içində  tələbə  olmaq,  aspirant 
olmaq,  Böyük  Vətən  müharibəsi  iştirakçısı  olmaq,    orden  və  medallı  olmaq,  üstəlik 
partbiletli  olmaq  şəxsiyyətə  qarşı  edilən  hücumlardan  hər  tərəfli  qorunmaq  imkanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə