1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

  
68 
 
 
 
                                          Bakı Dövlət Universiteti 1950-ci illər 
 
       Nəhayət, Elmi  Şuranın sədri  ayağa qalxır. Sanki insanların  çiyinlərindən ağır bir 
yük  götürülür.  Salon  dərindən  nəfəs  alır.  Sədrin  dəvəti  ilə  Məcid  Rəsulov  tribunaya 
qalxır.  Elmi  işinin  mahiyyəti  və  məzmunu  ilə  bağlı  məlumat  verir.  Opponentləri  ilə 
müdafiəçi  arasında  baş  verən  oppozisiya  pik  həddə  çatır.  Məcid  Rəsulov  təbaşirlə 
işləməyə,  dediklərini  göstərməyə  başlayır.  Rəqəmlər  boy  sırasına  düzülən  əsgərlərə 
bənzəyir.  Lövhədə  qəribə,  poetik    bir  dekorasiya  alınır.  Bu  anda  fikirləşirsən  ki, 
riyaziyyatçı ilə şairin və  rəssamın dostluğu necə də gözəl olardı.        
Haşiyə. Heç də təsadüfi deyildir ki, bu hadisədən düz 18 il sonra -1967-ci ildə  
Moskvada  Ümumittifaq  “Bilik  Cəmiyyəti”nin  geniş  salonunda  “Riyazi  fizika 
məsələlərinin  çıxıqlar  üsulu  ilə  həlli”  mövzusunda    Məcid  Rəsulovun  oxuduğu 
mühazirələrin  bir  qismini  dinləyən  böyük    şairimiz  Bəxtiyar  Vahabzadə  o 
mühazirələrdən  aldığı  təəssüratı  əsasında  yazdığı  məqaləyə  “Rəqəmlərdə  poeziya” 
sərlövhəsini  qoymuşdu.  Moskvada  təsadüfən  rast  gəldiyi  bir  elana  qarşı  göstərdiyi 
maraq  üzündən  gəlib  geniş  bir  salonda  “ağsaçlı  alimlərə,  təcrübəli  mühəndislərə  və 
texniklərə”  mühazirə  oxuyan  Azərbaycanlı  alimi  görən  böyük  şairimiz    böyük 
riyaziyyatçımızın rəqəmlərindəki poetikliyi  görməyə bilməzdi. Axı, o, cılğı şair, bu isə 
cılğı riyaziyyatçı idi.  
Budur,  hələ  1949-cu  il  fevral  ayının  8-dir.  Qışın  soyuğundan,  Xəzrinin  buz 
nəfəsindən    qaçıb  ADU-nun  “Fizika-riyaziyat”  fakultəsinin  Elmi  Şurasında  isinmək 
istəyənlərin  damarlarındakı  qanı  donduran  bu  tarixi  müdafiə  heç  vaxt  yaddaşlardan 
silinməyəcəkdir. Funksional analiz və xüsusi törəməli differensial tənliklər nəzəriyyəsi 
sahəsində çalışan alimin  elmə gətirdiyi yeniliklər necə də heyrətamizdir. 
Məcid Rəsulov yaradıcılığından   hörmət və ehtiramla söz açan və onu çox böyük  
bir qədirşünaslıqla şərh edən  görkəmli riyaziyyatçı Y.Ə. Məmmədovun təbirincə desək, 


  
69 
 
o, “bu işdə xətti funksionalın alt fəzadan bütün Banax fəzasına davamının yeganəliyinin 
zəruri  və  kafi  şərtlərini  almış  və  L
2
-də  baxılan  birölçülü  xətti  diferensial  operatorun 
normallığı üçün zəruri və kafi şərti isbat etmişdir.”  Məcid Rəsulovun  namizədlik işinin 
özəlliklərini şərh edən Y.Ə. Məmmədov  daha sonra yazır:  
Sabit əmsallı tənliklər üçün çıxıqlar üsulu ilk dəfə çıxıqlar nəzəriyyəsinin banisi 
Koşi tərəfindən verilmişdir. Bununla belə sxeminə və qurulma alqoritminə görə Koşinin 
və Rəsulovun çıxıqlar üsulu bir-birindən tam fərqlənir. ... Dissertasiyada çıxıq düsturu 
və uyğun ayrılış düsturu yalnız tərtibi 4-dən yüksək olmayan tənliklər sistemi üçün isbat 
edilmişdir.” 
Z.İ.Xəlilov  və  Ə.İ.Hüseynov  kimi  opponentləri  razı  salmaq,  inandırmaq    həlli 
çətin riyazi məsələlərdən sayılırdı. Ona verilən suallar da, ondan alınan cavablar  da 
elmiliyi ilə yanaşı dərin riyazi məntiq və tarixi mahiyyət daşıyırdı. Spektral məsələnin 
həllinin  tam  çıxığı  üzrə  ayrılış  düsturuna  Birkhof  və  Tamarkinin  analoji 
araşdırmalarında rast gəlinirdisə də, onlara uyğun qarışıq məsələnin həlli üçün Məcid 
Rəsulov  tərəfindən  verilən  düstur    o  vaxta  qədər  elm  aləminə      məlum  deyildi.  O 
müdafiədə  bu  düsturla  bağlı  verilən  sualların  cavabları  şərhi  baxımından    adamları 
heyrətə gətirirdi.  Mübahisələr isə bitmək bilmirdi. İzahatlar isə o qədər mürəkkəb idi 
ki,bir çox hallarda  izahın  özünü izah etməyə ehtiyac var idi. 
Sonralardan ilk müdafiəsini xatırlayan Məcid Rəsulov zarafatla deyirdi: 
-  Onlar  verən  sualları  mən  başa  düşürdüm,  ancaq      mənim  verdiyim  cavabları 
onların    başa  düşüb-düşmədiklərini  hələ  də  bilmirəm.  Onların  bəziləri    başa 
düşmədiklərini  gizlətmək  üçün  mənimlə  razılaşırdılar.  Nə  yaxşı  ki,  Zahid  Xəlilovla 
Əşrəf Hüseynov mənim opponentlərim oldular. Yoxsa ki, mənim işim nağıl idi. 
-Bəs  Lopatinski  necə?  Heç  nə  demədi?  –  deyə  soruşan  olanda  Məcid  müəllim 
tələsik cavab verərdi: 
-Onun xirda işlərlə arası yox idi. 
Məsələnin  mahiyyəti  bunda  idi  ki,  8  fevraı  1949-cu  ildə  ADU  tarixində 
unudulmaz bir hadisə baş vermişdi. “Məcid Rəsulovun çıxıqlar üsulu” rəsmi şəkildə öz 
təsdiqini tapmışdı. 
 
********** 
***** 
 
Ağrılarda diş ağrısı 
IX 
 
       Namizədlik  işinin  müdafiəsindən  sonra  Məcid  Rəsulov  yenə  də  ADU  –da 
işləmişdir.    1949-cu  il  17  fevraldan  30  noyabradək  “Riyazi  analiz”  kafedrasının  baş 
müəllimi,  1  dekabr  1949-cu  ildən  31  avqust  1953-cü  ilədək  bu  kafedranın  dosenti 
olmuşdur.   
     Bu illərin unudulmayan hadisələrindən biri  də  diş ağrısı məsələsidir. Günlərin bir 
günü  Məcid  müəllimin  dişi  ağrıyır.  Ən  çətin  məsələləri  asanlıqla  həll  edən  Məcid 
müəllim ha nə qədər edirsə, dişinin ağrısı kəsmir ki, kəsmir. Həkimdən və kəlbətindən 
qorxduğu üçün bir neçə gün beləcə dişi ağrıya-ağrıya yaşayır. Eşidib bilən dostları ona 


  
70 
 
ürək-dirək  verərək,  hətta,  birlikdə  həkimə  getməyi  təklif  edirlər.  Məcid  müəllim 
ürəyindəki həkim xofunun təsiri ilə həkimə getmək istəmir ki, istəmir. Axır ki, diş ağrısı 
onu danışmağa,dərs deməyə qoymur. Pis vəz iyyətdə qalan Məcid müəllim təkbaşına, 
qaçıb  eləsə  görənlər  olmasın  deyə  Universitetin  poliklinikasına  üz  tutur.  Sən  demə, 
oradakı diş həkimi Qumru xanım adında gənc bir qız imiş. 35 yaşlı Məcid müəllim daha 
da çətin bir vəziyyətə düşür. Bir ayağı dalda, bir ayağı qabaqda qalan Məcid müəllimin 
tərəddüd etdiyini görən həkim qız pasientini qaçırmamaq üçün ona gözlənilməz  bir sual 
verir: 
      - Qorxursunuz? 
      Qadın qabağında kişi qorxaqlığının etirafı nə qədər çətin olsa da,  Məcid müəllim 
həkim qızın əlindəki kəlbətini görüb etiraf edir: 
      - Qorxuram, həkim, mənim dişlərim ağır çıxır. 
      Məcid  müəllimin  ayaqlarının  da  əsdiyini  görən  həkim  qız  ciddiləşir  ,  stulu 
göstərərək amiranə bir şəkildə deyir: 
       - Oturun! 
       Həyəcanlanmış Məcid müəllim qeyri-ixtiyari olaraq oturur. 
       Həkim  qız  özünü  hələ  ağrıyan  dişi  yoxlayan  kimi  göstərərək,  Məcid  müəllimin 
dişini elə bir məharətlə çəkir ki, yazıq dişini kəlbətinin ucunda görəndən sonra:- Aaa!- 
deyə bilir. 
       Həkim qızın rəftarı və məharəti dişi çıxıb, canı dincələn Məcid müəllimi o qədər 
heyran edir ki, təşəkkür etmək əvəzinə soruşur: 
       - Adınız nədir? 
       - Qumru. 
       - Qumru xanım, arzunuza çatasınız!  
       - Çox-çox təşəkkür edirəm.  
        -İstəsəniz, mühazirələrimə qulaq asa bilərsiniz. 
        Bu sözlərdən bir qədər tutulan Qumru xanım özünü o yerə qoymayıb sual edir: 
        - Bəs sizin adınız nədir? 
         Artıq ürəklənmiş Məcid müəllim tez-tələsik cavab verir: 
        - Məcid Rəsulov. 
         Məcid Rəsulov sözünü eşidən Qumru xanım gülümsəyir: 
         -  Deyirəm,  axı,  çoxdandır  ki,  bütün  Universitet  sizdən  danışır.  Sizin  çıxıqlar 
üsulunuz ... Əhsən sizə, Məcid müəllim!  
        Qumru  xanım  heç  özü də bilmədən, bəlkə də, pasiyentinin  qorxusunu götürmək 
üçün əlavə edir: 
        - Bəs toplama üsulu haqqında da fikirləşirsinizmi?  
        Bu qəribə sualdan Məcid müəllim tutulur, çaş-baş qalır,  qısaca cavab verir: 
        - Fikirləşərəm.  
        Sağollaşıb poliklinikadan çıxan Məcid müəllim ilk baxışda riyazi görünən, lakin 
dərinə  getdikdə    həm  də  sosial  məntiqə  köklənən  bir  suala  hazırlıqsız  şagird 
təvazökarlığı  ilə  cavab  verməsini  özü  üçün  o  qədər  də  məqbul  hesab  etmirdi.    Diş 
ağrısından,  kəlbətindən  qorxması  öz  yerində,  həkim  qızın  qarşısında  göstərdiyi 
sadəlövhlük    onu  yandırırdı.  Həqiqət  bu  idi  ki,  dünyanı  düşündürən  riyazi  məntiqlə 
ağılları və istedadları mat qoyan Məcid Rəsulov yarılağ, yarızarafat bir suala layiqincə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə