1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   31   32   33   34   35   36   37   38   39

  
102 
 
keçirilirdi. Mənə dedi ki, sən ora gedəcəksən. Mən onu əsəbiləşdirməmək üçün getdim. 
Orda da yaxşı oldu. Bölməyə tanınmış riyaziyyatçı Zelenyak rəhbərlik edirdi. Orada 
hamı rusdilli idi. Mən əsasən Azərbaycan-rus  dillərində danışa-danışa lövhədə yazdım. 
Yaxşı ki, başa düşdülər. Mənə diplom da vermişdilər. Dərsi də mənə rus bölməsində 
verdilər.  Gərək  onun  sözündən  çıxmzq  olmazdı.  O  dəqiqə  əsəbiləşərdi.  Stolunun 
üstündəki kağızlara əl vurulmasını da götürməzdi.” 
  
 
                             ********************************** 
 
                                                        ***** 
 
                              Hər şey zaman içində  
                                        XVIII 
 
     
Müdafiəsi ilə də, Azərbaycan SSR EA-nın müxbir üzvü, həqiqi üzvü seçilməsi ilə 
də, təltifləri ilə də saysız-hesabsız  təbriklərə layiq bilinən Məcid Rəsulovun 6 iyul 1986-
cı ildə –ADU-da 70 illik yubileyi qeyd olunurdu.        
      Universitetin  rektoru,  akademik  F.M.  Bağırzadə,  akademik  F.Q.  Maqsudov  onu 
hərarətlə  təbrik  etdilər.  Bütün  elmi  müəssisələr  və  onların  aparıcı  simaları  da    bu 
təbriklərə qoşuldular. 
       Rusiyanın,  Belorusiyanın,  Ukraynanın  ,  Gürcüstanın,  o  cümlədən,  dünyanın 
görkəmli riyaziyyatçıları yubilyara təbrik məktubları göndərdilər.  
       Universitetin  tələbə,  müəllim  və  professr  heyətində  özünə  qarşı  olan  hörmət  və 
ehtiramı,  sevgini  və  məhəbbəti  görən  Məcid  Rəsulov  dünyanı  vəfasız  adlandıranları 
haqsız hesab edirdi.  
       Yaxınları ilə söhbətində deyirdi: “Dünya bizdən heç nəyini əsirgəmir. Nəyi varsa, 
onu da bizə bəxş edir. Amma biz onun qədrini bilmirik. Havasıyla nəfəs alırıq. Suyu ilə 
yuyunuruq.  Barı-bəhəriylə  qidalanırıq.  Yeraltı  və  yerüstü  sərvətlərini  də  sağa-sola 
xərcləyirik.  Daşını-qumunu,  otunu-ələfini,  arını-ağacını,  dərin-dəmirini,  qızılını-
gümüşünü yeyirik, yenə gözlərimiz doymur.”   Sonra da əlavə edirdi: “İnsanın gözünü 
torpaq doydurar.” 
        70  illik  yubileyindən  sonra    Məcid  müəllim  özünü  sanki  hamıya  borclu  kimi 
aparırdı: 
        -Mənə qarşı edilən bu qədər hörmətin əvəzində mən insanlara nə etmişəm?-deyə 
özü ilə haqq-hesab çəkirdi.  Ona elə gəlirdi ki,  alimin  düşüncəsi tükənəndə, şairin ilham 
çeşməsi  quruyanda  ömrün  sonu  çatır.  Sonra  da  fikirləşirdi  ki,  alimə  düşüncə 
düşüncələrin cəmi şəklində, şairə ilham ilhamların məcmusu şəklində  deyil, məsləhət 
olan  qədər  verilir.  Ağlın,  düşüncənin,  ilhamın,  duyumun  ədalətli  bölgüsü  onu 
heyrətləndirirdi. 
     
21  mart  1989-cu  ildə  ona  “Azərbaycan  SSR  Əməkdar  Elm  Xadimi”  fəri  adı 
veriləndə  lap  çox  fəxr  eləmişdi.  Bura  qədər  aldığı  orden  medallar  bir  yana  idi,  “elm 


  
103 
 
xadimi”  olması  isə  bir  yana.  O  bunu  özünün  halal  qazancı  kimi  qiymətləndirirdi. 
Halallıq isə onun şəxsiyyətində və elmində idi.  
       1988-ci ildən başlayan hadisələrdən çox ehtiyat etməsinin bir səbəbi də gündəmə 
gələn  hadisələrin  mayasındakı  haramxorluqla  bağlıydı.  O,  tələbdə  də,  istəkdə  də 
qanunauyğunlyq,  yəni,  halallıq  axtarırdı.  Uğrunda  vurusduğu,  İkinci  Dünya 
müharibəsini  başabaş  əsgər  kimi  yaşamaqla  torpaqlarını  qoruduğu  dövlət  heç  nəyə 
məhəl qoymadan erməni dodağı ilə öz xalqının gözünə kül üfürürdü.  Müharibə illərində 
göstərdiyi  rəşadətə  və  qəhrəmanlığa  görə    aldığı  medallara  təəssüf  hissi  ilə  baxırdı. 
Çünki  SSRİ  KP  MK-nın  Baş  katibi  –  başında  ABŞ-a  bənzər  ləkəli  xəritə  olan  M.S. 
Qorbaçovun  haqlıya  da,  haqsıza  da  səbrli  olmağı  təlqin  edən  siyasəti  o  orden  və  o 
medalları hörmətdən salmışdı.  
      
Olkə  daxilindəki  proseslər,  populizmə  qapılaraq    “böyük  siyasətin  kiçik 
peşkaları”na  çevrilənlər  Məcid  müəllimin  nəzərində  daha  çox  qorxulu  idi.  Nəhayət, 
1990-cı  ilin  20  Yanvarı  da  oldu.  Azərbaycan  xalqı  şəhidlər  verdi:  lakin  “böyük 
siyasətçilər” və “kiçik peşkalar” ifşa edildilər, tüpürük torbası oldular. Nəticədə “böyük 
siyasətçilər” kiçildilər, “kiçik peşkalar” isə daha kiçilib gözəgörünməzlərə çevrildilər. 
Nəhayət, 18 oktyabr 1991-ci il  Azərbaycan Dövlət Müstəqilliyi günü kimi tarixə düşdü.  
         Nə yaxşı ki, Məcid Rəsulov sovet alimindən daha çıx dünya alimi idi. Son vaxtlar 
bir də onunla təsəlli tapırdı ki, olkəsi müstəqil idi. Bir də bu ölkənin vətəndaşlarını kənar 
ölkənin müstəntiqləri istintaqa cəlb edib, sürgünlərə göndərməyəcəkdilər.  Axı, Məcid 
müəllim Məcid müəllim idi, onu hər adam başa düşməzdi.  
      Məcid  Rəsulov  var  olduğu  zaman  içində  gördüklərini  yaddaşında  cəmləşdirib 
ümumiləşdirmək,  riyaziyyatçı  kimi  onları  düstur  halına  salmaq,  filosof  kimi  nəticə 
çıxarmaq  istəyirdi.  Hər  şey  zaman  içində  baş  vermişdi  və  get-gedə  zamanın  çevrəsi 
qapanmaqda idi. 6 iyul 1916-cı ildən 1993-cü ilin gəlişini qarşıladıqları anlaraqədərki 
zaman çevrəsində o nələri görməmişdi? Bircə müstəqilliyi görməmişdi, onu da gördü. 
Amma  o,  zamanın  özünü  də  zaman  içində  görmüşdü:  zamanın  içindəki  Nikolay 
zamanını,  zamanın  içindəki  Sovet  zamanını  görmüşdü,  indi  də  zamanın  içindəki 
müstəqilliyin ilk illərini yaşayırdı. 
        Hərdənbir Qumru xanıma zarafatla şeir də oxuyurdu. Qumru xanımda şirin şirin 
söz atırdı: “Qismət belədir, ay kişi, bəzilərinə ilham ahıl vaxtında gəlir.” Məcid müəllim 
isə deyirdi:  
 
 Hər şey zaman içində... 
 Zaman zaman içində. 
Yaxşı yaman içində. 
Hamı ümid etmədə, 
Hamı güman içində. 
Yollar toz-toğanaqda, 
Dağlar duman içində. 
Oteldə də hamam var, 
Moteldə də hamamvar... 
Hamam hamam içində. 
Yarısı həyətdədir, 


  
104 
 
Yarı tamam içində. 
 
 
       Sonra da soruşurdu: “Arvad, sözümün yalanı yoxdur ki?”  
       Qumru xanım cavab vermək əvəzinə xəfifcə gülümsəyirdi. Onda Məcid müəllim 
davam edirdi: 
 
Sağım zaman içində... 
Solum zaman içində... 
Mənim dayanacağım, 
Yolum zaman içində... 
Olum zaman içində... 
Ölüm zaman içində... 
Xəlbir saman içində... 
Xəlbirin samanı yox. 
Hər şey zaman içində ... 
Heç nəyin zamanı yox.   
 
        Bu  dəfə      Qumru  xanım  Məcid  müəllimə  diqqət  kəsilmişdi.    Məcid  müəllim 
dayanan  kimi  dilləndi:  “Ay  Məcid,  əvvəlcə  elə  bildim  ki,  hamı  bilən  qaravəllini 
deyirsən. Görürəm ki, doğrudan da şairləşmisən, yeni sözlər tapırsan.” 
       -Qumru, mən xöşbəxt adamam.Özü də sənə görə. 
       -Bir de görüm, bu gün sənə olub? 
       -Deyirəm ki, dünyanın özü də  zaman içindədir. Kənara çıxa bilməz.   
       -Nə çox dünyadan danışırsan, ay Məcid? Bəyəm, dünyanın işi sənə qalıb? 
       -Yox, ay Qumru, mənim işim dünyaya qalıb. Özü də təkcə dünyaya qalsaydı, nə 
vardı ki? Mənim işim həm də sənə qalıb. 
         - Necə bəyəm? 
         -  Mən  nə  səndən  keçə  bilirəm,  nə  də  dünyadan.    Neynəyim  ki,  sevgisiz  dünya, 
dünyasız sevgi yoxdur. 
 
Ay mənim dərdimə, sərimə qalan! 
Mən yalan satanam, sən yalan alan! 
 
         O  susdu.  Birdən  əlini  gicgahına  aparan  Məcid  müəllim  xəstəxanada  ayıldı. 
Qumrunu başı üzərində gördü, təəccüblə soruşdu: “Arvad, mənə nə olub?” 
         - Yaxşı ki, heç nə olmayıb. Allah bizi istədi. Qıl qurtardıq... Təzyiqin qalxmışdı. 
Həkimləri sağ olsunlar! 
         -Amin! Qumru, uşaqların xəbəri var?  
         -Bütün Azərbaycan yığışıb səni görməyə gəlib.  
 
*** 
  *   


  
105 
 
       1993-cü  il  fevral  ayının  10-u  idi.  Xəstəxanada  yatdığı  müddətdə  hamıyla 
görüşmüdü. Hamı ona ürək-dirək vermişdi. O da hamıya sağalacağını vəd etmişdi. 
       Nədənsə bu gün Qumru xanımla daha çox söhbət etmək istəyirdi. Qumru xanım da 
özünə məlum olmayan səbəblərdən onu bir an belə gözdən qoymaq istəmirdi. Məcid 
müəllim Qumruya  səsləndi: 
       -Qumru, o günkü şeir necə idi? 
       -Hansını deyirsən?  
 - Ay mənim dərdimə, sərimə qalan! 
Mən yalan satanam, sən yalan alan! 
          -Yaxşı şeir idi. 
          - Müəllifi yadımdan çıxıb. Sonrasını da deyimmi? 
       Qumru  xanım  üşütdü.  Üşütməsini  bildirməsin  deyə  üzünü  yana  tutdu.    Qeyri-
ixtiyari  yanaqlarından  süzülən  göz  yaşlarını  gizlətdi.  Zorla  özünə  toxtaqlıq  verərək  
dilləndi: 
        -Yaxşı, de görüm. 
        Məcid müəllim xəstəliyini unutmuş kimi dikəldi. Qumru xanıma diqqətlə baxmağa 
başladı. Baxışlarından sevgi və mehribanlıq boylanırdı. Məcid müəllim ilk dəfə konlünü 
Qumru xanıma açanda  beləcə baxıb sözə başlamışdı. İlahi, baxışın da təkrarı olarmış!  
Məcid müəllim Qumru xanıma yenə o Məcid müəllim kimi baxdı və başladı: 
Ay mənim dərdimə, sərimə qalan! 
Mən yalan satanam, sən yalan alan! 
Özüm də bilmədən vuruldum yaman ... 
Bu yalan dünyaya, yalan sevgiyəə 
Necə də, necə də vurulmayaydım 
Məni bu dünyaya salan sevgiyə? 
Məni də, səni də alandan sonra 
Bu qalan dünyaya, qalan sevgiyə? 
 
Dünya da insana daldanacaqdır .. 
Sevgi də insana daldanacaqdır ... 
Kim olsa, kim olsa aldanacaqdır 
Bu yalan dünyaya, yalan sevgiyə! 
Bu qalan dünyaya, qalan sevgiyə? 
 
         Şeiri  dedikcə  sanki  gənclik  illərində  olduğu  kim  get-gedə  səsi  açılan  Məcid 
müəllim birdən susdu. Məcid müəllimin halsızlaşdığını görən Qumru xanım tez onun 
çarpayısına yaxınlaşdı: 
         -Kişi, sənə nə oldu? 
         -Bu qalan dünyada qalanlara salamlarımı çatdır. 
          Məcid müəllim yenə susdu. Qumru xanımın suallarına cavab vermədi. 
   
1993-cü ilin şaxtalı və buzlu 11 fevra səhəri  Universitetin giriş yolundan böyük 
salona qədər qırmızı qərənfillər düzülmüşdü.  
           Birinci  Fəxri  Xiyabanda  isə  Məcid  Rəsulovun  axirət  evinin  ilk  hörgüləri 
hörülürdü.  


  
106 
 
  
                                        ****************************************** 
                                                           ***********************
 
   
  
  
 
             
                                          
 
1.Ф.Мустафаев.  А.Шарифов.  Нуха.  Азербайджанское  Государственное  Издательство.Баку-1963. 
Стр.32-33. 
2.К.Кəримов. Шəки. (Бəлəдчи). Азəрбајҹан Дөвлəт Нəшријјаты. Бакы-1969.Сəһ.12-16; 
3.  Mirabbas  Mirbağırzadə.  Şəki  qəzası.Bax.  Ədalət  Tahirzadə.  Şəkinin  tarixi  qaynaqlarda.  Bakı,  Master 
nəşriyyatı -2005. Səh.187-192. 
4.Ələşrəf Kərimov/İsmayılov. Şəki keçmişdə və indi. Bax. Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda. Bakı, 
Master nəşriyyatı -2005. Səh.201-213. 
5.Zəkəriyyə Əlizadə, Nazim İbrahimov. Şəki ipəyi uzaq karvan yollarında. 
«Nafta-Press» nəşriyyatı. Bakı-2008. 
6.З.Ə. Ҹавадова. Шимал-гəрби Азəрбајҹан. Бакы, Altay nəşriyyatı-1999. Сəһ.38-44; 59-60. 
7.Y. Ə. Məmmədov, T.M. Rəsulov. Akademik Məcid Rəsulov. Bakı-
«Nurlan»-2006. 
8.Маһмуд Исмајылов. Шəки.
 Азəрбајҹан Дөвлəт Нəшријјаты. Бакы-1982.сəһ.117, 120-126. 
9.Həbibulla Manaflı. Şəki üsyanı. Bakı, “Zaman” nəşriyyatı-2004.  
10.Şəkidə  məhəllə  adları,  soylar  və  ləqəblər.I  kitab.
    Zəkəriyyə  Mabudoğlu  və  Sevinc  Bəharəddin  qızının 
tərtibində. Bakı, 
«Nafta-Press» nəşriyyatı. Bakı-200-2004.  
11.  Şəkidə  məhəllə  adları,  soylar  və  ləqəblər.  II  kitab.
    Zəkəriyyə  Mabudoğlu,  Ulduz  Bəşirqızı  və  Kamil 
Adışirinovun tərtibində. Bakı, 
«Nafta-Press» nəşriyyatı. Bakı-2009. 
12.Mirəli Axundov-100. Elmi konfransın materialları. BDU-2002. 
13.M.A. Axundov-110. Beynəlxalq elmi konfransın materialları. Bakı-2012. 
14.E.M.Axundova. Təbiəti sevin. Bakı, “Təhsil”, 2001. 
15 Маһмуд Маһмудов.Ахтарыш. Иш башында.(Очерклəр топлусу. Бах. Сəһ.71-79.) Бакы, Ҝəнҹлик, 1973. 
16. В.Зыбковец. Ахтарыш. Наука и религия. (Ежемесячный научно-популярный атеистический журнал 
ордена Ленина Всесоюзного Общества “Знание”) 5.1983. стр.2124. 
17.”Riyazi ədəbiyyatda müstəsna hadisə” yaratmış alimimiz. “Azadlıq” qəzeti, 20 sentyabr 2013. Səh.14. 
18.Y.Ə. Məmmədob. T.M. Rəsulov. Akademik Məcid Rəsulov.Bakı-“Nurlan”-2006. 
 
QEYD: İnternet materiallarından da istifadə edilmişdir.  
 
  
  
Kitabın içindəkilər: 
                   I HİSSƏ
 
I.  6 iyul 1916-cı il ................................
 
II.  İpək fabrikində   .....................................   
III.  1918 ....................................... 
IV.  1920........................................ 
V.  Ağlı-qaralı düşüncələr............. 
VI.  Istintaq .....................................  
VII.  Yenə  istintaq............................... 
VIII.
 
Yenə də istintaq...........................
 
IX. Doğma ev, doğma doqqaz ................... 
X. Son görüşlər........................................
 
 XI. Gəncəyə doğru .................................. 
 XII Məhkəmənin qərarı  ...........................     


  
107 
 
XIII.Çıxılmazlıq   .....................................    
XIV.Yollar................................................
 
 XV.
 
Münokdan Kokarala .........................
 
XVI. Kokaralda .......................................       
                         
BİRİNCİ HİSSƏNİN SONU 
               *****                     
         II HİSSƏ
   
 I. Kubinka  ..................................... 
II  Ana  danlağı .................. 
III.
 
Azərbaycan Pedaqoji İnstitutu ...................... 
IV.
 
Ax, bu riyaziyyat!  ................. 
V. Müharıbə və alim ................................... 
VI.
 
Görüş ..............................................................
 
VII. Elm Leyla kimidir, Məcnunu olan bilər ..................... 
VIII. Müdafiə ..................................................... 
IX.
 
Ağrılarda diş ağrısı       .......................................... 
X.
 
Gözəldən qaçmaq olmur ............................................. 
XI.
 “
Riyazi ədəbiyyatda müstəsna hadisə”
 
 .................... 
XII.Sevgi və eşq ............................................................... 
XIII.
 
Yusif  Kimdir?  ...................................................... 
XIV. Namiq-kamalın dediklərindən  ............................................ 
XV. İtki  ............................................................................... 
XVI. İrsiyyət  ....................................................................... 
XVII. İrs və varislik məsələsi  ............................................... 
XVIII.
 
Hər şey zaman içində  ..................................................
 
 İKİNCİ HİSSƏNİN SONU 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə