1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   31   32   33   34   35   36   37   38   39

  
91 
 
də  qəbul  edirdi.    O,  klassik  Şəkili  olduğundan    yaxşı  bilirdi  ki,  haçan  və  harada  
doğulmağın mənası olduğu kimi hansı ailədən və hansı nəsildən gəlməyin  
də mənası vardır. O, əslinə və nəslinə söykənən bir adam idi. 
      Övladları  da  onun  süddən  və  sümükdən    gələn  fitriliyini  yaşadırdılar.  Məcid 
Rəsulovun qızı Zemfira xanım Universitetin  “Ərəb dili” şöbəsini ailə şərəfinə uyğun 
olan yüksək bir səviyyədə bitirmiş, Əlyazmaları İnstitutunda işə başlamışdı.    
     “Mənim  qızım-millətimin  anası”    deyən  Məcid  müəllim  həmişə  Zemfiraya  qarşı 
diqqətli və qayğıkeş olmuşdur.   Onun düşüncəsində qız taleyi talelərin ən incəsi və ən 
zərifi idi. Onun nəzərində qız nəsillərarası körpü, genlərarası bağ idi. O yaxşı bilirdi ki, 
qız uşağı necə bir firəvanlıq içərisinə düşsə da, gözləri həmişə  ata evində olur. Məcid 
müəllim  qız  və  qadın  taleyi  haqqında  düşünərkən  şairləşirdi.  Qızın  ata  evi  ilə  necə 
salamatlaşdığını,  salamatlaşarkən  necə  kövrəldiyini,  gələcək  taleyindən  necə  nigaran 
oolduğunu, axır-axırda qətiyyətlə və inamla necə hökm verdiyini məhz belə təsəvvür 
edirdi.  
Bu körpünü quran qurdu... 
Mən də ondan keçər oldum. 
Küsmə məndən, atam yurdu! 
Özümə yurd seçər oldum.  
       Əlbəttə ki, alim atanın qzına hədiyyəsi Məcid müəllimin hədiyyəsi kimi  kitabından 
və xəttindən ibarət olur. 
 
                                  
 
                                         Məcid Rəsulovdan kürəkəni Azərə və qızı Zümfiraya xatirə 
 
 
      Məcid müəllim üçün düşərli illərdən biri də 1980-ci il olmuşdu. Həmən il  
oğlu Toviq Rəsulov artıq “Dəyişkən sərhədli oblastlarda parabolik sistemlər  
üçün  eyniölçülü  qarışıq  məsələlərin  həlli”
 
mövzusunda    namizədlik  işini  müdafiə 
etmişdi.      Yenə  3  oktyabr  1980-ci  ildə  Məcid  Rəsulov  SSRİ  Ali  Soveti  Rəyasət 


  
92 
 
Heyətinin  fərmanı  ilə  “Sosializm  quruculuğu  və  SSRİ-ni  müdafiə  sahəsində  xüsusi 
xidmətlərinə  görə”  “Qırmızı  Əmək    Bayrağı  Ordeni”  ilə  təltif  edilmişdi.  İrsiyyətdən 
söhbət düşəndə AMEA-nın Birinci İdarəetmə Sistemləri 
İnstitutunun böyük elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Tofiq Əliyev tələbəlik 
illərindən  Məcid  Rəsulovun,  sonralardan  isə  iş  yoldaşı  olan  Tofiq  Rəsulovun 
şəxsiyyətinə    heyranlığını  belə  ifadə  edir:  “Akademik  Məcid  Rəsulov  o  qədər  sadə 
insan,  gözəl  xasiyyətli,  xoş  məramlı  alim  idi  ki,  biz  tələbələr  onun  elmi  məharətinə 
heyran olmuşduq. Bəzən dərsin gedişi zamanı o elə duzlu-məzəli lətifələr deyərdi ki, 
yorğun beyinlər dincələrdi. Dahi alman alimi Karl Qaus  deyir ki, əsil riyaziyyatçı şair 
təbiətli olmalıdır. Məcid müəllim də şair təbiətli idi. 
    1980-1982-ci illərdə ADNA-da Məcid müəllimin oğlu Tofiq Rəsulovla tanış oldum.  
Adaşım da atası kimi gülərüz və savadlı müəllim idi. Qazandığı hörmətin və izzətin 
sayəsində o hamının istəklisinə çevrilmişdi.” 
     Bəli, irsiyyət özünü xaraker və xasiyyətdə də göstərir. 
      
Sonrakı  illər  də  ona  sevinc  gətirmişdi.
 
1983-cü  il  iyunun  30-da  Məcid  Rəsulov    
Azərbaycan  SSR  EA-nın  həqiqi  üzvü  seçilmişdi.  1968-ci  ilin  24  dekabrından  -  
Azərbaycan SSR EA-nın müxbir üzvü olmasından keçən bu on beş il ərzində elm üçün 
bir çox töhfələr verən alimi sevindirən hadisələr bununla bitməmişdi.  
      Məhz həmən o 1983-cü ildə ataəvəzi qardaşı  oğlu Mahir fizika-riyaziyyat elmləri 
namizədi alimlik dərəcəsinə layiq bilinmişdi. 
       Riyaziyyat  üzərində  köklənmiş bir  nəslin  nümayəndəsi kim  Mahir  Əbdüləli  oğlu 
Rəsulov  da  1992-ci  ildə  doktorluğunu  müdafiə  etmiş,  1993-1997  ci  illərdə 
BDU-
da 
“Riyazi fizika tənlikləri” kafedrasının professoru  kimi
 
fəaliyyət göstərmişdir. 
      1997-2000-ci  illərdə  Trabzonda  –  Qara  Dəniz  Texniki  Universitetində  çalışmış, 
2000-ci ildən ta bu günədək İstanbul Beykent Universitetində çalışmaqdadır.       
      ABŞ, Bolqarıstan, Rumıniya, Rusiya, Yunanıstan və s. ölkələrdə elmi konfranslarda 
məruzələr oxumuşdur. Məqalələrinin çoxuABŞ-da elmi jurnallarda çap edilmişdir. 
       Professor  Mahir  Rasulov  iki  elmi  monoqrafiyanın  müəllifidir.  Bunlardan 
sonuncusu    “Süreksiz
 
Fonksiyonlar Sınıfında Korunum  Kurallari” 
(“Sürəksiz funksiyalar 
sinfində  qorunma  qanunları”) 
adlanır  və  Türkiyənin  nüfuzlu  ”Seçkin”  Yayınevi  tərəfindən 
nəşr  edilmişdir.  Haqqında  danışdığımız    “Kitab  qeyri-xətlilikdən    qaynaqlanan 
özəllikləri də diqqətə almaqla fiziki- riyazi problemlərin sürəksiz funksiyalar sistemində 
riyazi həllərin tapılmasında ilk qaynaqlardan biriditr.”                                             
      Məcid müəllimdən söz düşəndə Mahir Rəsulov həmişə kövrəlir. Deyir ki, 
 o çox qayğıkeş və çox diqqətli adam idi. Mən müdafiə ərəfəsindəydim. İşim
 
 
 


  
93 
 
                                 
 
 
                                                                  Mahir Rəsulov 
 
         
“Nümerik matematik” (“Sayısal matematik-ədədi üsullar”) mövzusunda idi.  
     Əmim dedi: 
    -Dissertasiyanı bir mənə gətirsənə. 
    Dissertasiyamı gətirib verdim. Aradan  bir az keçdi. Onu mənə qaytaranda aramızda 
elə  bir  dialoq  alındı  ki,  mən  onun  dissertasiyamı  tam  oxuduğuna  əmin  oldum.Əmim 
əlini dissertasiyamın vərəqlərinə toxundurub razı halda bildirdi: 
   - Bunun içində əməlli şeylər var.  
    Bu,  mənim  işimə  verilən  çox  böyük  qiymət  idi.  Mən  o  qədər  ruhlanmışdım  ki, 
müdafiəmdə heç nədən çəkinmədim. 
     Əmim elmdə o qədər ciddi idi ki, ən nüfuzlu riyaziyyatçılar onun qənaətlərinə isnad 
etməyi  üstün  tuturdular.    Bir  dəfə  “Differensial  tənliklər”  jurnalının  baş  redaktoru 
redaksiyaya daxil olan məqalələrin birindən şübhələnir. O, məqaləni bir neçə dəfə oxusa 
da,  səhvin  harada  olduğunu  dəqiqləşdirməyə  hövsələsi  çatmır.  Məqaləni  Məcid 
müəllimə göndərib səhvin harada olduğunu tapmasını ondan xahiş edir.  
     Məcid  müəllim  3-4  ay  bu  məqalənin  üzərində  çalışıb  səhvin  harada  olduğunu 
göstərir. Sən demə, potensial yanlış qurulubmuş. Beləliklə,  Məcid Rəsulov dünyanın 
ən nüfuzlu jurnallarından birini biabırçılıqdan xilas edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə