1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   31   32   33   34   35   36   37   38   39

  
94 
 
     Bu sətirlərin müəllifi Mahir Rəsulovla olan söhbətlərindən birini olduğu kimi təqdim 
etməklə Məcid Rəsulovun təkcə böyük beyin deyil, həm də böyük qəlb sahibi olduğunu 
göstərə biləcəyini düşünür: 
    “Zahirən zəhmli göünən Məcid Rəsulov daxilən o qədər incə bir qəlbə malik idi ki, 
böyüklə böyük, cocuqla cocuq olmağı da bacarırdı. Gündə 5-10 saat çalışdığı olardı. 
Mən  Moskvada  o  vaxtki  SSRİ  EA-nın  Hesablama  Mərkəzində  aspiranturada 
oxuyurdum. Moskvada olanda o gəlib bizim şöbəyə baş çəkərdi. Orda mənim haqqımda 
söylənən sözlərdən çox fərəh duyardı. Bir dəfəsində SSRİ EA-nın akademiki Anatoli 
Alekseyeviç  Doratnitski  ilə  görüşmək  istəyirdi.  Doratnitski  də  mənim  çalışdığım 
institutun müdiri idi. Mən ona deyəndə ki, mənim əmcam sizinlə görüşmək istəyir, o 
dedi ki, Məcid Rəsulov çox böyük alimdir. Mən onunla görüşmək üçün, müsaidə edin, 
gedim paltarımı dəyişim, sonra gəlim.  
      Belə bir adam haqqında danışmaq, gerçəkdən, çətindir. Mən Rəsulovlar sülaləsinin 
bir üzvü kimi onunla qürur duyuram. Mənim oğlum dünyaya gələndə əmcam bizə gəldi.  
     -Uşağın adını nə qoydun?- deyə soruşdu. 
      Dedim ki, ad qoymamışam. 
      Dedi:”     Niyə?” 
      Dedim:”Sizi gözləmişəm.” 
      Heç  nə  demədi.  Getdi.  İki  gündən  sonra  həyat  yoldaşı  Qumru  xanımla  birlikdə 
gəldilər. Əllərində tort vardı. Tortu açdıq. Üstündə “Nicat” yazılmışdı. Deməli, oğluma 
ad qoyulmuşdu.”        
      Qardaşı uşaqlarını öz uşaqlarından seçməyən Məcid müəllim daim qürur və sevinc 
içində  yaşamağa  layiq  bir  şəxsiyyət  idi.  O  necə  fəxr  etməyəydi  ki,  Riyaziyyata 
köklənmiş    irsiyyət  zaman-zaman  qabarıq  şəkildə  özünü  göstərməkdə  davam  edirdi. 
1989-cu il 21 mart tarixində   Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı 
ilə Məcid müəllimə “Azərbaycan SSRİ-nin Əməkdar Elm Xadimi” fəxri adı verilmişdi.                          
      Böyük qardaşı Mahir Rəsulov kimi əmisi Məcid müəllimə oxşamaq istəyən Rafiq 
Rəsulov  da  1992-ci  ildə  namizədlik  işini  müdafiə  etmişdi.  2014-cü  ildən  riyaziyyat 
elmləri doktoru elmi dərəcəsinə yüksələn Rafiq Rəsulov əmisi haqqında təəssüratlarını 
bu şəkildə bölüşdü: 
       -  Elə  adamlar  olur  ki,  onlar  təkcə  mənsub  olduqları  xalqın  deyil,  həm  də    bütün 
xalqların övladları olurlar. Məcid müəllim belələrindəndir. Riaziyyatda qarışıq məsələ 
adlanan  bir  termin  var.  Koşinin  verdiyi  üsuldan  qarışıq  məsələni  verilmiş  oblastın 
müəyyən  bir  hissəsində  həll  etmək  mümkün  olur.  Məcid  müəllimin  üsulu  ilə  həmin 
oblast bir az da genişlənir. “Differensial tənliklər üçün bəzi qarışıq məsələlərin çıxıqlar 
üsulu  ilə  həllinin  tədqiqi”ndə  əldə  etdiyi  nailiyyətlər  onun  elmdə  alim  imzasının 
təsdiqinə  səbəb  olur.  Onun  çıxıqlar  usulu  həm  qarışıq  məsələlərin,  həm  də  xüsusu 
törəməli xətti tənliklərin həllinə tətbiq edilir.   
      Məcid  Rəsulov  tanımadığı  adamı  ehtiyatla  qarşılamağa  meyilli  idi.  Səbəbini 
soruşanda deyirdi ki, axı, mən onu tanımıram: o, dahi də ola bilər, dəli də. Ona elə gəlirdi 
ki, insan təyinatı üzrə yaradılan varlıqdır. Onun riyazi düsturunu Yaradanın özü çıxarır. 
İnsan isə öz kodları ilə hərəkət edir.  Bir həqiqət var ki, onu həmişə 


  
95 
 
                 
  
 
                                              Rafiq Rəsulov 
                               Riyaziyyat elmləri doktoru. 
 
       etiraf  etmək  lazımdır:  hər  bir  şeyin  sonu  sonsuzluğa  dirənir.  Çünki  sonluluq  
özünütəkrar  şəklində  periodik  olaraq  davam  etdikcə  sonsuzluğa  doğru  hərəkətdədir. 
Olsun ki, sonsuzluğun da bir sonu vardır. 
    Elm və biliklə yoğrulan bir nəslin bir nümayəndəsi də vardır ki, onun südündə Məcid 
müəllimin  bacısı  kubra  xanımın,  sümüyündə  isə  məşhur  Mirəli  Axundovun  genləri 
yaşamaqdadır.  O,  BDU-nun  “Biologiya”  fakültəsinin  “Genetika  və  təkamül  təlimi” 
kafedrasının professoru, biologiya elmləri doktoru Ellada Mirəli qızı Axundovadır. O, 
1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. ADU-nun “Biologiya” fakültəsində təhsil 
almış, 1962-ci ildə Azərbaycan EA-nın Genetika və seleksiya İnstitutunda aspiranturaya 
daxil  olmuşdur.  1966-cı  ildə  “Tut  yarpaqlarında  nuklein  turşusularının  dinamikası” 
mövzusunda namizədlik işini, 1986-cı ildə Belorusiya EA-nın Genetikaq və Sitologiya 
İnstitutunun İxtisaslaşdırılmış Şurasında “Poliploidiailə əlaqədar L.cinsinin genomunun 
quruluş-funksional xüsusiyyətləri” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.   
       Onun  “Poliloidia  və  DNT”,  “Ekoloji  genetika”,  “Təkamül  təlimi”    əsərləri  çox 
məşhurdur.  O,  Moskva,  Sankt-Peterburq,  Minsk,  Riqa,  Kiyev,  Kişinyov,  Daşkənd, 
Alma-Ata, Adana, Düşənbə, Karac, Ərdəbil,  Voloqna kimi elm mərkəzlərində keçirilən 
qurultay, simpozium və konfranslarda iştirak etmişdir. Ellada Axundova  
 
        


  
96 
 
 
                                            
                                          Ellada Mirəli qızı Axundova 
 
   “Azərbaycan Genetikləri və Seleksiyaçılari Cəmiyyəti”nin vitse-prezidentidir və bir 
çox  elmi  vəzifələrin  sahibidir.  Onun  rəhbərliyi  altında  10-dan  artıq  magistr,  7 
namizədlik dissertasiyası müdafiə olunmuşdur. 
        Rəsulovlar  sülaləsinə  xas  olan  irsiyyətin  daha  bir  canlı  nümunəsi  akademik 
Fəxrəddin Qədirovdur. O özünəxas bir səmimiyyətlə Məcid Rəsulov haqqında söz açır: 
”O, uşaqlıqdan mənim kumirimə çevrilmişdi. Mən həmişə atamdan, anamdan Məcid 
müəllim  haqqınfda  xoş  sözlər  eşidirdim.  Nəticədə  mən  dördüncü  sinifdən  riyaziyyat 
elminə  maraq  göstərməyə  başladım.  Məcid  Rəsulovun  50  illiyində  “Nuxa  Fəhləsi” 
qəzetində Məcid müəllim haqqında bir yazı getmişdi. Müəlifi də Nemət adlı jurnalist 
idi. Mən o qəzeti daim yanımda saxlayırdım.  
      ...Gün  gəldi,  mən  də  müdafiə  etməli  oldum.  Mən  ona  namizədlik  işimin 
avtoreferatını təqdim edəndə o kövrəldi. Mən də özümə söz verduim ki, namizədliklə 
kifayətlənməyəcəyəm. 
          ... 1998-də Massaçusets Texnologiyaları İnstitutunda olanda kitabxanada Məcid 
müəllimin kitablarının  ən çox oxunan kitablardan biri olduğunun şahidi oldum. ... O 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə