1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

  
82 
 
Aydın səviyyəsində tanınmamışdı, Azərbaycan hələ müstəqil olmadığından Aydın da 
hələ Parlamentin üzvü deyildi. Mən də ki, kənd müəllimi idim. Hər ikimiz Kişli idik, 
yayı birgə keçirirdik. Bir gün Şəki univermağının ikinci mərtəbəsinə qalxarkən böyük 
şairimiz  Bəxtiyar  Vahabzadə  ilə  rastlaşdıq.  Biz  pilləkənləri  qalxmaqda,  o  isə  dostu 
Əhmədiyyə  kişi  ilə  birlikdə  pilləkənləri  enməkdə  idi.  Görüşdük.  Mən  görüşən 
kimikənara çəkilib Aydını gözləməyə başladım. Bir azdan Aydın gəldi, amma tamam 
başqa bir ovqatda gəldi. Daha ikinci mərtəbəyə qalxası olmadıq. Küçəyə çıxdıq. Aydın 
günün günortası, adamların içi olmasına baxmayaraq səkidə oturdu. Başını əlləri arasına 
alaraq hönkürtü ilə ağlamağa başladı. Mən təəccüb etdim. Səbəbini soruşdum. Dedi ki, 
Məcid müəllim xəstələnibdir. Yenidən sual etdim: “Məcid müəllim kimdir?” 
      Aydın  özünəxas  çılğınlıqla  ucadan  dedi:  “Axı,  sən  haradan  biləsən  ki,  Məcid 
müəllim kimdir? Kiş kəndindən kənara çıxmırsan. Məcid Rəsulov böyüklükdə riyazi 
beyin  heç  Yer  kürəsində  yoxdur.  Əslində  Məcid  deyil,  dünya  riyaziyyatı 
xəstələnmişdir.”  Mən susdum. Aydın xeyli ağladı. Sonra yolumuza davam etdik. 
      Məcid  Rəsulov  dərs  deyəndə  də  şairanə  dərs  deyirdi.  Təbaşir  əlində  durna  lələyi 
kimi idi. Məsələ və misalları elə bir vəcd ilə yazırdı ki, yazdıqları hansısa ilahi bir şeirin 
misralarına bənzəyirdi. Bir dəfə necə olursa, Məcid müəllimin təbaşiri yaxşı yazmır. Bu 
səbəbdən Məcid müəllimin bir qədər könülsüz dərs dediyini hiss edən tələbələrdən biri 
dərsdən sonra gedib bir neçə qutu yaxşı yazan təbaşir alıb gətirir. Səhərisi gün aldığı 
təbaşirləri lövhənin qabağına qoyur. Elə ki, Məcid  müəllim təbaşirin yaxşı yazmasından 
ruhlanır, onda tələbələrə üzünü tutub  
 
 
 
 
soruşur: “Bunları kim tapıb?”  


  
83 
 
      Tələbələr təbaşiri gətirən tələbəni göstərdilər. Məcid müəllim çevrilib tələbəyə elə 
bir minnətdarlıqla baxdı ki, elə bil ki, qəlbindən doğan günəşin işıqları üzünə düşdü. O 
vaxtın tələbələri o baxışlardakı səmimiyyəti indi də unuda bilmirlər. 
      Məcid  Rəsulov  sevən  və  sevilən  müəllim  idi.  Sevilən  şəxsiyyətlər  daim  diqqət 
mərkəzində  olurlar.      Tələbəlri  onun  yerişini  də  yaddaşlarına  köçürürdülər.  Onların 
demələrinə görə, Məcid müəllim gah tez-tez, gah da yavaş-yavaş gedirdi. Gah tələsirdi, 
gah da tələsmirdi. 
     Yəqin ki, o fikirləşəndə tələsmədən yavaş-yavaş, firini cəmləşdirib konkret nəticəyə 
gələndə isə yadından çıxınca nəticəni yazıya almağa tələsərək tez-tez gedirmiş. 
     Məcid  Rəsulov  şəxsiyyətinə  və  elminə  olan  sevginin  nəticəsi  idi  ki,  ADU-nun 
“Mexanika-riyaziyyat”  fakültəsinin  Elmi  Şurası  onun  “Kontur  inteqralı  üsulu” 
monoqrafiyasını 1972-ci il 28 fevral, “İkinci tərtib parabolik sistemlər üçün məsələlərə 
kontur  üsulununm  tətbiqi”  monoqrafiyasını  isə  1975-ci  il  15  sentyabr  iclaslarının 
protokolları ilə ardıcıl ilaraq iki dəfə Azərbaycan Dövlət mükafatına yekdilliklə təqdim 
etmişdi. 
      
                          ********************************* 
                                                     ***** 
 
                                             
Yusif  Kimdir? 
                                         XIII 
    Onun  tələbələri arasında gələcək akademiklər- N.Quliyev, Q.Cəlilov, F.Maqsudov,  
C.  Allahverdiyev  və  Akademiyanın  gələcək  müxbir  üzvü  –  Y.  Məmmədov,    gələcək 
professorlar  -  H.  Çəndirov,  N.  Məmmədov,  Ukrayna  EA-nın  akademikləri-Parasyuk, 
Pşeniçnıy və başqaları var idilər.  
     Bir  sözlə,    1964-1991-ci  illərdə  onun  rəhbərliyi  altında  iki  doktorluq,  on  yeddi 
namizədlik işi müdafiə edilmişdi. Onların sırasında Yusif Əbülfət oğlu Məmmədov da 
var  idi  ki,  onun  xüsusi    qeyd  etmək  lazımdır.  O,1950  ci  il  yanvarın  24-də  Qərbi 
Azərbaycanın Sisyan rayonunun Dəstəgird qəsəbəsində anadan olmuş, 1966-cı ildə orta 
məktəbi  “Qızıl  medal”la  bitirib  Adu-nun  “mexanika-riyaziyyat”  fakültəsinə  daxil 
olmuş, Universiteti  əla qiymətlərlə başa vurub , 1971-ci ildə təyinatla “Riyazi fizika 
tənlikləri” kafedrasında saxlanılmış, bu kafedrada assistentdən professor vəzifəsinədək 
yüksəlmişdir. 21 aprel 2006-cı ildən 7 may 2016-cı ilədək Azərbaycan Dövlət Pedaqoji 
Universitetinin  rektoru  vəzifəsində  çalışmış  və  bu  tarixdən  etibarən
 
Azərbaycan 
Respublikası Təhsil nazirinin müşaviri təyin edilmişdir.  
     O, adi  və xüsusi  törəməli  diferensial tənliklər nəzəriyyəsinin  digər sahələrində  bir 
sıra  mühüm  nəticələr  əldə  etmiş,  adi  diferensial  operatorların  rasional  dəstəsi  üçün 
requlyarlıq,  sanki  requlyarlıq,  norınallıq  şərtlərini  tapmış,  məxsusi  ədədlərin 
paylanınası, məxsusi elementlər üzrə çoxqat ayrılış düsturunu verınişdir. Birölçülü  
 
 


  
84 
 
 
 
qarışıq məsələlərin korrektivliyi üçün cəbri meyar tapmış, müstəvidə sonlu limit  
nöqtəsi olan məxsusi ədədlər çoxluğuna malik Sobolev-Qalperen tipli tənliklər       
üçün qarışıq məsələyə çıxıqlar üsulunun tətbiqini əsaslandırınışdır
.
  Professor  
Y.Ə.Məmmədov Azərbaycan, Rusiya, Gürcüstan, ABŞ, Tacikistan, Belarus, Türkiyə, 
Iran  və  digər  ölkələrdə  çap  edilmiş  100-dən  artıq  elmi  əsərin  müəllifidir.  Əsərlərinin 
xeyli  hissəsi  xarici  ölkələrin  nüfuzlu  jurnallarında  çap  olunınuşdur.  14  nəfər  elmlər 
namizədi, 1 nəfər elmlər doktoru yetişdirınişdir. O, riyazi-fizika və diferensial tənliklər 
sahəsində tanınınış müləxəssisdir. Kompleks sıxlıq funksiyalı 
Şturın-Liuvill  operatorunun  məxsusi  ədədlərinin  asimptotik  göstərişi  ilk  dəfə  olaraq 
onun  tərəfindən  tapılmışdır.  Ali  Attestasiya  Komissiyasında  riyaziyyat  elmləri  üzrə 
ekspert komissiyasının sədri olmuşdur.  
     2000-ci ildə  “Əməkdar elm xadimi”  fəxri adına layiq görülmüş, YUNESCO-nun 
“Bioetika elmi biliklərin və texnologiyaların etikası” Azərbaycan Milli Komitəsinin və 
2001-ci ildə AMEA –nın  müxbir üzvü seçilmişdir.  
    2010-cu  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  Ilham  Əliyevin  sərəncamı  ilə 
«Şöhrət» ordeni ilə təltif edilmişdir

    
Deyirlər ki, bir dəfə istirahət günlərinin birində Məcid müəllim Nardarandakı bağında 
dostlarına  qonaqlıq  verirmiş.  Qonaqlıqda    Azərbaycan  SSR  EA-nın  həqiqi  üzvüi  və 
Universitetin  rectoru  Faiq  Bağırzadə  (1926-1988)  və    BDU-nun    partkomu    Qurban 
Bayramov,    o  cümlədən  daha  bir  neçə  nəfər    mötəbər  şəxs  iştirak  edirmiş.  Məcid 
müəllimin  ömür-gün  yoldaşı  Qumru  xanım  məclisin  hörmətlə  başlayıb  hörmətlə 
qurtarması arzusunda olduğundan son dərəcə diqqətli idi. O başqalarından deyil, Məcid 
müəllimin özündən ehtiyat edirdi.  Məclis başlayana qədər Qumru xanım ərinə dəfələrlə 
xatırlatmışdı ki,  ilk badəni Universitetin rektoru, akademik  Faiq Bağırzadənin, sonrakı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə