1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

  
74 
 
Oğlu Tofiq Rəsulov 
Azərbaycan Dövlət Neft Akademiyası-nın dosenti. 
 
      Onun ailə sevincinə şərik olanların sırasında  Y. B. Lopatinskinin yeri ayrı idi. O, 
Məcidi  həmişə  oğlu  gözündə  görürdüyündən  dünyaya  gələn  körpəni  də  nəvəsi  kimi 
qəbul etmişdi. Balaca Tofiqin şərəfinə qonaqlıq da vermişdi.  Y. B. Lopatinskinin həyat 
yoldaşı isə  Qumru xanıma qaynanalıq etmiş, qayğısına qalmağı özünə borc bilmişdi.  
      Məsələnin  bir  ayrı  tərəfi  də  var  idi:  Y.  B.  Lopatinski  dostluq    və  qohumluq   
məsələsində  anatomik  və  fizioloji  deyil,  filosof  kimi  düşünüb  daşınmağı  sevirdi.  
 
Haçansa  h
ansısa  bir  mifiloq  Y.B.Lopatinskiyə  yunan  mifologiyasından  danışarkən 
demişdi ki,  Kron  Göyün və Yerin (Uranın və Qeyanın) oğludur. Yunanların Baş Allahı  
Zevs  məhz həmin o Kronun başından doğulmuşdur. Bunu  bir çoxları sadəlövh antik 
təsəvvür kimi qəbul etsə də, Y. B. Lopatinski həqiqət kimi qəbul edirdi. Nəinki Məcid 
Rəsulov,  hətta,  özü  də  öz  gözlərinə  dahilərin  fikri    və  düşüncəsindən,  ağlı    və 
dərrakəsindən, təfəkkürü  və idrakından doğulmuş kimi görünürdü. Məhz belə olduğu 
üçün  Məcid  Rəsulov  “Differensial  tənliklər  üçün  bəzi  qarışıq  məsələlərin  həllinin 
çıxıqlar  üsulu  ilə  araşdırılması”  mövzusunda  yazdığı  namizədlik  dissertasiyası  ilə  
dünya riyazi fikrinin davamçısı olduğunu sübut etmişdi. İndi ona şərait yaratmaq lazım 
idi ki, o, qarşısındakı missiyanın tam həllinə nail olsun. Məcid Rəsulov “Xüsusi törəməli 
xətti differensial tənliklər üçün qarışıq və sərhəd məsələlərinin həllinin çıxıqlar üsulu” 
mövzusunda 
 
yazacağı doktorluq dissertatsiyası ilə qarşıda duran suallara tam və əhatəli 
cavab axtarıb tapmalı idi.   
       Dünya  səviyyəsində  son  dərəcə  ciddi  elmi  səciyyə  daşıyan  daha  bir  məsələ 
layiqincə  həll  edilsin  deyə  Y.  B.  Lopatinski  yenə  də    ona  elmi  rəhbərliyi  öz  üzərinə 
götürür.  
     26 sentyabr 1953-cü ildən İ. Franko adına Lvov Dövlət Universitetinin “Differensial 
tənliklər” kafedrasında dosent vəzifəsində çalışan Məcid Rəsulovun  həyatının daha xoş, 


  
75 
 
yaradıcılığının  daha məhsuldar bir dövrü başlanır. Bu dövr həm də onunla əlamətdar 
idi ki, artıq mart ayının 5-dən qorxu və təhdid kabusu İ. V. Stalin dəfn edilmişdi. Mart 
ayında Stalinə yas tutanlar yavaş-yavaş özlərinə gəlməkdə, gözyaşlarını silib kim üçün 
ağladıqlarının fərqinə varmaqda idilər.  Məhz Stalin dövründə ilk gəncliyi Kokaralda – 
sürgündə  keçən,  növbəti  təqiblərə  məruz  qalmasın  deyə      adında,  soyadında  qismən 
dəyişikliklər  edilən    Məcid  Rəsulovun  sonrakı  həyatı,  nə  yaxşı  ki,    elm  ilə  bağlı 
olmuşdu.  İndi  onu  məşğul  edən  bir  şey  var  idisə,  o  da  Lvov  Universitetində  dərs 
deməklə yanaşı elmi tədqiqatlarını davam etdirmək idi. 
      Subaylıqda “Elm” adlı bir gözəlin cazibəsində idisə, evlənib “Ailə” adlı bir gözəlin 
cazibəsinə  düşmüşdü.  Bu  gözəllər  onun  beynini  və  ürəyini  əllərində  möhkəmcə 
saxlamışdılar. Nə yaxşı ki, belə olmuşdu və nə yaxşı ki, siyasi dairələrdə gedən oyunlar 
onu cəzb edə bilməmişdi.  
 
                               Şair demiş, həyat adlı badəni 
Gözəllərin əllərindən alasan. 
Əldən-ələ keçməyəsən, amma ki, 
Gözəllərin əllərində qalasan. 
 
     Daha onların dədə-baba qonşusu Ağabalanın yazdığı donoslar qüvvəsini itirmişdi. 
Bəli,    qonşu  Ağabalanın  yazdığı  donosa  görə  Əbdüləli  müəllimin  fabrikant  oğlu  
olduğunu bilib əvvəki illərdə ADU-dan, sonrakı illərdə isə  Tibb Universitetindən, özü 
də hər iki ali məktəbin  II kursundan xaric etmişdilər. Atasına görə oğlun səsini alandan, 
onu  atası  ilə  birlikdə  sürgünə  göndərəndən,  həbsxanalarda  yatızdırandan  sonra 
nadancasına  müdriklik  göstərib  “Oğul  ata  üçün  cabadeh  deyildir”  doktrinasını  irəli 
sürən  İ.  V.  Stalinin  bir  “yaxşılığı”  da  onda  olmuşdu  ki,  1953-cü  ildə  onun  ataəvəzi 
qardaşı cəfakeş Əbdüləli müəllim üçüncü dəfə ali məktəbə daxil olmuşdu  və artıq bir 
il idi ki, APİ-nin “Riyaziyyat” fakültəsində qiyabi təhsil alırdı. O, Məciddən də əvvəl 
ailə qurmuşdu, ailə vəziyyəti onsuz da ona əyani təhsil almaq imkanı vermirdi. 
      Məcid Rəsulovun Lvov həyatının daha bir gözəlliyi də ondan ibarət idi ki, 1957-ci 
ildə qızı Zemfira dünyaya gəlmişdi. Di gəl, bu məqamda qarşındakı körpəyə  “gözəl” 
demədən  müraciət  elə. Zemfiraya  baxdıqca  ona  həm  də  qız  övladı bəxş edən  Qumru 
xanıma  Məcid  müəllim  daha  da  ehtiramla  yanaşırdı.  Hansısa  bir  qırğız  şairinin 
şeirlərinin  birində  işlənən  və  yaddaşında  ilişib  qalan  “Qırğız  qızı,  qırğızların  anası” 
misrası tez-tez onun yadına düşürdü.  Qız övladını millətinin  
anası kimi qiymətləndirən insanların böyüklüyünü təqdir etməmək olardımı?   
 


  
76 
 
                      
 
                                       Qızı Zemfira Məmmədova.  
               AMEA M. Füzuli ad. Əlyazmalar İnstitutunun elmi işçisi.  
 
Məhz  o  misradan  təsirlənən  bir  Azərbaycanlı  şair  də  şeir  yazmışdı.  Hər  dəfə  körpə 
Zemfiranı  oynadıb  oxşayanda  onun  süd  qoxulu  dodaqlarındakı  təbəsdsümü    görüb 
Məcid Rəsulov da şairləşirdi və adını unutduğu Azərbaycanlı şairin şeirini  özü bildiyi 
kim pıçıltı ilə Zemfirasına söyləyirdi. O, şeir söyləyərkən körpə Zemfiranın  sakitləşib 
ilahi bir maraqla ona baxmasından, sanki nəyisə başa düşürmüş kimi xoşbəxt-xoşbəxt 
gülümsəməsindən dünyalarca zövq alırdı. O şeirin sözləri təxminən belə idi: 
 
“Qırğız qızı-qırğızların anası.” 
Nəyim var ki, mənim səndən danası? 
Mən qocaman Qafqazların oğluyam  
Sən işıqlı İssıkkulun sonası. 
 
Göydən yerə uzadılan əlmisən? 
İşıq kimi ürəyimi dəlmisən. 
Dağ Tenqri tərəflərdən gəlmisən. 
Kimdir səni məndən doğma sanası? 
Mənim qızım millətimin anası! 
  
********** 
***** 
  
           
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə