1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

  
63 
 
verirdi,  bu-  çox  böyük  şans  idi,  şərəf  idi.  xidmətlərinin  dövlət  tərəfindən  tanınması 
demək idi. 
       Lakin o, müharibə qurtaran kimi dərhal ordudan tərxis olunanların sırasında olmadı. 
O, müharibə qurtarandan 6 ay sonra - 1945-ci il noyabrın 21-də ehtiyata buraxıldı.  
     Bəli, insan daim zaman içidə olur: gedir, gəlir, durur, oturur, gülür, ağlayır, olur və 
ölür,  hətta,  öldürür  də.  ...    Məcid  Rəsulov  da  tədris  zamanı  tələbə  və  ya  müəllim, 
müharibə zamanı döyüşçü idi.  
       Allaha  çox-çox  şükürlər  olsun  ki,  daha  müharibə  qurtarmışdı.  Artıq  Məcid 
Rəsulovun  da  elmi  işlərini  davam  etdirmək,    alim  kimi  təsdiqini  almaq  zamanı 
gəlmişdi... 
 
********** 
***** 
 
Görüş 
VI 
 
      Ordu  sıralarından  qayıdanda  ağacları  çılpaq,  dağları  qarlı  gördü  Məcid  Rəsulov. 
1945-ci il noyabr ayının ən son günləriyidi. Günəş bathabatda idi. Şəkinin üzünə qışın 
nəfəsi dəydikcə səhərləri qırovlu, axşamları şirovlu olmuşdu. Uşaqlıq illərində gördüyü 
yollar  o  qədər  də  dəyişməmişdi.  Görünür  ki,  Şəkinin  insanları  kimi  yollarının  da 
qayğısına qalan olmamışdı. Yanıq Məscidin yanında maşından düşüb sola-Bağbanlara 
doğru  buruldu. Evlərinə çathaçatda ürəyində gizli bir titrəyiş hiss etdi. Nədənsə ürəyi 
bər-bərk döyünürdü.  Doğma darvazaya çatmağa beş-on addım qalırdı, lakin darvazadan 
əsər-əlamət  görünmürdü.    İlahı,  bu  nəydi?  Evlərini  də  sökmüşdülər.  O  boyda  evdən 
kiçicik bir hissəni saxlamışdılar. Darvazanın yerində balaca bir çax-çax vardı. Titrəyən 
ayaqlarını əlləriylə tutub saxlamaq istədisə də, olmadı. Dayanıb durdu. Ətrafına baxdı. 
Sanki  burada  həyat  dayanmışdı.  Gedən-gələn  də  yox  idi  ki,  salam  verib  bir  söz 
soruşaydı. Ukraynanı faşistlər o günə qoymuşdular. Bəs buranı dağıdanlar kimlər idilər? 
Görünür ki, bu dünyada bir neçə cür faşist varmış! 
       Ayaqları əsə-əsə çax-çaxa yaxınlaşmışdı ki, birdən evin qapısı açıldı. Evdən çıxan 
ataəvəzi  qardaşı  Əbdüləlini  gördü.  Qışqırmaq  istədi,  səsi  boğazına  tıxanıb  qaldı, 
xırıltıdan başqa bir şey əmələ gəlmədi. Elə bil ki, Əbdüləli də nəsə hiss etmişdi. O da 
sövqi-təbii çax-çax tərəfə boylandı.  Görüşən baxışlardan  qəfil  ildırımlar çaxdı. Necə 
qucaqlaşdıqlarını, necə qol-boyun olduqlarını da bilmədilər. Bir də gördülər ki, qabaq-
qabağa oturub şirin-şirin söhbət edirlər.  
      Məcid müəllim sanki yuxudan ayılan kimi oldu: 
      - Qardaş, anam gözümə dəymir. 
      Əbdüləli  müəllim  cavab  vermək  istəyirdi ki, həyətdən  gələn  ayaq  səslərini  eşidib 
susdu. Hənirtisindən gələnin Hamid olduğunu bilib dedi: 
      - Hamid gəlir. 
      Hamid  ayaqqabılarını  çıxarınca  Məcid  hərbi  formada  qapıya  çıxdı.  Qarşısındakı 
mundirli  adamı  görən  Hamidin  sanki  dili-ağzı  qurudu.  Mundirli  adam  isə  Hamidi 


  
64 
 
bağrına basıb o üzündən, bu üzündən  öpür, sanki onu çiçək kimi iyləyirdi. Axır ki, 
Hamid özünü toplayıb: - Niyə demirsən ki, gəlmişəm?- deyə sual etdi. 
      Məcid müəllim isə öz aləmində idi:  
      - Maşallah, yepyekə oğlan olmusan, qardaşım! İşləyirsən, eləmi? Harada? 
      - Beş-on addım buradan aşağıda – ipək kombinatında.  
      Əbdüləli müəllim hər ikisinin qollarından tutaraq bağrına basırmış kimi onları özünə 
sarı çəkdi. Hər ikisini diqqətlə nəzərdən keçirdi, bir qədər susdu, üzərinə çökən kədər 
buludlarını qovurmuş kimi başını tərpədərək hüznlü bir səslə astadan  dedi: 
      - Anamız da dünyasını dəyişdi, Məcid.  
      Sanki göy gurladı, qəfil çaxan şimşək Məcidi vurdu. Yenə də dizləri taqədən düşdü. 
Səntirlədi.  Əbdüləli  müəllim  tutmasaydı,  yıxılacaqdı.  Məcid  müəllim  özünü  toplayıb 
soruşdu: 
       -Hadisə nə vaxt olub? 
       -Bir  həftə  bundan  qabağa  qırxı  çıxıb.  Fikri-zikri  sən  idin.  Uşaqlara  tapşır,  məni 
unutmasınlar deyirdi. Gedək, qaranlıq düşüncə qəbrini ziyarət edək.  
 
********** 
***** 
 
         Qəbristanlıq  uzaqda deyildi. Nə qər yavaş getsəydin, yarım saata çatardın. Elə ki, 
yoxuşu  qalxıb,  qəbristanlığın  qapısına  çatdılar,  Əbdüləli  müəllim  orada  yatan  cəmi 
qəbir əhlinin ruhu şafd olsun deyə verib, fatihə oxudu. İçəri daxil oldular.  
        Güllü  xanımın  qəbri  lap  yuxarıda  qazılmışdı.  Hər  üçü  qəbrin  ayaq  qaltında 
dayanmışdı. Əbdüləli müəllim yenə də dua verib, fatihə oxudu. Məcid müəllim əyilib 
anasının  torpağını  öpdü.  Üzünü  anasının  üzünə  qoyurmuş  kimi  qəbrini  qucaqladı. 
Hamid isə sakitcə gözyaşlarını silirdi. Məcid müəllim Əbdüləliyə dönüb soruşdu: 
        -Rəhmətliyi  nə üçün lap hündürdə dəfn etmisiniz?  
        Əbdüləli müəllim üzünü qardaşlarına tutaraq danışmağa başladı: 
       -  Görürsünüz  də,  bizim  qəbristanlığımız  dağın  döşündə  yerləşir.  Anamız  tez-tez 
vəsiyyət  edirdi  ki,  onu  hündür  bir  yerdə  basdıraq,  atamız  Kokaraldan  baxanda  bir-
birlərini görə bilsinlər. Bu, zarafat deyildi, onun ürəyindən keçənlər idi. bir də  
  deyirdi  ki,  mən  sizləri  doyunca,  ürəyim  istəyən  kimi  görə  bilmədim.  Məni  tək 
qoymazsınız.  Tez-tez  üstümə  gələrsiniz,  görüşərik.  Müharibə  də  qurtardı,  Məcid 
gəlmədi. İşdir, əgər o gəlincə mən ölsəm, özü gəlib bura çıxmamış bildirməyəsiniz. O, 
əsgərdir. Kim bilir ki, başında nə iş var? Mən anamızın ürəyi sıxılmasın deyə ona hey 
təsəlli verirdim. O məndən də incik idi ki, niyə vaxtında evlənmirəm. Elə hey: - Hamidə 
muğayat  olun,  o,  gün  görməyib,  uşaqlığı  sürgündə,  sonrakı  illəri  də  aclıqda  keçib,  - 
deyirdi.  
        Əbdüləli müəllim əllərini qardaşlarının çiyninə qoyaraq sözünü tamamladı: 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə