1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

  
56 
 
əzabkeşlər Məcid Rəsulovun simasında gələcəyin daha böyük əzabkeşini tapmışdılar. 
Əslində əzabdan doymayan bu əzabkeşlər çox xoşbəxt idilər. Bu xoşbəxt əzabkeşlərin 
daha bir xoşbəxtliyi də onda idi ki, onların sırasında gələcəkdə dünya şöhrəti qazanacaq 
akad.  Yaroslav  Borisoviç  Lopatinski  də  var  idi.  O,  9  noyabr  1906-cı  ildə  Tbilisidə 
anadan    olmuşdu.  Onun  babası  L.Q.  Lopatinski  slavyan  filologiyası  üzrə  tanınmış 
professor    idi.  O,  nəvəsinin  də  filoloq  olmasını  istəyirdi.Yaroslav  Borisoviç  isə 
riyaziyyata  həvəs  göstərirdi.  O,  istəyinin  dalınca  gedərək  1921-ci  ildə  -  hələ  on  beş 
yaşında  ikən  ADU-ya  daxil  olmuş  və  1926-cı  ildə  oranı  çox  böyük  müfəffəqiyyətlə   
bitirmişdi. Xüsusi törəməli differensial tənliklər daim onun diqqət mərkəzində idi. 
 
 
                             
 
                                  
Akad. Yaroslav Borisoviç Lopatinski 
                                               (09 noyabr 1906-10 mart 1981) 
 
Yaroslav  Borisoviç  bu  qəbildən  olan  tənliklər  üzərində  düşünməkdən  və 
çalışmaqdan əsla yorulmurdu. Əldə etdiyi elmi-təcrübi nəticələri ümumiləşdirmək ona 
xüsusi zövq verirdi. Riyazi fizika tənliklərinin həllində əldə etdiyi nailiyyətlər onu daha 
da  ciddi  axtarışlara  sövq  edirdi.  Onun  əsas  işləri  differensial  və  inteqral  tənliklərə, 
həmçinin cəbrin bir sıra məsələlərinə həsr edilmişdi.  O, xüsusu törəməli differensial 
tənliklərin  həllində  sərhəd  məsələlərini
 
nəzərdən  keçirmiş,    həlli  üçün  fundamental 
şərtlər  irəli  sürmüşdü.  İlk  vaxtlar  bunu  “Şapiro-Lopatinski  şərti”
   
adlandırsalar  da,
 
Amerika  riyaziyyatçıları,  sadəcə  olaraq,  “Lopatinski  şərti”  adlandırdılar.  Y.B. 
Lopatinskinin    sərhəd  məsələlərin  həllində   
   
tətbiq  etdiyi  müasir  tipoloji  metodlar   
fizikanın və mexanikanın riyazi problemləri üzərində çalışan
 
elmi dairələrin
 
marağına 
səbəb  olmuşdu.  Onun  metodlarından  istifadə  edən  yapon  alimləri  buna  “Lopatinski 
determinantı”  deyirdilər.  Universiteti  qurtaran  kimi  Bakının,  Lvovun  və  Moskvanın 
müxtəlif ali məktəblərində mühazirələr oxuyan Y.B.lopatinski 1938-ci ildə dissertasiya 
müdafiə  etmədən  Xarkov  Universitetinin  Elmi  Şurasının  qərarı  ilə  fizika-riyaziyyat 
elmləri  namizədi  alimlik  dərəcəsinə  layiq  görüldü.  1947-  ci  ildən  fizika  –riyaziyyat 
elmləri  doktoru    olan,  1951-ci  ildə  USSR  EA-nın  müxbir,  1965-ci  ildə  həqiqi  üzvü 


  
57 
 
seçilən, elmi rəhbərliyi altında 40 namizədlik, 10 doktorluq işi yazılan  bu nəhəng  1926- 
1945-cı  illərdə  Bakıda  –  APİ-də  və  ADU-da,  1946-  1963-cü  illərdə  Lvov 
Universitetində,  1963-1966-cı    illərdə  Moskva  Qaz  sənayesi  və  Neft-kimya 
İnstitutunda, 1966-1981-ci illərdə Donetsk Hesablama Mərkəzində və Donetsk Dövlət 
Universitetində  öz  fəaliyyətini  davam  etdirmiş,  nəhayət,  10  mart  1981-ci  ildə  vəfat 
etmişdir.  Elliptik  tip  tənliklər  və    sistemlər  üçün  sərhəd  məsələri  nəzəriyyəsinə  yeni 
şərtlər  əlavə  edən  Y.B.  Lopatinski  Banax  fəzasında  operator  tənliklər  üçün  Koşi 
məsələlərinin həllində ciddi nəticələr əldə etmişdi.  
 
Məcid Rəsulovun belə bir mühitə düşməsi onun fitri istedadının aşkarlanmasına  
və  əqli  qabiliyyətinin  inkişafına  misli  görünməmiş  təkan  verdi.    Vaxtı  ilə  Şərq 
mütəfəkkirləri  Şəms  Təbrizi 
(1185-1247/48)
    ilə  Cəlaləddin  Rumi 
(1200/07-1273)
 
qarşılaşmasını “iki okeanın qovuşması” kimi qiymətləndirmişdilər. Məcid Rəsulov və 
Y.B.  Lopatinski  rastlaşması  da  buna  bənzər  bir  hadisə  idi.  Şəms  Təbrizi  -  Rumi  
əməkdaşlığı  qlobal ədəbi-bədii-fəlsəfi düşüncənin, Məcid Rəsulov - Y.B. Lopatinski 
əməkdaşlığı isə qlobal riyazi-fiziki düşüncənin  sərhədlərini genişləndirdi.   
 
********** 
***** 
  
Ax, bu riyaziyyat! 
IV 
 
    
Məcid  Rəsulovun  yeni  bir  ulduz  kimi  elmin  səmalarında  parlayacağı  APİ-nin 
müəllim, professor heyətində artıq heç bir şübhə doğurmurdu. 1937/1938-ci tədris ilində 
institutu  “Birinci  dərəcəli  diplom”la  bitirən  Məcid  Rəsulov  artıq  o  dövrdə  ADU-da 
çalışan Yaroslav  Borisoviç Lopatinskinin təklifi ilə aspiranturaya qəbul olunur. Bu, hər 
hansı savadlı bir tələbəyə göstərilən etimad deyildi. Bu, riyaziyyat adlı elmin gələcəkdə 
qazanacağı böyük uğurlara imza ata biləcək istedadın təbiiliyinə -fitrətinə inamdan irəli 
gələn etimad idi. Buna görə də elmi rəhbər olmağı Lopatinskiyə həvalə edirlər. O da 
elmi rəhbərliyi həvəslə öz üzərinə götürür.  
     Məcid  Rəsulov  aspiranturaya  qəbul  imtahanlarını  müvəffəqiyyətlə  verir  və 
müsabiqədən keçərək , “Funksionsal analiz” üzrə ADU-nun aspiranturasına qəbul edilir.  
O  dövr  üçün  Məcid  Rəsulov  səviyyəsində  kadrı  əldən  vermək  şansı  əldən  verməyə 
bərabər idi. Prof. M. R. Əfəndiyev, prof. A. M. Ammosov, dossent R. M. Məlikov  və  
başqa  müəllimlərinin  təklifi  ilə  onu  APİ-yə  -  “Riyazi  analiz”  kafedrasının  assistenti 
vəzifəsinə dəvət edirlər. Onun pedaqiji fəaliyyəti də elə o vaxtlardan başlamış və demək 
olar ki, ömrünün sonuna qədər davam etmişdi. 
 
     Rəqəmlərin  təhlili,  onların  mahiyyəti  və  mənasını  açmaq  cəhdi  Məcid  Rəsulovu 
rahat buraxmırdı. Riyazi analiz ona axtarış kimi görünrdü. Bəs bu axtarış nəyin axtarışı 
idi? Kokaralda olduğu kimi yenə də öz-özünə təkrar edirdi: 
       -Ax, bu riyaziyyat!  
Sonra da dərin bir fikrə gedib, sonsuz düşüncələrə dalan Məcid Rəsulov daxili bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə