1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

  
49 
 
bütün müəllimlər yekdilliklə bu qərara gəldilər ki, onun dördüncü kursda oxuması vaxt 
itirməkdir. Belə bir dərin zəkanın sahibi əlavə bir il vaxt itirincə, yaxşı olar ki, təhsilini 
institutda davam etdirsin.  
      Kollegial şəkildə qəbul edilmiş bu qərar Məcid Rəsulovu daha da ruhlandırdı.  Bu 
qəradan sonra tələbə dostları da ona hörmət və ehtiramla yanaşır, onun yanında ciddi 
söhbətlər etməyə çalışırdılar.  
 
********** 
***** 
      O  hələ  Kokaralda  olanda  özü  yaşda  və  özündən  böyük  uşaqlara  öz-özündən  dərs 
keçirdi. Bir dəfə “1” rəgəmi üstündə mübahisə düşmüdü. Onlar “1”-i Allah kimi başa 
düşür,  hər  şeyin    ”1”-  dən  başlandığını  deyirdilər  və  “1”-ə  qədərki  rəgəmləri  qəbul 
etmirdilər. Məcid isə sıfırdan birə qədər saysız-hesabsız “1”lərin olduğunu söyləyirdi. 
“1”-in “1”-dən nə qədər böyük və ya nə qədər kiçik olduğunu bilməkdə insan beyninin 
acizliyini  dilə  gətirirdi.  “1”-dən  neçə  “1”  çıxmaq,  “1”-in  üstünə  neçə  “1”  gəlmək 
məsələsi ortaya gələndə hamının ağzı açıla qalmışdı. Sən demə, bu gedib sonsuzluğa 
dirənirmiş!  Ax,  bu  riyaziyyat!  O  hər  şeyi  rəqəmə  çevirə  bilirmiş!  Bir  saniyəni  60 
rəbiəyəyə, bir dəqiqəni 60 saniyəyə, bir saatı 60 dəqiqəyə çevirib rəqəmsallaşdırırmış! 
Bir gün, bir həftə, bir ay, bir il, bir era da əlhiddə götürülmüş “1” demək imiş. Səmadakı 
ulduzların hər biri, bütövlükdə qalatikanın özü də  əlahiddə “1” imiş. Ölçü və çəki, sürət 
və məsafə, zaman və hərəkət, isti və soyuq rəqəmsallaşdırılanda anlaşıqlı olurmuş.  
       Görün  ki,  bu  dünya  evini  quran  Kişi  rəqəmlərin  dəqiqliyinə  nə  dərəcədə  riayət 
edibdir ki, müvazilik şəraitində dövr edən planetlər bir-biri ilə toqquşmur. Cəzb etmənin 
və ya itələmənin, məsafənin və nisbətin hansı məsafədən təyin edilməsinin əhəmiyyətini 
rəqəmlərsiz başa düşmək olurmu?  Axı, planetlərarası məsafələr eyni ölçüdə ola bilməz. 
Milyonlarla  məsafələrin  və  ölçülərin  proporsionallığındakı  dəqiqlik    ilahi  güc  tələb 
etmirmi?  Rəqəmlərsiz  özünü  anlamaq,  dünyanı  başa  düşmək    mümkündürmü? 
Toplamanı  bilmədən  artımı,  çıxmanı  bilmədən  azalmanı  və  tükənməni  dərk  etmək 
olurmu?  Qanadların  ölçüsü  və  uçuş  məsafəsi,  ayaqların  ölçüsü  və  qaçış  məsafəi, 
qalxmalar və enmələr, dönmələr və əyilmələr, olmalar və ölmələr riyaziyyat imiş!.. Hər 
şey riyaziyyat imiş!    Bir də ki, bu tənliklər, bərabərliklər!..   Şair demişkən: 
 
Toplasan da, çıxsan da,vursan da, bölsən də, 
Çatlasan da, partlasan da, ölsən də, 
Özünə bərabər olur tənliklər. 
Sənlik deyil sənliklər! 
                    Mənlik deyil mənliklər! 
 
Bununla da   Kokarallı uşaqlar onun ruhani duyğularına daha şəkk gətirmədilər. Həmən 
o mübahisəni  heç cür unuda bilməyən Məcid Rəsulov o günləri hər gün xatırlayırdı. 
Məhz o mübahisədən sonra “Ax, bu riyaziyyat!”sözü  onu görən Kokarallı uşaqların ilk 
sözünə çevrilmişdi. Onlar bu sözü tez-tez təkrar edirdilər: 
       -Ax, bu riyaziyyat! 
  


  
50 
 
********** 
***** 
        Kubinka dövlət içində dövlət kimiydi. Onun öz qanunları vardı və onları pozmaq 
olmazdı.  O,  “el  içində,  öl  içində”  prinsipi  ilə  yaşayırdı.  Kubinkada  yaşamaq  kənar 
adamlara qəribə görünsə də, orada yaşayanlar üçün adi bir həyat tərzi idi. Orada yaşayan 
hər hansı bir şəxs haqqında kənara bir söz belə çıxa bilməzdi. Sözgəzdirənlər məxsusi 
şəkildə cəzalandırılırdı. Sənaye texnikumunda oxuduğu bu üç il ərzində bir kimsə ona 
“qaşın üstə qara var” deməmişdi.  Əksinə, “Bacoğlu, birdən pulun olmaz”  deyib ona 
cibxərcliyi  verənlər  də,  siqaret  satmağı  təklif  edənlər  də  olmuşdu.    O  da  qaydalara 
əsasən  bunların  heç  birindən  imtina  etməmişdi.    Bir-iki  dəfədən  sonra  ondan  tacir 
çıxmayacağını  qət  etmişdilər.  Ona  hərdənbir  cib  xərcliyi  verənlər  olsa  da,  siqaret 
satmağı  təklif  edənlər  bir  daha  olmamışdı.    Onun  səliqəsi  və  sahmanı,  davranışı  və 
rəftarı  Kubinka  əhlində  rəğbət hissi  oyatmışdı. Artıq  Kubinka  əhlinin  də  fəxr  edəcək 
adamı var idi.  
      Əbdüləli  müəllimin  tez-tez  Kubinkaya  gəlib  getməsi  də  diqqətdən  kənarda 
qalmamışdı. Onun Nuxada müəllimlik etməsini də bilirdilər. Bir gün Kubinkada rastına 
çıxan  qonşularından biri onu çox hörmətlə salamladı və dedi: 
      -Sizə halal olsun!Qeyrətli adamsınız. Hansı köməyə ehtiyacınız olsa, biz hazırıq. 
      Əbdüləli müəllim bu sözlərdən kövrəlmiş kimi oldu. Bir anlığa susub fikrə getdi. 
Sonra da özünü toplayıb təşəkkür etdi: 
       -Allah sizi qorusun! Var olasınız!   
       Bu  dəfə  Bakıya  Əhməd  qardaşsız  gəlsə  də,  bu  hadisə  onun  sabaha  inamını  da 
artırırdı.  
        Evədə Babuşka Vera ilə anasının şirin-şirin söhbər etdiklərini görüb kefi daha da 
kökəldi. Anası deyirdi: “Hamid də məktəbə gedir. Görək, axırı necə olacaq?” Babuşka 
Vera  isə:-Yaxşı  olacaq,  Gulli  xanım!-  deyə  təskinlik  verirdi.  Əbdüləli  müəllim  adəti 
üzrə salamlaşıb üzünü anasına tutdu: 
     -Anacan, bu yerin adamları necədir? 
     Güllü  xanım  gülümsədi:-Bunlar  da  onlar  kimi  mehribandırlar.  Ağzıbütövdürlər. 
Onlardan bunların bir fərqi vardır. Onlar sevgilərini gizlədə bilmirlər. Bunlar isə hər 
deyəndə açıq danışmırlar. 
      Əlbəttə ki, Güllü xanım “onlar” deyəndə Kokaraldakı adamları nəzərdə tuturdu. Bu 
da  Əbdüləli  müəllim  üçün  tam  anlaşıqlı  idi.  Əbdüləli  müəllim  söhbəti  bir  az  da 
qızışdırmaq istədi: 
      -Babuşka Vera, bəs sən nə deyirsən? 
      -Nə barədə? 
      -Kubinka barədə. 
      Babuşka Vera sanki gözləmədiyi bir sualla qarşılaşan adamlar kimi oldu.Əvvəlcə 
döyükdü  və  udqundu, sonra yarırus və yarı türkcə danışmağa başladı:  
       - Bakıda avtoritet jiteley Kubinki oçen böyük.  Alış-veriş bunların qanında. Üzdən 
baxanda  çox  sakit  görünürlər.  Amma  mujçinı  zdes  qoryaçiye,  devuşki  qordıye  i 
nezavisimıye. 
      Babuşka Vera öz danışığına mat qalmış kimi ağzıaçıla vəziyyətdə dayandı və susdu. 
Sonra da gülümsədi. Ona baxıb Güllü xanım da, Əbdüləli müəllim də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə