1 vaqif aslan


     gülümsədilər. Birdən hər üçünü gülmək tutdu.    **********  *****    Ana  danlağı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

  
51 
 
 gülümsədilər. Birdən hər üçünü gülmək tutdu. 
 
********** 
***** 
 
Ana  danlağı 
II 
 
       Bu axşam dördü də süfrə başında idi.
   
Elə ki, süfrə yığışdırıldi, onda Güllü xanım 
Əbdüləliyə tərəf döndü: 
     -Allaha çox şükür olsun ki, bu il Məcid instituta girdi, Hamid də, Allah qoysa, birinci 
sinfə gedəcək. Daha nə qalıb ki? Dörd-beş gündən sonra dərslər başlayacaq. Allaha çox 
şükür!  
     -Ay ana, daha nəsə demək istəyirsən, amma demirsən. 
     -Allah  atana  rəhmətlər  eləsin,  ay  oğul!  Elə  bilirəm  ki,  harada  olsaq  da,  o,  Davud 
dağının döşündən durub bizə baxır. Onun baxışları ilə rastlaşanda yadıma sənin hələ də 
subay olmağın  düşür.  Axı, o mənə çox tənəli baxır. 
     - Baxmaz, anacan, baxmaz! 
     -Baxır, oğlum, baxır! 
     -Axı, nəyə görə? 
     -Sənə qarşı soyuqluq elədiyimə görə.  
Əbdüləli müəllim ciddiləşdi.Onun maraq, hörmət və sevgi dolu baxışları  
 
                       
 
                                                            
                                                       Əbdüləli müəllim. 
                                                Rəsulov Əbdüləli Hacı Lətif oğlu 


  
52 
 
anasına zilləndi: 
      -Nə  danışırsan,  ay  ana?  Bəs  bizi  boya-başa  çatdıran  sən  deyilmisən?  Bizi  uzaq 
yolların  tozundan, səhraların bürküsündən, bəzi insanların soyuqluğundan qoruyan sən 
olmadınmı? 
       Əbdüləli  müəllim  anasına  yaxınlaşıb  boynunu  qucaqladı.  Üzünü  anasının  üzünə 
söykəyib, dən düşmüş saçlarına sığal çəkməyə başladı: 
      -Bu saçlar ərinin çəkdiyi əzabları gözləri ilə görən bir qadının ürəyinin ağrılarından 
ağarmadımı? Körpə Hamidin göz yaşları dən-dən olub bu saçlara səpələnmədimi? Heç 
vaxt  özünü  sındırmayan  yeniyetmə  oğlunun  atasının    məzarı  qarşısında    sonsuz  bir 
kədərlə əyildiyini görən ananın saçları ağarmasın, neyləsin?  
      Bayaqdan bəri sakitcə dayanan Məcid ayağa durub gözləri yaşaran anasının əllərini 
əllərinə aldı: 
     -Telləri bilinən xəzəl kimi   damarları görünən ana əllərinin qiymətini hesablayacaq 
bir düstur tapa bilsəydim, nə dərdim  olardı ki? Şair demişkən: 
 
Qandan, candan gəlmədir 
İnsanın məharəti. 
Bəsimizdir, anacan, 
Əlinin hərarəti. 
 
Halal südünlə bizə 
Namus, qeyrət içirdin. 
Səhralardan adladıb, 
Dəryalardan keçirdin. 
 
Sənin borcunu vermək 
Deyil işimiz bizim. 
Sənsiz batar Günəşi 
Körpə ürəyimizin. 
 
       Bir  tərəfdə  oturub  yaşına  xas  olmayan  bir  sakitliklə  fikrə  gedən  Hamidi  bağrına 
basaraq Əbdüləli müəllim əlavə etdi: 
       -Allah  qoysa,  Hamid  bizim  hamımızdan  ağıllı  olacaqdır.  Bizdən  də  yaxşı 
oxuyacaqdır.  
      Güllü xanım ayağa qalxıb Hamidin o üzündən, bu üzündən öpdü: 
      -Hamid mənim ana kimi sonuncu laylamdır. Laylalarımın ən mükəmməlidir, özü də 
sevinc və gözyaşı ilə qarışıq, ən şirin və ən acı laylamdır. Ancaq mən həm də  nənə kimi 
ilk laylamı  çalmaq istəyirəm. Əbdüləli, nə deyirsən? 
      -Deyirəm ki, qoy bu işlər yoluna düşsün. Sənin də, Məcidin də, Hamidin də  Nuxada 
üzə çıxmaq imkanınız yaransın ki, mən də bir iş görə bilim.   
      Məcid dikəlib ayağa qalxdı: 
      -Mən sizin hamınızı təbrik edirəm. Artıq biz ürəkli surətdə üzə çıxa bilərik. Üçillik 
sürgün çoxdan - aprelin 20-dən başa çatmışdır.  


  
53 
 
     Məcidin bu sözləri Əbdüləli müəllimi ayıldan kimi oldu.Ayağa durub sevincindən 
Məcidi qucaqladı: 
      -Riyaziyyatçı belə yerdə lazımdır. 
      Sonra hamını bir-bir hamını nəzərdən keçirdi, ciddi bir tövrlə əlavə etdi: 
       -Bunu mən də bilirdim, amma tələskənlik edəcəyimdən qorxurdum. Məcid doğru 
deyir.  İndi  ehtiyat  ediləsi  elə  bir  şey  yoxdur.  Sabahdan  Nuxaya  yola  düşmək    üçün 
tədarük görə bilərik. Mən də bir yük maşını danışaram ki, həm özümüzü, həm də şey-
şüylərimizi aparsın.  
       -Bəs uşaqların dərsləri?- deyə Güllü xanım soruşdu. 
       -  Məcid  istəsə,  bizimlə  gedər.  Sonra  da  qayıdıb  gələr,  dərslərinə  davam  edər. 
Hamidi də Nuxada birinci sinfə göndərərik. Bircə mən qalıram ki, mənə də fikir yoxdur. 
Evdə ana olandan sonra gedib dərs deməyə nə var ki? Amma  gələn il ali təhsil almaq 
üçün bəxtimi sınamq fikrindəyəm.   
       -Aıllah, ağzından eşitsin, ay oğul! Gedim, yerinizi salım, yatın!  
 
********** 
***** 
 
Azərbaycan Pedaqoji İnstitutu 
III 
 
     
1931-ci il 20 aprel tarixindən günə-gün hesablanan sürgün müddətinin 1934-cü il 
20  aprel  tarixində  tamamlanması,  Əbdüləli  müəllimin  iştirakı  ilə  anasının,  qardaşı 
Hamidin Nuxaya qayıtması Məcidin, bir növ, ruhən yüngülləşməsinə səbəb olmuşdu. O 
daha  enişli  və  yoxuşlu  Kubinkaya  gedib  gəldikcə  qorxulu  düşüncələrin  təsiri  altında 
sıxılmırdı. 
      Digər bir tərəfdən isə 1 sentyabr
  
1934-cü il gənc Məcidin həyatında unudulmaz bir 
tarixə  çevrilmişdi.  O,  Azərbaycan  Pedaqoji  İnstitutunda  təhsil  alırdı.  Lap  elə  qəbul 
imtahanlarını verdiyi ərəfədə burada güclü beyinlərin toplandığını hiss etmişdi. Elə ki, 
dərslər  başladı,  onda  Məcid  düşdüyü  mühitin  cazibəsində  layiqincə  fırlanmaq  üçün 
butün əqli və fiziki qüvvələrini səfərbərliyə aldı. Qayda belədir ki, böyük adamlar xırda, 
xırda adamlar isə böyük adamların arasında sıxıntıdan başqa bir şey görmürlər.Sadəcə 
olaraq, böyük şəxsiyyətlər böyük şəxsiyyətlərin yanında rahatlıq və sərbəstlik tapırlar.   
       Azərbaycan  Pedaqoji  İnstitutu  isə  artıq  tarixi  şəxsiyyətlərin  qarşılaşdığı, 
salamlaşdığı,  opponentləri  ilə  mübahisələrə  və  mübadilələrə  girişdikləri  elm  ocağına 
çevrilmişdi. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 26 
avqust 1921-ci il tarixli dekreti əsasında yaradılan bu təsisat o vaxt rusdilli tələbələrlə 
yanaşı ana dilimizdə təhsil alan altı tələbə ilə işə başlamışdı. İndi burada yüzlərlə tələbə  
türk  dilində  təhsil  alırdı.  Onun  İlk  direktoru  Odessa  Universitetinin  “Biologiya”  
fakültəsinin  məzunu  prof.  Fətulla  bəy  Əziz  oğlu  Rzabəyli 
(1885-1968)
  olmuşdu.  O, 
İnstitutun  yaradılması  ilə  bağlı  yaradılan  komissiyanın  sədri  olmuş,    1921-1924-cü 
illərdə APİ-yə rəhbərlik etmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə