1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

  
71 
 
cavab verə bilməmişdi.  Adi bir məntiqi sual-cavabda acizlik göstərməsi onu narahat 
edir, hətta, hər yerdə kölgə kimi izləyirdi. Qumru həkimin “Bəs toplama üsulu haqqında 
da fikirləşirsinizmi” sualına riyazi deyil, həyati və əyani cavab vermək lazım gəlirdi. 
     
 -
 
Görəsən, bəs, o subay idimi? 
             
 
                                       Məcid Rəsulov və Qumru xanım 
 
      İndi sualın daha çətin və daha həyati bir hissəsi öz cavabını gözləyirdi. Bu məqamda 
isə fikirləşməklə bərabər lazımi cavabın tapılması zəruri idi. 
      Xoşbəxtlikdən bu sualın da cavabı tapıldı. Onlar 1952-ci ildə evləndilər. Evlənmə 
ərəfəsində o, tələbə və aspirantlar yataqxanasından o vaxtkı 2-ci Sverdlovski, hazırki 
Mikayıl Rəfili küçəsindəki 16-cı binada kirayə elədiyi mənzilə köçdü.  
                     
********** 
***** 
 
 
 
 
 


  
72 
 
Gözəldən qaçmaq olmur 

 
     
1951-ci  ildə  Ukrayna  SSR  EA-nın  müxbir  üzvü  seçilən  Y.  B.  Lopatinski
 
daim 
Məcid  Rəsulovla  əlaqə  saxlayırdı.  Gah  zəng  etməklə,  gah  da  məktub  yazmaqla 
fikirlərini  bölüşürdü.  Axı,  onun  da  əsas  işləri  differensial  və  inteqral  tənliklərə  həsr 
edilmişdi.  Onların  arasındakı  münasibət  hər  hansı  bir  elmi  rəhbər  və  dissertant 
münasibətlərindən çox-çox yuxarıda idi. Çünki hər ikisi ”Riyaziyyat” adlı bir gözəlin 
aşiqi idilər. Amma bunlar yeganə aşiq deyildilər. Onlara qədər  Koşilər, Puankarelər, 
Furyelər,  Birkhoflar,  Vilderlər,  Tamarkinlər,  Karlemanlar,  daha  nə  bilim  kimlər  bu 
gözəlin başına pərvanə kimi dolanıb, fırağan kimi fırlanmışdılar. Bəlkə də, kimsə bu 
gözəlin  şıltaqlıqlarından  bezmiş,  onun  cazibədar    caynaqlarından  canını  qurtarmaq 
istəmişdi, lakin caynaqlarından qopub ayaqları altına düşmüşdü. Bu gözəlin öhdəsindən 
nəinki  təkbaşına, hətta  hamılıqla  da  gəlmək  mümkün  deyildi. Min  dəfə.  milyon  dəfə 
tövbə edənlər də qayıdıb bu gözəli sevməyə məcbur olmuşdular. 
 
Ürəkdə, beyində açan çiçəklər 
Açdısa qurtardı, bir də solarmı? 
Hünərin çatırsa, o çiçəyi dər! 
Gör, onun əlindən qaçmaq olarmı? 
 
Ona  “Lopatinski  şərti”  adı  ilə  öz  şərtini,  “Lopatinski  determinantı”  adı  ilə  öz 
determinantını diqtə edən gözəlin əlində əsir-yesir olan Y. B. Lopatinski 1953-cü ildə 
fizikanın və mexanikanın riyazi problemləri üzərində aparılan
 
elmi tədqiqatların gələcək 
inkişafını nəzərə alaraq   Məcid Rəsulova elmi tədqiqatlarını davam etdirməyi təklif 
edir.    Mərkəzdən  ucqarlara  qarşı  soyuqluq  göstərilməsi  Y.  B.  Lopatinskiyə  çoxdan 
məlum  idi  və  bu  onu  çox  narahat  edirdi.  Beyinlərdən  sızan  işıqların  Moskvada  bir 
nöqtəyə  yığılması  mərkəzdə  fəaliyyət  göstərən    bir  çox  elmi  dairələrə  ucqarlardan 
barınmaq  imkanı  verirdi.  Y.Ə.  Məmmədov  və  T.M.  Rəsulovun  “Akademik  Məcid 
Rəsulov” monoqrafiyasından götürülmüş aşağıadakı sətirlərə diqqət yetirək: 
      -Məcid Rəsulovun namizədlik dissertasiyasının 2-5-ci paraqrafları dəyişən əmsallı 
tənliklər üçün çıxıqlar üsulunun araşdırılmasına həsr olunmuşdur.  ... İlk dəfə burada 
ixtiyari-vektor funksiyanın kompleks parametrdən asılı tənliklər sistemi üçün spektral 
məsələnin tam çıxığı üzrə sıraya təkrar ayrılış düsturu verilmişdir. Burada isə baxılan 
spektral  məsələnin  məxsusi  funksiyaları  və  onlara  qoşma  funksiyaların  M.V.  Keldış 
mənada   təkrar tamlığı alınır. 
       Axı,  nə  üçün  burada  “M.V.  Keldış  mənada      təkrar  tamlıq”  istilahından  istifadə 
edilmişdir? Son dərəcə təcrübəli və elmdə öz sözlərini demiş olan bu ziyalılar “M.V. 
Keldış mənada   təkrar tamlıq” deməklə nəyə işarə edirlər?  
       Mətni  diqqətlə  izlədikdə  məlum  olur  ki,  Məcid  Rəsulovun  namizədlik 
dissertasiyasının 2-5-ci paraqraflarının  nəticələri 1950-ci ildə  “SSRİ EA Riyaziyyat 
məcmuəsi” 
(”Matematiçeskiy  sbornik  AN  SSR”)
  redaksiyasına  təqdim  edildiyi  halda,  onun 
nəşri  gecikdirilmiş,  nəhayət,  bu  20  səhifəlik  məqalə  1952-ci  ildə  məcmuənin  2-ci 


  
73 
 
nömrəsində çap edilmişdir.  Deməli, məqalə gecikdirilməsəydi, “M.V. Keldış mənada   
təkrar tamlıq” istilahı ortaya çıxmayacaqdı.  Bütün bu problemlər Y. B. Lopatinskiyə 
məlum  olmaya  bilməzdi.  Yəqin  ki.  elə  buna  görə  də  Y.  B.  Lopatinski  təkidlə  Məcid 
Rəsulovu, nəyin bahasına olursa-olsun, Lvova dəvət etmişdi.  
       Onsuz da namizədlik dissertasiyasında qarşıya qoyduğı məsələlərin tam həllinə nail 
olmaq arzusu ilə yaşayan Məcid Rəsulov bu təklifi qəbul edərək həyat yoldaşı Qumru 
xanımla  birlikdə  Lvova  köçür.  Burada  Y.  B.  Lopatinski  onu  çox  böyük  sevinclə 
qarşılayır. Şöhrətli Lvovun Məcid Rəsulovun gəlişindən sonra daha da şöhrətli olacağını 
xəyalına gətirən Y. B. Lopatinskinin sanki uçmağa qanadı yox idi, sevincindən yerə-
göyə  sığmırdı.  Məhz  onun  sayəsində Məcid Rəsulova  səmərəli  və  ardıcıl tədqiqatlar 
aparması  üçün  Lvovda    hər  cür şərait  yaratdılar.  Xərçəng  bürcündə doğulanlar üçün 
düşərli sayılan 13 rəqəminin  fərqinə varmadan onu İnstitutski küçəsində  bina 13-də 
mənzillə təmin etdilər.  
      Elə  bu mənzildə 1953-cü ildə Məcid Rəsulovbun oğlu Tofiq dünyaya gəldi. Kəşf 
edilmiş təzə planet kimi dünyaya gələn Tofiq izahı mümkün olmayan bir sevinc gətirdi 
bu ailəyə.   Məcid Rəsulova görə,  valideyn- övlad məntiqi bir çox məntiqləri üstələyirdi.  
Onun düşüncəsində valideyn statusu ilahi bir şey idi. Burada elmi rəhbərə, opponentlərə, 
rəyçilərə  ehtiyac  olmadığı  kimi  saqqalı  olanın  saqqalı,  olmayanın  çənəsi  altından 
keçməyə də lüzum yox idi.  
       Məcid müəllim Qumru xanımın timsalında qadına qeyri-adi bir güc kimi baxırdı. 
Bu  gücün  düsturunu  bəzən  bir  riyaziyyatçı  kimi  müəyyənləşdirmək  istəyirdi.  Onun 
nəzərində kişini ata edən qadın, qadını ana edən kişi məlumluğunda övlad məhculluğu 
vardı. Bu məchulun məluma çevrilməsi isə nə qədər bioloji, fizioloji və sosiolojidirsə, 
daha nə bilim nədirsə, bir o qədər də riyazidir. Riyaziyyat əqlin gimnastikasıdırsa, övlad 
qəlbin gimnastikasıdır. Körpə instiki olaraq valideynini tanıyırsa və gülümsəyirsə, onun 
təbəssümündəki işığı böyük kəşfin insana bəxş etdiyi fərəhlə və məmnunluqla müqayisə 
etmək lazımdır. İlk dəfə valideyninə uşqunan körpənin üzündəki təbəssüm  Tanrısına 
doğru gedən  günahsız insanın  təbəssümü ilə müqayisə edilə bilər.   
       Məcid Rəsulov riyaziyyatçı kimi düşünür, rəssam kimi çəkir, şair kimi vəcdə gəlir, 
filosof  kimi  nəticə  çıxarırdı.    Bu  dörd  cəhətin  onda  necə  birləşdiyinə  özü  də  heyrət 
edirdi. Yazdığı rəqəmlər çox vaxt hansısa bir şeirin misralarına oxşayırdı. Rəqəmlərin 
poetizmini  yaşadıqca  fikir  sürəti  ilə  uçan  xəyalını  cilovlamaq  istəyirdi.  Heyhat!  Bu 
mümkün  deyildi.  Oğlu  Tofiqin  dünyaya  gəlişi  isə  onun  alim  xəyalları  ilə  yanaşı  ata 
xəyallarının da pərvazlanmasına səbəb olmuşdu. 
 
                      


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə