1 vaqif aslan


    Riyazi ədəbiyyatda müstəsna hadisə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

  
77 
 
Riyazi ədəbiyyatda müstəsna hadisə 
XI 
 
      Məcid Rəsulovun doktorluq dissertasiyası başa çatmaq üzrə idi. 26 sentyabr 1953-
cü  ildən  İ.  Franko  adına  Lvov  Dövlət  Universitetinin  “Differensial  tənliklər” 
kafedrasında dosent vəzifəsində çalışan Məcid Rəsulov artıq 1959-cu ilin sentyabrından 
həmin kafedrada professor vəzifəsində çalışmağa başlamışdı. Onun bu fəaliyyəti 1960-
cı ilin  sentyabrınadək davam  etmişdi.  Əlbəttə ki.  bunlar onun  doktorluq  işinə  böyük 
etimadla yanaşan elm xadimlərinin ona qarşı olan etibarından irəli gəlmişdi. Üzərində 
işlədiyi  işin  ayrı-ayrı  fəsilləri  tamamlandıqca  onların  vaxtında  müzakirəsi  vacib 
məsələyə  çevrilirdi.  Əldə  etdiyi  qənaətlər,  gəldiyi  nəticələr  barədə  nüfuzlu  elmi 
mərkəzlərdə məruzələr etmək zərurəti müdafəsindən bir neçə il əvvəl yaranmışdı. Elm 
aləmi bundan xəbərdar olmali idi. 
      Bu  məqsədlə  Məcid  Rəsulov  1957-ci  il  noyabr  ayının  12-də  və  19-da  MDU-da 
akademik  S.L.  Sobolevin  rəhbərlik  etdiyi  differensial  tənliklər  üzrə  seminarda  işinin 
məzmunu haqqında ardıcıl olaraq məruzələr etdi. Üçüncü məruzəsi bundan bir neçə  gün 
sonra – noyabrın 25-də Moskva Riyaziyyat Cəmiyyətinin iclasında  
oldu. Beləliklə, 1960-cı iı mart ayının 21-də Moskvada Sovetlər İttifaqının ən mötəbər 
Riyaziyyat  Mərkəzində 
SSRİ 
EA  V.  A.  Steklov  ad.  Riyaziyyat  İnstitutunda  M.  L. 
Rəsulov    “Xüsusi  törəməli  xətti  differensial  tənliklər  üçün  qarışıq  və  sərhəd 
məsələlərinin həllinin çıxıqlar üsulu” mövzusunda yazdığı doktorluq dissertasiyasını, 
haqqında yazılan əsərlərdə deyildiyi kimi,  çox böyük müvəffəqiyyətlə müdafiə edir. 
Onun doktorluq dissertasiyası 112 səhifə olub, “Differensial tənliklər üçün bəzi qarışıq 
məsələlərin həllinin çıxıqlar üsulu ilə  
                           
 
Rusiya 
EA 
V.A. 
Steklov 
ad.Riyaziyyat 
 
İnstitutu
                                                                                                                         
(МИАН) 
araşdırılması” mövzusunda yazdığı namizədlik işinin davamı kimi meydana çıxmışdı: 
çevrənin tamamlanması təsirini bağışlayırdı. 
      Y.  B.  Lopatinski  kimi  elmi  rəhbər,  M.  A.  Naymark    və    A.  V.  Bitsadze  kimi 
opponentlər olan yerdə M. L. Rəsulov kimi də müdafiəçi olmalı idi.  


  
78 
 
      Mark  Aronoviç  Naymark  (Odessa,1909-Moskva,1978)    mənşəcə  yəhudi  idi,    o 
dövrdə V. A. Steklov ad. Riyaziyyat İnstitutunda fəaliyyət göstərirdi. 
      Andrey  Vasilyeviç  Bitsadze  (Kutaisi,  1916-Moskva,  1994)  1948-ci  ildən    V.  A. 
Steklov ad. Riyaziyyat İnstitutunda fəaliyyət göstərir, 1959-cu ildən isə SSRİ  EA Sibir 
filialı  Riyaziyyat  İnstitutunda  “Ümumi  funksiyalar  nəzəriyyəsi”  şöbəsinə    və  “Ali 
riyaziyyat” kafedrasına rəhbərlik edirdi.  
        Hər iki opponent  M. L. Rəsulovun elmi işinə ən yüksək  qiymət vermişdi: bunu 
elm  tarixində  yeni  mərhələ  kimi  qiymətləndirmişdi.  Bu  yüksək  səviyyədə 
qiymətləndirmə  Ali  Attestasiya  Komissiyası tərəfindən  ona  МФМ    №  000086  şifrəli 
doktorluq diplomu verilməsi ilə nəticələnmişdi. 
       Doktorluq  müdafiəsinə  görə  M.Rasulovu  o  zamankı  SSRİ-nin  görkəmli  elm 
xadimləri təbrik edir. Onların sırasında ADU-nun rektoru akad. Ş.F. Mehdiyev, akad. 
Ə.İ. Hüseynov, APİ-nin rektoru  Ş.Vəkilov var idilər. 
      1960-cı ildə Bakıya qayıdır, Nizami küçəsi, ev 111 ünvanında yaşayır. 
      Fizika-riyaziyyat  elmləri  doktoru  Məcid  Rəsulova  22  noyabr1961-ci  ildə      Ali 
Attestasiya  Komitəsinin  qərarı  ilə  МПР  №002719  şifrəli    professor  attestatı    verilir. 
Məcid Rəsulov 1964-cü ildə rəhbərlik etdiyi “Ümumi riyaziyyat” kafedrasının əsasında 
“Riyazi fizika tənlikləri” kafedrasını yaradır.  
        M.  L.  Rəsulov    yaradıçılığını  təqqiq  və  təhlil  edənlər,  xüsusilə,  əməkdar  elm 
xadimi,  AMEA-nın  müxbir  üzvü,  fizika-riyaziyyat  elmləri  doktoru,  professor  Yusif 
Əbülfət oğlu Məmmədov namizədlik işi ilə onun elmi fəaliyyətinin birinci (1946-1949), 
doktorluq dissertasiyası ilə isə ikinci dövrünün (1953-1959) tamamlandığını göstərir.  
        M.  L.  Rəsulov    yaradıçılığının  üçüncü  dövrü  (1960-1964  )  kimi  onun  Koşi, 
Puankare,  Birkhof,  Vilder,  Tamarkin  və  Karlemanın  bir  sıra  işlərinin  və  “Yeraltı 
termodinamikanın bir məsələsi haqqında” məqaləsinin ideyaları əsasında yeni, kifayət 
qədər güclü kontur inteqralı üsulu hazırladığı dövr əsas götürülür. 
      Riyazi fizikanın çox mühüm bir sahəsini əhatə edən bu məqalə hələ Məcid Rəsulov 
doktorluq  dissertasiyasını  müdafiə  etməmişdən  xeyli  əvvəl-1956-cı  ildə  Lvov 
Politexnik İnstitutunun “Elmi Xəbərlər”inin 38-ci buraxılışının 2-ci №-də çap edilmişdi. 
Məhz  həmən  məqalədən  ortaya  çıxan  bir  çox  məsələləri  həll  etmək  üçün  daha  güclü 
kontur inteqralı üsulu hazırlamaq lazım gəlirdi.  
      Məcid  Rəsulov  yaradıcılığının  üçüncü  dövrü  onun  “Kontur  inteqralı  üsulu” 
monoqrafiyası  ilə  yekunlaşır.  Bu  kitabda  1950-1962-ci  illər  arası  çıxıqlar  və  kontur 
inteqralı üsullarının işlənib hazırlanması zamanı alınan nəticələr şərh edilmişdir. 1964-
cü  il  Moskvada  “Nauka”  nəşriyyatında    çap  edilən  bu  kitab  tezliklə  dünya  şöhrəti 
qazanır.  Monoqrafiyanın  elmi  redaktoru  professor  A.İ.  İvanov  tam  və  qəti  əminliklə 
yazırdı:  
-  Riyaziyyatın  klassikləri  olan  Puankare,  Birkhof,  Tamarkin  və  digərlərinin 
tədqiqatlarının  mahiyyətini  dərindən  öyrənən  Məcid  Lətif  oğlu  Rasulov  riyazi  fizika 
qarşısında duran və ənənəvi üsullarla öz həllini tapa bilməyən çətin məsələlərin yeni 
konstruktiv üsullarla həllini tapmağa nail olmuşdur... Dünya riyazi ədəbiyyatında buna 
bənzər kitab yoxdur. 
      Redaktoru  olduğu  kitabla  öyünən  professor  A.İ.  İvanov  alim  ləyaqətinə  isnad   
edərək  bir  daha  etiraf  edirdi:  “Azərbaycan  riyazi  cəmiyyəti  belə  bir  işin  ADU-da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə