1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

  
85 
 
badəni isə  o nüfuzlu təşkilatın partkomunun  şərəfinə qaldırsın.   Sonra da növbə ilə 
davam etsin. Məclisdə kənar adam yox idi. Əl-ayaq verənlər də  özləri idilər.        
     Məcid müəllim şəst ilə ayağa qalxıb ilk qədəhi qaldırdı, qonaqları salamladı, onlara 
bir daha “xoş gəldiniz”  deyib, bağını və süfrəsini gəlişi ilə şərəfləndirən Faiq Bağırzadə 
haqqında elə gözəl sözlər söylədi ki, Qumru xanım lap heyran qaldı. Utanmasaydı, belə 
bir sağlığa özü də qədəh qaldırardı.  
      Aradan bir az keçdi, növbəti sağlıq zərurəti yarandı. Məcid müəllim  hörmət əlaməti 
olaraq yenə də ayağa qalxdı.  
      Qumru xanım özünü lap bəxtəvər sanırdı. Bəs necə? Kişi onun ssenarisi əsasında iş 
görürdü. 
      Məclisdəkilər  partkomun  sağlığına  qədəh  qaldıracaqlarını  fikirləşirdilər.  Məcid 
müəllim isə xəyala dalmış kimi əlində  qədəh bir xeyli fikrə getdi. Onun baxışları sanki 
gələcəyə zillənmişdi. Sonra başını sinəsinə   endirdi, elə bil ki, dünəninə baxırdı. Birdən 
başını döndərib ətrafındakıları nəzərindən keçirməyə başladı, yəqin ki, indiki zamanın 
necəliyini  bilmək  istəyirdi.  Hamı  susurdu.  Onun  nə  deyəcəyini  gözləyirdilər.  Məcid 
müəllimin baxışları yenidən gələcəyə tuşlandı: 
       - Bunu da içək Yusifin sağlığına! 
       Aralarında Yusif adlı bir kimsənin olmadığını görən adamlar təəccüblə soruşdular: 
        -O kimdir? 
        Məcid  müəllim  sanki  qarşısında  ayaq  üstə  duran  Yusifi  məclisdəkilərə  təqdim  
edirmiş kimi qürurla dilləndi: 
        -O, Yusifdir! Mənim tələbəmdir!  O, böyük adamdır!  O, böyük alim olacaqdır! 
        Məclisdəkilər  bir  ağızdan:-Yaşasın!-dedilər  və  qədəhlər  cingildədi.  Sonra  da 
hamının üzünə xoş bir təbəssüm yayıldı. Məclis beləcə şən əhval-ruhiyyə ilə davam etdi. 
Məcid müəllimin məclisdə olmayan adamın şərəfinə qədəh qaldırması Qumru xanımın 
kefinə bir qədər soğan doğrasa da, məclisin şingamlı keçməsi ona hər şeyi unutdurdu.  
Qaş  qaralana  kimi  beləcə  yeyib  içdilər.  Salamatlaşma  zamanı  Qumru  xanım 
qonaqlardan üzrxahlıq etməyi də unutmadı: 
     -Məcid müəllim bu yaşda da ərköyünlüyünü əldən qoymur. Ürəyi istəyəni edir. 
 Qonaqlardan kimsə Qumru xanımın sözünü kəsib zarafatla dedi: 
     - Nə danışırsınız, Qumru xanım? Çox sağ olsun ki, tələbəsinin şərəfinə bizi ayaq üstə 
qədəh  qaldırmağa məcbur etmədi.  
      Gülüşdülər,  adamların kefi bir az da duruldu.  Qonaqlar  deyə-gülə və çox böyük 
təəssüratla dağılışdılar.   
 
                         ***************************** 
                                              ***** 
 
                              
Namiq-kamalın dediklərindən 
                                      XIV 
                                   
      Əmimə  ilk  kitabına  görə 4.500  manat  vermişdilər. Üstünə  1.000  manat da  qoyub 
“M-21”  –“Volqa”  maşın    almışdı.  Şəkiyə  gəlmişdi.  Maşının  başına  yığışıb  atılıb 
düşürdük. Əmim maşını dala verməli olmuşdu. Mehribanlıqla əlini çiynimə qoyub dedi: 


  
86 
 
    -Namiq, əmi gözünü yisin, divara dəyəndə deyərsən.  
    Dedim: “Baş üstə!” 
    Əmim maşını dalı-dalı verməyə başladı. Mən də: -Bir az da, bir az da!- deyə ucadan 
səslənirdim.  Axır  ki,  maşın  divara  dəydi.  Hündürdən  qışqırdım:  “Əmi,  saxla,  maşın 
divara dəydi!” 
     Əmim maşından düşdü. Gördü ki, maşın doğrudan da divara dəyib. Əmim özündən 
çıxdı: 
      - Düdük, sənə demədim ki, divara dəyəndə deyərsən? 
     Ağlamsına-ağlamsına cavab verdim: “Dedim də, ay əmi, divara dəyən kimi dedim!” 
     Ağlamsındığımı görən əmim yumşaldı, başımı sığallaya- sığallaya dedi: 
     -Ağlama, görüm! Cəhənnəmə olsun maşın da, zad da! 
 
                               
*** 
                                      * 
      Tələbə  ikən  yataqxanada  qalırdım.    Bir  dəfə    pulum  tərtəmiz  qurtardı.  Otaq 
yoldaşlarımın  da  pulu  yox  idi.  Hansı  dostumdan  borc  istədimsə,  üzürxahlıq  elədi. 
Əlacım üzüldü. Əmimin yanına getdim.  Əsas binanın giriş qapısındakı pilləkənlərdə  
qabaq-qabağa çıxdıq. Görüşdük. Özünəməxsus şəkildə soruşdu: “Nə istəyirsən?” 
      Sıxıla-sıxıla dedim: “Pul lazımdır.” 
       -Nə qədər? 
       -25 manat. 
       Elə  o  dəmdə  akademik  Faiq  Bağırzadənin  xidməti  maşını  gəlib  düz  yanımızda 
dayandı.  Faiq  müəllim  cəld  bir  hərəkətlə  maşından  düşüb  əmimə  tərəf  gələndə  o, 
portmanatını cibindən çıxarıb mənə uzatdı: 
      -Oradan götür! 
      Portmanat  götürüb  açdım:  orada  təkcə  bir 25-lik var idi. Onu götürüb portmanatı 
əmimə qaytardım. 
      Sən demə, evə gedəndə əmim çörək almaq istəyib, portmanatını boş görüb. Satıcı 
qadın onu tanıdığından bu işi yola verib. Görüşəndə barmağını silkələyib dedi: 
     - Ay qırışmal, heylə də olur?  
     Cavab vermədim. Günahkarcasına başımı aşağı saldım. Mənim pərt olduğumu görən 
kimi yaxınlaşıb mənibağrına basdı. 
 
                                      *** 
                                        * 
     Əmimgildə idim. Qumru xanım işdə idi. Adi vaxtlara nisbətən bir qədər gec gəldi. 
Əmim soruşdu: 
     -A Qumru nə gec gəldin? 
     Qumru xanım özünəxas bir əda ilə cavab verdi: 
     -Səmədin Dürrəsi ilə qarşılaşdım. 
     -Nə dedi? 
     -Dedi ki, Səmədi Səməd edən mən olmuşam. 
     -Niyə demədin ki, evdəkini də Səməd edəydin. 
 
                                      *** 


  
87 
 
                                        *
 
 
      Bir  gün  necə  oldusa,  əmimin  kafedrasına  girdim.  Gördüm  ki,  kafedranın 
əməkdaşları  divara  yapışıb  qalıblar.  Hamısının  da  rəngi  ağarıb.  Əmim  hirsli-hirsli 
ortada  var-gəl  edirdi.  Gedib  düz  əmimin  qabağında  dayandım.  Sadəlövh  bir  ərk  ilə 
hündürdən soruşdum: 
      -Əmi, niyə hirslənmisən? 
      Əmim qəzəblə və hədələyici bir şəkildə, əllərini silkələyə-silkələyə dedi: 
      -Niyə hirslənməyim? Niyə hirslənməyim? Sənin kimi qardaşım oğlu var! 
      Ağlıma korluq vermədən o dəqiqə cavab verdim: 
      -Adam var ki, heç o da yoxdur! 
      Əmim güldü. Kafedranın bütün divarları da güldü. Elə yumşaldı ki, sanki  bayaqkı 
o hirsli adam heç o deyilmiş deyərdin. Yenə məni qucaqladı. Yenə hər  
şey yoluna düşdü.  
 
    
   
 
 
 
 
     Məcid Rəsulov  yetirmələri və “Riyazi fizika tənlikləri” kafedrasının əməkdaşları arasında. 
 Birinci sırada solda:1.Ofeliya. 2.Məcid Rəsulov. 3.Gülzar Vahabzadə. 4. Nailə xanım.    
İkinci sırada solda:1.Qurban Bağırov. 2.Yusif Məmmədov. 3.Ədalət Babayev. 4.Gülbahar xanım. 
Üçüncü sırada solda: 1. Abdel-el Kadi.(Səudiyyə Ərəbistanından). 2.Zakir Xankişiyev. 3.Q. Cəlilov.    
 
      Əmimin özü də zarafatcıl idi. Özünün dediyinə görə, bir dəfə Moskvada metroda 
gedirmiş. Yanında da meşin yubkalı yaşlı bir qadın  əyləşibmiş. Qucağında da nəvəsi 
varmış.  Qatarın  tərpənməyi  ilə  qıçında  qəribə  bir  istilik  hiss  etməsi  bir  olubmuş. 
Özündən asılı olmadan cəld ayağa qalxıbmış.  
    Nənə  meşin  yubkadan  axıb  əmimin  şalvarını  isladan  suya  görə  üzr  istəməyə  
başladıqda əmim deyir:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə