1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

  
79 
 
yazılmasıyla  fəxr  edə  bilər.  Məcid  Lətif  oğlu  Rəsulovun  monoqrafiyası  riyazi 
ədəbiyyatda müstəsna hadisədir.” 
      BSSR EA-nın akademikləri V. N. Krılov, A.V. Lıkov, SSRİ EA- nın akademiki V. 
A. Krillin, akad. Liderenko, akad. İ. N. Vekua, akad. Bisadze və başqaları bu kitabın 
fövqəl dəyərini qeyd edirdilər. 
      1967-ci il.İngiltərə Kral Riyziyyyat Cəmiyyətinin sifarişi ilə M.Rasulovun  
 
 
        
 
                                                             
 
     “Kontur inteqralı üsulu” kitabı ingilis dilinə tərcümə edilir və Hollandiya Kral Elmlər 
Akademiyasi  North-Holland  Publishing  Company-Amsterdam  nəşriuyyatı  tərəfindən 
çap  edilir.  Kitabın  Amsterdam  çapının  redaktorları  –professor  H.A.Lauwerier  və 
W.T.Koiter bu əsəri “müasir riyaziyyatın ən orijinal nailiyyəti” adlandırırlar. 
     1968-ci il M.Rasulov dekabrın 24-də Azərb.SSR EA-nın müxbir üzvü seçilir. 
     1970-ci  ildə  isə  Amerika  Birləşmiş  Ştatları  və  Kanadada    nəşr  olunur.    Məcid 
Rəsulov monoqrafiyası xaricdə çap edilən ilk Azərbaycanlı riyaziyyatçı idi. Onun  
kitabı da Azərbaycanlı riyaziyyatçının ABŞ  Konqres kitabxanasının kataloqunda  №67-
20014 saylı kartoçka ilə saxlanan  yeganə kitabı idi. Bu tarixi hadisədən sonra dünyanın 
Amsterdam,  Nyu-York,  London,  Tokio  kimi  çox  nüfuzlu  riyazi    məktəbləri      Məcid 
Rəsulov  üsulu  ilə  işləməyə  başladı.  Onun  işləri  biri  digərinin  davamı  olub,  zəncir 
həlqələri kimi bir-birinə bağlana-bağlana gedirdi. 
     Məcid Rəsulovun1975-ci ildə Moskvada – SSRİ  EA-nın “Nauka” nəşriyyatında çap 
edilən ikinci monoqrafiyası da ona yenidən dünya şöhrəti gətirdi. “İkinci tərtib parabolik 


  
80 
 
sistemlər  üçün  məsələlərə  kontur  inteqralı  üsulunun  tətbiqi”  adlan  bu  kitab 
mütəxəssislərin yüksək qiymətini aldı. MDU-nun professoru, Rusiya EA-nın akademiki 
V.A.İlyin  yazırdı:  “...  Hətta,  əlyazma  ilə  ümumi  tanışlıq  belə  məni  M.L.Rəsulovun 
birinci monoqrafiyasının təbii davamı olan bu işinin yüksək elmi dəyəri və əlyazmanın 
çapının məqsədəuyğunluğu haqda nəticəyə gətirdi.” 
     “Məcid  Rəsulovun  birinci  monoqrafiyası  çıxıqlar  və  kontur  inteqralı  üsullarının 
sistematik  şərhinə  həsr  olunmuşdusa,  ikinci  monoqrafiyası  iki  tərtibli  parabolik 
sistemlər üçün məsələlərin həllinə kontur inteqralı üsulunun tətbiqinə  və inkişafına həsr 
olunmuşdu”  deyə  bu  iki  monoqrafiyanı  müqayisə  edən  Y.Ə.məmmədov  və  T. 
M.Rəsulov  onun  1979-cu  ildə  Bakıda  Azərb.SSR  EA-nın  “Elm”  nəşriyyatında  nəşr 
edilən “Çıxıqlar üsulunun differensial tənliklər üçün məsələlərin həllinə tətbiqi”  
 
   
 
                                                        
                                               
M.L.Rəsulov. 
                       Solda:Kontur inteqralı üsulunun tətbiqi 
                       Sağda: Çıxıqlar üsulunun differensial tənliklər üçün məsələlərin həllinə tətbiqi 
 
adlı  üçüncü monoqrafiyasından da söz açırlar. Onlar göstərirlər ki, məhz bu üçüncü 
monoqrafiya “çıxıqlar üsulunun öyrənilməsi və tətbiqi üzrə dərs vəsaitinin yaranması 
zərurəti” üzündən əmələ gəlmişdir. Bu dərslikdə   aşağıdakı əsas məsələlər öz əksini 
tapmışdı:  1.  Çıxıqlar  üsulunun  sonrakı  inkişafı,  xüsusilə  də,  requlyarlıq  şərtlərinin  
dəqiqləşdirilməsi və sadələşdirilməsi; 2.Çıxıqlar üsulunun
 
çoxölçülü məsələlərin (tapılmış asan yoxlanılan  requlyarlıq şərtləri ödənildikdə) tətbiqi 
və  bununla  bağlı  çoxdəyişənli  funksiyanın  çoxqat  inteqral  çıxıqlarısırası  üzrə  ayrılış 
məsələsinin öyrənilməsi; 3. Məxsusi ədədlər hesablama texnikasının köməyi ilə təqribi 
tapıldıqda riyazi fizika məsələlərinin təqribi və ədədi həllərinə çıxıqlar üsulunun tətbiqi; 
4.  Məxsusi  ədədlər  təkrarlanan  olduqda  (bu  suallar  bu  vaxtadək  simin,  çubuğun, 
düzbucaqlı  membranın  və  düzbucaqlı  lövhənin  rəqsləri  tənlikləri  üçün  qarışıq 


  
81 
 
məsələlərin həlli zamanı açıq qalırdı) riyazi fizika məsələlərinin effektiv həllinə çıxıqlar 
üsulunun tətbiqi. 
Yuxarıda  göstərilən  məsələlər  məhz  bu  monoqrafiyada  öz  uğurlu  həllini 
tapdığından  riyazi fizika  mükəmməl bir dərslik əldə etmiş oldu. 
 
********** 
***** 
 
Sevgi və eşq 
XII. 
Mənim düşüncəmə görə əxlaqın və tarazlığın anası sevgidir. “Eşqdir mehrabı uca 
göylərin”  deyən  Nizami  Gəncəvi,  “Eşitdim,  arifə  dedi  bir  nəfər:-Həqiqət  yolunda  ol 
mənə rəhbər. Dedi ki, eşq ilə tanış deyilsən. Aşiq ol, sonradan yanıma gəl sən” deyən 
Əbdürrəhman Cami doğru deyiblər. Kainatı uçulmağa, cəmiyyəti dağılmağa qoymayan 
cazibənin  və  sevginin  cəmi  eşqdir.  Günəşdə  parlamaq.  Ayda  işıq  alıb,  işıq  vermək, 
ulduzlarda  sayrışmaq,  çiçəklərdə  açmaq,  torpaqda  bitirmək,  göydə  çadır  olub  yeri 
qorumaq eşqi vardır.  
        İnsanı  yerə  və  göyə,  sənətə  və  elmə    bağlayan  sevgi  onu  həmişə  yaşamağa  və  
yaratmağa, duymağa və düşünməyə  çağırır. O, insanı sevməyə və sevilməyə, duymağa 
və duyulmağa səsləyir. Məcid Rəsulovu fizika-riyaziziyyat elmləri doktoru, professor, 
müxbir üzv olmasına görə deyil, fizika və riyaziyyat adlı gözəlin-elmin aşiqi olduğu 
üçün sevirdilər. Bunu aləm də bilir ki, doğru aşiq həmişə və hər yerdə sevgiyə layiqdir.   
      Məcid  Rəsulov  danışanda  da  şairanə  danışırdı.  Onun  rəqəmlərindəki  poeziyanı 
görən böyük şairimiz Bəxtiyar Vahabzadə qələmə aldığı yazını “Rəqəmlərdə poeziya” 
adlandırmışdı.  Orada  çox  maraqlı  məqamlar  vardır.  Əlbəttə  ki,  böyük  alimlə  böyük 
şairin dialoqu son dərəcə maraqlıdır. 
      Bəxtiyar Vahabzadə soruşur: 
      -Riyaziyyatçı olmağınızın səbəbini deyə bilərsinizmi? 
      Məcid Rəsulov cavab verir: 
      -Orta məktəbdə oxuduğum zaman riyaziyyat mənə bütün fənlərdən asan görünürdü. 
Yəqin ki, sizə də ədəbiyyat çox asan gəlirmiş. 
       Bəxtiyar Vahabzadə:  
       -Mən ... şeirlə nəfəs alırdım. 
       Məcid Rəsulov: 
       -Mən  isə  rəqəmlərlə,  düsturlarla.  Bəziləri  rəqəmlərdəki  canlı  poeziyanı  görə 
bilmirlər.  ...  Məhşur  riyaziyyatçı  İ.V.Veyerştras  deyir  ki,  qəlbən  şair  olmadan 
riyaziyyatçı olmaq mümkün deyil. Bu sizə qəribə gəlməsin. ... Biz xəyala getməyi də 
çox  sevirik.  ...  Bizim  obyektimiz  atom  zərrəciyindən  başlayır,  kainatın  genişliyində 
qurtarır. Biz fəzada düşünürük. ... rəqəmlərdəki konkretlikdən fəzada mücərrədliyədək 
enirik, qalxırıq. 
      Nəticədə “riyaziyyatçıda riyazi dəqiqliklə şairanə fantaziya birləşir” qənaətinə gələn 
Bəxtiyar Vahabzadə necə də haqlı imiş! Bəxiyar Vahabzadə dedim, yadıma maraqlı bir 
əhvalat düşdü. Səhv etmirəmsə, 1976-cı ilin yayı idi. Mərhum türkoloq və ictimai xadim 
Aydın Məmmədovun da gənclik dövrü idi desəm, yanılmaram. Aydın Məmmədov hələ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə