1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   31   32   33   34   35   36   37   38   39

  
88 
 
     -Nə yaxşı ki, su buraxan nəvə olub, nənə olsaydı, su məni aparacaqdı. 
                                   
 
                         ******************************* 
                                                 ***** 
 
                                             
İtki  
                                   XV 
     1979-cu  ilin  əvvəlləri  idi.  Əbdüləli  müəllim  ağır  xəstələnmişdi.  Həkimlər  də 
ümidverici bir söz demirdilər. Məcid  müəllimin də qardaşının sağalacağına inamı günü-
gündən azalırdı. Başından  əsən soyuq küləklər ürəyinin yanğısını soyuda bilmirdi. Elə 
hey özünü qınayırdı. Bu illərdə üstünü kür-külfət basan Əbdüləli müəllimin lazımınca 
qayğısına qala bilməmişdi. Bircə ondan təsəlli tapırdı ki, qardaşı uşaqları Mahir, Rafiq 
və hər cür dəcəlliyini dərman kimi qəbul etdiyi                             
Namiq-Kamal oxumağa, öyrənməyə  meyilli idilər. Onların gələcəkdə böyük ziyalılar 
olacaqlarına Məcid müəllim şəkk-şübhə eləmirdi.  
    Bu dəfə də ataəvəzi qardaşını görmək üçün Şəkiyə gəlmişdi. Ağrıkəsici iynələrdən 
sonra sakitləşmiş Əbdüləli müəllim Məcidlə söhbətləşdikcə ötən günlərini xatırlayırdı. 
Axırda  heç özünü bağışlaya bilmədiyini dedi. Onda Məcid müəllim maraqla soruşdu: 
     -Nə günahın var ki, özünü bağışlaya bilmirsən? 
     -Bu bir neçə ildə atamın qəbrini ziyarət edə bilmədim, qardaş. 
     Bu sözdən Məcid müəllim də tutuldu, lakin qardaşını ürəkləndirmək üçün dedi: 
     -  Bu  işdə  günahkar  mənəm.  Allah  qoysa  yazbaşı  səni  də  aparıb  gedəcəyəm. 
Yeniyetmə yaşımda gördüyüm Kokaralı birlikdə ziyarət edərik.  
     Əbdüləli müəllim yerindən bir qədər dikələrək əlavə etdi6 
     -Düz deyirsən, qardaş. Orada bizim 
Əmin əkə Ötəroğlu, Bərdah əkə, 
Qarabay  əkə
 
kimi  dostlarımız  var.  Daut  dağı,  Daut  dağının  döşündə  atamızın  qəbri  yolumuzu 
gözləyir.  Anamız  “məni  elə  yerdə  basdırın  ki,  Daut  dağının  döşündən  Azərbaycana 
baxan atanız məni görə bilsin” demişdi. Unutmaq olarmı?
 
      -  Niyə  unuduruq  ki?  Sən  bir  özünə  gəl,  qışı  aradan  çıxaraq!  O  şeylər  mənim 
boynuma! 
 
                                                        ***  
                                                          *  
      Yanvar ayının 28-i idi. Günortadan keçmişdi. Onsuz da səhərdən narahat olan Məcid 
Rəsulov Şəkiyə azı bir on dəfə zəng etmişdi. Hər dəfə zəng edəndə ona: -Narahat olma!- 
demişdilər.  O  isə  narahat  idi.  Dərs  deyəsi  halı  olmadığından  dərsə  assistenlərini 
göndərmişdi. İçində   onu Şəkiyə  çəkən dəli bir istək var idi. O, Şəkiyə getmək istəyirdi. 
Axır  ki,  dözmədi.  Rektordan  icazə  alıb  Şəkiyə  doğru  yola  düş  mək  qərarına  gəldi. 
Yığışlanıb evdən çıxmaq istəyirdi ki, zəng gəldi. Heydən düşdüyünü hiss edib Qumru 
xanımı sıslədi: 
     -Qumru,  telefonu götür!  
     Şəkiyə getmək lazım gəlirdi. Onsuz da sürücüsü Məcid müəllimlə  Qumru xanımın 
geyinib çıxmalarını gözləyirdi. 


  
89 
 
   Onlar  Şəkiyə  çatanda    gecə  saat  2-yə  az  qalırdı.  Ev  qələbəlik  idi.  Məcid  müəllimi 
görən kimi tanıdılar. Yol verdilər. Molla Əbdüləli müəllimin baş qaltında oturub astadan 
quran  oxuyurdu.  Məcid  müəllimin  hənirtisini  duymuş  kimi  olduğundan  Əbdüləli 
müəllim  gözlərini  açdı.  Üzünə  işıqlı  bir  təbəssüm  qundu.  Gülümsədi.  Əbdüləli 
müəllimin  gülümsədiyini  görən  Məcid  müəllim  də  gülümsəyib  onu  bağrına  basmaq 
üçün əyildi. Bu, son görüş idi. Hər şey qurtarmışdı. 
 
                                                        ***  
                                                          * 
     Əbdüləli  müəllimi  də  anası  Güllü  xanım  kimi  dağ  döşündə  dəfn  etdilər.  İndi 
Kokaraldakı Daut dağın döşündən baxan Hacı Lətif kişi arvadını da, oğlunu da rahatca 
görə bilərdi. 
      Qəbristanlıqdan enərkən Məcid müəllim çevrilib axirət evlərinin sıralandığı məkana 
bir də baxdı. Qəbristanlıq vərəqləri açıq qalan tale kitabına bənzəyirdi.   Hər başdaşı bir 
ömür-gün romanının titul səhifəsinə oxşayırdı. Birdən haçansa bir məzar daşı üzərində 
oxuduğu yazı yadına düşdü: 
 
Bir sehirli yazı vardır... 
Oxu, daşımın üstündə. 
Daşım açıq bir kitabdır, 
Durur başımın üstündə. 
Övladlarım yaş yetirsin 
Mənim yaşımın üstündə
 
      Çiyninə toxunan bir əl onu fikrindən ayırdı: “Məcid müəllim, camaat sizi gözləyir. 
Qəbristanlıqdan çıxın ki, molla dua verə bilsin. Uşaqlara deyin, onlar da gəlsinlər.”   
      Məcid  müəllim,  Mahir,  Rafiq  və  Namiq-Kamal  qəbristanlığın  qapısından  çıxıb 
camaatla birlikdə dayandılar.   
      Molla dua verib, “Fatihə” oxuyan kimi camaat hüzr yerinə üz tutdu.  Məcid müəllim 
isə  hələ  də  qəbristanlığa  baxmaqda  davam  edirdi.  Yanında  dayanıb  duran  Mahirə, 
Rafiqə  və  Namiq-Kamala  nəsihət  edir,  məhz  belə  məqamda  möhkəm  olmağın  lazım 
gəldiyini  izah  edirdi.  Səbrli  olmağın  bərk  ayaqda  insanı  əyilməkdn  qoruduğunu 
söyləyirdi. 
      Elə bu məqamda kiminsə qolundan tutub yüngülcə özünə doğru çəkdiyini hiss etdi. 
Baxdı ki, sinif yoldaşıdır. Qucaqlaşdılar. Sinif yoldaşı Məcid müəllimə  qəfil bir sual 
verdi: 
- Qəbristanlıq tərəfə nə çox baxırsan, a pir olmuş? Elə bil, kitab oxuyursan. De görək, 
ora nə yazılıb? 
 


  
90 
 
                          
 
 
    Məcid  müəllim  sual  gözləmirdi.  Gözləsə  də,  başqa  bir  məzmunda  sual  gözləyirdi. 
Ayda-ildə  bir  dəfə  sinif  yoldaşına  rast  gələsən,  o  da  sənə  belə  bir  natərəs  sual  verə.  
Deyəsən, sinif yoldaşı da sualının yerinə düşmədiyini hiss etmişdi. 
    Məcid müəllim bir aşağı, bir də yuxarıya baxdı, təkcə bunları deyə bildi: 
    -Yaxın gəl, sən də bax. Görürsənmi? 
    -Yox, görmürəm. 
    -Onda mən oxuyum, sən də qulaq as. 
    -Oxu! 
    -Orada yazılıb: 
 
Ölülərdən dirilərə salamlar 
Darıxmasın bizdən dala qalanlar. 
 
     Məcid müəllim sinif yoldaşının tutulduğunu görüb əlavə etdi. Biz də  darıxmayaq. 
Əvvəlcə evə gedək. Orada hamı məni gözləyir.  
       
                              ***************************** 
                                                  ***** 
                                 İrsiyyət 
                                    XVI 
 
          
Məcid  müəllim  yaxşı  bilirdi  ki,  irsiyyətə  və  şəxsiyyətə  kommunistcəsinə  baxış 
özünü doğrultmur. O, irsiyyəti də, şəxsiyyəti də, onların xeyirxah və bədxah tərəflərini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə