1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

  
54 
 
 Ondan sonra bu vəzifəni  M. Əfəndiyev, Ş. Manafov, C. Məmmədzadə kimi görkəmli 
ziyalılar icra etmişdilər.  1927/1928-ci, 1928/1929- cu  tədris illərində bəzi çətinliklər 
üzündən  Azərbaycan  Pedaqoji  İnstitutu  ADU-ya  birləşdirilsə  də,  1929/1930-u  tədris 
ilindən  etibarən  Pənah  Qasımovun  rəbərliyi 
(01.09.1929-10.12.1930)   
ilə  əlahiddə  tədris 
müəssisəsi  kimi  yenidən  fəaliyyətə  başlamışdı.  P.  Qasımovdan  sonra  Məmməd 
Bayramov 
(10.12.1930-22.02.1933)
,  Bəşir  Bünyadov 
(22.02.1933-21.12.1933)
  APİ-nin  rektoru 
olmuşdular. Məcid Rəsulovun APİ- dəki tələbəlik illəri Mirzə Məmmədovun 
(21.12.1933-
25.05.1936)
, Davud  Rəsulzadənin
 (26.05.1936-  31.02.1937  və  ya  08.08.1936-25.01.1937)
,  Hüseyn 
Musayevin 
(31.01.1937-07.10.1937)
  və  Aqil  Salayevin 
(22.11.1937-27.11.1939)
  direktorluğu 
dövrünə  təsadüf  etmişdi.  Adları  çəkilən  direktorların  direktorluq    müddəti  ilə  bağlı 
rəqəmlərdəki  çarpaşıqlıq  və  çarpıcılıq  repressiya  dövrünün  dolaşıqlıqlarından  irəli 
gəlmışdi. 
     “Stalin-Beriya-Bağırov Üçlüyü”nün ən şirin dövründə və bağıra-bağıra Bağırovdan 
sitat gətirənlərin ən alovlu vaxtında  Kremldəki havadarı Anastas İvanoviç Mikoyana 
görə Azərbaycanı, demək olarki,  Partiya Təşkilatının  rəhbərliyində sözü keçən Levon 
Mirzoyan  idarə  edirdi. 
 
Nəticədə  1932/1933-cü  tədris  ilində  APİ-nin  bütün 
fakültələrində erməni şöbələri açılmışdı.  Vətəndən və millətdən dəm vuranların gözləri 
qarşısında  kütləvi  repressiyalar  keçirildi.  APİ-nin  “SSRİ  tarixi”  kafedrasına 
M.Q.Əsiryan,    “Marksizm-Leninizm”  kafedrasına  Q.A.Simonyan,  “Siyasi  iqtisad”  
kafedrasına  T.  A.  Petrosyan,  “İngilis  dili”  kafedrasına  T.  O.  Akopova,  “İqtisadi 
coğrafiya” kafedrasına T. A. Koçaryan rəhbərlik edirdilər.    
     Çox  iyrənc  bir  dövr  idi.  Sözdə  ölkənin  birinci  adamı  olan  Mir  Cəfər  Bağırov     
qorxunc xəyali bir obraz şəklində təbliğ olunur və elə o cür də təsəvvür edilirdi. Xalqı 
daim  qorxu,  səksəkə  və    çaşqınlıq  içində  saxlamaq  üçün  onun  varlığına  hamını 
inandırmaq istəyirdilər. Bağırov var idisə də, təbliğat üçün var idi. Axı, 
 
 
            
 
 
                                                             Azərbaycan Pedaqoji İnstitutu 


  
55 
 
 
o. Azərbaycan üçün necə var idi ki, APİ-nin “Ümumi tarix” kafedrsı S. P. Ağayan,
 
A.  A.  Padikyan,    A.  S.  İonesyan  ,  Q.  S.  Aslanyanla,  “Pedaqogika  və  psixologiya” 
kafedrası  Q.  Q.  Karamyan,  A.  M.  Tevosyanla  doldurulmuş,  “Dil-ədəbiyyat” 
fakültəsində isə A. A. Qəribyan və A. A.  Balayan çalışırdılar.  
       1930-cu  illərin  axırlarına  yaxın  APİ-nin
 
“Riyaziyyat”  fakültəsində  X.  O. 
Qayamova,  A. A. Kartaşyan, S. A. Xaçiyan, E. S. Qriqoryan, “Fizika” kafedrasında S. 
S. Baqdasaryan, T.A.Qakisov kimi açıq-aşkar antitürk xətti 
 
yeridən ermənilər məhz o məşhur “Üçlüyün” üçüncü həlqəsi kimi təbliğ edilən şəxsin 
xeyir-duası ilə yerləşdirilmişdilər. Bəzən insan özündən asılı olmayaraq fikirləşir ki, o 
məhşur “Üçlüy”ün üçüncü həlqəsi nə gündə olmuşdur? Nə üçün  yerdə qalan həlqələr 
onu saya salmamışlar? Əgər onu saya saldıqları halda belə hadisələr baş vermişdirsə, o 
kim  imiş?  Bəlkə  də,  o  illərin  reallığı  onda  imiş  ki,  adamlar  bu  sualı  verməkdən 
çəkinmişlər.  Hamı  bilirmiş  ki,  o-cəlladdı,  “Stalin,  Beriya,  Mikoyan  Üçlüyü”nün 
hökmünü yerinə yetirəndi. Məhz bu cəlladın razılığıyla 1931- ci ildə APİ-də yaradılan 
26  kafedranın    çox  önəmli  əməkdaşları  repressiya  illərində  həbs  edildi,  sürgünə 
göndərildi və güllələndi. Onlar üçün Azərbaycan əl dəyməyən meşə kimiydi. Onlar sapı 
özümüzdən  olan  baltaları  kommunist  ideologiyası  və    ateist  düşüncələrlə  itiləyir, 
Şəkililər  demişkən,  xartlayırdılar.  Kommunist  və  ateist  baltaçılar  əyri  ağaclara 
söykənib, düz ağacları kəsirdilər. Bu rəzalətə təkcə APİ deyil, bütünlüklə  Azərbaycan 
xalqı dözməli olurdu.  Məcid Rəsulov da o vaxtkı sənədlərində məcburi olaraq özünü 
“kasıb  bağban  oğlu”  kimi  təqdim  edirdi.  Əlbəttə  ki,  duyğulu  bir  gəncin  ürəyincə 
olmayan bu təqdimat onun insanlarla davranışı və rəftarına da sirayaət etmişdi.     
      Şəksiz ki, Məcid Rəsulovun xarakterindəki ciddilik və obyektivlik elmə münasibəti 
ilə,  sərtlik  isə  ilk  gənclik  və  tələbəlik  illərində  məruz  qaldığı  və  müşahidə  etdiyi 
haqsizlıqlarla bağlı olmuşdur. Belə deyirlər ki,  nə vaxtsa qəbul imtahanları zamanı bir 
ermənini  lap  yuxarılardan  tapşırıblarmış.  Qəbul  imtahanı  götürən  müəllimlər  nəyin 
bahasına  olursa-olsun,  yuxarılara  yarınmaq  üçün  heç  bir  riyazi  düşüncəsi  olmayan 
erməniyə  dolayı  yollarla  kömək  edirlərmiş  və  aradabir  abituriyenti  tərifləyirmişlər. 
Onların  hərəkətlərini  izləyən  Məcid  Rəsulov  savadsız  erməninin  qiymətini  yazıb 
komissiya üzvlərinə deyir: ”Abituriyentin qiymətini yazmışam qol çəkin!” Sən demə, 
Məcid Rəsulov kütbeyin abituriyentə “2” də yox, “1” yazıbmış. Heyrətlənmiş komissiya 
üzvləri  savadsız  abituriyenti    müdafiə  etməyin  faydasız  olduğunu  qət  edib  imtahan 
vərəqəsini imzalayırlar.  
      Məcid Rəsulovun APİ ilə tanışlığı onun bir alim və bir şəxsiyyət kimi yetişməsində 
müstəsna  rol  oynamışdı.  O  burada  elmin  və  siyasətin  necə  kəsişdiyini,  aşağıya  və 
yuxarıya hansı bucaqlardan baxıldığını görmüşdü. Düz bucaq, kor bucaq, iti bucaqdan 
baxmağın riyazi məntiqi ilə yanaşı siyasi-ideoliji məntiqini də  öz şəxsiyyətində yaşayan  
tələbə Məcid məhz burada Məcid Rəsulov kimi yoğrulub yapılmışdı. Burada – APİ-də 
“Riyaziyyat” kafedrasına prof. M. R. Əfəndiyev, “Fizika” kafedrasına dossent R. M. 
Məlikov,  “Riyaziyyatın  tədrisi  metodikası”  kafedrasına  isə  prof.    A.  M.  Ammosov 
rəhbərlik  edirdilər.  Onlar  ləyaqətli  elm  adamları  idilər.  Onları  elmin  gələcək  inkişafı 
düşündürürdü. Məcid Rəsulov üçün müəllimləri, müəllimləri üçün Məcid Rəsulov əsil 
kəşf  idi.  Elmin  uğurla  və  uğursuzluqla  dolu  dolanbac  yollarında  saç  ağardan  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə