1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

  
32 
 
        -Qonağı əliboş yola salmamaq bizim köhnə adətimizdir. 
        -Adətiniz  başınıza  dəysin!O,  antisovet  elementdir!  Fanatikdir!  Milliyyətçidir! 
Üsyan  baş  verən  günlərdə  onun  dəstələri  kommunistlərin  mənzillərinə  soxulub 
axtarışlar aparıblar. Bəzi axtarışlarda şəxsən onun özü iştirak etmişdir. Üsyanın haqq işi 
olduğunu təbliğ eləmiş, adamları qalib gələcəklərinə inandırmış, sovet hökumətinin zəif 
və dayanıqsız olduğunu sübut etməyə çalışmışdır. Antisovet təbliğatlarına görə Çopur 
Qaffarı,  Hacı  Qənini  keçən  ilin  yazında  güllələdik.  Sən  də  hökumət  əleyhinə  nəinki 
danışan,  hətta,  əlində  silah  vuruşan  Oxudlu  Kor  Umarla  dost  olmusan.  Sizin  onunla 
əlaqələriniz ... 
          -Sizin yox, sənin. Sizin deyərsən, sənin özünə iş açarlar. 
          Bu  qəfil  müdaxilədən  Yelyanın  rəngi  kağız  kimi  ağardı,  ancaq  özünü  o  yerə 
qoymadı: 
          -Sənin  onunla  olan  əlaqələrin  başdan-ayağa  cinayətdir.  Dövlətin  düşməni  ilə 
dostluq  etmək  dövlətlə  düşmənçilikdir.  Bisavad  musurman!  Dosluqla  düşmənçiliyin 
fərqini  də  bilmir.  Bu  gün  martın  16-dır. Kişi.  Novruz  bayramını  kamerada  keçirməli 
olacaqsan. Özün çalıb, özün də oynayarsan. Çal-çağır öz yerində, məhkəmənin qərarını 
gözləməli olacağıq. Sovet hökumətinin nə qədər ədalətli olduğunu onda görəcəksən. 
            Araya ağır bir səssizlik çökdü. Nə o tərəf soruşdu, nə də bu tərəf cavab verdi. 
Hacı Lətif kişinin üzündə ölümünə atılan şir qətiyyəti, Yelyanın üzündə 
 isə tülkü təbəssümü var idi. Nəhayət, Yelyan artıq qapıya çatan milis nəfərinə 
 əmr etdi: 
            -Apar! 
            Hacı Lətif kişi milisin müşayiəti ilə kameraya endi.   
 
********** 
***** 
 
         Aradan keçən bir neçə gün müddətində Nuxa-Zaqatala dairəsi Azərbaycan Dövlət 
Siyasi İdarəsinin müvəkkili Bliznitsov müstəntiq Yelyanın məruzələri və təqdim etdiyi 
istintaq  sənədləri  ilə  tanış  oldu.  Azərbaycan  SSR  Cinayət  Məcəlləsinin  18/79-cu 
maddələri ilə haqqında cinayət işi açılan Nuxa sakini Hacı Lətif kişinin 47№-li qovluqda 
saxlanan  sənədləri  əsasında  hazırladığı  ittihamnaməni  20  mart  1931-ci  il  tarixdə 
yekunlaşdırdı.    Bliznitsov  47№-li  qovluqdakı  sənədlərə  isnad  edərək  62  yaşlı,  türk, 
Az.SSR  vətəndaşı,  azsavadlı,  partiyadan  kənar,  ailəli,  fabrikant  və  fabrikantlar 
komitəsinin  üzvü, səsi  alınmış, haqqında 18/79  maddələri ilə   cinayət  işi  açılan  Hacı 
Lətif Rəsul oğlu barəsində əldə edilən sənədlərin onun cinayətkar olduğunu sübut etmək 
üçün kifayət qədər olması qənaətinə gəldi.  
 O  bu sənədlərin ictimai təhlükəsizliyin qorumması naminə baxılmaq  və lazımi ölçülər 
götürülməsi    üçün  dəlil  kimi  Nuxa-Zaqatala  dairəsinin  Fövqəladə  Siyasi  Üçlüyünə  
təqdim edilməsini məsləhət bildi. Hətta, istintaq zamanı şahid ifadələrindən də istifadə 
edildiyini  qed  etməyi  unutmayan  Bliznitsov  təqsirləndirilən  şəxsin  Nuxa-Zaqatala 
dairəsi Azərbaycan Dövlət Siyasi İdarəsində saxlandığını, iş üzrə əlavə maddi dəlillərin 
olmadığını  xüsusi  olaraq  ittihamnamənin  sonuna  arayış  şəklində  əlavə  etdi.  Nuxa-
Zaqatala  dairəsi  Azərbaycan  Dövlət  Siyasi  İdarəsinin  müvəkkili  Bliznitsovun 


  
33 
 
hazırladığı ittihamnaməni Azərbaycan Dövlət Siyasi İdarəsi əməliyyat sektorunun rəis 
müavini Bədəlov məxsusi olaraq “razıyam və təsdiq edirəm” şəklində imzaladı. 
                   
 
 
       Nəhayət, Hacı Lətif Rəsul oğlunun istintaq işi üzrə açılan 47№-li qovluq 21 mart 
1931-ci  il  tarixdə  bağlandı    və  Az.SSR  Gəncə  dairəsi  rayon  Fövqəladə  Üçlüyünün  
sərəncamına göndərildi.  
 
********** 
***** 
Doğma ev, doğma doqqaz 
IX 
      İstintaqın başa çatması ilə əlaqədar olaraq Hacı Lətif  kişini qaş qaralandan xeyli 
sonra evə buraxmışdılar.  O,  ev dustağı kimi  yaşamalı, məhkəmə olacağı günə qədər 
Nuxadan kənara çıxmamalı idi. 
       O  gün  evə  çatıb  darvazanı    döyəndə  gecə  yarıdan  keçmişdi.  Doqqazlarda  artıq 
sönməkdə  olan  bayram  tonqallarının  yeri  közərirdi.  Novruz  yeli  vurduqca  ətrafa 
səpələnən qığılcımlar qaranlıqda uçuşan ulduzları xatırladırdı. Sakitlik idi, yolda-izdə 
bir  kimsə  görünmürdü.    Evə  çatıb  bağlamadakı  yorğan-döşəyini  darvazanın    ağzına 
qoyub  üstündə  oturdu.      Elə  bil  öz  doğma  darvazasını  döyməyə  əli  gəlmirdi.  Yan-
yörəsinə boylandı. Ətrafında heç kim yox idi.  Onu kameraya girəndə də, kameradan 
çıxanda da müşayiət edən milis nəfərinin izi-tozu görünmürdü. Deməli, müvəqqəti olsa 
da, sərbəst buraxılmışdı.  Gülümsədi. Ayılan kimi oldu. Qalxıb qapını döyməyə başladı, 
sanki himə bənd imiş kimi gələn adamın ayaq səslərini eşitdi. Ürəyi şiddətlə döyünməyə 
başladı. Qapının o üzündən səs gəldi: 


  
34 
 
         - Kimsən? 
       Əbdüləlinin səsi idi. Hacı Lətif kişi “Mənəm, ay oğul, gəlmişəm!” demək istədisə 
də, səsi boğazına tıxanıb qaldı. Səsi açılsın deyə boğazını arıtlamaq istədi, Əbdüləli elə 
o dəqiqə səsi aldı: 
       -Ata, sənsən? Bu dəqiqə! 
     Qapı  sürətlə  açıldı.  Qucaqlaşdılar.  Əbdüləli  bir  az  zəif,  bir  az  xırıltılı,  bir  az  da  
günahkar səslə dedi: 
      -Allah bu hökumətin bəlasını versin, ay ata! Görüşməyə qoymadılar. 
      -Bilmirəmmi, ay oğul? Ev-eşikdə salamatlıqdırmı? Anan, uşaqlar necədirlər? 
      -Hamımız yaxşıyıq. Bircə dərdimiz var idi. O da sən idin. Allaha çox şükür olsun!  
      Həyətdən  keçib  evin  qapısına  çatanda  Əbdüləli  özünü  qabağa  verdi.  Qapını  açıb 
sevincək olan xırda uşaqlar kimi: - Atam gəlir!-dedi. 
      Evdəkilər  şişirləyib  ayağa  durdular.  Hamid  hər  iki  əlini  açıb  körpə  ayaqları  ilə 
atasının   üstünə yüyürdü. Uşağın uşquna-uşquna gəlməsi Hacı Lətif kişini kövrəltdi. 
Uşağı qaldırıb köksünə basdı. Atasına sıxıldıqca uşağın ürəyi quş ürəyi kimi döyünürdü. 
Yaşarmış gözlərini barmağının ucu ilə silib Əbdülməcidi bağrına basan Hacı Lətif kişi 
Güllü xanımı görəndə lap özünü itirdi, bilmədi ki, uşaqlarının qabağında onu qucaqlasın, 
yoxsa  yox.  Nə  yaxşı  ki,  Güllü  xanım  yaylığının  ucu  ilə  dolan  gözlərini  silib,  özünü 
toxdatdı:-Hardaydın, ay kişi?-deyərək irəli yeridi, ərinin sinəsinə qısıldı. Hacı Lətif kişi 
Güllü xanımın necə sınıxdığını üzə vurmadan:-Olan şeydir, ay arvad! Çaydan, çörəkdən 
nəyin  var?  Gətir  görüm!-deyərək  evin  yuxarı  başına  keçdi.  Elə  bil  ki,  hamı  bunu 
gözləyirdi.  Süfrə  açıldı.Ortalığa  çay-çörək  gəldi.  Söhbət  edə-edə  bir  də  gördülər  ki, 
səhərin gözü ağarır.  
      Bunu  görən  Hacı  Lətif  kişi:-Hamı  yatağa!-  deyib  Səhərin  alatoranlığında  həyətə 
çıxdı. Sağa-sola var-gəl etdi. Sanki öz əliylə qayğısını çəkdiyi həyətə deyil, haçansa 
gördüyü  həyətə  baxırdı.  Nəyin  dəyişdiyini,  nəyin  dəyişmədiyini  bilmək  istəyirdi. 
Doğma həyətin havası necə sərin, necə təmiz olurmuş. Yenə də gözləri doldu. Arxadan 
gələn hənirti səsini duymasaydı, əməlli-başlı ağlayacaqdı. Bu onun illərlə nazını çəkdiyi 
Güllüsü idi. Amma bu dəfə gülü solmuş Güllüsü , bağban sığalına həsrət qalmış Güllüsü 
idi.  
       Güllü  xanım  özünə  xas  olan  nəzakətlə:  -Kişi,  daha  deyəsən,  gecəylə  gündüzü 
dəyişik salırsan. Səhər açılsa da, yatmaq vaxtıdır. Adamın yolu bir az uzağa düşəndə nə 
olar  ki?-  deyə  ona  yaxınlaşdı.  Hacı  Lətif  kişi  Güllüsünün  zərif  ürəyindən  gələn  bu 
sözlərə tab gətirə bilmədi. Güllü xanımın boynunu qucaqladı. Beləcə, böyür-böyrə, yan-
yana evə sarı döndülər. 
 
********** 
***** 
Son görüşlər 

     Hacı  Lətif  kişinin  gəlişini  eşidənlər  onları  görüb-eləyənlər  olmasın  deyə 
alaqaranlıqda onlara gəlir, gözaydınlığı verirdilər. Bəlkə hökumətin insafa gələcəyini 
dilə gətirənlər də olurdu. Məhkəmənin ədalətlə başa çatacağına ümid bəsləyənlərin də 
sayı  az  deyildi.  Bəzən  Hacı  Lətif  kişinin  özü  də  deyilənlərə  inanır,  hər  şeyin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə