1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

  
24 
 
        Elə  bu  vaxt  darvazanın  asta-asta  döyüldüyünü  eşdildi.  Hamı  bir-birinin  üzünə 
baxdı. Araya bir anlıq sükut çökdü. Əbdül Əli yerindən qalxa-qalxa:-Gedim, görüm, 
kimdir?-dedi. 
       Bir azdan Əbdül Əlinin kiminləsə danışa-danışa gəldiyini gördülər. Əbdül Əlinin 
yanındakı adam mülkü geyimdə idi, lakin danışığının amirəliyindən hiss olunurdu ki, 
hökumət  adamıdır.  Nəhayət,  onlar  içəri  girdilər.  İçəridəkilər  ayağa  qalxdılar.  Gələn 
adam salam verib, özünü təqdim etdi: 
        -Mən  Azərbaycan  Dövlət  Siyasi  İdarəsinin  əməkdaşı  yoldaş  Naibovam.  
Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri və katibi tərəfindən imzalanmış 53 №-li order 
əsasında gəlmişəm.  Evdə axtarış aparmalı, əmlakınızı siyahıya almalıyam. Sonrasını 
da  ki,  özünüz  bilirsiniz.  Güllü  xanım  yaylığının  ucu  ilə  gözlərini  silə-silə  yan  otağa 
keçdi. Naibov ucaboylu, enlikürək bir adam idi. Pəncərənin qabağında oturub ayağını 
ayağının üstünə aşırdı, dəftərini açdı, dizinin üstündə yazmağa başladı: “Nuxa rayon 19-
cu rayon ...”  Sonra da ev əşyaları bir-bir  siyahıya alındı.  
Evdəki  kitablara  nəzər  salarkən  əski  əlifba  ilə  yazılanları  ayrıca  qeyd  etdi.    Onları 
yandırmağı lazım bildi. Bu barədə ailənin böyük oğlu kimi Əbdül Əlidən izahat da aldı.       
 
 
                 
 
 
 
         
Artıq  gecənin  yarısından  da  keçmişdi.  Hamı  oyaq  idi,  axtarışın  nə  ilə 
nəticələnəcəyini gözləyirdilər. Naibov əllərini belində çarpazlayıb, yerə baxa-baxa var-
gəl edirdi. Axır ki, başını qaldırıb Hacı Lətif kişiyə zilləndi:  
         -Hacı Lətif, arvad uşaqlarla salamatlaş, gedirik. 
         Hacı Lətif kişi, bəlkə də, ömrü boyunca bu qədər yazıq görünməmişdi. Əvvəlcə 
Əbdül Məcidə baxdı. Yəqin ki, ürəyində : - Sənə heç nə edə bilmədim. Səni ata kimi 
yetərincə  əzizləyə,  oxşaya  bilmədim.-  dedi.  Hacı  Lətif    kişi  əyildi,  Əbdül  Məcidi 
köksünə sıxdı, sanki bir dəstə qızılgül iyləyirmiş kimi onu iylədi, o üzündən, bu üzündən 
öpdü. Dikəldi:- Kişi ol, məhkəm dur!-dedi. Sonra Güllü xanıma döndü: -Ürəyini sıxma, 


  
25 
 
arvad!Uşaqlara  atalıq  elə!-deyə    gülümsündü.  Güllü  xanım  qəlbindəki  həyəcanı 
boğaraq:-Uşaqların  atası  sağ olsun! Özü gələr, özü də atalıq edər!-cavab verdi. Cavab 
verdi və üzünü yana çevirdi. Əbdüləli ilə ikəlli görüşən Hacı Lətif kişi: -İndi hər şey 
sənin üzərinə düşür, oğlum! –deyə başını xəfifcə onun sinəsinə qoudu. Hacı Lətif kişi 
oğlunun sanki necə nəfəs almasını bilmək istəyirdi. 
          Elə ki, görüş bitdi, Hacı Lətif kişi siyasi idarənin əməkdaşı Naibova müraciətlə 
dedi: “Bu gün səhər müstəntiq Yelyana  yoldaş dedim, qəbul etmədi.”  Naibov onun 
sözünü tələsik kəsərək: -Bu hadisə dünən olub, artıq martın 13-dür- deyə cavab verdi. 
Hacı Lətif kişi sual etdi: “Bu iki gün arasında fərq varmı?” 
Siyasi İdarənin əməkdaşı Naibov sanki ayılan kimi oldu:  - Elə bir fərq yoxdur.-deyə 
başını buladı.  
     Ailə  üzvləri  Hacı  Lətif  kişini  darvazaya  qədər  ötürdülər.  Səhərin  alatoranlığında 
cırıltı ilə açılıb örtülən bala qapının səsi havanın sərinliyində əriyib axdı. 
 
********** 
***** 
 
Yenə istintaq 
VII 
        Bir  də  ayılıb  yan  divardakı  əl  boyda  işıqlıqdan  düşən  işığa  görə  günün  günorta 
yerinə  gəldiyini  qət  etdi.  Ancaq  paltarlı  yatmağı  ona  çox  qəribə  göründü.  Gözlərini 
ovuşdurdu.  Yarıqaranlıq  otağın  təkadamlıq  kamera  olduğunu  anladı.  Birdən  siyasi 
idarənin  əməkdaşı  Naibovu xatırladı. Deməli, kameraya  girən  kimi  pencəyini  çıxarıb 
üstndə oturduğunu, beləcə əllərini başına dayaq verib, heç özü də bilmədən  yuxuya 
getdiyini  xatırladı. 
       Qəfildən  kameranın  qapısı  döyüldü,  qapının  pəncərəciyi  açıldı.  Növbətçi  milis 
soruşdu:  
      -Nəyəsə ehtiyacın var? 
      - Çölə çıxmaq istəyirəm.  
      -Olmaz!  
      -İbornnıya deyirəm. 
      - Onda olar. 
       Qapı açıldı.     
       Getdilər. Gəldilər. Əgər o suya su, o çörəyə çörək demək olardısa, iki dəfə içməyə 
su, yeməyə çörək verdilər.     Nə ona bir söz deyən oldu, nə də ondan bir söz soruşan. 
Hərdənbir eşidilən addım səsləri də qaranlıq fikirlərdən başqa bir şey yaratmırdı. Bircə 
Allah bilirdi ki, kim kimin yanına gedir, kim kimin yanından  gəlirdi. Görəsən, onun da 
yanına gəlirdilərmi ? Bunu da bircə o Allah bilirdi. Hacı Lətif kişi qapının pəncərəciyinə 
yaxınlaşıb növbətçi milisdən nəyi isə soruşmaq istəmişdi, lakin fikrindən vaz keçərək 
bir neçə dəfə ayağa durub oturmuşdu.   
         Yan divardakı əl boyda işıqlıqdan daha işıq gəlmirdi. İçəri də qaranlıq idi, bayır 
da.  Ancaq  bu  yuxu  gətirən  qaranlıq  idi.  Hacı  Lətif  kişi  səhər  açılan  kimi  dünyanın 
işıqlanacağını,  müstəntiqlə  görüşəcəyini  xəyalına  gətirdikcə  xeyli  rahatlanırdı.  Nə 
etməli ki,  müstəntiq erməni Yelyan olacaqdı.   Təsəlli yeri o idi ki, səhər açılacaqdı. 


  
26 
 
Birdən-birə Törə Salamın sözlərini xatırladı: “Atam balası, adam var ki, səhəri hər gün, 
adam da var ki, səhəri günötürə açılır. Adam da var ki, səhəri üç ildənbir, beş ildənbir 
açılır. Adam da var ki, səhəri aqçılmır ki, açılmır. Bu məqamda üşüdüyünü hiss edən 
Hacı Lətif kişi divarın bir küncünə sıxıldı, balacalaşdı, sanki yumağa döndü. Açılmayan 
səhərlər onu qorxutmuşdu. Nə yaxşı ki, yanında heç kim yoxdu. Nə yaxşı ki, öz dərdini 
özü çəkirdi. Fikirləşəndə ki, onlar da onun dərdini çəkirlər, titrəməyə başladı. Titrəyə-
titrəyə də yuxuya getdi. 
        Açılan  pəncərəciyin  cırıltısı  onu  ayıltdı.  Növbətçi  milis  idi.  Pəncərəciyin 
qabaqlığına yarım kasa su, əl boyda çörək qoymuşdu. Çörəyi suya batırıb yemək lazım 
gəlirdi. Neyləməli?  
        Məhbus  olduğuna  inanmaq  gərəkirdi.  Onsuz  da  Hacı  Lətif  kişi  Şura  hökuməti 
Şəkiyə  gələn  gündən  səksəkə  içində  yaşayırdı.  Fabrikini,  bağını  əlindən  almışdılar.   
Yenə də bu erməni-rus  hökumətinin qəzəbi soyumamışdı. Niyəsi isə Hacı Lətif kişiyə 
bəlli  deyildi.  Doğrudanmı  bu  hökumət  fəhlə-kəndli  hökuməti  idi?  Bu  hökumətin 
bayrağındakı oraq fəhlə oğlun kapitalist atasının boğazını kəsmək, çəkic isə kolxozçu 
övladın  mülkədar  valideynlərinin  başını  əzmək  üçün  idimi?  Hacı  Lətif  kişi  elə  hey 
fikirləşirdi.  Yeni  yetişən  və  ya  yetişdirilən  gənc  nəsil  haçansa  özünə  gəlib,  adsız  və 
ünvansız  məzarlarda  uyuyan    boğazı  kəsilmiş,  başı  əzilmiş  doğmalarını 
axtarmayacaqdımı?  Ayrı-ayrı  adamlar  öz  yerində,  bütöv  bir  ölkənin  başına  keçə 
yamamaq,  yaddaşını  yoxa  çıxarmaq  mümkün  olacaqdımı?  Namümkünü  mümkün 
etməyə çalışan bir dövlətin vətəndaşı olmaq necə də acınacaqlıdır. Manqurt bir dövlət 
yaradıb onu yaşatmaq olacaqdımı?  Olacaqdı, ya da olmayacaqı. Axı, bunlar Hacı Lətif 
kişinin nəyinə gərəkdi? Hacı Lətif kişi isə özünə gələ bilmir, fikirləşir, fikirləşirdi...  
         Bu dəfə cırıldayan kameranın qapısı idi. Növbətçi milis amiranə bir səslə:-Gəl!-
dedi. 
 
********** 
***** 
 
        Yenə  də  məlum  binanın  ikinci  mərtəbəsinə  qalxıb  soldan  üçüncü  qapıya 
yaxınlaşdılar. 
         Milis qapını döydü, dedi: ”Yoldaş Yelyan, gətirmişəm. ”   
         Yelyan başını qaldırmadan əmr etdi: “Gedə bilərsən!” 
         Yelyan nə isə yazırdı.Hacı Lətif kişi onun nə deyəcəyini gözləyirdi.Yelyan başını 
qaldırmadan soruşdu: 
         -Qaqalı Əhməd ləqəbli qoçu kimdir?  
         -Qoçudur. 
         -Kimin qoçusudr? 
         -Qoçu saxlayanların qoçusudur. 
         -Arə, bu nə deməkdir? 
         - O deməkdir ki, qoçuya qoçuluq elətdirənlər vardır.  
         -Bunda bizlərin əli vardır deyirsən?  
         - Sizləri deyə bilmərəm, amma Nikolayın əli vardı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə