1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   2   3   4   5   6   7   8   9   10   ...   39

  
16 
 
         1920-1922-ci  illərdə  sənayenin  və  kənd  təsərrüfatının  qıc  olması  Yeni  İqtisadı 
Siyasətə  (Новая  Экономическая  Политика-НЕП)  keçidi  zəruri  etmiş,  proletar 
diktaturasının diktatoru  Vladimir  İliç  Lenin  bu  barədə  dekret imzalamışdı.  Bu  da öz 
növbəsində azacıq da olsa, dirçəlişə səbəb olmuşdu. 1924-cü ildə Leninin vəfatı və onun 
yerinə  İosif    Vissarianoviç  Stalinin gəlməsi  Yeni  İqtisadı  Siyasətə  keçiddən, bir növ, 
imtina etməklə nəticələnsə də, xırda sexlər fərdi şəkildə fəaliyyətini davam etdirməkdə 
idi.  Dövlətin  bundan  sonra  necə  siyasət  aparacağından  çox  da  arxayın  olmayan 
sahibkarlar bir bəhanə ilə ölkəni tərk edir, əksər hallarda Türkiyəyə üz tuturdular. Çünki 
hər gün kiminsə dustaq edildiyini, qolçomaq kimi güllələndiyini eşidən camaat çaş-baş 
qalmışdı.  
 
********** 
***** 
           Axşamından səhərinə ümid olmayan illərin axarında Hacı lətif kişinin ailəsində 
bir çox yadda qalan hadisələr baş vermişdi. Qızı Hüsniyyəni Hacı Abdullanın böyük 
oğlu Mirhəsənə, qızı Kubranı isə Hacı Abdullanın ortancıl oğlu Mirəliyə ərə vermişdi. 
Onların  toyu  bir  il  fərq  ilə  həyata  keçirilmişdi.  Bu  arada,  Şəkililər  demişkən,  onun 
həyatında beyqafıl bir hadisə baş vermiş, ömrünün-gününün bu vaxtında daha bir oğlu 
olmuşdu. Adını Hamid qoymuşdular. İndi 1929-cu ilin sonları  idi və Hamidin üç yaşı 
vardı. Hacı Lətif kişini ən çox sevindirən o idi ki, onun ağıllı və qeyrətli oğlu Əbdüləli 
Sənaye və İqtisad texnikumunu bitirmiş, dərs deməyə başlamışdı. O yandan da 1923-cü 
ildən Zaqatala şəhər ibtidai məktəbinin müdiri olmaqla yanaşı Zaqatala Sənaye və Kənd 
təsərrüfatı texnikumunda da dərs deyən kürəkəni Mirəli Axındov 1926-cı ildə BDU-ya 
daxil olub biologiya ixtisası üzrə aqrtıq 3-cü il idi ki, təhsilini davam etdirirdi. 
          Bu axşam kürəkənləri Mirhəsən və Mirəlinin kiçik qardaşı Mirhəmzə Hacı Lətif 
kişinin qonağı idi. O bir neçə vaxt idi ki, Türkiyədə yaşayırdı. Özü də Əminə xanım adlı 
bir  türk  qızı  ilə  evlənmişdi.  Ortaya  Mirhəmzəyə  layiq  bir  süfrə  açılmışdı.  Süfrədə 
pürrəngi çay buğlanırdı.Güllü xanım plovun dəm almasını gözləyirdi. Süfrəyə bir neçə 
cür mürəbbə qoyulmuşdu. Hacı Lətif kişi ağsaqqal ərkyanalığı ilə Mirhəmzəyə  təklif 
etdi: 
          -Hansı  mürəbbədən  xoşun  gəlir,  ondan  istifadə  et.  Hər  halda  Türkiyədə      Şəki 
mürəbbəsi olmur.  
          - Ora da şirin yerdir.Mürəbbəsi də boldur. 
          - Olsun, a bala olsun! Eşitdim. Orada evlənmisən. Barı, arvadın müsəlmandırmı? 
          - Bəli. Adı da Əminədir. Bəyəm, Mirhəmzə o qədər avam oldu? 
          - Yox əşşi! Mirhəmzə başqa oğlandır. Bəs yaşayışın necədir? 
      - 
Allaha  şükür!Atatürkün  sayəsində  çörək  sarıdan  qıtlıq  çəkmirik.    Əmin-
amanlıqdır. Hacı, deyirəm, bəlkə, sən də Türkiyəyə keçəsən. Gürcüstan tərəflərdə belə 
şeylərə o qədər də fikir vermirlər. 
          Bu  qəfil  sualdan  Hacı  Lətif  kişi  duruxdu.  Udqundu.  Handan-hana  dilləndi: 
“Mirhəmzə, çayını iç!” 
          Hacı Lətif kişinin tutulduğunu görən Mirhəmzə əlini çaya uzatdı, bir qurtum alıb 
yenə sual elədi: 
          - Hacı, nə fikrə gəldin? 


  
17 
 
          Hacı  Lətif  kişi  sanki  ayılan  kimi  oldu:  “A  bala,  sən  dünənki  uşaqsan.  Torpaq-
ananın qucağına mənim qədər isinişməmisən. Bu səbəbdən ondan ayrılmaq sənin üçün 
o qədər də çətin deyildir. Mən isə bu torpaq-ananın qucağında ömür-gün çürütmüşəm. 
Mən ondan necə ayrılım?  
          -Hacı, mən dünənki uşaq olsam da, bunu atam Abdullaya da, Mirhəsən, Mirəli 
qardaşlarıma da demişəm. Buradan qan iyi gəlir. Qorxuram ki, sizi bu torpaq-ananın 
qucağından zorla dartıb ayıralar. Uzaqlara, lap uzaqlara atalar. Yerə düşəndə də ayaqlar 
altına düşəsiniz. Burada açılan sabahlara etibar yoxdur.  
         Bu arada balaca Hamidin ağlamaq səsi gəldi. Söhbətə diqqətlə qulaq asmaqda olan 
Güllü xanım tez ayağa durub uşaq olan otağa keçdi. Mirhəmzənin sözlərini ürəyində 
vərəvurd edən Hacı Lətif kişi asta-asta dilləndi: “Ay Mirhəmzə, atan da, qardaşların da 
səninlə razılaşmadılar. Mən də elə. Mən gedib orada nə işlə məşğul olacağam? Qərib 
yerdə düzdə qalmağıma dəyərmi?” 
         Mirhəmzə yenidən qızışdı: 
          -  Bu  hökumət    rus-erməni  hökumətidir.  Buna  etibar  yoxdur.  Onun  özünü  belə 
aparmağına  baxma.    O,  xaça  sitayiş  edir.  Onların  fikri-zikri  müsəlmanları  qırıb 
qurtarmaqdır.    Rus-erməni  kommunistlər    ingilis,  fransız,  alman  keşişləri  kimi 
düşünürlər.  İndi  bunların  26-lar  deyib  bağırdıqları  adamların  heç  də  hamısı 
güllələnməmişdir.  Türk  qanına  susayan  Stepan  Şaumyanın,  Tatevos  Əmiryanın, 
Baqdasar  Avakyanın  ingilislərin  əli  ilə,  lakin  Leninin  xahişi  əsasında  Hindistana-
Dehliyə  ötürüldüyünü  deyirlər.  Hətta,  deyirlər  ki,  onların  uşaqları  Moskvada  tərbiyə 
olunurlar. 
          - A bala, bu ingilislər yaman adamlardır. Onlar ki, o boyda Hindistanı işğal ediblər, 
onlardan qorxmaq lazımdır. Deyirlər ki, Hindistanda da çoxlu müsəlman yaşayır. 
           -Bəli.  Onlar  Hindistanı  Dehli  Sultanlığının  əlindən təhvil  almaqla  işğal  eləmiş 
oldular. Mən Türkiyəyə gedəndən sonra orada ticarət edən ingilislərlə qarşılaşdım. Hətta, 
onların  konsertlərində  də  oldum.  Gördüm  ki,  onlar  türk  həzinliyi,  hind  şirinliyi  ilə 
oxumağa  cəhd  edirlər.  Öz-özümə  fikirləşdim  ki,  ingilislər  Hindistanı,  hindlılər  isə 
ingilislərin nəfəsini işğal ediblər. İngilis müğənnilərə qulaq asdıqca mənə elə gəlirdi ki, 
artıq İngiltərə yoxdur, Hindistan vardır. 
            -Belə de, Mirhəmzə, belə de! 
             Bu arada balaca Hamidi sakitləşdirib qayıdan Güllü xanım mehribanlıqla dedi: 
            -Əbdüləli gecə məktəbində fəhlələrə dərs deyir. Bir azdan gələcək. Plovu onda 
çəkib gətirsəm, gec olmaz ki? 
             - Cavab verməkdə diribaşlıq göstərən Mirhəmzə Hacı Lətif kişini qabaqladı: 
             -Yox, ay Güllü ana!Qoy, Əbduləli gəlsin, sonra!  
              Mirhəmzə üzünüHacı Lətif kişiyə döndərərək: 
              -Siz  mənim  atam  yaşındasınız,  Hacı  Lətif  əmi!  Mənim  sizə  söz  öyrətməyim 
yersiz düşər. Amma bunları deməsəm, olmaz. Əkbər ağa Gürcüstana gedib. Deyirlər ki, 
hələ  özünə  kiçik  bir  sex  də  düzəldib.  Amma  yenə  də  qorxuludur.  Hər  necə  olsa  da, 
Gürcüstan  sovet hökumətinin tərkibindədir. Bir tərəfdən Molla Əhməd Özbəkistana 
gedib Kokandda bank təsis edib. Digər bir tərəfdən isə Fətullahlardan Razi Əfəndiyevi 
Özbəkistana sürgün ediblər.  Özbəkistan da Gürcüstan kimi sovet hökumətininqapazı 
altındadır.    Fərq  ondadır  ki,  adamları    Gürcüstqana  sürgün  etmirlər.  Bunun  da  öz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə