1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   2   3   4   5   6   7   8   9   ...   39

  
14 
 
          - Təklif belədir ki, qızıl ordunu qızıl oğlanlar qarşılamalıdır.  Fəhlələrdən 
Yunus  İbrahim  oğlu,  Əşir  və  Bəşir  qardaşları,  Dəllək  Heydər,  Yerevanlı  oğlu 
Bilal... 
          Hacı Hacıbala tələsik dilləndi: -Bərəkallah, bərəkallah! Bu Yerevanlı oğlu 
haradan çıxdı? 
          Hacı  Hacıbalanın  yanındakılar  barmaqlarını  dodaqlarına  qoyub:-Suss!-
elədilər.  
          Analı Mehdinin səsi yenidən gurlamağa başladı: 
          - Qanun Qurban, Qazı Salam, Məşədi Rüstəm oğlu Əsədullah və başqaları 
bu  şərəfə  layiq  biliniblər.  Getdik  qızıl  ordunu  qarşılamağa!Nağara-zurna  çala-
çala irəli! 
          Balkondakılar  düşdülər.  Onları  müşayiət  edən  kütlə  hərəkətə  gəldi.Hacı 
Lətif kişi yanındakılara müraciətlə dedi:  
          -Şərəfsizlər şərəfə layiq bilinəndə millət çala-çala gedər. Dağılışaq! 
           Onlar bir-birinin üzünə baxdılar: 
           - Dağılışaq! Dünyanın axırı çatıb.Allahın özü bizi qorusun! 
 
********** 
***** 
 
Ağlı-qaralı  illər 

            Sən demə, hər bir adamın alın yazısı olduğu kimi millətin də, dövlətin də alın 
yazısı olurmuş. Nuxada Şura hökumətinin qurulma prosesi aprelin 29-dan mayın 5-dək 
davam  etdi.  Abid  Məmməd  oğlu  Əfəndiyev  Şəkidə  fəaliyyət  göstərən  qəza  İnqilab 
Komitəsinin sədri oldu. 1920-ci ildən “Nuxa fəhləsi” qəzeti nəşr edilməyə başladı. Yenə 
həmin  ildə  açılan Sənaye  və  İqtisad  Texnikumu  1923-cü  ildən  Fəhlə  fakültəsi  adı ilə 
fəaliyyətini davam etdirdi. Bütün bunlar zəhmətkeş kütlənin “könlünü almaq” xarakteri 
daşıyırdı. 1927-ci ildə şəhərə radio xəttinin  çəkilişi də “Nuxa fəhləsi” qəzetinin nəşri 
kimi hər şeydən daha çox təbliğat xarekterli idi. 
          Şura  hökumətinin,  güya  ki,  hər  şeyi  yeni  idi.  Onu  quranlar  teist  deyil,  ateist 
idilər.Yəni  ki,  allahsız    idilər.  Nə  olsun  ki,  onların  ata-anaları  Allaha  inanırdılar.  Elə 
məhz buna görə də, onlar ata-analarının da düşmənləri idilər. Kommunist-bolşeviklərə 
xas olan ifrat və kortəbii yenilikçilik purizm hərəkatına yol açmışdı. Onlar ağızlarındakı 
dillərini də qoparıb atmaq istəyirdilər.  Neyləməli ki, binayi-qədimdən danışdıqları dili 
əvəz edəcək dili hələ yaratmamışdılar. Puristlər alınma sözlərdən və terminlərdən imtina 
etməklə  dilin  tam  təmizliyinə  nail  olmaq  istəmişdilər,  olmamışdı.  “Oxuma,  tar” 
demişdilər, tar oxumuşdu. “Çalınma, ney” demişdilər, ney çalınmışdı.  Onlar sənaye və 
kənd təsərrüfatı alətlərindən tutmuş nəsil artırma alətlərinə qədər hər şeyi yenilətmək 
istəmişdilər, yenə də olmamışdı...  
          İş  o  yerə  gəlib  çatmışdı  ki,  özünü  Şura  hökumətinin  yaradıcısı  hesab  edən 
kommunistlər 1924-cü ilə qədər üç adamı-Marksı 
(Trir, 05. V.1818-London, 14.III, 1883)
,  Engelsi 
(Barmen,  28.XI.1820.-London,  1895)
  və  Lenini 
(Simbirsk-  indiki  Ulyanovsk,  22.IV.1870-Moskva  quberniyasının    Qorki 
malikanəsi,  21.I.1924)
,  1924-cü  ildən  isə  dörd  adamı-  Marksı,    Engelsi,  Lenini  və  Stalini 


  
15 
 
(Qori,18.XII.  1878-  Moskva  vilayəti,  Kuntsevo  rayonu,  Volın  malikanəsi,  05.III.  1953.)
  yeni  dünyagörüşün  baniləri 
hesab etməyə başlamışdılar. Bu fanatik və fantast kommunistlər ictimai, elmi və siyasi 
həyatın hansı sahələrindən bəhs edirlərsə etsinlər, o zaman bu dörd mənəvi atalarından 
sitat gətirməyi özlərinə borc bilirdilər. Onlara elə gəlirdi ki, Marks,  Engels, Lenin və 
Stalindən  sitat  gətirmədən  analarının  boynuna  haçan  düşdüklərini  də  dəqiqləşdirmək 
qeyri-mümkündür.          
         Şura  hökumətinin  qəzeti  və  radiosuna  görə,  Marksı,  Engelsi,  Lenini  və  Stalini 
tanımayanların hamısı həbsə, sürgünə və ölümə layiq idilər. O dövrlərə aid olan bir lətifə 
indi də insanlar arasında dolaşmaqdadır: 
         -Hansısa  bir  fəhləni  kommunist  eləmək  üçün  partiya  komitəsinə  gətiriblərmiş. 
Güya,  onun  əqidəsini  yoxlayırlarmış.  Komissiya  üzvləri  çətin  suallarla  fəhləni 
dolaşdırmasınlar  deyə  birinci  katib  qabaqdangəldilik  edərək    sadə  bir  sual  vermək 
istəyir. Nəhayət, o, sükutu pozaraq boğazını arıtlayır. Yazıq fəhlə də həyəcan içərisində 
birinci katibin nə deyəcəyini gözləyir. Axır ki, birinci katib dillənir: 
         -Marks kimdir? 
         Ətrafa dərin bir sükut çökür. Çaşqınlığından qan-tərə batan fəhlə titrək və qırıq-
qırıq bir səslə cavab verir: 
         - Yoldaş birinci katib, vallah, mən onu tanımıram. 
         Komissiya  üzvləri  bir-birinin  üzünə  baxırlar.  Birinci  katib  qalib  bir  görünüşlə 
komissiya üzvlərini bir-bir nəzərdən keçirir, axır ki, milis rəisinə zillənərək deyir: 
           - Görürsən? Bu, Marksı tanımır! Onunla daha ciddi məşğul olmaq lazımdır. 
          Milis rəisi tez yerindən dikələrək:-Baş üstə, yoldaş katib!-deyə cavab verir. Rəisin 
cavabından məmnunluq hissi keçirən birinci katib kommunistliyə namizəd olan fəhləyə 
ərkyana bir şəkildə:-Yaxşı, get! Kommunist olandan sonra Marksı da tanıyarsan. 
            Bu söz-söhbətdən heç nə anlamayan fəhlə çıxır. Aradan bir gün keçir. Birinci 
katibin telefonu zəng çalır. Birinci katıb telefonu götürür.Milis rəisinin sevinə-sevinə 
dediyi sözləri eşidir: 
          -Yoldaş birinci katib, tapşırığınızı yerinə yetirdim. O, Marksı tanıdığını boynuna 
aldı. Dedi ki, Marks onun qonşusudur. 
           Heyrətindən, gözləri bərələ qalmış katib  adi bir fəhlədən də savadsız olan milis 
rəisinə istehza ilə deyir: 
          -Sənə təşəkkür düşür, yoldaş rəis. 
          Rəis  isə  daha  da  sevincək  bir  səslə:-Yoldaş  birinci  katib,  bu  bizim  vəzifə 
borcumuzdur!-deyə cavab verir. 
         Bəli, bu, “zaman zaman içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə 
hamam içində” düşüncəsinə uyğun gələn  bir dövr idi. Sexi olanlar fabrikant, fabriki 
olanlar kapitalist, həyətyanı sahəsi olanlar mülkədar, mülkü olanlar feodal sayılırdılar. 
Allaha inanlar ruhani, ruhanilər isə düşmən hesab edilirdilər.  Axı,  proletar diktaturası 
şəklində qurulan bu dövlət fəhlə sinfinin mənafeyinə zidd olan hər şeyi məhv etməliydi. 
Elə buna görə də sovet hökuməti rus çarı II Nikolayın  nəslini yer üzündən silmişdi. Bu 
ənənəyə kor-koranə sadiq olan bolşeviklər digər yerlərdə olduğu kimi Azərbaycanda da 
kütləvi qırğınlar törətmişdilər. Öz əqidələrinə zidd olan adamları həbs emiş, sürgünə 
göndərmiş və ya güllələmişdilər. Bir sözlə, ölkəni kütləvi mühacirət bürümüş, əsilli-
nəsilli adamlar yurd-yuvalarından didərgin düşmüşdülər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə