1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   2   3   4   5   6   7   8   9   ...   39

  
12 
 
               - Bəli, mən də ölməyib sağ qaldığım üçün qorxuram. Çünki ölənin canı hər 
şeydən qurtarmış olur. Hər şeydən ...  
               - Məni də başa salsan, nə olar ki? 
               -  Arvad,  məsələ  belədir.    Deyilənlərə  görə,  qırmızı  ordu  sərhədi  keçib, 
üstümüzə gəlir. Rus ordusu ... 
              -Bəs bizim Müsavat hökuməti nə iş görür? 
 -  Müsavatın  onun  qarşısında  dayanası  gücü  yoxdur.  Hələ  yüz  neçə  il  bundan 
əvvəl  Bizim  ölkəmizi  qayçıladılar.  Yarısını  İrana  verdilər,  yarısını  da  ruslar 
özlərinə  götürdülər.  Olan  gücümüzü  də  əlimizdən  aldılar.  Budur,  bax!  İki  il 
bundan qabaq olanımızın bir hissəsini ermənilərə güzəştə getməyə məcbur olduq 
ki, onlar da dövlət yaratsınlar. Çünki onların dövlət yaratmaq üçün kifayət qədər 
torpaqları yox idi. Olan torpaqlarını da biz dən alıb onlara vermişdilər. Yoxsa ki, 
bizim özümüzə də dövlət yaratmaq imkanı vermirdilər. 
- O niyə, ay kişi? 
- Ona görə ki, onlar belə istəyirlər. 
- Yersiz gəldi! Yerli, qaç!-deyə Güllü xanım təəccüblə ərinə baxdı. 
- Üzümə-zada baxıb eləmə! Onsuz da heç kim bizdən  heç nə soruşmur. Bizə hər 
şeyi çox görürlər. 
- Allah da onları çox görsün! 
- Amin! Güllü, mən gedirəm. Gün bir adam boyu qalxıb. Uşaqlara de, yola-izə 
çıxmasınlar. Hər yer vələdiznalarla doludur. 
 
********** 
***** 
       Hacı Lətif kişi evdən çıxıb fabrikə deyil, Dabbaqxananın qabağına üz tutdu. 
Aprelin 29-u idi. Sərin və ilıq bir hava sanki onun üzünə sığal çəkirdi. Təbiətin 
sığalından xoşhallanan Hacı Lətif kişi qarşısına çıxan adamların ona səksəkə ilə 
baxdıqlarını  gördükcə  izahı  çətin  olan  düşüncələrə  dalırdı.  İnsanlar  bir-biri  ilə 
salamlaşır,  lakin  gülümsəmirdilər.  Qaş-qabağı  açılmış  təbiət  ilə  qaş-qabağı 
tökülmüş insanlar çox qəribə görünürdülər. Axı, nə olmuşdu?  Hamı fikirləşirdi 
və heç kim heç kimdən heç nə soruşmurdu.  
         Hacı Lətif kişi bir də gördü ki, Dabbaqxananın qabağındadır. Amma iynə 
atsan, yerə düşməz. Hər yan insanla doludur. Bir ara çaşıb qaldı. Elə bu an kimsə 
qolundan tutub  onu  özünə tərəf çəkdi. Bu, Törə Salam idi: 
        - Hacı, o tərəfə yox, bu tərəfə gəl. 
Hacı Lətif kişi çevrilib gördü ki, fabrikantlardan Hacı Qəni, Əkbər və Əsgər ağa 
qardaşları da oradadırlar. 
         Salamlaşdılar.  Hacı  Lətif  kişi  heyrətini  gizlədə  bilmədi:  “Xeyir  ola,  a 
kişilər! Bu nədir belə?” 
         Törə  Salam  başını  mənalı-mənalı  yırğalayaraq:  -Hacı,  Allah  bundan 
betərindən saxlasın!-dedi.  
       Bu  arada  əllərində  üstü  oraq-çəkicli  qırmızı  bayraq  tutan  bir  dəstə  adam:-
Yaşasın  Fitilbörkdən  gələn  Şura  Hökuməti!-deyə-deyə  camaatı  yararaq  irəli 


  
13 
 
yeridi. Elə bu zaman qarşıdakı binanın balkonundan kiminsə uca səslə camaata 
müraciəti səslənməyə başladı: 
        -  Camaat!  Müsavat  hökuməti  Yalamadan  Azərbaycana  doğru  parlayan 
inqilab  süngülərinin  qarşısında  diz  çökdü!  Bir  azdan  bizim  Şəkidə  də  qırmızı 
bayraqlar dalğalanacaqdır. Ancaq bu bayram təntənəsində bir qarışıqlıq vardır.  
Bir  baxın,  bu  günə  kimi  bizi  adam  yerinə  qoymayanlar  da  gəlib    bizlərə 
qoşulublar. Onlar kimdirlər? Onlar “Fəhlə, özünü sən də bir insanmı sanırsan?” 
deyənlərdir.  Onlar  bizim  haqqımızı  yeyənlərdir.  Onlar  Törə  salam,  Xozeyin 
Həmid,  Yapon  Yaqublardır!  Onlar  bizim  taleyimizə  kor  düyün  salanlardır! 
Urraaa!!!   
          Yerlərdən onun səsinə səs verib qışqıranlar da oldu. Kimsə astadan, lakin 
eşidiləcək  səslə  dedi:  -Bu  Mustafa  Quluyevdir,  özümüzün  Şəkilidir.  Amma 
Bakıdan göndəriblər. 
          Yenidən balkona kimsə çıxdı. O da danışdı və danışığının sonunda “urra” 
dedi. Onda üzü Dabbaqxananın qabağına baxan binanın qarşısında toplaşanlar:-
Urraaa!!!- deyib bağırdılar,  Hacı Lətif kişi ilə Cumay oğlu Əhmədov pərt–pərt 
baxışdılar, lakin dinmədilər. Balkondakı natiq isə öz işində idi, getdikcə daha da 
coşurdu: 
           -Camaat!Sərkərov qardaşlarını hansınız tanımırsınız? Çopur Qaffar, Hacı 
Süleyman bəy, Hacı Hacıbala kimə tanış deyildir? Onlar biz fəhlələri sömürməklə 
var-dövlət sahibi olublar. Hələ bir Hacı Lətifə, Ağdaşlı oğlu Məhəmmədə baxın! 
Bizi bu günlərə qoyan onlar deyilmidir?  
           -Yalançının  atasına  lənət!  Daha  yanıb  töküldüm.  Bunun  balaları  ac 
qalmasın deyə əlimdən gələni eləmişəm. Bu da fəhlə Yunusun  mənə “sağ ol”u, 
tüfu! –deyə Hacı Lətif kişi üzünü yana çevirdi. 
         Hamının diqqəti balkondakı natiqdə idi. O, uca sələ elan etdi: “Söz Nuxa 
şəhər fəhlə komitəsinin üzvü Analı Mehdiyə verilir!  
         Bu  məqamda  özünü  saxlaya  bilməyən  Çopur  Qaffar  dedi:-Anana 
bərəkallah, ay Mehdi! Bəs anasız anası ölmüşlər neyləsinlər?  
         Analı  Mehdi  balkona  çıxan  kimi  əsib-coşmağa  başladı:Yaşasın  Şura 
hökuməti! Urraaa, ay camaat, urraa!..  
         Yenə  ora  toplaşanların  bir  qismi  “urra”ya  “urra”  ilə  cavab  verdi.  Analı 
Mehdi səsinin yoğun yerinə salaraq davam etdi: 
          -  İndicə  aldığımız  xəbərə  görə,  XI  qızıl  ordunun  Bakıdan  gələn  rus, 
Tiflisdən  gələn  erməni-gürcü  bölmələri  artıq  Şəkiyə  yaxınlaşmaqdadırlar.  Biz 
fəhlələr, biz kommunist-bolşeviklər qərara almışıq ki, onları Şəkiyə 12 kilometr 
qalmış Qarasuda duz-çörəklə qarşılayaq.Urraaa!.. 
         Sərkərovlardan  hansısa  acı  bir  istehza  ilə  yanındakılara  çevrildi:”Görək 
bunlar hırreyə basa-basa bu camaatı daha haralara aparacaqlar?”  
          Xozeyin  Həmid  narazı-narazı  başını  yırğaladı:  “Ərəseydə  o  qədər  insan 
ayağı dəyməyən yerlər var ki...”  
          Analı Mehdi zəhmli bir görünüş, həyəcanlı bir səslə danışırdı: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə