1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

  
18 
 
səbəbləri var, açıqlamağa dəyməz.   Yapon Yaqublardan birisi elə ilk günlərdən yoxa 
çıxdı. Digərini isə 7 saylı məktəbin həyətində dar ağacından asdılar. Görmədinmi? 
              -Daha bizim üzümüz görməyən bir şey qaldımı, ay oğul? Bəlkə, sabah yaxşı 
oldu deyirəm. 
              -Mən bu hökumətin yaxşı sabahına inanmıram, çünki bunun mayasında haram, 
yalan və böhtan vardır. Göyüşuşağı İsfəndiyarı güllələdilər. Nə var? Nə var? Türkiyədə 
hərbi  təhsil  alıb.  Zülfüqarovu  güllələdilər.  Nə  var?  Nə  var?  Sahibkardır.  Hacı  Qədiri 
güllədilər. Nə var? Nə var? Zavodu vardır. Belə bir məmləkətdə sabahların xeyirliyə və 
yaxşılığa açılacağına ümid etmək olarmı? Yenə də ən etibarlı yer Türkiyədir. 
               - Allah işini unqad etsin, ay oğul. Hələ ki, başımız dincdir. Abduləli də dərsini 
deyir.  Məcid  də  ki,  görürsən  də!  Kitab-dəftərdən  əl  çəkmir.  Çox  vaxt  qarnına  çörək 
yemək də yadına düşmür. Çağırmasaq, o yankı evdən bu yankı evə keçmir. Bayaq sənə 
xoş gəldin deyib o yankı evə keçəndir. 
              Elə bu vaxt həyət qapısı döyüldü. Hacı Lətif kişi bir qədər uca səslə çağırdı: 
“Məcid, bir qapıya çıx, görək, gələn Əbdüləlidirmi? 
            Məcid  o  yankı  otaqdan  çıxıb  həyətə  düşdü.  Bir  azdan  Məcidin  Əbdüləliyə 
hündürdən dediyi sözlər apaydın eşidildi: 
           - Qonağımız var! 
           -Kimdir? 
           - Mirhəmzə dayıdır! 
           -  Ay  xoş  gəlib, səfa  gətirib deyə-deyə  içəri  girən  Əbdüləli  salamlaşıb  qonaqla 
ikəlli görüşdü. 
          Ortaya gələn plov süfrəni daha da şirinləşdirdi.  
           Nəhayət,  qonaq  ayağa  qalxdı.  Salamatlaşdılar.  Hacı  Lətif  kişi  dedi:  “A  bala, 
qorxub eləyərsən. Əbdüləli səni ötürsün!” 
            Mirhəmzə gülümsəyərək cavab verdi: 
            -  Narahat  olmayın,  özüm  gedəcəyəm.  Amma  Hacı  Lətif  Əmi,  mən  deyənləri 
fikirləşin. 
            - Yox, a bala, fikirləşməkdən keçib. Mən yerimdən tərpənən deyiləm. 
            Mirhəmzə bir söz demədən Güllü xanıma yaxınlaşdı, əl uzatdı:”Zəhmətini halal 
elə, Güllü xala! Vaxt gələr, Əminəni də gətirib gələrəm. Salamat qal!” 
            Güllü xanım özünə xas olan mülayimliklə cavab verdi:”Ananın südü kimi halal 
xoşun olsun!    Ata-anana da, Türkiyəyə gedəndə Əminəyə də bizdən salam deyərsən!” 
             -Salam deyən sağ olsun! 
             Mirhəmzə  hamı  ilə  bir-bir  görüşüb  ayrıldı.  Onu  darvazaya  qədər  ötürən 
Əbdüləli evə  döndü. 
 
********** 
***** 
 
            Şəki  1930-cu  ilin  əvvəllərini  yaşayırdı.  Ermənilər  və  ruslar  yeni  il  şənlikləri 
keçirsələr da, yerli  əhali  üçün yeni il o zaman olacaqdı ki, Günəş Balıq bürcündən Qoç 
bürcünə keçəcək, yaz gecə-gündüz bərabərliyi anı başlanacaq, Novruz bayramının gəlişi 
elan ediləcəkdi. 


  
19 
 
            Əbdüləli müəllim atası Hacı Lətif kişinin könlünü almaq istəsə də, söhbət başqa 
bir  qanqaraldıcı  məcraya  yönəlirdi.    Onlar    yaşadıqları  evin  həyətində  idilər.  Bu  ev 
Nuxanın  Bağbanlar məhləsində inşa edilmiş ikimərtəbəli, on otaqlı bir ev idi. Hacı Lətif 
kişinin Bağbanlardakı bağını isə 1926-cı ilin sonunda əlindən alınıb dövlətə verilmişdi. 
Yazqabağı olduğundan  havada gah qış kimi soyuq, gah da bahar kimi ilıq nəfəsli mart 
ayının nəfəsi duyulurdu.  Əbdüləli müəllim  nəyi isə sübut etmək istəyirdi. Hacı Lətif 
kişinin narahatçılığı isə açıq-aydın bilinirdi.  
           -Oğul,üzümüzə  gələn  bu  yeni  ildən    gözüm  heç  su  içmir.  Elə  bil,  Mirhəmzə 
nəyisə bilirmiş. 
           - Eh, ay ata, nə olacaq, olacaq. Göydən nə yağdı ki, yer götürmədi? 
           - Düz deyirsən, ay oğul, yerin işi göydən yağanı götürməkdir. O ki qaldı  bizim 
yerlərə,  başqa  yerlərə    yağası  yağasılar  da  bizim  başımıza  yağır.  Daha  bizim  işimiz 
Allaha qalıb. 
            -  Nə  yaxşı  ki,  bizim  işimiz  erməniyə,  rusa  deyil,  Allaha  qalıb.  İşimiz    onlara 
qalan  kimi  onlar  Dağlıq  Qarabağı  erməni  muxtar  vilayətinə  çevirdilər.  Budur,  onlar 
illərdir  ki,  bizləri  qırırlar,  yenə  də  ürəkləri  soyumur.    Ata,  bunu  demək  istəmirdim, 
amma  deyəcəyəm.  Naxçıvanda  Kərbəlayi  İsmayıl,  Gəncədə    Yaqub  deyilən  bir 
üsyankar  başının dəstəsi  ilə  hökumətə  silahlı  müqavimət  göstəriblər.  Bakı  dairəsinin 
Əmircan, Bülbülə, Binə kəndlərində, Zəngilan və Qubadlı dairəsinin bir çox yerlərində 
silahlı etirazlar olmuş, Zaqatala-Nuxa mahalının Balakən rayonunda kolxoz quruluşuna 
qarşı çıxmışlar. 
             -Ay  oğul,  deyiblər,  eşitmişəm,  bu  komuna  deyirlər,  nə  deyirlər?  Bu  nə  olan 
şeydir?    Dilənçilk  də  olar,  amma  təhərində.      Bu-təhərsiz  dilənçilikdir.  Bunlar  üzlü 
dilənçilərdir. Birindən kürək, birindən külüng. Birindən yaba, birindən şana dilənirlər. 
Birindən xış, birindən kotan, birindən boyunduruq, birindən də o boyunduruğa qoşmaq 
üçün boyun istəyirlər. Öküzü olanın öküzünü, kəli olanın kəlini, hətta, tövləsi olanın 
tövləsini əlindən alırlar. Ay oğul, bu necə hökumətdir? Bu ki lütün birisidir. Bunun heç 
nəyi yoxmuş. 
            -Eh, ay ata, bu hələ harasıdır? Allah bizi görəcəklərdən saxlasın. Qadın azadlığı 
adıyla  min  cür  oyunlardan  çıxırlar.  Adını  yaza  bilməyən  bir  qadını  kommunist  edib 
camaata elm və əxlaq dərsi keçirlər. Fəhləni partiyaya keçirib rəhbər işə təyin edirlər. 
Arvad  ərinə  sosialistcəsinə  yaşamağı  və  qısqanc  olmamağı,  oğul  atasına  dindən  və 
imandan uzaqlaşmağı, nadan alimə fransız utopik sosializmi, ingilis siyasi iqtisadı və 
alman klassik fəlsəfəsini necə öyrənməyi, dəli ağıllıya ağıllı olmağın yollarını öyrədir.   
           -Oğul, mən öldüm, sən qaldın. Bu hökumətin axırı yoxdur. 
           -Axırı olmayanlardan qorxmaq lazımdır, atacan. 
           - Mən Əbdülməciddən və Hamiddən daha çox narahatam. Güvəndiyim bir adam 
varsa, o da sənsən, Əbdüləli. Başıma bir iş gəlsə, onları qoruyarsan. Nə yaxşı ki, sən 
oxudun, müəllim oldun. Allaha min şükür olsun! 
            -  Atacan,  mən  kökümüzə  vurulacaq  zərbələrin  haradan  gələcəyini  bilirəm.  
İmkanım daxilində o zərbələrin qarşısını alacağam. 
           -Allah ağzından eşitsin, ay oğul! 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə