1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

  
27 
 
         -Bravo!  Lap  bolşevik  kimi  danışırsan.  Tak  toçno,  çar  hökuməti  onların  əli  ilə 
qarışıqlıq salır, həm də  onlardan agent kimi istifadə edirdi. 
          -Doğrudur, elə olmasaydı, qoçular qoçuluq edə bilməzdilər.  
          -Bəs sənin, Qadji Latif, qoçu Qaqalı Əhməd ilə nə kimi əlaqələrin var idi? 
          -Heç bir əlaqəm yox idi. 
          -Burası xoşuma gəlmədi. Axı, şahidlər var. Sən qoçu Qaqalı Əhmədi pul ilə ələ 
alıbsan. 
          -Yalandır. 
          - Qoçu Qaqalı Əhmədi adam öldürməyə təhrik edibsən. 
          -Böhtandır. 
          -Bəs onda Yunus İbrahim oğlunu kim öldürüb? 
          -Məndən niyə soruşursan? 
         - Ona görə soruşuram ki, qoçu Qaqalı Əhməd onu sənin sifarişinlə öldürüb. 
         -Bəyəm sənin Allahın yoxdur?  
         - Mən kommunistəm.  Verilən suala cavab ver! 
         -Məni niyə şərləyirsən? Mənə nə düşüb ki, Yunus İbrahim oğlunu öldürmək üçün 
qoçu tutum? 
        -Arə, Yunus İbrahim oğlu bolşevik deyldimi? Hələ bir on il bundan əvvəl Nuxada 
fəhlə nümayişlərini və tətillərini o təşkil etməmişdimi? Əşir və Bəşir qardaşları, Heydər 
Həsənov,  Analı  Mehdi,  Dəllək  Heydər,  Yerevanlı  oğlu  Bilal,  Qanun  Qurban  kimi 
bolşeviklər  onun  ətrafında  birləşməmişdilərmi?    O,  yerli  fəhlə  komitəsinin  üzvü 
deyildimi? 
         -Bunun mənə nə dəxli vardır? 
         -O  dəxli vardır ki,  Sərkərov qardaşları,  Əkbər və  Əsgər  ağa qardaşları,  Ağdaşlı 
oğlu Məhəmməd, Dodulu Qara Əhmədlərdən Cumay Mustafa oğlu, Çopur Qaffar, Hacı 
Süleyman  bəy,  Hacı  Hacıbala,  Xozeyin  Həmid,  Yapon  Yaqublar,  Törə  Salam,  Hacı 
Qəni  kimiləri  onu  özlərinə  düşmən  sayırdılar.  Belələrini  qoçuların  əli  ilə  yoxa 
çıxarırdılar. 
        -Bunun mənə dəxli? 
        -Şahidlər var, arə, şahidlər! 
        -Gəlsinlər! 
        -Gələrlər, arə, gələrlər! 
        Müstəntiq Yelyan telefonu götürdü, nəsə dedi.  
        Hacı Lətif kişi onun nə dediyinə fikir vermədi. Bu iyrənc məxluqun üzünü görmək, 
səsini eşitmək ona ağır gəlirdi.  
       Qapı döyüldü, açıldı. Gələn Hacı Lətif kişinin saxlandığı kameranın keşiyini çəkən 
milis nəfəri idi.   
          Müstəntiq Yelyan özündən razı halda əmr etdi: 
        -Apar! Onu öz yerinə apar! 
 
 
 
 
 


  
28 
 
********** 
***** 
 
           Yenə axşam oldu. Yenə səhər açıldı.  
           Hacı  Lətif  kişi  yenə  pencəyinin  üstündə  küncə  qısılaraq  mürgülü  gözlərini 
ovuşdururdu. Qapının cırıltısı onu yerindən tərpənməyə məcbur etdi.  
        Keşikçi milis qoltuğundakı bağlamanı ortaya atdı: 
        -Bir  döşək,  bir  yorğandır.  Bundan  sonra  pencəyini  dürmələyib,  papağını  da 
üstündən qoyub, özünə yastıq eləyərsən.  
        -Bunları kim gətirib? 
      -Evinizdən gətiriblər. Görüşə icazə vermədilər ki, hələ silist altındasan. 
      -Bəs o balaca düyünçədəki nədir? 
      -Şirniyyatdır.  Bir  dilim  oma,  bir  dilim  fətir,  bir-iki  dənə  şəkərburadır.  Axır 
çərşənbədir.Evdən göndəriblər. Amma bilməsinlər. Yoxsa, mənim işim pis olar. 
       Hacı Lətif kişi “hə, yaxşı” deyə bilmədi.Qəhər boğazına tıxanmışdı.  
       Qapı  qapandı.  Hacı  Lətif  kişi  taqətdən  düşdü.  Pencəyinin  üstünə  çöküb  küncə 
qısıldı.  Balacalaşdı.  Yumaq  kimi  yumuldu.  Yumruq  boyda  oldu.Sanki  gözlərinə  acı 
çimir doldu.  Kiprikləri qapandı. Huşa gedən kimi oldu. Güllü xanım gözlərinə göründü. 
Təzə paltar geymişdi. Qohum-qonşuya pay çıxmışdı. Yetim-yesirin payını bir az artıq 
eləmişdi. Axı, axır çərşənbəydi. Ərəfəydi. Novruz a az qalırdı. Güllü xanıma çevrilib 
ərkyana şəkildə:-Bəs mənim payım?- dedi və ayıldı. 
         Hacı Lətif kişi ayıldı. Bu əziz günlərdə ona edilən haqsızlığın səbəbini anlamağa 
çalışdı. Xatırladı ki, sovet hökumətinə hamı rusun, erməninin hökuməti deyir. Fikirləşdi 
ki, hamı düz deyir. Oğlu Əbduləli müəllim də düz deyirmiş ki, 1828-ci ildə rus çarı I 
Nikolayın fərmanı  ilə İrivan və Naxçıvan xanlıqları ərazisi hesabına yaradılan “Erməni 
vilayəti”, 1918-ci ildə erməni daşnak  Şaumyanın fitvası, bolşevik-rus  Leninin  dəstəyi 
ilə  həyata  keçirilən  müsəlman  türklərin  genosid  edilməsi  Novruz  bayramı  ərəfəsinə 
düşmüşdür. Yeddi-səkkiz il bundan əvvəl yenə öz içimizdə Dağlıq Qarabağda erməni 
vilayətinin  yaranmasını  da  Əbdüləli  müəllim  bolşevik-rus  hökuməti  tərəfindən    əziz 
günlərimizə  edilən  sui-qəsd  kimi  qiymətləndirirdi.  Deməli,  bunların  fikri  türklərin 
bayramlarını da burunlarından tökmək imiş.  
         Adam savadsız olanda nə olar? Savadımız olmasa da, ağlımız ki vardır.  Bu dəqiqə 
mən  evimdə  oturub  axır  çərşənbəni  deyə-gülə  qeyd  edəsi  adamam.  Qarnımıza  dolub 
bağırsaqlarımızda  acı  yel  kimi  dolaşan  Yelyana  silist  verməyə  məcbur  olduğumu 
düşündükcə  canımı  tər  basır.  Axı,  mənim  günahım  nədir?  Fabrikant  idim,  fabrikimi 
aldılar. Bağım var idi,   bağımı aldılar. Dinmədim ki! Özləri də  qanundan danışırlar! 
Hanı  bunların  qanunları?  Hanı?  Bura  qədər  ürəyində  danışan  Hacı  Lətif  kişi  özü  də 
bilmədən “hanı” sözünü lap hündürdən dedi və səksənib oturduğu yerdən dik hoppandı. 
Kameranın qapısındakı pəncərəcik şaqqıltı ilə açıldı: 
           -Nə deyirsən? 
            Hacı Lətif kişi təntimiş və pərt halda cavab verdi: 
           -Heç, özümlə danışıram. 
           Növbətçi milis dedi: 
          -Danışmaq qadağandır.  


  
29 
 
          Qapının pəncərəciyi örtüldü.  
 
********** 
***** 
           Hacı Lətif kişi balaca düyünçəni açdı. Bir dilim oma götürdü. Dişlədi. Dadına 
baxırmış kimi ehtiyatla gəvələməyə başladı. Hər dişləkdən sonra yadına bir şey düşdü.  
Yenə də ürəyində danışmağa başladı: 
         -Görəsən Əbdülməcid dərsə gedirmi? Orada müəllimləri:-Sən fabrikant oğlusan!- 
deyə onu incitmirlər ki? Məktəbdən qovmurlar ki? Bir şeydən arxayınam ki, Əbdüləli 
böyük  qardaş  kimi  onun  üstündə  möhkəm  duracaqdır.  Nə  yaxşı  ki,  Əbdüləli  oxudu, 
müəllim oldu. Yoxsa mən burada rahat yata bilməzdim. Bir də ki, Əbdüləlinin Nuxada 
böyük hörməti vardır. Ona görə ki, savadlıdır. Ərəbi, farsı demirəm, rus dilini də yaxşı 
bilir.  Hər  halda  hökumət  onu  nəzərə  alar.  Ağlı  da  ki,  maşaallah  olsun  ki,  yerindədir. 
Böyük-kiçik  yeri  biləndir.  Mənə  fikir  yoxdur.  Bircə  Güllünü fikirləşirəm.  İt  yiyəsini 
tanımayan bir vaxtda Güllünü mənə qoşsalar, çətin olacaqdır. Mən özüm silist altından 
çıxa bilmirəm.  
      Yenə omadan bir dişlək aldı. Davam etdi:  
       -Bu  hayes  deyilənə  nə  düşüb  ki,  kimi  görsə,  “hayes,  türkes”  deyir?  Gör,  hayes 
türkesə nə qədər pislik edibdir ki, harda olmağından asılı olmayaraq, ondan ehtiyatlanır. 
Düz deyiblər ki, xain xoflu olar. Tərs kimi məni dindirən də hayesdir. 
        Omadan  qalan  axırıncı  loxmanı  da  yeyib,  bağlamadakı  döşəyi  və  yorğanı 
çıxardı.Pəncərəcikdən hər deyəndə görünməyən bir küncdə yerini saldı. Buraya gəldiyi 
gündən olduğu kimi ürəyində duasını oxudu,namazını qıldı. Yerinə uzandı.Öz-özünə 
dedi:”Təmənnasız  düşən  axşamların,  təmənnasız  açılan  səhərlərin,  təmənnasız  gələn 
axır çərşənbələrin xeyir-dası üstümüzdə olsun!” Gülümsəyərək yuxuya getdi. 
 
********** 
***** 
       Yenə səhər açıldı. Hacı Lətif kişi yenə milisin qabağına düşüb çölə çıxdı.Qayıdan 
baş  əlinə-üzünə  su  vurdu.  Yenə  ürəyində  namazını  qıldı.  Kamerada  yorğan-döşəyini 
səliqə ilə yığıb, üstündə oturdu. Düyünçəni açdı. Bir dilim fətir götürdü. Bir dişlək fətir, 
bit qurtum su bu dəfə ləzzət verdi ona. Gülümsədi və özü ilə söhbətini təzələmək istədi: 
        -Milsenerlərə hamı it deyir. Amma bunların hamısı it deyil. Qırmızı şapka görən 
kimi:-İt gəlir!- deyərək  hərə qaçıb bir tərəfə dürtülür. Amma bunların hamısı tutmaq 
üçün gəlmir ki!  
        Hacı  Lətif  kişi  düyünçədən  bir  şəkərbura  və  bir  boyanmış  yumurta  götürdü, 
pəncərəciyə  yaxınlaşdı.  Qapının  o  üzündə  növbə  çəkən  milisionerə  müraciətlə:-
Bacoğlu, götür, dadına bax!-dedi.  
       Növbətçi milisin başından sanki bir qazan qaynar su tökdülər. Üzü-gözü dəyişildi: 
        -Mən haradan sənin bacoğlun oldum? 
        -Heç, ay bacoğlu, bayram sovqatıdır, götür, ye deyirəm. 
        -Mənim rüşvət aldığımı birdən-ikidən görmüsən? 
        - Əstəğrəfullah! 
        -O nə bayramdır elə? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə