1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

  
30 
 
        -Novruz bayramıdır. 
        -O sənin bayramındır. Bir daha gəlməyəcəkdir. 
        -Bəs sənin bayramın necə? 
        -Mənim bayramım mayın 1-də və noyabrın 7-də olacaqdır. Həmişə gələcəkdir. 
        -Onu Allah bilir. 
         Araya  dərin  bir  sükut  çökdü.  Hacı  Lətif  kişi  ayağa  durmağına  peşiman  oldu. 
Əlindəki bayram payına heyfi gəldi. Özünə isə acığı tutdu. Neməti də hər adama təklif 
edərlərmi?  Bu  yaşda,  bu  vəziyyətdə  onun  belə  bir  səhv  etməyə  haqqı  yoxdur,  axı! 
Qayıtdı.Oturdu. Açıq düyünçədəki bayramlığa kədərlə baxmağa başladı. Alnına puçur-
puçur tər gəldi, gilələndi, burnun ucundan axıb düyünçəyə düşdü. 
 
********** 
***** 
Yenə də istintaq 
VIII 
       Qapının  açılması  ilə  Hacı  Lətif  kişinin  silkələnib  qalxması  bir  oldu.  Sən  demə, 
bayram  düyünçəsinə  baxa-baxa  yuxuya  gedibmiş.  Növbətçi  milisin  amiranə  səsi 
eşidildi: 
        -Gəl!  
        Hacı  Lətif  kişi  sakitcə  irəli  yeridi.  Qabağa  düşüb  məlum  mərtəbənin  məlum 
qapısına doğru getdi. Müstəntiqin otağına daxil oldu. 
       Yelyan ayaq üstə idi. Əllərini dalında çarpazlayaraq otaqda var-gəl edirdi.  Başını 
qaldırmadan sorğu-suala keçdi: 
         -Şəkiliyə etibar var? 
         -Var. 
         -Şəkilinin əlinə fürsət keçsə, dövləti yıxar-yıxmaz? 
         -Yıxmaz!   
         -Arə, sən kimə gəlirsən? Şəkili dövlət adamı da olsa belə, ona etibar yoxdur. 
         -Kim deyir? 
         -Mən  deyirəm.  Bəhram  bəy  Nəbibəyov!  Nuxa  rayon  hərbi  komissarlığının 
səfərbərlik şöbəsinin rəisi!Qulluq elədiyi dövlətə qarşı çıxdı.Üsyankarlara qoşuldu. Onu 
1930-cu ilin iyulunda Bideyiz yaxınlığındakı Buxdur dağında güllələdik. 
        -Allah rəhmət eləsin! 
        -Arə, nə mollalıq eləyirsən!? Zəyzidli Qaçaq Abbasın meyidini ÇeKa üzvləri şəl 
üzərində sürüyüb şəhərə gətirdilər.O da milis idi. Güya ki, dövlətə xidmət edirdi. 
        -Cənnətlik olsun! 
        -Arə,  səni  ağzından  ataram!  Məni  özümdən  çıxarma!  Milis  rəisi  Cərulla 
Əfəndizadəni görmədin? Üsyançılarla əlbir oldu.  Üstünü alınca qaçıb gizləndi. Hələ 
mən  yadıma  düşən  dövlət  adamlarını  deyirəm,  Molla  Mustafaya  qoşulan  kəndçi-
kündçüləri demirəm. Hamısının dərsini verdik. Şəkililər dövlətin zəif yerini tez tuturlar. 
Möhkəm dövlət qurmaq üçün  xalis Şəkililəri oradan uzaqlaşdırmaq məsləhətdir. 
        -Əhsən sənə! Qurulan dövləti yıxmaq üçün bundan yaxşı məsləhət yoxdur. Özü də 
mən bisavad adamam. Belə şeyləri bilmərəm. 
        -Bəs sən nəyi bilərsən? 


  
31 
 
        -Hökumət hökumət olsa, xalqın əleyhinə getməz. Xalq da üsyan etməz. 
        -Raykom Riza Babayevin nə günahı var idi? Qaçıb rabitə binasında gizlənməsəydi, 
üsyançıların əlində parça-tikə ediləcəkdi. 
        -Elə bu? 
        -Azərbaycan Dövlət Siyasi İdarəsinin rəisi Mir Cəfər Bağırov yazığın günahı nə 
idi  ki,  Qışlağın  Güyümlər  meydanında  zirehli  avtomobili  ilə  birlikdə  gülləbaran 
edilmişdi,  sürücüsü  də  öldürülmüşdü?  Axı,  onun  nə  günahı  var  idi  ki,  qaçıb  Sitarə 
qarının təndirində gizlənmişdi? Təndirdən çıxan kimi gördün, nə oldu? Dövlət rəhbərinə 
arvad paltarı geyindirən  Şəkililər, sizlərə bu da azdır! Axı, o günahsız idi. Zaqfqaziya 
Dövlət  Siyasi  İdarəsinin  sədri  Beriyanın  dəstələri  olmasaydı,  Şəki  üsyanı  ölkəni 
bürüyəcəkdi. 
         -Dedim ki, savadım yoxdur. Belə şeyləri bilmərəm! 
         -Arə,  buna  savad  lazımdır?  Zəyzidli  kor  Xudu,  Oxudlu  kor  Umar,  Oxudlu 
Əbdülhəmid və onun iki oğlu haqqında eşitməmisən?  
          -Bəyəm, ölkə  bundan ibarətdir? 
          -Qaxı,  Zaqatalanı,  Balakəni,  nə  bilim  haraları  da  bunun  üstünə  gəl!    Gör,  bu 
Şəkililər  nə  qədər  tərs  adamlardır  ki,  Oxudun  ortasında-İdarə  qabağında  Oxudlu 
Əbdülhəmidi güllələyirik, yenə də oğlanlarının yerini demir. Oxudun Su dərəsindəki 
döyüşlərdə  bizim  otryadlar  insanpərvərlik  edərək,  gənc  olduqlarını  nəzərə  alaraq 
Oxudlu    Əbdülhəmidin  oğlanlarına  təslim  olmalarını  əmr  etdilər.  Əbdülhəmidin 
oğlanları isə qucaqlaşaraq:-Bizi güllələyin!- dedilər. Bəyəm, ayrı  yol var idi? Biz də 
onları  güllələdik.  Bəli,  1930-cu  ilin  Şəki  üsyanı  bolşevik  hökumətinin  nə  qədər 
hümanist  olduğunu  bir  daha  sübut  etdi.  Sənin  də  köhnə  qaçaq  dostların  olmamış 
deyildir. Onların adlarını de. 
          -Hansının adını deyim? 
          - Oxudlu kor Umarın. Fabrikant dostunun.  Sən onu öz dəstəsi ilə birlikdə 1930-
cu  ilin  aprel  üsyanından  bir  neçə  gün  əvvəl  evində  qəbul  etmisən.  Plov  bişirtdirib 
qonaqlıq vermisən. 
          -Qəbri nurla dolsun! 
          -Kişi, canımı boğazıma yğdın! Bəsdir səninki! 
          Yumruğunu  düyünləyib  havaya  qaldıran  Yelyan  bir-iki  addım  atıb  dayandı.        
Diklənıb  düz  gözlərinin  içinə  baxan  Hacı  Lətif  kişinin  iti  baxışları  sanki  onu  dəlib 
keçəcəkdi.  Yelyan hansısa bir hissin təsiri ilə əlini saldırdı. O, qəzəbindən daha çox 
qorxusundan titrəyirdi. Artıq daş qayaya dirənmişdi. Qarşısındakı adamın ölümündən 
qorxmadığı bəlli idi. Ölümündən qorxmayanların hər an qorxulu olduqları isə Yelyanı 
daha çox qorxudurdu. Onun əli indi mauzerinin üzərində olsa da, əsməsi dayanmırdı. 
Yuxarıdan tapşırmışdılar ki, yeni üsyanlara səbəb olmamaq üçün Şəkililərlə ehtiyatlı 
davransınlar. Hirsindən və qorxusundan dodaqları səyriyən Yelyan özünü bir təhər ələ 
alıb sorğusunu davam etdirdi: 
        -Danış! 
        - Biz dost olmuşuq. Mən onu qaçaq kimi yox, dost kimi qəbul eləmişəm. 
        -Sən sovet hökumətinin düşmənini dost kimi qəbul eləmisən. 
        -Mən onu tanıyanda hələ sovet hökuməti qurulmamışdı. 
        -Qonaqlıq qurtarıb onlar dağılışanda onlara ərzaq da, sürsat da vermisən. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə