1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

  
46 
 
         -Ayaqüstü bir çay içək. Mən boyda adama belə eləyən, görün, sizə neyləyər?! 
         Həyətdəcə adama bir piyalə çay içibib çıxdılar. 
         Əbdüləli müəllim içindəki sıxıntını gizlədə bilmirdi. Bir tərəfdən də gördüyü yuxu 
onu sakit buraxmırdı. Axır ki, canını dişinə tutaraq Qarabay əkədən soruşdu: -Qarabay 
əkə, atam Hacı Lətif kişi haqqında bir söz demədiniz. 
       Bura qədər basıb bağlayan Qarabay əkənin gözlərinə çökən buluddan üzünə kölgə 
düşdü: 
        -Allah rəhmət eləsin!Odur, bax, Daut dağının başında durub gəlişinizi gözləyir.  
        Birdən-birə  sanki  hər  şey  dəyişdi.  Əbdüləli  müəllimin    gözləri  yandı.  
Yanaqlarından   qaynar göz yaşları süzülməyə başladı. Hönkürtüsünü boğmaq istədi. 
Hıçqırdıqca qalxıb enən çiyinlərini saxlamaq üçün sanki əllərini yaylıq edib sinəsinə 
bağlayan Əbdüləli müəllim sövqi-təbii olaraq atasının məzarına doğru irəlilədi. Qarabay 
əkə  ilə  Bərdah  əkə  qabağa  keçdilər  ki,  yolu  göstərə  bilsinlər.  Qəbristanlığa  çatanda  
orada uyuyan mərhum və mərhumələrin ruhu şad olsun deyə əl açıb dua etdilər.  
      Hacı Lətif kişinin qəbri  Davud dağının üzü cənub-qərbə baxan yaslan bir yerində 
qazılmışdı.   Qəbrin təzəliyi baş daşına bağlanan qara parçanın rəngindən bilinirdi.  Yeri 
çox  mənzərəli  bir  yer  idi.  Buradan  səmaya  və  uzaqlara  baxmaq  olardı.  Bəlkə  də, 
Kokaraldan  baxanda    doğmalarını  görə  bilsin  deyə  onu  Davud dağının  döşündə  dəfn 
etmişdilər. Bu axşam çox qəribə axşam idi. Məhz bu axşam doğmaları Hacı Lətif kişinin 
axirət evinin qarşısında idilər və onun əziz ruhuna dualar oxuyurdular.  
      Atasının  qəbri  qarşısında  diz  çöküb  dərin  düşüncələr  içində  hər  şeyi  unudan 
Əbdüləli müəllimi  
Mehralı
 çiyinlərindən tutub silkələdi: 
        -Qalx, gör, kimlərin arasındasan.  
       Əbdüləli müəllim başını qaldırıb anasını,Əbdülməcidi və Hamidi başının üstündə 
dayanan gördü. Qollarını açıb hamısını birdən bağrına basdı.  
 
Qovuşur sevincə yenə göz yaşı... 
 Ürəklər dayanır sanki bir anlıq. 
Başına sağlıqlar, susan baş daşı! 
Əkiz doğulubdur işıq, qaranlıq. 
 Ürəklər dayanır sanki bir anlıq. 
 
Hər görüş bir cürə olur, nə etmək? 
 Axı, kim deyir ki, açan solmayır? 
Oğultək atanın üstünə getmək 
 Bəlkə də hamıya  qismət olmayır. 
 Axı, kim deyir ki, açan solmayır? 
 
      Onlar  əllərini  buraxmadan      beləcə  yavaş-yavaş  dikəldilər.  Sanki  kimsə  kiminsə 
əlindən çıxıb qaçacağından ehtiyat edirdi. Əbdüləli müəllim bir də baxıb gördü ki, ətrafı 
dolu  adamdır.  Sən  demə,  balaca  Kokarala  ildırım  kimi  yayılan  xəbəri  eşidənlər  də 
qəbristanlığa axışıblarmış. Əbdüləli müəllim bir anlığa özünü Nuxada olduğu kimi hiss 
etdi.Onlar adamların əhatəsində evə qayıtdılar. Kənd camaatı evə girmədən Əbdüləli 


  
47 
 
müəllimə başsağlığı verib dağılışdı. Qarabay əkə dirəşib Bərdah əkə ilə  
Mehralını
 evinə 
qonaq apardı. 
      Lampa  işığında  başlanan  söhbət  qurtarmaq  bilmirdi.  Balaca  Hamid  anasına 
söykənərək  yuxuya  getmiş,  Əbdülməcidin  gözləri  yuxusuzluqdan  qan  çanağına 
dönmüşdü. Axırda Güllü xanım gözlərinin yaşını yaylığının ucu ilə silə-silə dedi: 
     -  Allah  bu  camaatı  qorusun.  Bizə  onlar  arxa  durdular.Torpaq  sahəsi  ayırdılar.  Ev 
tikdilər.  Korluq  çəkməyə  qoymadılar.  Amma  ki,  kişi  üzülmüşdü.  Nə  qədər  elədik, 
sağalda  bilmədik.  Axır  vaxtlar  tez-tez:-Əbdüləli  harada  qaldı?-deyə  soruşurdu.  Heç 
nədən xəbərimiz olmasa da,  biz də:-Gəlir,-deyirdik.  Oğlum, sən də yat, gözünün acı 
çimirini al. Əbdülməcid sən də. 
      -Ana,  yerimizi  yanaşı  sal,  mən  Əbdüləli  qadamla  yatacağam,-deyə  Əbdülməcid 
ayağa qalxdı. 
       Əbdüləli müəllim pəncərədən çölə baxdı. Səhərin alatoranında orda-burda banlayan 
xoruzların səsi eşidilirdi. 
 
********** 
***** 
 
         Kokaral camaatı növbə ilə onları qonaq çağırırdı. Qarabay əkə başda olmaqla hamı 
onların  Kokaralda  qalmasını  istəyirdi.  Hətta,  yalvaranlar  da  olurdu.  Onlar 
Əbdülməcidin  uşaqlarına  oxumaq,  yazmaq  öyrətməsindən  çox  məmnun 
idilər.Əbdülməcidin  getməsi  onlara  faciə  kimi  görünürdü.  Əbdüləlinin  müəllim 
olmasını bilən kimi daha da qızışdılar. And verib boğaz çəkən kim, dil tökən kim... 
       Gedəsi gün yaxınlaşırdı. Kokarallılara qalsaydı, tutub zamanı da saxlayardılar. Bu 
isə mümkün deyildi... Artıq bir həftə tamam olmuşdu.  
       Onları təntənə ilə yola saldılar. Hərə bir şey gətirmişdi. Yemək, içmək, şirniyyat ... 
Cəmisi on beş-iyirmi evdən ibarət olan Kokaral kəndi həm sevinir, həm də kədərlənirdi.  
Ona görə sevinirdi  ki, bir ailə öz doğma yurduna qayıdırdı. Ona görə kədərlənirdi ki, 
çox qiymətli adamları itirirdi. Axır ki, Bərdah əkənin qayığı Berqın sularında yırğalana-
yırğalana Kokaraldan uzaqlaşdı. Kokarallı bir qız o qayığın dalınca kədər və ümid dolu 
baxışlarla baxdı. Baxdıqca da göz yaşları yanaqlarından sel kımi axdı. Heç kim ona:-
Ağlama!-demədi. Çünki ağlamağa dəyərdi. 
 
                                   
BİRİNCİ HİSSƏNİN SONU 
 
 
 
                                    
          
                                                           
 
                                   
 
 


  
48 
 
Kubinka 

 
     Artıq  bir  neçə  gün  idi  ki,  onlar  Bakıda  idilər.  Min  bir  çətinliklə  bir  rus  qarısının 
evində mənzil kirayələmişdilər. Qarının kimliyi bəlli deyildi. Bəlli olan təkcə onun adı 
idi: Babuşka Vera. Yerdə qalanı ilə maraqlanmağa da dəyməzdi, çünki qarının özü də 
belə  şeylərlə  maraqlanmırdı.  Ona  kirayənişin  lazım  idi,  bunlara  da  kirayə  mənzil. 
Mənzil  Bakının  Kubunka  deyilən  yerində  yerləşirdi.  Kubinka  Şamaxı  və  Balaxanı 
yollarının kəsişməsində yerləşirdi və Qubalı tacirlərin bayır bazar meydanı kimi əmələ 
gəlmişdi. O sanralardan böyük bir məhəlləyə çevrilsə də, Kubinka olaraq qalırdı. Orada 
hər cürə mal tapıldığından o, bir növ qapalı məhəllə sayılırdı. Ora hər deyəndə milis-
zad gələn yer deyildi. 
    Avqust  ayının  20-nə  iki  gün  qalırdı.    Əbdüləli  müəllim  Mehralı  qardaşla  birlikdə  
təcili  olaraq  Nuxaya  yola  düşdü.    Mehralı  qardaşın  köməyinə  ehtiyac  var  idi.  Əbdül 
Məcidin sənədləri oxuduğu Nuxa yeddillik  məktəbindən götürülməli, nə yolla olursa-
olsun,  familiyası  və  adında  dəyişiklik  edilməklə  Bakıya  çatdırılmalı  idi.  Sənədlərdə 
onun  adını  “Əbdül  Məcid”  əvəzinə    “Məcid”,  atasının  adını  sadəcə  olaraq  “Lətif”, 
familiyasını  isə  ata  babasının  adı  ilə  “Rəsulov”      şəklində  yazdırmaq  qərarına  
gəlmişdilər.    Bunu  edə  biləcək  yeganə  adam  Mehralı  qardaş  ola  bilərdi.  O  da  öz 
növbəsində Siyasi İdarədə işləyən “Yumru qıza”  ümid bəsləyirdi. 
     Hər  şey  yaxşı  bir  sonluqla  nəticələndi.  Təzələnmiş  sənədlər  vaxtında  Bakıya 
çatdırıldı.1931-ci  ildə  Rəsulov  Məcid  Lətif  oğlu  Nəriman  Nərimanov  adına  Sənaye 
texnikumuna daxil oldu. Texnikumun Üçüncü kursunda oxuyarkən ona dərs deyən 
 
                                
 
 
          M. Rəsulov N.Nərimanov ad. Bakı Sənaye 
        texnikumunda təhsil alarkən. Təxm. 1934-cü il.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə