1. Ъяряйанларын гаршылыглы тясири


Öz-özünə induksiya. İnduktivlik



Yüklə 1,35 Mb.
səhifə13/91
tarix13.02.2022
ölçüsü1,35 Mb.
#83726
1   ...   9   10   11   12   13   14   15   16   ...   91
fizika imtahan sual və cavabı

14. Öz-özünə induksiya. İnduktivlik.

- Əgər sarğacdan dəyişən elektrik cərəyanı keçirsə, onda sarğacı dəlib keçən maqnit seli dəyişir. Bu halda, elektromaqnit induksiya qanununa əsasən, sarğacda induksiya EHQ-sı yaranır. Bu hadisə özü-özünə induksiya adlanır.

Özü-özünə induksiyanı sonrakı təcrübədə müşahidə etmək olar. 

Şəkildə iki eyni lampanın paralel birləşməsinin sxemi göstərilib. Bu lampalardan birini rezistora ardıcıl, digərini isə dəmir içlikli sarğaca ardıcıl qoşulub.

Açarı qapadıqda birinci lampa dərhal yanır, ikinci lampa isə – gözə çarpan gecikmə ilə. 

K açarını qapadıqda nə baş verir?

1.  Sarğacdan keçən cərəyan artır.
2.  Sarğacdan keçən I cərəyan şiddəti artdıqda, maqnit seli də artır Ф=LI↑.
3.  Maqnit selinin artması nəticəsində, sarğac daxilində induksiya EHQ-si yaranır:  .
4.  Lens qaydasına əsasən, cərəyan şiddəti artdığına görə, induksiya EHQ-si sarğac daxilindəki cərəyanın artmasına əks təsir göstərir. Beləliklə, sarğacdakı cərəyan şiddəti tədricən artır və özünün maksimal qiymətinə ani yox, müəyyən müddətdən sonra çatır.

-  Əgər cərəyan şiddəti azalırsa, onda induksiya EHQ-si cərəyan şiddətinin azalmasına mane olur. Cərəyan şiddəti sıfıra qədər ani yox, tədricən azalır. 

Cərəyan şiddətinin dəyişməsi nəticəsində elektrik dövrəsində induksiya EHQ-sının yaranması hadisəsi özü-özünə induksiya adlanır. 

Özü-özünə induksiya elektrik hərəkət qüvvəsi:





 – cərəyan şiddətinin dəyişmə sürətidir, ölçü vahidi:

 Deməli, induksiya EHQ-sı cərəyanın şiddətinin dəyişmə sürətinə mütənasibdir. 

Daxilində içlik olan iki sarğacı aşağıdakı sxemdə göstərilən kimi dövrə hissəsinə qoşaq. Eyni közərmə lampaları müxtəlif sarğaclara ardıcıl qoşulub. Onda açarı qapadıqdan sonra, induktivliyi böyük olan sarğacdan keçən cərəyan şiddəti daha yavaş artır və maksimal qiymətinə daha uzun müddətə çatar, bu sarğaca ardıcıl qoşulmuş közərmə lampasının parlaqlığı gec artar.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə