19. Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları



Yüklə 35,41 Kb.
səhifə9/18
tarix30.08.2023
ölçüsü35,41 Kb.
#121138
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
questions and answers

Fizika hissəsində Hegel səma cisimlərini, işığı, istiliyi, kimyəvi prosesləri və s. araşdırır və bu proseslər arasındakı əlaqələri açıb göstərməyə çalışırdı.
Təbiət fəlsəfəsinin 3-cü hissəsi olan orqanika - geologiya, botanika və zoologiya məsələlərinə həsr edilmişdir.

Hegelin sisteminin 3-cü hissəsi ruh fəlsəfəsi adlanır. Burada "Mütləq ideya"nın inkişafının yekun mərhələsi araşdırılır. Bu mərhələdə "Mütləq ideya" təbiəti tərk edir, "Mütləq ruh" kimi öz-özünə qayıdır. Hegelin ruh fəlsəfəsinin əsasını fərdi və ictimai şüurun inkişafı, ümumiiyyətlə, bəşəriyyətin əqli inkişafı haqqında idealist təlim təşkil edir.


Ruh fəlsəfəsində Hegel ümumdünya tarixini üç əsas dövrə bölür: Şərq dövrü; Antik dövrü; Alman dövrü.
Hegelin fikrincə, Şərq dünyasında insan hələ dərk etmirdi ki, azadlıq onun mahiyyətidir. Ona görə də, burada hamı quldur. Antik dünyada (Qədim Yunanıstan və Roma) bəziləri artıq başa düşürdülər ki, azadlıq onların mahiyyətini təşkil edir. Ona görə də Şərq dünyasından fərqli olaraq, onlar "azadlıqlıdırlar". Nəhayət, Hegelin nəzərincə, alman və ya xristian dünyasında hamı özünün mənəvi mahiyyətini dərk edir və buna görə də burada hamı azaddır.


Lüdviq Feyerbaxın antropoloji materializmi. Klassik alman fəlsəfəsinin sonuncu böyük nümayəndəsi Lüdviq Feyerbax (1804-1872) idi. Onun tarixi xidməti XVIII əsr materializminin mütərəqqi ənənələrini dirçəldib inkişaf etdirməsi, öz dövrü üçün böyük əhəmiyyət kəsb edən antropoloji təlimi yaratması olmuşdur. O, gənc ikən Hegelin obyektiv idealizminin təsiri altında idi. Bu onun "Vahid, universal və sonsuz zəka haqqında" adlı namizədlik dissertasiyasından da aydın görünür. Sonralar Feyerbax Hegel fəlsəfəsindən uzaqlaşır, onun idealizmindən imtina edir. "Hegel fəlsəfəsinin tənqidinə dair" əsərində o, artıq materializm mövqelərində dururdu. 1841-ci ildə Feyerbaxın "Xristianlığın mahiyyəti" adlı əsəri dərc edilmişdi. Bu kitab o zaman çox böyük əks-sədaya səbəb olmuş, "qaranlıqdakı şimşək kimi parlamışdır".
Feyerbax özünün bu əsərləri ilə XIX əsrin birinci onilliklərində Hegel idealizmini sıxışdıraraq materializmi bərpa etmişdir. Həmin illərdə Feyerbax metafizik materializmin görkəmli nümayəndəsi kimi çıxış edirdi. Onun materializmi antropoloji materializm idi. Bu fəlsəfənin çıxış nöqtəsində insan dayanır. O, insanı təbiibioloji varlıq kimi xarakterizə edir, sübut etməyə çalışırdı ki, insanın bədəni (cismani varlığı) birinci, onun şüuru isə ikincidir.
Feyerbaxın fəlsəfi antropologiyasının əsasını təbiət haqqında, materialist təlim təşkil edirdi. O göstərirdi ki, təbiət yeganə reallıqdır, insan isə onun ən ali məhsulu, inkişafının yekunudur. Onun fikrincə, təbiət əbədidir: o zamanca sonsuz, məkanca hüdudsuzdur. Yalnız insan onun məkanda yer tutumuna hədd qoyur. O deyirdi: "Təbiətin nə başlanğıcı, nə də sonu vardır. Burada hər şey qarşılıqlı təsirdədir, hər şey nisbidir, hər şey zamanda həm hərəkətdir, həm də səbəbdir, hərtərəfli və qarşılıqlıdır..."
Bütün bunlara baxmayaraq, Feyerbax hətta, bəzən özünü materialist adlandırmaqdan imtina edirdi. O yazırdı ki, mən materialist deyiləm, çünki mənim üçün materiya boş bir abstraksiyadır. Feyerbax göstərirdi ki, biz materiyanı deyil, yalnız müəyyən hiss edilən şeyləri məsələn, suyu, odu, insanları və heyvanları qavrayırıq. Bu fikir ondan irəli gəlirdi ki, o yalnız hisslərlə qavranılan, yəni fərdi olaraq hiss edilən predmet və hadisələri sırf maddi hesab edirdi. Feyerbax qeyri-müəyyən materiyanı, substansiyanı qəbul etmirdi.
Feyerbax XVIII əsrin materialist ənənələrini davam etdirərək, idrakın sensualist nəzəriyyəsini inkişaf etdirmişdir. Feyerbaxın nəzərincə, real aləm hisslərlə qavranılan gerçəklikdir. Yalnız hissi qavrayış vasitəsi ilə dünyanı dərk etmək olar. His- si idrakın yüksək qiymətləndirilməsi heç də o demək deyildir ki, Feyerbax nəzəri təfəkkürün idraki əhəmiyyətini qəbul etmirdi. Əksinə, Feyerbax yazırdı ki, "biz hisslər vasitəsilə təbiət kitabını oxuyuruq, ancaq onu hisslərlə deyil, nəzəri təfəkkürlə anlayırıq".
Feyerbax fəlsəfəsinin məhdud cəhətləri:
1. Feyerbax Hegel fəlsəfəsinin səmərəli toxumunu onun idealizmindən ayıra bilməmişdir. O, Hegelin idealizmi ilə birlikdə onun dialektikasını da inkar etmişdir.
2. Feyerbax insanın mahiyyətini mücərrəd tərzdə anlayır, onu ictimai, sosial, iqtisadi münasibətlərdən kənarda götürürdü. O, başa düşə bilməmişdir ki, insan ictimai münasibətlərin məcmusudur. Feyerbax insanı yalnız bioloji varlıq kimi səciyyələndirmişdir.
3. İdrak nəzəriyyəsinə bütövlükdə materialistcəsinə yanaşan Feyerbax, onun bəzi məsələlərinin izahında idealizmə yuvarlaşmışdı. Məsələn, Feyerbax bəşəriyyətin ictimai-tarixi praktikasının həqiqətin meyarı olduğunu başa düşmürdü. Həqiqətin meyarının mahiyyətini idealistcəsinə izah edirdi.
4. Feyerbax seyrçi materializmin tipik nümayəndəsi idi, o, fəlsəfənin vəzifəsini yalnız dünyanın dərk edilməsində görürdü, onu deyişdirmək məqsədini qarşıya qoymurdu.
5. Feyerbax təbiət hadisələrinin izahında materializm mövqelərindən, sosial hadisələrin izahında isə idealizm mövqelərindən çıxış edirdi.
Bu məhdudiyyətlərə baxmayaraq, Feyerbax fəlsəfə tarixinə materializmin ən böyük nümayəndəsi kimi daxil olmuşdur. Onun fəlsəfi sistemi ilə klassik alman fəlsəfəsi başa çatmışdır.

Yüklə 35,41 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə