2 Dİskİn və həlqənİn ətalət momentlərİnİn təyİnİ İşin məqsədi



Yüklə 83,08 Kb.
səhifə2/7
tarix19.12.2023
ölçüsü83,08 Kb.
#153247
1   2   3   4   5   6   7
DİSKİN VƏ HƏLQƏNİN ƏTALƏT MOMENTİNİN TƏYİNİ,

Fırlanma periodu (T), cismin bir tam dövr üçün sərf etdiyi müddətə:

Fırlanma tezliyi (ν) isə vahid zamandakı dövrlər sayına deyilir:

Bucaq sürətilə period və tezlik arasında əlaqə kimidir.
Fırlanma hərəkətində xətti sürət kimi tapılır.
 Xətti sürətin modulunun dəyişmə yeyinliyi tangensial təcillə xarakterizə olunur və
kimi hesanır.
 Xətti sürətin istiqamətinin dəyişmə yeyinliyi isə normal təcil, yaxud mərkəzəqaçma təcili ilə xatakterizə olunur və düsturu ilə hesablanır.
Tangensial təcil çevrəyə toxunan, normal təcil isə radius boyunca çevrənin mərkəzinə doğru yönəlir.
 Fırlanma hərəkətində tam təcil, tangensial və normal təcillərin həndəsi cəminə bərabərdir:
Tam təcilin modulu: kimi hesablanır.
➣ Hər qüvvə cisimdə fırlanma hərəkəti yarada bilmir. Təsir xətti fırlanma oxundan keçməyən, yaxud fırlanma oxuna paralel olmayan xarici qüvvə cisimdə fırlanma hərəkəti yarada bilir. Xarici qüvvənin fırladıcı təsiri qüvvə momenti adlanan kəmiyyətlə xarakterizə olunur.
Qüvvə momenti (M).Tərpənməz O nöqtəsinə nəzərən qüvvə momenti, bu nöqtədən qüvvənin tətbiq nöqtəsinə çəkilmiş radius vektoru ilə qüvvənin vektorial hasilinə bərabərdir:

vektorunun istiqaməti sağ burğu qaydası ilə tapılır: sağ burğunun dəstəyi bərk cismin hərəkəti istiqamətində fırlandıqda, burğunun irəliləmə istiqaməti vektorunun istiqamətini göstərir.

Qüvvə momentinin modulu: düsturu ilə tapılır. – qüvvənin qolu adlanır. Qüvvənin qolu – fırlanma mərkəzindən qüvvənin təsir xəttinə çəkilmiş perpen­dikulyarın uzunluğuna bərabərdir. Deməli, qüvvə momentinin modulu qüvvənin qola hasilinə bərabərdir.
Cismin ətaləti onun başlıca xüsusiyyətlərindən biridir. İrəliləmə hərəkətində cismin ətalət ölçüsü kütlə olduğu kimi, fırlanma hərəkətində cismin ətalət ölçüsü ətalət momentidir.

Yüklə 83,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə