2 Dİskİn və həlqənİn ətalət momentlərİnİn təyİnİ İşin məqsədi


Fırlanma hərəkəti zamanı görülən iş



Yüklə 83,08 Kb.
səhifə5/7
tarix19.12.2023
ölçüsü83,08 Kb.
#153247
1   2   3   4   5   6   7
DİSKİN VƏ HƏLQƏNİN ƏTALƏT MOMENTİNİN TƏYİNİ,

Fırlanma hərəkəti zamanı görülən iş
Fırlanma hərəkəti zamanı görülən elementar iş, cismə təsir edən qüvvənin fırlanma oxuna nəzərən momenti ilə dönmə bucağının hasilinə bərabərdir:
Sonlu işi tapmaq üçün bu ifadəni inteqrallamaq lazımdır:


Diskin və həlqənin ətalət momentlərinin təyini

Yuxarıda qeyd edildiyi kimi diskin kütlə mərkəzindən keçən, onun doğuranına paralel tərpən­məz oxa nəzərən ətalət momenti nəzəri olaraq



düsturu ilə hesablana bilər. Burada, m – diskin kütləsi, R isə radiusudur. Həlqə üçün bu düstur

kimidir. Burada m – həlqənin kütləsi, R- həlqənin xarici, r isə daxili radiusudur.
Bir daha qeyd edək ki, disk və həlqənin ətalət momentlərini bu düsturlar vasitəsilə nəzəri hesablamaq mümkündür.
Disk və həlqənin ətalət momentlərini təcrübi olaraq fırlanma hərəkəti dinamikasının əsas tənliyi olan qanunundan istifadə etməklə tapmaq olar.

Burada, M – qüvvə momenti, - fırlanan cismin bucaq təcilidir.
Qüvvə momentini tapmaq üçün fırlanma hərəkəti sensorunun üfüqi müstəvidə fırlanan şkivinə bağlanmış və digər ucundan yük asılmış ipi şkivə bir neçə dəfə dolayaraq buraxmaq lazımdır (şəkil 1 ).

Şəkil 1. Qüvvə momentini tapmaq üçün fırlanma hərəkəti sensoru.

Bu zaman ipin F gərilmə qüvvəsinin momenti düsturu ilə hesablana bilər. Yük düşər­kən sürtünmə olmadıqda ipin gərilmə qüvvəsi Nyutonun II qanununa görə



olacaqdır (şəkil 2 b). Burada, m – ipə bağlanan yükün kütləsi, g – sərbəstdüşmə təcili, a – isə şkivin tangensial təclidir. Şkivin tangensial təcili düsturu ilə hesablanır.
Burada, - bucaq təcili, r – isə şkivin radiusudur. Onda olar.
M-in bu qiymətini düsturunda nəzərə alsaq, fırlanan cismin ətalət momenti

olar. Bu düsturunun köməyi ilə diskin, yaxud həlqənin ətalət momentini təcrübi hesablaya bilərik.



Yüklə 83,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə